Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-13/2023 01.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə əməli törətməsinə dair cinayət materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Şahsevən kəndi ərazisində həmkəndlisi xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun barəsində Kürdəmir rayon Polis şöbəsinə şikayət etdiyini iddia edib aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə sonuncunun üz nahiyəsinə qəsdən bir dəfə vurub, sonra başı ilə sifətinə vuraraq ona sol gözaltı nahiyənin qançırı ilə müşayət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol almacıq nahiyəsinin yarası ilə müşayət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. T.A.Yunisovun qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 20 il olar ki, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, İİ qrup əlil olduğunu və Kürdəmir rayon Psixiatriya xəstəxansında müalicə aldığını, xeyli müddət olar ki, Zərərçəkmiş şəxs tanıdığını, belə ki, Musa ilə bir kənddə yaşadıqlarını, xx.xx.2022-ci il tarixdə saat 11.30 radələrində kənddə piyada evinə gedən zaman yolda Zərərçəkmiş şəxsla rastlaşdığını, həmin vaxt əsəbləri pozulduğu üçün Musa ilə aralarında mübahisə baş verdiyini, başı ilə Musanın sifətindən vurduğunu, bu zaman Musanın yanında olan qohumu Asimin onları araladığını və evinə getdiyini, mübahisə zamanı ətrafda ondan, Musadan və Asimdən başqa heç kim olmadığını, onunla Musa arasında mübahisə baş verən zaman Musanı başı ilə vurduğunu, Musanı bıçaqla vurmadığını, təxminən 10 il bundan əvvəl Musanın onu polisə şikyət etdiyini, həmin söhbətin də aralarında bağlanaraq həll olunduğunu, xx.xx.2022-ci il tarixdə Musa ilə rastlaşanda Musanın yanında olan qohumu Asimə ondan aralı dayanmasını və ürəyinin gedə biləcəyini dediyini, Musanın bu sözündən əsəbləşərək Musaya 10 il əvvəl polislərin qapılarına ondan ötrü gəlməsini dediyini, xəstəliyi tutduğunu və Musanın sifətindən başı ilə vurduğunu, 2 gün əvvəl onun yaşadığı evə polislər gəlmədiyini bildirmişdir. O, Musa ilə barışmamışdır. Xəstəliyini nəzərə alıb məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıdığını, belə ki, Turalla bir kənddə yaşadıqlarını, Turala qarşı heç bir ədavəti və düşmənçiliyi olmadığını, xx.xx.2022-ci il tarixdə səhər saat 09.30 radələrində yeznəsi Şahid1la birlikdə evdən çıxıb Kürdəmir şəhərində yerləşən mərkəzi bazara getdiklərini, bazarlıq edib geri qayıdan zaman Şahsəvən kəndində yolda Təqsirləndirilən şəxsla rastlaşdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu söyüb təhqir etdiyini, Turaldan onu söyməsinin səbəbini soruşduqda Tural ona görə evinə polis gəldiyini deyərək şalvarının belindən bıçaqı çıxardıb onun sifətindən, daha sonra da başı ilə də sifətindən vurduğunu, bundan sonra Turalın qaçıb evlərinə getdiyini, həmin vaxt yeznəsi Asimin yardım edib onu evə apardığını və evdə olan zaman bu barədə 102 Xidmətinə zəng vurub məlumat verdiyini, mübahisə zamanı sifətindən xəsarətlər aldığını, ona görə də məhkəmə-tibbi ekspertizasından keçdiyini, mübahisə zamanı küçədə Asimdən və Turaldan başqa heç kim olmadığını, Turalla Kürdəmir rayonu Şahsevən kəndində rastlaşan zaman Turalın onu söyüb təhqir etdiyini, Turaldan nə səbəbə onu söyüb təhqir etməsini soruşduqda Turalın ona 2 gün əvvəl ona görə evinə polislərin gəlməsini dediyini, Turala heç bir şikayət etmədiyini və polis şöbəsinə gedərək bu məsələni aydınlaşdırmağı desə də, Turalın yenə də ona eyni sözü deyərək belindən bıçağı çıxarıb onun sifətinə vurduğunu, daha sonra isə başı ilə onun yenidən sifətinə vuraraq qaçıb evlərinə getdiyini, həmin bıçaqı tam xatırlamadığını, lakin bıçağın iri və qara rəngli olması yadında qaldığını bildirmişdir. Onlar barışmamışlar. O, Tural ilə barışmaq istəmir, ona dəymiş ziyan ödənilməmişdir. O, Turala qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.30 radələrində qaynı Zərərçəkmiş şəxsla birlikdə Musanın evindən çıxıb Kürdəmir şəhərində yerləşən mərkəzi bazara getdiklərini, bazarlıq edib geri qayıdan zaman Şahsəvən kəndində yolda adını sonradan bildiyi Təqsirləndirilən şəxsla rastlaşdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Musanı söyüb təhqir etdiyini, Musa Turaldan onu söyməsinin səbəbini soruşduqda, Turalın Musaya görə onun evinə polis gəlməsini bildirib şalvarının belindən bıçaqı çıxardaraq Musanın sifətindən, daha sonra isə başı ilə də Musanın sifətindən vurduğunu, bundan sonra Turalın qaçıb evlərinə getdiyini, həmin vaxt Musaya yardım edərək evə apardığını və Musanın 102 Xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdiyini, Musa ilə yol gedən zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Musanı söydüyünü, Musa Turaldan nə səbəbə onu söyməsini soruşduqda Turalın onu polisə verdiyini və buna görə evlərinə polislərin gəlməsini dediyini, mübahisə zamanı küçədə ondan, Musadan və Turaldan başqa heç kim olmadığını, X4 İbadovu iri və qara rəngli bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstəri ki, Zərərçəkmiş şəxs onun oğlu olduğunu, xx.xx.2022-ci il tarixdə saat 10.30 radələrində oğlu Zərərçəkmiş şəxs kürəkəni Asimlə birlikdə bazara getdiklərini, saat 12 radələrində həyat yoldaşı Şahid3 ilə birlikdə evdə olan zaman oğlu Musanın Asimlə birlikdə evə gəldiklərini, Musanın sifətindən xəsarətlər almasını görüb nə baş verməsini soruşduqda Musanın onlara bazardan gələn zaman kənddə yolda həmkəndlisi Təqsirləndirilən şəxsla rastlaşdığını, həmin vaxt Turalın heç bir səbəb olmadan onu söyüb təhqir edərək əlində olan bıçaqla, eləcə də başı ilə sifətindən vuraraq xəsarətlər yetirməsini dediyini, həya yoldaşı Şiringüllə birlikdə Musaya yardım göstərdiklərini və daha sonra Musanın 102 Xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdiyini, əvvəllər oğlu Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında heç bir mübahisə, dava baş vermədiyini, Təqsirləndirilən şəxs əsəb olduğunu və bir müddət Kürdəmir rayon, Psixiatriya xəstəxanasında müalicə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlıumat vernmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və ibtidai istintaqda verdikləri ifadəsi elan olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olduğunu, təxminən 20 il olar ki, oğlu Təqsirləndirilən şəxs əsəb xəstəsi olduğunu və Kürdəmir rayon Psixiatriya xəstəxanasında müalicə olunduğunu, hazırda da oğlu Təqsirləndirilən şəxs arada bir Psixiatriya xəstəxanasında stasionar müalicə aldığını, xeyli müddət olar ki, Zərərçəkmiş şəxs tanıdığını, belə ki, Musa ilə birlikdə bir kənddə yaşadıqlarını, xx.xx.2022-ci il tarixdə kənddə olan zaman xx.xx.2022-ci il tarixdə oğlu Turalla Zərərçəkmiş şəxs arasında mübahisə baş verməsini və Turalın Musaya xəsarət yetirməsini eşitdiyini, bundan sonra Musanın evinə gedərək onunla görüşdüyünü, həmin vaxt Musanın atası Ağaisa və anası Şiringülün də evdə olduqlarını, Musanın sifətindən xəsarət almasını görərək nə baş verməsini soruşduqda Musanın Turalın onu bıçaqla və daha sonra başı ilə sifətindən vurub xəsarətlər yetirməsini dediyini, Musadan və onun ailə üzvlərindən oğlu Turalın hərəkətinə görə üzr istəyərək evinə qayıtdığını, hadisənin hansı şəraitdə baş verməsini görmədiyini, oğlu Turalın ruhi xəstə olduğunu və öz hərəkətlərini idarə edə bilmədiyini, hadisə baş verən zaman Turalın yanında olmadığını, mübahisəni görmədiyini və bu barədə məlumatı olmadığını bildirmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 458 nömrəli aktından görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: Sol almacıq nahiyəsinin yarası,sol gözaltı nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlərdən almacıq nahiyəsinin yarası kəsici alətin təsirindən törənmişdir, sol gözaltı nahiyəsinin yarası küt alət təsirindən törənmişdir,törənmə müddəti qərarda göstərilən şəraitə və vaxtayəni 05.09.22-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə - Sol almacıq nahiyəsinin yarası sağlamlığın qısa müddət pozulmasna səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sol gözaltı nahiyənin qançırı sağlamlğa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (bax iş vər. 49-50) İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 458 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sol almacıq nahiyəsində çapıq-iti xassəyə malik əşya (alət) təsirindən törənmiş xəsarətin izidir, müayinə olunanın dediyi tarix və şəraitdə-xx.xx.2022-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs sol almacıq nahiyəsində aşkar olunan xəsarət (çapıq) sifətin eybəcərləşməsinə səbəb olmamışdır, silinəndir. Üzdə asimmetriyanın olmaması, mimiki və çeynəmə əzələlərin funksiyasının pozulmaması bunu sübut edən əlamətlər hesab olunur. (bax iş vər.139-142) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon Psixiatriya xəstəxanası”dan daxil olan xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Şahsevən kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə,xx.xx.2021- ci il tarixdən xx.xx.2021-il tarixə,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında stasionar şəraitdə müalicə olunub.(bax iş vər.79) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 261 nömrəli məktubdan görünür ki,Yunusov X3 RMX-nin poliklinika şöbəsində həkim narkoloqun qeydiyyatında olmamaqla, həkim psixiatrın qeydiyyatında durur.(bax iş vər.52) İş materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 765 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs nadir qıcolma tutmaları ilə müşayət olunan epilepsiya,şəxsiyyət dəyişkənliyi ilə xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) f07.0 xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik kompensasiya mərəhələsində olduğundan o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (bax iş vər.137-138) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Topalhəsəli kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 530 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himaəsində 3 nəfər vardır və onlardan 2 nəfəri azyaşlıdır. (bax iş vər. 69) İş materiallarına əlavə edilmiş AZ İİİ 334553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünrü ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Tunar adlı oğlu vardır.(bax iş vər.72) İş materiallarına əlavə edilmiş A ıv 271013 nömrəli doğu haqqında şəhadnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Uğur adlı oğlu vardır.(bax iş vər. 71) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin opalhəsənli kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 70) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Mərkəzi Aran regional filialının 25 yanvar 2023-ci il tarixli 3-17-1/2-Y-14202/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 111) İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağarıza oğlu xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Şahsevən kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu üzərində gəzdirdiyi bıçağla üz nahiyəsinə bir dəfə vurub, sonra başı ilə sifətinə vurmuşdur. Həmin zaman həmin hadisəni Şahid1 görmüşdür. Həmçinin mübahisəyə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Kürdəmir RPŞ-yə müraciət etdiyini iddia etməsi olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan bıçağın yerini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq həmin bıçaqın yerini müəyyən etmək mümkün olmamışdır. (bax iş vər. 142) Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəlri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Şahsevən kəndi ərazisində həmkəndlisi xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun barəsində Kürdəmir rayon Polis şöbəsinə şikayət etdiyini iddia edib aralarında şəxsi münasibətlər zəminində yaranmış, mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə sonuncunun üz nahiyəsinə qəsdən bir dəfə vurub, sonra başı ilə sifətinə vuraraq ona sol gözaltı nahiyənin qançırı ilə müşayət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol almacıq nahiyəsinin yarası ilə müşayət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59.1.4-ci maddəsinə əsasən onun himayəsində 2 azyaşlı uşaqlarının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, İİ qrup əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Yunusov X3 rayonu Şahsevən kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 60 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 10 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 60 (altmış) manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-13/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-13/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver