Məhkəmə qərarları › İş №1(041)-125/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-125/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-125/2025 17.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonu, Çöhranlı kəndində doğulmuş, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 439,48 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evin həyətyani sahəsində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Çöhranlı kəndi ərazisində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd polietilen bükümdə olan 4.48 qram, keçirilən tədbirlərin davamı olaraq razılıq ərizəsi əsasında yaşadığı Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən evin həyətyani sahəsinə keçirilən baxış zamanı isə, həyətdə olan yarımtikilidən bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 435 qram kustar üsülla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki istifadə edir. xx.xx.2025-ci il tarixdə Çöhranlı kəndində olan “Şor Kanalından” balıq tutarkən kənarda qara rəngli torba görmüş, açıb içərisinə baxdıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin marixuananın bir hissəsini istifadə etmişdir. Qalan hissəsini isə yaşadığı evin həyətyani sahəsində olan yarımtikilidə gizlətmişdir. Həmin torbadan bir az marixuana götürüb çəkərək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində piyada gəzərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Üzərində marixuana olduğunu səmimi etiraf etmişdir. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd polietilen bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onlar tərəfindən şifahi soğru-sual zamanı etiraf edərək bildirmişdir ki, Kürdəmir rayonu ərazisinə fərdi qaydada fəhləçilik edərək dolanır. Üzərindən aşkar edilmiş kütlə marixuanadır, həmin kütləni xx.xx.2025-ci il tarixdə balıq tutarkən tapmışdır. Bir hissəsi üzərində, qalan hissəsi isə yaşadığı evin həyətindədir. Sonra onun yaşadığı evin həyətyanı sahəsinə getmiş, həmin yerdə olan yarımtikiliyə girmişlər. Qara rəngli polietilen torbanı götürüb içərisində marixuana olduğunu bildirmişdir. Həmin torba açılıb baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, möhürlənərək götürülmüşdür. Bundan sonra RPŞ-nə gəlmiş, videoçəkiliş vasitəsi ilə üzərindən və yaşadığı evdən aşkar edilmiş zərfə qablaşdırılmış kütləyə baxış keçirmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa hər hansı cinayət əməli törətməmişdir. Üzərindən və yaşadığı evin həyətyani sahəsindən aşkar edilmiş 01 ədəd şəffaf polietilen bükümdə və 01 ədəd qara rəngli torbada olan 439,48 qram çəkidə qurudulmuş marixuana özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində və yaşadığı evin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CABnin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, razılıq verildikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində onun, Kürdəmir RPŞ-nin əməkdaşları X7 və Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdanov X3 rayonu, Çöhranlı kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. O, əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd polietilen bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 5 qram olması müəyyən edilmişdir. Şifahi soğru sualzamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə marixuanadır, bir hissəsi üzərindədir, qalan hissəsi isə yaşadığı evin həyətindədir. Yaşadığı evə və həyətyani sahəyə baxış keçirilməsi ilə bağlı etirazının olmamasını bildirmişdir. Daha sonra onun göstərməsinə əsasən onun yaşadığı evin həyətyanı sahəsinə girib, həmin yerdə olan yarımtikiliyə baxmışlar. Orada Təqsirləndirilən şəxs qara rəngli polietilen torbanı götürüb içərisində marixuana olduğunu bildirmişdir. Həmin torba açılıb baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 448 qram olması müəyyən edilmişdir. Həmin torba üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmişdir. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən və yaşadığı evin həyətindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin büküm zərfdə qablaşdırılaraq qablaşdırılmış, sonra möhürlənərək götürülmüşdür. Digər qara rəngli torbada olan kütlə də möhürlənərək götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır ki, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Şifahi soğru sual-zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar edilmiş kütlələr marixuanadır, həmin kütlələri xx.xx.2025-ci il tarixdə balıq tutarkən tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində və yaşadığı evdə saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1-2); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyatyani sahəsinə keçirilən baxış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X5, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Mərdanov X3 rayonu Çöhranlı kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd polietilen bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış içərilərində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 5 qram olması müəyyən edilmişdir.Həmin kütlə ağ zərfdə qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşakr edilmiş kütlə marixuanadır, həmin kütlə xx.xx.2025-ci il tarixdə balıq tutarkən tapmışdır. Bir hissəsi üzərindədir, qalan hissəsi isə yaşadığı evin həyətindədir. Yaşadığı evə və həyətyani sahəyə baxış keçirilməsi ilə bağlı etirazının olmasını bildirib ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən onun yaşadığı evin həyətyanı sahəsinə girmişlər. Daha sonra isə həmin yerdə olan yarımtikiliyə girmişlər. Ş.Məmmədov qara rəngli polietilen torbanı götürüb içərisində marixuana olduğunu bildirmişdir. Həmin torba açılıb baxıldıqda içərisində aşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 448 qram olması müəyyən edilmişdir. Həmin torba üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür (i.v 11-13) şübhəli şəxsin tutulması haqqında 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32-33); xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyatyani sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş marixuananın qablaşdırıldığı ağ rəngli zərfə və qara rəngli torbaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 , Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən və yaşadığı evin həyətindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf polietilen bükümdədir, yaşadığı evin həyətindən aşkar edilmiş isə qara rəngli polietilen torbaya qablaşdırılmışdır. Ona təqdim edilmiş zərfə və torbaya baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf və qara rəngli torba onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablaşdırıldığını zərfdir, zərfin və torbanın tamlığı pozulmayıb, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd polietilen bükümdə yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra qara rəngli torbanın tamlığı müstəntiq tərəfindən kəsici alətlə kəsilərək pozulmuşdur. İçərisində yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir.Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 5.25 qram olması, qara rəngli polietilen torba isə 495 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfdə qablaşdırılaraq ağ zərfdə qablaşdırılmışdır. Üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Digər qara rəngli torbada olan kütlənin üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin marixuanalar ona məxsusdur, həmin marixuananı balıq tutarkən tapmışdır. İstifadə etmək məqsədi ilə saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (i.v 36-38); İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/471 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 4.48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində ..” Təqsirləndirilən şəxs yaşadığı evdən..” sözləri və imzalar olan polietilen torbada 01 ədəd polietilen bükümdə təmiz çəkisi 435.0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) Təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi 439,48 qram, tədqiqata sərf olundu 0,20 qram, qalıq 439,28 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik təşkil edir (i.v 46-50); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 439,48 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 439,28 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir ( i.v 52); xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona şamil maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v 55-56, 71); xx.xx.2025-ci il tarixli 5(041)-59/2025 nömrəli Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X5 xx.xx.2025-ci il tarixdə qəbul etdiyi “təxirə salınmadan əməliyyat axtarş tədbirlərinin keçirilməsi barədə” qərarı Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən qanuni hesab edilmişdir (i.v 79-84); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( i.v 90); Kürdəmir rayon İHB-nın Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 129 nömrəli arayış, xasiyyətnamə və sənədlərin surətlərindən görünür ki, Mərdanov X3 rayonunun Çöhranlı kəndində yaşayır, ailə tərkibi arvadı A.C.Mərdanova, oğlu- xx.xx.2017-ci il təvəllüdlü Z.Ş.Mərdanzadə, oğlu- xx.xx.2020-cı il təvəllüdlü V.Ş.Mərdanzadədən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v 96-98); xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X11 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya, müavinət və təqaüd almır (i.v 99); “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-628/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v 100); İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1083 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v 101); İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı nömrələr olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin həyətyani sahəsində saxlamasında ailə üzvlərinin xəbərləri olmamışdır (i.v 118); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 439,48 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 439,28 qram qalığının cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, DVD disk və digər sənədlər sübut kimi qiymətləndirilmiş, cinayət işində saxlanılmışdır (i.v 119-130); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 05 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı iki övladının olması nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı dövriyyəsi qadağan edilmiş həmin maddə üçün müəyyən edilən xeyli miqdarın aşağı həddindən dəfələrlə artıq (təxminən 87,9 dəfə) olmaqla, 439,48 qram təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin həmin maddə üçün nəzərdə tutulmuş xeyli miqdar aşağı həddindən dəfələrlə artıq olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Kürdəmir RPŞ-də saxlanılan 439,28 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 13 (on üç) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 143 (bir yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdən 16 iyun 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 439,28 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (bir yüz qırx üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar