Məhkəmə qərarları › İş №1(041)-128/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-128/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-128/2024 30.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonu Carlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq TAM-5418 nömrəli, 8 mm kalibrli, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı qaz patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş İJ-79-8 modelli 01 ədəd qaz tapançasını, 8 mm kalibirli qaz patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı İJ-79-8 modelli qaz tapançalarının komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı (sandıqçanı) və zavod üsulu ilə istehsal olunmuş, 8 mm kalibrli, döyüş sursatı hesab edilməyən atəş üçün yararlı olan 02 ədəd qaz patronunu əldə etmiş, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılıq ərizəsi əsasında yaşadığı evin həyətinə baxış keçirilərkən, həyatyanı sahədə yerləşən yardımçı tikilidən TAM-5418 nömrəli, 8 mm kalibrli, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı qaz patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş İJ-79-8 modelli 01 ədəd qaz tapançası, 8 mm kalibirli qaz patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı İJ-79-8 modelli qaz tapançalarının komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq (sandıqça) və zavod üsulu ilə istehsal olunmuş, 8 mm kalibrli, döyüş sursatı hesab edilməyən atəş üçün yararlı olan 02 ədəd qaz patronu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu Carlı kəndində ailəsi ilə birlikdə yaşayır, 3-4 il bundan öncə qazanc əldə etmək məqsədilə Bakı şəhəri ərazisində metal toplayıb həmin metalları satıb pul əldə etmişdir. 4 il bundan öncə Bakı şəhəri ərazisində dəmir toplayarkən zibil yeşiyində olan 01 ədəd ağ rəngli kisə diqqətimi çəkmişdir. Kisəni götürüb açıb içərisinə baxdıqda 01 ədəd “Makarov” markalı tapançaya bənzər silah və silah üzərində olan daraq içərisindəki 02 ədəd patron və 01 ədəd giliz olduğunu görmüşdür. O, həmin tapançanı götürüb bir müddət kirayə qaldığı evdə gizlətmiş və daha sonra yaşadığı Carlı kəndinə evə gətirib əl damında ləvazimat qutusunun içərisində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat axşam saatlarında yaşadığı evdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları gəlmişlər və odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmçinin yaşadığı evdə odlu silah saxladığını bildirmişlər. Sorğu-sual zamanı yardımçı tikilidə 02 ədəd ov tüfəngi və 01 ədəd “Makarov” markalı tapançaya bənzər silah saxladığını bildirmişdir. Videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və yardımçı tiklidə olan alət qutusunu açaraq polietilen torba içərisindən üzərində daraq olan 01 ədəd “Makarov” markalı tapançaya bənzər silahı, 02 ədəd patron və 01 ədəd gilizi təqdim etmişdir. Daha sonra yerdə olan 02 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd “makarov” markalı tapançaya bənzər silah, həmin silaha məxsus daraq, 02 ədəd patron, 01 ədəd giliz və 02 ədəd ov tüfəngi qablaşdırılaraq üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış zamanı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şifahi qaydada sorğu-sual aparılmış və videoçəkiliş sonlandırılmışdır. Şöbədə “İJ-79-8” modelli, “TAM- 5418” №-li qaz tapançasını, 01 ədəd darağı (sandıqçanı), 02 ədəd patronu, 01 ədəd gilizi 4 il bundan öncə Bakı şəhəri ərazisində dəmir toplayarkən zibil yeşiyindən tapdığını, ona məxsus olduğunu və taparkən yanında heç kim olmadığını bildirmişdir. “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançasını, 01 ədəd sandıqça, 02 ədəd patron, 01 ədəd gilizi saxlamaqda heç bir məqsədi olmamış və istifadə etməmişdir. Ov tüfənglərini isə ov üçün istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq edilməmişdir. Kürdəmir rayonu, eləcə də Azərbaycan Respublikası ərazisində başqa heç bir cinayət əməli törətməmişdir Hazırda törətdiyi əmələ görə peşmandır, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin İTB-nin XÜ baş inspektoru vəzifəsində işləyir, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Carlı kənd sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi və saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişlər, videoçəkiliş vasitəsi ilə baxış zamanı Təqsirləndirilən şəxs qərarla tanış olmuş və ondan qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular saxlayıb saxlamaması soruşularkən o, təxminən 04 il bundan qabaq Bakı şəhəri ərazisində metal qəbulu məntəqəsində fəhlə işləyən zaman metal tullantıların arasından 01 ədəd tapança tapdığını, maraqlı gəldiyi üçün həmin tapançanı gətirib yaşadığı evin həyətindəki damda “direl” qutusunun içərisində gizlədib saxladığını və həmin damda 02 ədəd ov tüfəngi də olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkət edərək həyətdəki kürsülü evin qarşı tərəfindəki dama daxil olduqda girişdən sol tərəfdə 01 ədəd göy rəngli ləvazimat qutusunun içərisində 01 ədəd dəri qabda 01 ədəd tapança, həmin tapançanın 01 ədəd darağı, 02 ədəd patron və 01 ədəd giliz aşkar olunmuşdur. Eləcə də damda yerdə yığılı halda 02 ədəd qoşa lüləli ov tüfəngi aşkar olunmuşdur. 01 ədəd tapança, 01 ədəd daraq, 02 ədəd patron və 01 ədəd giliz birlikdə 01 ədəd polietilen torbada qablaşdırılmışdır. Həmçinin 02 ədəd tüfəng də ayrıca 01 ədəd polietilen torbada qablaşdırılmışdır. Polietilen torbaların üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Sorğu-sual zamanı Şahid1 01 ədəd tapança və 02 ədəd tüfəngin ona məxsus olduğunu, 01 ədəd tapançadan atəş açmadığını, tapıb maraqlı gəldiyi üçün saxladığını, 02 ədəd tüfəngin isə rəsmi qaydada sənədləri olduğunu və adına rəsmiləşdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir rayon polis şöbəsinin İTB-nin polis nəfəri polis serjantı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsində və saxlamasında şübhəli olduğu üçün Kürdəmir RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis baş leytenantı Şahid1 Zülfi oğlunun, Kürdəmir RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 və Kürdəmir RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X1 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs küçəyə dəvət olunmuş, ondan odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib saxlaması barədə soruşulmuşdur. Bundan sonra o, təxminən 03 il bundan qabaq Bakı şəhəri ərazisində metal qəbulu məntəqəsində fəhlə işləyən zaman metal tullantıların arasından 01 ədəd tapança tapdığını, maraqlı gəldiyi üçün həmin tapançanı gətirib yaşadığı evin həyətindəki damda “direl” qutusunun içərisində gizlədib saxladığını və həmin damda 02 ədəd ov tüfəngi də olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkət edərək həyətdəki kürsülü evin qarşı tərəfindəki dama daxil olduqda girişdən sol tərəfdə 01 ədəd göy rəngli “direl” qutusunun içərisində 01 ədəd dəri qabda 01 ədəd tapança, həmin tapançanın 01 ədəd darağı, 02 ədəd patron və 01 ədəd giliz aşkar olunmuşdur. Eləcə də damda yerdə yığılı halda 02 ədəd qoşa lüləli ov tüfəngi aşkar olunmuşdur. 01 ədəd tapança, 01 ədəd daraq, 02 ədəd patron və 01 ədəd giliz birlikdə 01 ədəd polietilen torbada qablaşdırılmışdır. Həmçinin 02 ədəd tüfəng də ayrıca 01 ədəd polietilen torbada qablaşdırılmışdır. Polietilen torbaların üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən o, 01 ədəd tapança, 01 ədəd daraq, 02 ədəd patron, 01 ədəd giliz və 02 ədəd tüfəngin ona məxsus olduğunu, 01 ədəd tapançadan atəş açmadığını, tapıb maraqlı gəldiyi üçün saxladığını, 02 ədəd tüfəngin isə rəsmi qaydada sənədləri olduğunu və adına rəsmiləşdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması və Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulması üçün sonlandırılmışdır. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsində və saxlamasında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 20:30-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılığı ilə yaşadığı evə və həyətinə baxış keçirilərkən həyətyanı sahədəki damdan 01 ədəd tapançaya, həmin tapançanın 01 ədəd darağı, 02 ədəd patronu və 01 ədəd gilizi, eləcə də damda yerdə yığılı halda 02 ədəd qoşa lüləli ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması qanunla dövriyyəsi qadağan edilmiş silah və komplekt hissələrini, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən o, 01 ədəd tapança, 01 ədəd daraq, 02 ədəd patron, 01 ədəd giliz və 02 ədəd tüfəngin ona məxsus olduğunu, 01 ədəd tapançadan atəş açmadığını, tapıb maraqlı gəldiyi üçün saxladığını, 02 ədəd tüfəngin isə rəsmi qaydada sənədləri olduğunu və adına rəsmiləşdiyini bildirmişdir. -Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2024-cü il tarixli, 24/1368 nömrəli rəydən görünür ki, 1) Tədqiqata təqdim edilmiş 01 ədəd TAM-5418 №-li silah zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 8 mm kalibrli qaz patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş İJ-79-8 modelli qaz tapançasıdır və odlu silah hesab edilmir, hal-hazırda texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2) Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 mm kalibirli qaz patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı İJ-79-8 modelli qaz tapançalarının komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissəmexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. 3) Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 8 mm Kalibrli qaz patronlarıdır, döyüş sursatı hesab edilmirlər və atəş üçün yararlıdırlar. 4) Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə istehsal olunmuş 8 mm Kalibrli qaz tapançalarından atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir, atılmış gilizidir. 5) Tədqiqata təqdim edilmiş 02 ədəd 20-K06100 №-li və 20-K06118 №-li silahlar, zavod üsulu ilə Türkiyə Respublikasında, Kral ARMS silah zavodunda istehsal olunmuş 12 kalibrli M-2-7SE modelli, çaxmaqsız, şaquli qoşa hamar lüləli ov tüfəngləridir, odlu yivsiz silahlardır, texniki cəhətdən sazdırlar və hər iki lülədən atəş üçün yararlıdırlar. Silahların hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. 6) DİN-in KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından, 01 ədəd 8 mm kalibrli TAM-5418 №-li İJ-79-8 modelli qaz tapançası və 02 ədəd 20-K06100 №-li və 20-K06118 №-li M-27SE modelli, çaxmaqsız, şaquli qoşa hamar lüiəli ov tüfəngləri həmin kartotekada yoxlanılmadı. 7) Dİn-in KTİ-də «məhkəmə fiziki kimyəvi ekspertizası» keçirilmədiyindən qərarda qeyd olunan «Təqdim edilən silahlardan sonuncu təmizlənmədən sonra atəş açılmışdırmı?» suala cavab verilmədi. - Kürdəmir rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli 5(041)-89/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyat müvəkkili polis mayoru Orxan Ələsgərovun xx.xx.2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1400;3/1401 nömrəli rəydən görünür ki, 1) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli qaz patronlarından istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançasıdır, odlu silah hesab edilmir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın hissələrinin üzərində onun təyinatını dəyişdirən və zavod işarələrində hər hansı əlavə və dəyişiklik edilməmişdir. 2) Qaz silahı – gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və ya başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silah olduğundan, təqdim edilmiş silah öldürücü-məhvetmə gücünə malik deyil. 3) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça 8 mm kalibrli qaz patronlarını yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, “İJ-79-8” modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsidir – sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. 4) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş qaz patronudur, döyüş sursatı hesab edilmir, istifadəyə yararlıdır. 5) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş qaz patronunun atəşlə ayrılmış hissəsidir – gilizdir. 6) Tədqiqata təqdim olunmuş “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançasının ilkin tədqiqatı zamanı atəşə yararlı olubolmamasının müəyyən edilməsi üçün ondan eksperimental atəş (atəşlər) açıldığından silahdan atəş açılması faktının müəyyən edilməsi məqsədilə təkrarən kimyəvi tədqiqatın aparılması öz əhəmiyyətini itirir. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-989/2024 nömrəli məktubdan görünür ki, Mənsimli X2 RMX-nin PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımtikilidən aşkar olunmuş zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli qaz patronlarından istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançası, 8 mm kalibrli qaz patronlarını yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, “İJ- 79-8” modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi – daraq (sandıqça), zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd qaz patronu, zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş qaz patronunun atəşlə ayrılmış hissəsi – 02 ədəd giliz iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işində saxlanılmışdır. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançası, 8 mm kalibrli qaz patronlarını yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş qaz patronu, qaz patronunun atəşlə ayrılmış hissəsi – gilizi hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs qaz silahını və sursatı naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirrilməsi haqqında qərarda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 228.2 və 229.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi və Təqsirləndirilən şəxs 1 ədəd qaz tapancasını və 01 ədəd darağı (sandıqçanı) təhvil verilməsi könüllü təhvil vermə kimi qiymətləndirilməməsi qeyd edilmişdir. - Kürdəmir RİHB-nin Carlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Carlı kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, şahidlərin ifadəsi, Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2024-cü il tarixli, 24/1368 nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə aza ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Carlı kəndində qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Carlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSYda saxlanılmış və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli qaz patronlarından istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançası, 8 mm kalibrli qaz patronlarını yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, “İJ-79-8” modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi – daraq (sandıqça), zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd qaz patronu, zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş qaz patronunun atəşlə ayrılmış hissəsi – 02 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, hökmün maddi sübutun müsadirə edilməsi və təhvil verilməsi hissəsində icra edilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 14 (on dörd) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Carlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli qaz patronlarından istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş “İJ-79-8” modelli, “TAM-5418” №-li qaz tapançası, 8 mm kalibrli qaz patronlarını yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, “İJ-79-8” modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi – daraq (sandıqça), zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd qaz patronu, zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, qaz tapançalarında istifadə etmək üçün nəzərdə tutulmuş qaz patronunun atəşlə ayrılmış hissəsi – 02 ədəd giliz müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, hökmün maddi sübutun müsadirə edilərək təhvil verilməsi hissəsində icra edilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar