Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-126/2024 29.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1993-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində anadan olmuş, məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayında Şahsevən kəndində yaşadığı evin həyətyanı bağ sahəsində dibçəkdə əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda, 05 (beş) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 14:15-də Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılığı ilə yaşadığı evə və həyətinə baxış keçirilərkən həyətyanı bağ sahəsindən 04 ədəd dibçəkdə əkilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 65.0 qram xeyli miqdarda, cəmi 05 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, narkotik vasitədən 5-6 aydır ki, istifadə etdiyini, daha əvvəl narkotik xassəli bitki əkib-becərmədiyini, 5 il öncə vəfat etmiş atasına məxsus tumları taparaq 2024-cü ilin may ayının 15-də 04 ədəd dibçəkdə əkdiyini, əkdiyi vaxtdan başlayaraq mütəmadi olaraq toxumlara qulluq etdiyini, su verdiyini, yetişdikdən sonra isə bitkilərin diblərini mütəmadi olaraq suvarıb boşlatdığını, yəni aqrotexniki qaydada qulluq etdiyini, xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Kürdəmir rayonu, Şahsevən kəndində yaşadığı evdə olan zaman qapı döyüldüyünü, çölə çıxdıqda Kürdəmir RPŞ-nin əməkdaşları özlərini təqdim edərək narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmçinin yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkilər əkdiyini bildirdiklərini, həqiqətəndə tərkibində narkotik maddələr olan bitkilər əkibəkməməsi soruşularkən həyətyanı bağ sahəsində 05 ədəd çətənə bitkiləri əkməsini bildirdiyini, bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması ilə bağlı razılıq ərizəsi alındığını, videoçəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanıldığını, baxışda onunla bərabər aqronom və polis əməkdaşları iştirak etdiklərini, göstərdiyi yolla hərəkətə başladıqlarını və həyətyanı bağ sahəsinə çətənə bitkilərini əkdiyi dibçəklər olan yerə keçdiklərini, polis əməkdaşlarına ümumilikdə 05 ədəd çətənə bitkilərini dibçəkdə əkdiyini, böyüməsi üçün qulluq etdiyini, hazırda həmin bitkilərdən qaldığını dediyini, baxış keçirilən həyətyanı bağ sahəsinin ona məxsus olduğunu, evdə ailə üzvləri ilə birlikdə yaşadığını, narkotik xassəli çətənə bitkiləri əkməsində heç kimin, eləcə də ailə üzvlərinin də məlumatı olmadığını, bağ sahəsinə keçdikdən sonra orada 04 ədəd dibçəkdə əkilmiş 05 ədəd tərkibində narkotik maddələr olan bitkiləri, yəni çətənə bitkilərini polis əməkdaşlarına göstərdiyini, bundan sonra müstəntiq tərəfindən həmin çətənə bitkiləri çıxarıldığını və aqronomun baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulandığını və dibləri boşaldıldığını bildirdiyini, həmçinin həmin bitkilərin spesifik qoxusuna görə də çətənə bitkisinə oxşamaları müəyyən edildiyini, bitkilər torpaqdan çıxarılaraq 01 ədəd içərisi boş polietilen torbada qablaşdırıldığını və üzəri iştirakçılar tərəfindən imzalanaraq DİN-in zərflər üçün möhürü ilə möhürləndiyini, bundan sonra baxış sonlandırıldığını və polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəldiklərini, RPŞ-də seçidiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra ona hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış keçirilməyə başlanıldığını, ilkin olaraq şəxsi axtarışdan öncə baş verənlər barədə iştirakçılara və müdafiəçiyə məlumat verilərək ondan üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, üzərində qanunsuz əşya olmamasını bildirərək cibində olan 01 ədəd “Nokia” və 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etdiyini, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, qanunsuz əşya və predmet aşkar edilmədiyini, bundan sonra şifahi qaydada sorğu-sual aparıldığını və videoçəkilişin sonlandırıldığını, həmin bitkilərin ona məxsus olduğunu, onları tək əkib-becərdiyini, heç kimin ona bitkiləri əkib-becərməkdə kömək etmədiyini və bu barədə heç kimin məlumatı olmadığını, mütəmadi olaraq həmin bitkilərə qulluq etdiyini, diblərini boşaltdığını və suladığını, aqrotexniki qaydada qulluq etdiyini, özü narkotik vasitə olan qurudulmuş marixuanadan aradabir istifadə etdiyini, bitkiləri şəxsi istifadə etmək məqsədilə əkdiyini, 05 ədəd çətənə bitkilərindən başqa heç bir yerdə çətənə bitkisi əkmədiyini, ona heç bir formada təzyiq göstərilmədiyini, heç bir cinayət əməli törətmədiyini, “Nokia” markalı telefonun üzərində ***-***-**-** saylı nömrə oldğunu “Redmi” markalı telefonun üzərində heç bir mobil nömrə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ilk dəfə cinayət əməli törətməklə əməlindən peşman olmasını bildirib ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Kürdəmir rayonu, Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması üzərində saxlaması, qəbul etməsi və narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayon Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs küçə qapısnı döydükdə Fəzamilin qapını açdığını, Fəzamilə narkotik vasitələrin qanunsuz dövryyəsində və əkib becərilməsində şübhəli olduğunu bildirdiklərini və ondan narkotik vasitə əkib əkmədiyi soruşulduğunu, həmin zaman Fəzamilin narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini dediyini, bundan sona onun göstərməyinə əsasən həyətyanı sahəsinə daxil olduqlarını, Fəzamilin yaşadığı evin bağ sahəsini göstərib həmin istiqamətdə hərəkət etdiklərini, bundan sonra Fəzamilin bağ sahədə 04 ədəd dipcəkdə əkdiyi 05 ədəd çətənə kollarını göstərdiyini, həmin bitkilərə aqranom baxış keçirib çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq olunaraq dibləri boşaldılıb su verildiyini bildirdiyini, bundan sonra 05 ədəd çətənə kollarının müstəntiq tərəfindən qablaşdırıldığını, üzəri iştirakçılar tərəfindən yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirildiyini, bundan sonra Fəzamili Kürdəmir RPŞ-yə gətirdiklərini, RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra Fəzamilin üzərində şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində qanunsuz heç bir əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Fəzamilə qarşı heç bir zor və güc tətbiq edilmədiyini, həmin şəxsin narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasada lakin onun narkotik tərkibli bitkilər əkməsi barədə məlumatlar daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işlədiyini, Kürdəmir rayonu, Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində polis əməkdaşları ilə birlikdə Kürdəmir rayon Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs küçə qapısını döydükdə Fəzamilin qapını açdığını, Fəzamilə narkotik vasitələrin qanunsuz dövryyəsində və əkib becərilməsində şübhəli olduğunu bildirdiklərini və ondan narkotik vasitə əkib əkmədiyi soruşulduğunu, həmin zaman Fəzamilin narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini dediyini, bundan sona onun göstərməyinə əsasən həyətyanı sahəsinə daxil olduqlarını, Fəzamilin yaşadığı evin bağ sahəsini göstərib həmin istiqamətdə hərəkət etdiklərini, bundan sonra Fəzamilin bağ sahədə 04 ədəd dipcəkdə əkdiyi 05 ədəd çətənə kollarını göstərdiyini, həmin bitkilərə aqranom baxış keçirib çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq olunaraq dibləri boşaldılıb su verildiyini bildirdiyini, bundan sonra 05 ədəd çətənə kollarının müstəntiq tərəfindən qablaşdırıldığını, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Fəzamilə qarşı heç bir zor və güc tətbiq edilmədiyini, həmin şəxsin narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasada lakin onun narkotik tərkibli bitkilər əkməsi barədə məlumatlar daxil olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. İbtidai istintaqda Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-də Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində polis əməkdaşları ilə birlikdə Kürdəmir rayon Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs küçə qapısnı döydükdə Fəzamilin qapını açdığını, Fəzamilə narkotik vasitələrin qanunsuz dövryyəsində və əkib becərilməsində şübhəli olduğunu bildirdiklərini və ondan narkotik vasitə əkib əkmədiyi soruşulduğunu, həmin zaman Fəzamilin narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini dediyini, bundan sona onun göstərməyinə əsasən həyətyanı sahəsinə daxil olduqlarını, Fəzamilin yaşadığı evin bağ sahəsini göstərib həmin istiqamətdə hərəkət etdiklərini, bundan sonra Fəzamilin bağ sahədə 04 ədəd dipcəkdə əkdiyi 05 ədəd çətənə kollarını göstərdiyini, həmin bitkilərə aqranom baxış keçirib çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq olunaraq dibləri boşaldılıb su verildiyini bildirdiyini, bundan sonra 05 ədəd çətənə kollarının müstəntiq tərəfindən qablaşdırıldığını, üzəri iştirakçılar tərəfindən yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirildiyini, bundan sonra Fəzamili Kürdəmir RPŞ-yə gətirdiklərini, RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra Fəzamilin üzərində şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində qanunsuz heç bir əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Fəzamilə qarşı heç bir zor və güc tətbiq edilmədiyini, həmin şəxsin narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasada lakin onun narkotik tərkibli bitkilər əkməsi barədə məlumatlar daxil olduğunu bildirmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/676 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən. 05 ədəd” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 05 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-65,0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (bax iş vər. 54-55) Çətənə bitkilərinin ümumi təmiz çəkisi-65,0 qram, tədqiqata cəmi 0,50 qram (hər ob. 0,10 qram) sərf edildikdən sonra 64,50 qram qalıq qalmışdır. İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1454 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs n arkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 100) Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis Qorxmaz Şükürovun verdiyi rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində aşkar edilərək götürülmüş cəmi 05 ədəd bitki çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, sulanmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (bax iş vər. 22) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-i Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 530 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayon Şahsevən kəndində yaşayır. (bax iş vər. 118) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş Kürdəmir rayon İHB-i Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 119) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (bax iş vər. 94-95) İş materiallarəna əlavə edilmiş “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X7 daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-717/2024 nömrəli məktubdan görünür ki, Həsənov X5 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər.81) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 15.00-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.26-27) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2024cü il tarixdə, saat 11.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər.70-71) İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Şahsevən kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində 04 ədəd dibcəklərə əkmiş olduğu 05 (beş) ədəd çətənə (kannabis) bitkilərinin toxumlarının hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitələrin toxumunu naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. (bax iş vər.120) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiya etməsiözünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasnı, ilk dəfə cinayət törətməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 11:00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Həsənov X5 rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həsənov X5 rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 64,50 qram çətənə bitkisi məhv edilməli, 31,95 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disklər cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs istintaq bölməsində hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2024-ci ildə başlayıb xx.xx.2024-ci il tarixdə başa çatmışdır. Müdafiəçi2 istintaq müddətində 15 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs istintaq bölməsində hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həsənov X5 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ümumilikdə 05 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 65.0 qram olan çətənə (kannabis) bitkilərinin ekspertiza təhqiqatından sonra qalan 64.50 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq dövründə müdafiə etdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 15 saat hər iş saatı 06 manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-126/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-126/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver