Məhkəmə qərarları › İş №1(041)-128/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-128/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-128/2025 22.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, Kürdəmir şəhəri Bakı prospekti ev 13-də qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 460 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq idarə etdiyi avtomobildə saxlamış, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Atakişili kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq üzərinə və avtomobilinə keçirilən baxış zamanı, avtomobilin qabaq sürücü oturacağının altından bir ədəd polietilen torbada xeyli miqdarda təmiz çəkisi 460 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki istifadə edir. VAZ 2106 markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksiçilik edir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində "Şor kanal"ında balıq tutarkən ağacların arasında yerdə sellofan paketi görmüşdür. Həmin sellofan paketi götürüb içərisində baxdıqda marixuana olduğunu görmüş, istifadə etmək məqsədi ilə idarə etdiyi VAZ 2106 markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə olarkən, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində və nəqliyyat vasitəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifi əsasında idarə etdiyi nəqliyyat vasitəsinin sürücü oturacağının altında bir ədəd polietilen torbada olan marixuananı çıxarıb təqdim etmişdir. Həmin polietilen sellofan polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 470 qram olması müəyyən edilmişdir. Bundan sonra RPŞ-nə aparılmış, müstəntiq tərəfindən şübəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olan zaman tanışları onu “NUR” kafesinə çağırmış, kafedə bir qədər spirtli içki qəbul etdikdən sonra Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaxınlaşıb onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orada ona nə üçün saxlandığını bildirərək, narkotik vasitə istifadə etdiyini boynuna almasını istəmişlər. O isə qorxduğu üçün razı olmuşdur. Bundan sonra polis əməkdaşları ilə onun yaşadığı ünvana getmiş, orada özünə məxsus VAZ 2106 markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Kürdəmir rayonu Atakişili kəndi ərazisinə getmişlər. Həmin ərazidə olarkən polis əməkdaşları özləri narkotik vasitəni onun avtomobilinə yerləşdirmişdir. Videoçəkiliş vasitəsi ilə üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olmadığını, idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, idarə etdiyi nəqliyyat vasitəsinin sürücü oturacağının altında bir ədəd polietilen torbada olan marixuananı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, narkotik vasitə istifadə etməsə də spirtli içkilərdən həddən artıq qəbul edərək özünü cəmiyyət arasında normal aparmır və müalicəyə ehtiyacı vardır. Göstərilənləri nəzərə alaraq, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid X6 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri Bakı prospekti ev 13-də yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində onun, Kürdəmir RPŞnin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində və idarə etdiyi VAZ 2106 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Kürdəmir şəhəri Bakı prospekti ev 13-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1974-cü il təvəllüdlü Şirinov X5 rayonu Atakişili kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur, lakin idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib, idarə etdiyi VAZ 2106 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sürücü oturacağının altından bir ədəd polietilen torba çıxarıb təqdim etmişdir. Həmin torba polis əməkdaşalrı tərəfindən açılmış, içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin polietilen torba elektron tərəzidə çəkilmiş təxmini çəkisi 470 qram olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilindən aşkar edilmiş kütlə marixuanadır, həmin kütləni xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində olan "Şor kanalında" balıq tutarkən tapmış, istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Bundan sonra videoçəkilişlə qablaşdırılmış kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 488 qram olmuşdur. Həmin bağlama qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağlamada olan marixuana ona məxsusdur, həmin marixuananı balıq tutarkən tapmış, istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1 oğlu da şahid X6 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, onun tutulma vaxtı xx.xx.2025-ci il tarixdə, saat 20:00-dan hesablanmışdır. - xx.xx.2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Kürdəmir rayon polis şöbəsinin müstəntiqi Natiq Həsənovun Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-84/2025 saylı qərarı ilə vəsatət və təqdimat qismən təmin edilərək Təqsirləndirilən şəxs barəsində 02 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Cinayət işində olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və idarə etdiyi avtomobilə keçirilən baxış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X4, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X1, iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində və idarə etdiyi VAZ 2106 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir şəhəri Bakı prospekti ev 13-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1974-cü il təvəllüdlü Şirinov X5 rayonu Atakişili kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur, lakin idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib, idarə etdiyi VAZ 2106 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sürücü oturacağının altından bir ədəd polietilen torba çıxarıb təqdim etmişdir. Həmin torba polis əməkdaşları tərəfindən açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin polietilen torba elektron tərəzidə çəkilmiş təxmini çəkisi 470 qram olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilindən aşkar edilmiş kütlə marixuanadır, həmin kütləni xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində olan "Şor kanalında" balıq tutarkən tapmışdır, İstifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Həmin büküm qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. - Cinayət işində olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə keçirilən baxış zamanı aşkar edilmiş marixuananın qablaşdırıldığı bağlamaya baxış keçirilməsi haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X2, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd torbadır. Ona təqdim edilmiş bağlamaya baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağlama onun avtomobilindən aşkar edilən qurudulmuş marixuananın qablşdırıldığı bağlamadır, bağlamanın tamlığı pozulmamış, onun üzərində ki isə öz imzasıdır. Bağlamanın tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bağlama ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri 488 qram, olmaları müəyyən edilmişdir. Həmin bağlama qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bağlamada olan marixuanalar ona məxsusdur, həmin marixuananı balıq tutarkən tapmışdır. İstifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir, aşkar edilmiş marixuana onun özünə məxsusdur. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/502 nömrəli rəyində qeyd olunmuşdur ki, “Təqsirləndirilən şəxs idarə etdiyi..." sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 460 qram, tədqiqata sərf olundu 0,10 qram, qalıq 459,90 qram - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs: 1) xx.xx.1996-cı ildə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 207 m. 23-1 maddəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqda 01 il 06 ay şərti cəzaya məhkum edilmişdir. xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 2) xx.xx.2002-ci il tarixli Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 3) xx.xx.2010-ci il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci, 213.2.2-ci və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 4) xx.xx.2014-ci il tarixli Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2-ci, 177.2.3,67.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə, 03 il sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 11 ay 08 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2018-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. 5) xx.xx.2019-ci il tarixli Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-cildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. 6) xx.xx.2021-ci il tarixli Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. - "TƏBİB” PHŞ-nin "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli rixli PHS-18-1-49/2-658/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. Həkim narkoloqun qeydiyyatında durur. - xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X11 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlilliyə görə pensiya, müavinət və təqaüd almır. - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1378 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Cinayətin predmeti olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş təmiz çəkisi 460 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 459,90 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. - xx.xx.2025-ci il tarixli 5(041)-65/2025 nömrəli Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X4 xx.xx.2025-ci il tarixdə qəbul etdiyi "təxirə salınmadan əməliyyat axtarş tədbirlərinin keçirilməsi barədə" qərarı Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən qanuni hesab edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(041)-128/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. - Kürdəmir RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü (özü, arvadı, 2004-cü il təvəllüdlü oğlu Ülvi və 2006-cı il təvəllüdlü qızı Ülviyyə) ilə birlikdə ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, şahidlərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, videogörüntü, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin sonradan özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs verilmiş suallara cavabında avtomobilindən aşkar edilərək götürülmüş bükümün polis əməkdaşları tərəfindən ora qoyulması, həmin narkotik vasitənin polis əməkdaşlarından qorxaraq boynuna alması barədə ifadəsində göstərdiyi xüsusatlar iş materialları və məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin üzərinə baxış video-görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, bununla bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və ya yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxsin polis əməkdaşlarından qorxaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi ağlabatan görünmür ona görə ki, Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə polis əməkdaşları ilə yaxından ünsiyyətdə olmuş, və məhkumluq həyatı yaşamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəmə-bioloji və narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 460 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 459.90 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, bundan əvvəl dəfələrlə törətdiyi eyni cinayət əməlinə görə aldığı cəzalardan heç bir nəticə çıxarmadığını, islah olunmadığını, avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın miqdarını və digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, narkotik vasitə qurudulmuş marixuananın 459.90 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, maddi sübutun-narkotik vasitə olan metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 15 saat hüquqi yardıma görə 165 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxarılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 459.90 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, maddi sübutun-kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 165 (yüz altmış beş) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar