Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-126/2023 21.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X2, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00.30 radələrində yaşadıqları Kürdəmir rayonunun Şıxımlı kəndindəki evldə arvadı Zərərçəkmiş şəxs ona spirtli içkini çox içməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla sifət nahiyəsinə bir dəfə vuraraq ona sol paraorbital toxumada şişkinlik,qançır,goz almasında qansızma və göz yarığının daralması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, Amirə onun arvadıdır və münasibətləri normal olmuş aralarında heç bir ədavətləri olmamışdır. Onlar 2001-ci il tarixdə evlənmiş və onların birgə nikahlarından 3 uşaqları vardır. xx.xx.2023-cü il tarixdə qaynı Rahim Səmədzadə uşağına həyətində toydan əvvəl qonaqlıq təşkil etmiş, o,həmin məclisəd araq içmiş həmin günü saat 00 radələrində evə gəlmiş və arvadı Amirə ona çoxlu araq içməsini irad bildirmiş,o,da əsəbləşib yumruqla Amirənin sifət nahiyəsinə vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, zərərçəkmiş şəxs qardaşı arvadı Zərərçəkmiş şəxs ilə barışmış və ondan üzr istəmişdir. Zərərçəkmiş şəxs da onu bağışlamışdır. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs arvadı Amirə ilə barışmasını və sonuncuya vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Seymur onun əridir, münasibətləri normal olmuş, aralarıanda heç bir ədavətləri olmamışdır. Onlar 2001-ci il tarixdə el adəti ilə evlənib ailə qurmuş və onların birgə nikahlarından 3 uşaqları vardır. Seymur içkiyə meyilli olduğu üçün dəfələrlə ona iradını bildirmişdir. Qardaşı Rahim oğluna toy etmək üçün toydan bir gün əvvəl həyətində qonaqlı təşkil etmiş, Seymur da o qonaqlıqda iştirak edərkən çoxlu araq içmiş və evə gəlmişdir. O, Seymurun həddsiz dərəcədə sərxoş olmasını görüb ona iradını bildirmiş, Seymur da sərxoş olduğu üçün əsəbləşib yumruqla onun sifət nahiyəsinə vuraraq ona xəsartə yetirmişdir. O,da Kürdəmir RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda əməli törətmiş şəxs əri Seymur üzr istəyib onunla barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də Seymura qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Seymur barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, əməli törətmiş şəxs Seymurla barışmasını və Seymurun ona vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 579 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən olunmuş xəsarətlər: sol paraorbital yumşaq toxumaları şişkinliyi,qöymütül-qırməz rəngli qançırı, göz almasının qansızması,göz yarığının daralmasının küt əşyanın təsirindən törənməsi, törəmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən göstərilmişdir. (bax iş vər. 45-46). İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1899 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 4 nəfərdən ibarət ailə tərkibi vardır və onlardan 3 nəfəri yetkinlik yaşına çatmayan 1 nəfər isə azyaşlıdır. (bax iş vər.43) İş materiallarında olan və Kürdəmir rayon İHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 42) İş materiallarında olan Azərbaycan Respubliaksı DİN BƏSİİ-nin xx.xx.2023-cü tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (bax iş vər.39). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00.30 radələrində yaşadıqları Kürdəmir rayonunun Şıxımlı kəndindəki evldə arvadı Zərərçəkmiş şəxs ona spirtli içkini çox içməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla sifət nahiyəsinə bir dəfə vuraraq ona sol paraorbital toxumada şişkinlik,qançır,goz almasında qansızma və göz yarığının daralması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-126/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-126/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver