Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-123/2024 04.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsi Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-ci ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu, Köhünlü kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qənbərov X1 sistemləri idarəsində baş mühəndis vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1966-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 onun oğlu X7 X5 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib, 2023-cü ilin fevral ayında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 3000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, X5 idarəsində baş mühəndis vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 onu X5 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2023-cü ilin mart ayında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 2500 manat pulunu cinayətdən xəbəri olmayan qaynatası X3 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayında maddi vəziyyəti pis olmuşdur. Buna görə də Fizuli və Rasimi aldararaq onların pulunu ələ keçirmək fikrinə düşərək onların pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs2 ilə rastlaşdıqda Rasim ondan oğlu Rahim Şükürovu X5 idarəsinə işə düzəltməsini istəmişdir. Rasimdən oğlu Rahimi X5 idarəsinə işə düzəltməyi müqabilində 3000 manat pul istəmiş, Rasim razılaşaraq 2023-cü ilin fevral ayında Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən X5 idarəsinin yaxınlığında ona 3000 manat pul vermişdir. Həmin vaxt Rasimin yanında həmkəndlisi Şahid3 olmuş, başqa heç kim olmamışdır. Rasimdən oğlu Rahimi işə düzəltmək üçün aldığı 3000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, Rahimin işinin düzəlməsi üçün heç bir hərəkət etməmiş, Rasimin pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Bundan başqa X6 ilə 2023-cü ilin mart ayında rastlaşdıqda Fizuli kürəkəni Zərərçəkmiş şəxs1 X5 idarəsinə işə düzətmək istədiyini bildirmişdir. Fizuliyə kürəkəni Ceyhunu X5 idarəsinə işə düzəldə biləcəyi barədə yalandan vəd verərək ondan 2500 manat pul istəmiş, Fizuli razılaşaraq 2023-cü ilin mart ayında Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən X5 idarəsinin yaxınlığında ona 2500 manat pul vermişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında göstərmişdir ki, fərdi əməklə məşğuldur. Fizuli Hidayətov və Zərərçəkmiş şəxs2 tanıyır, onlarla heç bir bir ədavəti, düşmənçiliyi olmayıb. 2003-cü ildən 2023-cü ilin iyun ayına qədər X5 İdarəsində baş mühəndis vəzifəsində işləmişdir. İşçi qəbul etmək səlahiyyəti olmamışdır. Adları çəkilən şəxslərdən pulları alarkən onları hər hansı yerə işə düzəltmək imkanı olmamış, bununla bağlı ona heç kim vəd verməmiş, pulları alarkən konkret olaraq məqsədi həmin şəxsləri aldadıb pullarını ələ keçirmək olmuşdur. Fizulidən kürəkəni Ceyhunu işə düzəltmək üçün aldığı pulları da şəxsi ehtiyaclarına xərcləyərək, Ceyhunun işinin düzəlməsi üçün heç bir hərəkət etməmişdir. Həmin vaxt Fizulinin arvadı və kürəkəni də yanlarında olmuş, başqa heç kim olmamışdır. O, sonradan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı tamamilə ödəmiş, onlarla barışmışdır. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü madələri ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Rəşad X5 İdarəsində baş mühəndis işlədiyindən işlə əlaqədar Şilyan kəndinə gəldikdə onunla rastlaşmışdır. Rəşadla 2023-cü ilin fevral ayında rastlaşanda Rəşad ona işsiz oğlu Rahimi X5 İdarəsinə 3000 manat müqabilində işə düzəldə biləcəyini demişdir. Rəşadla razılaşmış, ertəsi gün Kürdəmir rayonu Atakişili kəndi ərazisində Rəşadla görüşərək ona oğlu Rahimi X5 idarəsinə işə düzəltməsi üçün 3000 manat pul vermişdir. Rəşad pulu alarkən Rahimi bir ay ərzində işə düzəldəcəyinə söz vermişdir. Rəşadın söz verdiyi vaxt tamam olsa da verdiyi vədə əməl etməyərək oğlu Rahimi işə düzəltməmiş, pulunu da qaytarmamışdır. Zərərçəkmiş şəxs2 həmçinin verilmiş suallara cavabında göstərmişdir ki, Kürdəmir rayonu Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs oğlu Rahimi işə düzəltməsi üçün 3000 manat pulu verərkən yanlarında həmkəndlisi Şahid3 başqa heç kim olmamış, heç kimin bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs sonradan ona vurulmuş ziyanı tamamilə ödədiyindən onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qaynatası Fizulinin tanışıdır. Fizuli 2023-cü ilin mart ayında ona Rəşad adlı tanışının olduğunu, Rəşadın onu X5 idarəsinə işə düzəldə biləcəyini, bunun müqabilində Rəşadın 2500 manat pul istədiyini dedikdə Fizuliyə həmin idarədə işləmək istədiyini bildirirək onun təklifi ilə razılaşmışdır. Rəşada çatdırması üçün Fizuliyə 2500 manat pul vermişdir. Ertəsi gün qaynatası Fizuli və qaynanası Faya ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində gedərək Rəşadla görüşmüş, Fizuli ona məxsus 2500 manat pulu Rəşada vermişdir. Rəşad 2500 manat pulu Fizulidən alarkən işinin 10 gün müddətində düzələcəyini demişdir. Ancaq Rəşadın dediyi vaxt tamam olsa da verdiyi vədə əməl etməmiş, eləcədə pulunu qaytarmamış, onu aldadıb dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin verilmiş suallara cavabında göstərmişdir ki, Rəşada 2500 manat pulu verərkən yanlarında qaynanası Fayadan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödədiyindən onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona kürəkəni Ceyhunu Şilyan kənd ərazisində olan nasos stansiyasına işə düzəlməsi üçün 2500 manat pul lazım olduğunu demişdir. Ceyhun da onunla razılaşıb 2023-cü ilin mart ayında aparıb Rəşada verməsi üçün ona 2500 manat pul vermiş, Rəşada zəng edib pulun hazır olduğunu demiş, Rəşad da pulu səhəri gün ona çatdırmasını istəmişdir. Səhəri gün arvadı Şahid2 və kürəkəni Ceyhunla birilikdə Kürdəmir rayonu Atakişili kəndinə gedərək Rəşadla görüşmüş, orada 2500 manat pulu ona vermişdir. Rəşad pulu alarkən Ceyhunun işinin 10 gün ərzində düzələcəyini deyib getmişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Rəşad dediyi vaxt tamam olsa da, verdiyi vədə əməl etməyərək eləcədə Ceyhunun pulunu qaytarmayaraq onu aldatmışdır. Şahid X6 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Rəşad X5 İdarəsində baş mühəndis işləmişdir. 2023-cü ilin mart ayında görüşüb söhbət edərkən Təqsirləndirilən şəxs X5 İdarəsinə yeni gələn müdirin çoxlu sayda işçiləri işdən çıxardığına görə yeni işçilərə ehtiyac olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs Kürdəmir rayonu Şilyan kəndində yaşayan kürəkəni Zərərçəkmiş şəxs1 Suvarma Sistemləri idarəsinin Şilyan kənd ərazisində olan nasos stansiyasına nəzarətçi işinə düzəltməsini xahiş etmiş, Rəşad da Ceyhunu işə düzəltməsi üçün 3000 manat məbləğində pul lazım olduğunu, ancaq onunla tanış olduğuna görə həmin işi 2500 manata düzəldə biləcəyini demişdir. Kürəkəni Ceyhunun işə düzəlməsi üçün ondan pul alıb Rəşada verərkən heç bir mənfəət əldə etməmiş, bununla bağlı heç kimlə sövdələşməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da şahid X6 ilə eyni məzmunda ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan X6 xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun kürəkəni Zərərçəkmiş şəxs1 X5 idarəsinə işə düzəldəcəyi adı ilə yalan vəd verərək 2023-cü ilin mart ayında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 2500 manat pulunu alıb vədinə əməl etməyərək aldadıb ona qarşı dələduzluq etdiyini göstəməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v.3); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir (i.v.1); - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu Şilyan kəndində yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun oğlu X7 X5 idarəsinə işə düzəldəcəyi adı ilə yalan vəd verərək 2023-cü ilin fevral ayında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 3000 manat pul alıb vədinə əməl etməyərək aldadıb ona qarşı dələduzluq etdiyini göstərməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v.9); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 maddi ziyan vurulduğundan zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.20-21); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 maddi ziyan vurulduğundan zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.35); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.73); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci və178.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v.103); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş başqa yerə getmək haqqında qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i.v.116); - “Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs»dən daxil olmuşxx.xx.2024-cü il tarixli, 18-1-49/2-699/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur (i.v.64); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır (i.v.65); - Kürdəmir rayon İHB-nın Şilyan kənd İƏD-si üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Qənbərov X4 rayonunun Şilyan kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, himayəsində iki azyaşlı uşaqları vardır (qızı- 2010-cu il təvəllüdlü N.Zərərçəkmiş şəxs1a, qızı- 2018-ci il təvəllüdlü Ş.Zərərçəkmiş şəxs1a); - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayət və ya tələbləri yoxdur; - xx.xx.2024-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ümumilikdə 5500 manat olan ziyanın 25 faizini, yəni 1376,38 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü madələri ilə tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1 maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmədə verdikləri ifadələrində və təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir iddiaları, şikayət və ya tələblərinin olmadığını və onunla barışdıqlarını göstərmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ümumilikdə 5500 manat ziyanın 25 faizini, yəni 1376,38 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü madələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 15 saat üçün cəmi 90 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321.2.1 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü madələri ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-123/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-123/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver