Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-129/2024 05.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs Həziran qızının iştirakı ilə xx xxxx 1989-cu ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşul olan, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Karrar kəndində yerləşən tam orta məktəbin həyətində həyat yoldaşı Zərərçəkmiş şəxs Həziran qızının məktəbin həyətində oturmasına irad bildirdikdə sonuncunun ona kobud cavab vermıəsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla 3-4 dəfə qəsdən zərbə vuraraq ona sol yanaq nahiyəsində sıyrıq, sol gözaltı nahiyəsinə qançır, həmin gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Həziran qızının onun arvadıdır. Münasibətləri normaldır. Onlar 2010-cu il tarixdə evlənmiş və onların 3 uşaqları vardır. O, özü spirtli içkiyə meyilli olduğu üçün Sona hər dəfə irad bildirmiş və son vaxtlar da aralarındakı mübahisələr buna görə olmuşdur. xx.xx.2024-cü il tarixdə də evdə onlar arasında mübahisə olmuş Sona səhər saat 08 radələrində uşaqları götürərək məktəbə aparmış, o, da bir az sonra məktəbə getmiş və Sonanı məktəbin həyətindəki oturacaqda görüb ondan burada niyə oturmasının səbəbini soruşmuş, Sona ona kobud cavab qaytardığı üçün aralaında mübahisə olmuş, mübahisə zamanı əsəbləşərək yumruqla 3-4 dəfə Sonanın sifət nahiyəsindən vuraraq ona xəsarət yetrimişdir. Hadisə zamanı yanlarında heç kim olmamış, lakin məktəbin direktoru Şahid1 onları otağının pəncərəsindən görmüşdür. 2020-ci il tarixdə də Sonanı vurduğu üçün barəsində olan AR CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə baxılmış, məhkəmədə Sona onu bağışladığı üçün əməlinı xitam verilmişdir. O, hazırda arvadı Sona ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Həziran qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Sadiq spirtli içki üçün mübasibətləri normal deyildir. Belə ki, Sadiq tez-tez spirtli içki içdiyi üçün aralarında mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sadiq səhər tezdən evdə olarkən araq içmiş, o, da iradını bildirmişi, sonra saat 08 radələrində uşaqları götürərək məktəbə aparmış, məktəbin həyətində oturacaqda oturarkən Sadiq məktəbə gəlmiş, onun burada niyə oturduğunu soruşmuş və mabahisə etməişdir. Mübahisə zamanı yumruqla 3-4 dəfə onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı onların yanında heç kim olmasa da məktəbin direktoru Şahid1 öz otağının pəncərəsindən hadisəni görüb onların yanına gələrək Sadiqə məktəbin həyətindən uzaqlaşmasını tələb etsə də Xəyal getməmiş və Şahid1 DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər. 2020-ci il tarixdə də Sadiq onu döydüyü üçün məhkəmədə onun işinə baxılmış və o, Sadiqi bağışladığı üçün barəsində olan cinayət işinə xitam verilmişdir. Hazırda onlar barışmış, Sadiq ona dəyən ziyanı tamamilə ödəmişdir. Onun Sadiqə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Sadiq barəsində olan materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Karrar kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, səhər saat 08 radələrində Zərərçəkmiş şəxs 3 azyaşlı uşaqlarını məktəbə gətirmiş, məktəbin həyətində oturaraq uşaqlarının dərslərinin qurtarmasını gözləyərkən Sadiq məktəbə gəlmiş və Sonadan burada niyə oturmasının səbəbini soruşaraq onunla mübahisə etmişdir. Mübahisə zamanı Sonanın sifət nahiyəsindən 3-4 dəfə qəsdən yumruqla vurmasının şahidi olmuş, onların yanına gələrək Sadiqin məktəbin həyitindən uzaqlaşmasını tələb etmiş və dərhal DİN-nin 102 xidmət mərkəziə zəng edərək bu barədə məlumat vermişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli 445 nömrəli rəyində göstərilmişdir ki, 1990-cı təvəllüdlü Zərərçəkmiş şəxs Həziran qızının bədənində aşağıdakı xəsarətləri müəyyən edilmişdir: sol yanaq nahiyəsində sıyrıq, sol gözaltı nahiyəsində qnçır, həmin gözün ağlı qişasına qansızmanın küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2024-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (bax iş vər. 32-33) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 326 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. (bax iş vər. 26) İş materialalrına əlavə edimiş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun xx.xx.2011-ci il təvəllüdlü Murad adlı oğlu vardır. (bax iş, vər, 29) İş materialalrına əlavə edimiş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun xx.xx.2012-ci il təvəllüdlü Arzu adlı qızı vardır. (bax iş, vər, 30) İş materialalrına əlavə edimiş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun xx.xx.2015-ci il təvəllüdlü Polad adlı oğlu vardır. (bax iş, vər, 31) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 27) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49-2-981/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər, 47) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-cü il tarixli qərarı ilə barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək icraata materialına Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Karrar kəndində yerləşən tam orta məktəbin həyətində həyat yoldaşı Zərərçəkmiş şəxs Həziran qızının məktəbin həyətində oturmasına irad bildirdikdə sonuncunun ona kobud cavab vermıəsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla 3-4 dəfə qəsdən zərbə vuraraq ona sol yanaq nahiyəsində sıyrıq, sol gözaltı nahiyəsinə qançır, həmin gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasınsda Zərərçəkmiş şəxs Həziran qızı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdırığını və ona dəymiş ziyanı ödədiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materilına xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi ilə yəni zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət işiə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsin görə ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun işsiz olmasını, əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, himayəsində 3 azyaşlı uşaqın olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdlrlması cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Karrar kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Məhkəmədək sadələşdirilmiş icraat materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs təhqiqat bölməsində və məhkəmədə hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 90 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Karrar kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat, hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-129/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-129/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver