Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-122/2024 23.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Qobustan rayonunun Təklə Mirzəbaba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşul olan, Qobustan rayonu, Təklə Mirzəbaba ərazi dairəsi, Təklə Mirzəbaba kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə, saat 08 radələrində Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən pay torpaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə anası Şahid sonuncu tərəfindən təhqir olunmasına və kənd sakinlərinə məxsus pay torpaq sahəsində mal-qara otarmasına irad bildirməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan taxta çomaqla qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsindən bir dəfə, daha sonra isə baş və çiyin nahiyələrindən bir neçə dəfə qəsdən zərbələr vurmaqla ona başın sol təpə nahiyəsində qançır, burun, alın və sol çiyin nahiyələrində sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmayan, burun sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Qobustan rayonu, Təklə Mirzəbaba kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu, Ərşəli kəndində yaşayır, təxminən 6 ildir Kürdəmir rayonu, Ərşəli kəndində fərdi yaşayış evi satın alaraq həmin kəndə köçmüşdür. Özünə məxsus pay torpağı olmadığı üçün malqaranı kənd sakinlərinə məxsus pay torpaqlarını icarəyə götürməklə otarmışdır. Zərərçəkmiş şəxs Ərşəli kənd sakini kimi tanımışdır. Onunla münasibəti normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Lakin son zamanlar heyvan otarmaq üstündə onunla mübahisələri olmuş, sonuncu dəfə 07 sentyabr 2024-cü il tarixdə səhər saatlarında anası Şəfiqə ona Nazimin pay torpağında heyvan otarmasını, bu səbəbdən ona irad bildirdikdə Nazimin onu təhqir etməsini bildirmişdir. Həmin gün səhər saat 08 radələrində Nazimin pay torpağında mal-qara otardığı yerə getmişdir. Nazimin yanına çatdıqda həmin vaxt onun atın belində olmasını görmüş, Nazimdən nə səbəbə anasının ünvanına nalayiq ifadələr işlətməsini soruşub onunla mübahisə etmiş və mal-qaranı sahədən çıxarmasını tələb etmişdir. Bundan sonra Nazim atın belindən düşüb onun və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Əsəbləşdiyi üçün əlində olan taxta çomaqla Nazimin burun nahiyəsinə bir dəfə zərbə vurmuş, bundan sonra Nazim əli ilə burnunu tutmuş, bir dəfə Nazimin baş, bir dəfə isə sol çiyin nahiyəsinə çomaqla zərbə vurmuşdur. Verilmiş suallara cavabında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən sonra Nazimdən aralaşaraq yaşadığı evə getmiş, Nazimlə dalaşmağını anasına danışmış, anası da DİN-in 102 xidmətinə zəng edərək Nazim tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək Nazimin onu döyməsi barədə məlumat verərək qanuni tədbir görülməsini istəmişdir. Hal-hazırda əməlindən peşmandır. O, Nazimlə dəfələrlə barışmaq istəsə də Nazim onunla barışmaq istəməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayır. Ayda bir dəfə Kürdəmir rayonu, Ərşəli kəndi ərazisində kənd sakinlərinə məxsus mal-qaranı örüş sahəsində otarmaqla məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, kənd sakini kimi tanıyır, onunla münasibətinin normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Nofəl və anası Şəfiqə mütəmadi olaraq özlərinə məxsus mal-qaranı kənd sakinlərinin biçilmiş pay torpaqlarında otarmaqla məşğul olmuş, həmin şəxslər ona örüş sahəsini aldıqlarını, ondan həmin sahədə mal-qara otarmamağı tələb etmişlər, bu səbəbdən onunla və anası Şəfiqə ilə aralarında bir neçə dəfə sözlə mübahisə olmuşdur. Sonuncu dəfə 07 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Nofəlin anası Şəfiqənin sahəyə mal-qara salmasını görmüş və ondan heyvanları çıxarmasını tələb etmişdir. Aralarında sözlə mübahisə olmuş, lakin Şəfiqəni təhqir etməmiş, bundan sonra Şəfiqə sahədən getmişdir. Elə həmin günü saat 08 radələrində nobatda olduğu zaman Nofəl ona yaxınlaşaraq anasının ünvanına nalayiq ifadə işlətməkdə ittiham edərək mal-qaranı sahədən çıxarmağını tələb etmişdir. Nofələ sahənin kəndin ümumi istifadədə olan örüş sahəsi olmasını və anasını təhqir etmədiyini bildirdikdə Nofəl onun ünvanına nalayiq ifadə işlətmiş və atdan düşməyini tələb etmişdir. Qarşılığında onu təhqir edərək atdan düşdükdən sonra Nofəl əlində olan taxta çomaqla burun nahiyəsindən vurmuşdur. Zərbədən sonra burnundan qan gəlməsi səbəbindən əliylə burnunu tutmuşdur. Bu vaxt Nofəl əlindəki ağacla onun başına və çiyninə də bir neçə dəfə vurmuşdur. Zorla Nofəlin əlindən çomağı alaraq kənara ata bilmiş və Nofəl ondan aralanmışdır. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisədən sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonradan Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək Nofəlin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Onlar barışmamışlar və barışmaq da istəmir. Ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Nofəl barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid hüquqları izah edilmiş, o, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaxın qohumu- anası olduğunu bildirərək ifadə verməkdən imtina etmişdir. Şahid təhqiqat bölməsində verdiyi ifadəsində 6 ildir Kürdəmir rayonu, Ərşəli kəndində fərdi yaşayış evi satın alaraq həmin kəndə köçdüklərini, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisi olmasını bildirmiş, qeyd etmişdir ki, sonuncu ilə münasibəti normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Lakin son zamanlar pay torpaqlarında mal-qara otarmaq üstündə Nazimlə mübahisələri olmuş, sonuncu dəfə 07 sentyabr 2024-cü il tarixdə səhər saatlarında özünə məxsus mal-qaranı otarmağa aparan zaman Nazimin də orada heyvan otardığını görmüş, həmin vaxtı Nazim ondan heyvanları sahədən çıxarmağını tələb edərək ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra yaşadığı evə gələrək Nazimin onu təhqir etməsini oğlu Nofələ demişdir. Nofəl də əsəbləşərək evdən çıxıb Nazimin yanına getdiyini bildirmişdir. Təxminən yarım saat sonra Nofəl geri qayıdaraq Nazimi taxta çomaqla döydüyünü, sonuncunun da onun əlindən çomağı alaraq sol əlinə vurmasını, nəticədə barmağının ağrıdığını bildirmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib Nazimin onu təhqir etməsini bildirmiş, oğlu Nofəl də ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edib Nazimin onu döydüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Hüseynov X8 RPŞ-nə şikayət edərək Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi barədə məlumat vermiş, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v.1); Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 392 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: burun sümüyünün yerini dəyişməyən sınığı, başın sol təpə nahiyəsində qançır, burun nahiyəsində sıyrıq, alın nahiyəsində sıyrıq, sol çiyin nahiyəsində sıyrıq. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddəti eyni vaxtda olmaqla qərarda göstərilən 07 sentyabr 2024-cü il tarixdə əmələ gəlməyə uyğundur. Ağırlıq dərəcəsinə görə başın sol təpə nahiyəsində qançır, burun nahiyəsində sıyrıq, alın nahiyəsində sıyrıq, sol çiyin nahiyəsində sıyrıq sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir, burun sümüyünün yerini dəyişməyən sınığı isə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 50-52); Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X13in xx.xx.2024-cü il tarixli, 18-1-49/2-892/2024 saylı məktubundan görünür ki, X1 rayon X5 X9 şöbəsində həkim psixiatrın və nakoloqun qeydiyyatında yoxdur (i.v.30); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədə Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 332.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il, 03 ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi, lakin həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə barəsində 01 il şərti sınaq müddəti təyin olunduğu göstərilmişdir.Məhkumluğu ödənilmişdir (i.v.37-38, 41-49); Kürdəmir rayon İHB-nin Karrar kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 184 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı, anası və iki azyaşlı uşaqları (xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X7) ilə birgə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində yaşayır (i.v.26); Kürdəmir rayon İHB-nin Karrar kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 27); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını (xx.xx.2020ci il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X7) iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonu, Karrar kənd inzibati ərazi dairəsi, Ərşəli kəndində yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Ərşəli kəndində yerləşən evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-122/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-122/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver