Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-13/2025 12.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X3, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, Kürdəmir rayonunun Atakişli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Kürdəmir rayonu Atakişli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan fərdi yaşayış evinin zirzəmisinə, ordan isə döşəmə olmayan hissəsindən içəriyə qanunsuz daxil olaraq oradan 583 əyarlı 2.5 qram 212 manat 50 qəpik dəyərində 01 ədəd qızıl üzüyü, 583 əyarlı 1.80 qram 153 manat dəyərində 01 ədəd qızıl üzüyü, 583 əyarlı 1.50 qram 127 manat 50 qəpik dəyərində 01 ədəd qızıl üzüyü, 583 əyarlı 2 qram 170 manat dəyərində 01 ədəd qızıl üzüyü, 583 əyarlı 1.70 qram 144 manat 50 qəpik dəyərində 01 ədəd qızıl üzüyü, hər biri 80 manat qiymətində ümumilikdə 480 manat dəyərində 06 ədəd qızıl dişləri, 80 manat dəyərində 01 ədəd “Hotpoint-Ariston” markalı MM060DSL0 modelli ət çəkən aparatı, 200 manat dəyərində 01 ədəd “BOSCH" markalı ət çəkən aparatı, 100 manat dəyərində 01 ədəd “Bosch” markalı “MES3500/02” modelli şirəçəkən aparatı, 200 manat dəyərində 01 ədəd "İRİSK” markalı süni dırnaq aparatını, 50 manat dəyərində 01 ədəd "BOSCH” markalı drel aparatını, 70 manat dəyərində "Sony” markalı 01 ədəd saç fenini, 200 manat dəyrində 01 ədəd “İRİSK markalı saç ütüsünü, 200 manat dəyərində 01 ədəd “HP Envy m6” markalı noutbuku, 180 manat dəyərində “HP Pavilion g6” markalı 01 ədəd noutbuku və yataq otağında dolabın içərisində olan Azərbaycan Respublikası Mərkəzi Bankı məzənnəsinə görə 1913 manat 60 qəpik dəyərində 104000 Rus rublunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4481 manat 10 qəpik maddi ziyan vurmaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının sonlarında qonşuluğunda yerləşən sahibsiz ev tapmış oğurluq etmişdir. Təxminən 01 aprel 2024-cü il tarixdə tanımadığı X9 məxsus evə oğurluq etmək üçün getmişdir. Saat təxminən 20 radələrində ətrafda heç kimin olmadığını görmüş və həyətyanı sahəsinin açıq hissəsindən həyətə daxil olmuşdur. Oradan da evin zirzəmisinə girmiş evin döşəmə olmayan hissəsindən içərisinə daxil olmuşdur. Bundan sonra evin zal hissəsindən divanın yanında olan “02” ədəd “HP” markalı komputeri götürmüşdür. Sonra digər otağa keçib 01 ədəd ət çəkən aparatı, 01 ədəd şirə çəkən aparatı götürmüşdür. Bundan sonra yataq otağına girmişdir. Orada yatağın üstündə olan 01 ədəd “HP” markalı komputeri götürmüşdür. Oğurladığı əşyları yaşadığı evin həyətində gizlətmişdir. Sonra o həmin günü axşam saat təxminən 23 radələrində Kürdəmir rayonu ərazisində olan zaman tanışı Vüqar adlı tanışı ilə rastlaşmışdır. Onunla söhbətləşən zaman pula ehtiyacı olduğundan özünə məxsus əşyaları satdığını demişdir. O da hansı əşyalar olduğunu soruşmuşdur. O da oğurladığı əmlakların adın demiş, Vüqar da 01 ədəd “HP” markalı komputeri və 01 ədəd ət çəkən aparatı ala biləcəyini və ona neçiyə satacağını soruşmuşdur. O da həmin əşyaları ümumilikdə 135 manata satdığını demişdir. O, üzərində pul olmadığını Ağsu rayonuna gedib orada pul verə biləcəyini demişdir. O da onunla razılaşmışdır. Sonra o yaşadığı evdən həmin əşyları götürmüş Vüqarın yanına gəlmişdir. Bundan sonra Kürdəmir şəhəri ərazisində “dörd yol” adlandırılan yerə gəlmiş, orada Ağsu rayonuna getmək üçün taksi axtararkən Ramiz adlı tanışı ilə raslaşmışdır. Ramiz Ağsu rayonuna aparması üçün Vüqardan 15 manat pul istəmişdir. Vüqar ilkin olaraq 5 manat qalan 10 manatı isə Ağsu rayonunda olan zaman verəcəyini demişdir. Bundan sonra Ramizin avtomobilinə əyləşmişlər. Ramiz onları Ağsu rayonuna aparmışdır. Vüqar göstərdiyi yerə getmiş, orada dayanmışlar. Vüqar avtomobildən düşmüş, oğurlanan əmlakları özü ilə aparmış tanımadığı bir evə girmişdir. Təxminən 30 dəqiqə sonra gəlmiş ona 135 manat pul vermişdir. Vüqar Ramizə də qalan 10 manatı vermişdir. Bundan sonra taksi sürücüsü Ramiz adlı şəxsin idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə Kürdəmir rayonuna qaytmışlar. 01 ədəd şirə çəkən aparatı isə 20 manata Ayaz adlı taksi sürücüsünə satmışdır. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şahid2 və Şahid4 əmlakları alan zaman oğurluq olmasından xəbəri olmamışdır. Ayaz taksi fəaliyyəti ilə məşğul olur. Ona əvvəldən 5 manat borcu olmuşdur. O, Kürdəmir rayonu “Dörd yol” adlandırılan ərazidə rastlaşanda ona anasının xəstə olduğunu yalandan demiş şirə çəkən aparatı satdığını demişdir. O da əvvəl onun razılaşmasa da sonradan 20 manata razılaşmışdır. Sonra onun borclu olduğu 5 manatı çıxdıqdan sonra 15 manat pul vermişdir. O, oğurluğu tək etmişdir. Ona köməklik göstərən olmamışdır. Əldə etdiyi gəliri öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 05 ədəd qızıl üzüyü, 06 ədəd qızıl dişləri, 104000 rus rubulunu götürməmişdir. Yalnız o, 01 ət çəkən, 01 şirəçəkən və 02 ədəd kompüter götürmüşdür. Götürdüyü əşyalar işlək vəziyyətdə olmuşdur. Zərəçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclası zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs X10 bildirmişdir ki, 2021-ci il tarixdən Rusiya Federasiyasından qızları X4 və X5 ilə birlikdə köçərək Kürdəmir rayonu, Yeni Atakişili kəndində fərdi yaşayış evini satın alaraq həmin ünvanda yerləşmişdir. Lakin bir müddət Kürdəmir şəhərində yaşamış, daimi iş yeri tapa bilmədiyindən iş axtarmaq məqsədilə Bakı şəhərinə köçməyi qərara almışdır. Bu məqsədlə 2024-cü ilin fevral ayının əvvəllərindən qızları ilə birlikdə Bakı şəhərinə gedərək bacısıgildə qalmışdır. Bakı şəhərinə gedərkən özünə və qızına məxsus əşyaları fərdi yaşayış evində qoymuş və açarla qapını bağlamışdır. Yaşadığı həyətyanı sahənin hasarının bir hissəsi yoxdur. Bu səbəbdən küçədən həyətə rahatlıqla daxil olmaq olur. Bundan başqa evin giriş qapısının üç açarı olsa da, birini uzun müddətdir tapa bilməmişdir. Bakı şəhərində üç ay qaldıqdan sonra qızları 30 aprel 2024-cü il tarixdə Kürdəmir şəhərinə gəlmişdir. Elə həmin gün Tünzalə ona mobil telefonla zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. O, onlardan onu gözləmələrini istəmiş və 02 may 2024-cü il tarixdə Kürdəmir şəhərinə gələrək həqiqətən də evə daxil olunmasını və oğurluq olmasını müəyyən etmişdir. Evdən qızlarına məxsus 5 ədəd qızıl üzük, özünə məxsus 6 ədəd qızıl diş, biri yeni, biri işlənmiş olmaqla 2 ətçəkən maşın, 1 şirəçəkən aparat, 1 süni dırnaq aparatı, 1 direl, 01 saç feni, 1 saç ütüsü, 2 ədəd HP markalı notbuk və yataq otağındakı dolabda gizlətdiyi 104000 Rus rublunun oğurlanmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilmişdir, onu bağışlamış və barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu ərazisində özünə məxsus “VAZ 21011” markalı **-GX-*** dövlət qeydiyyatlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. O, hər gün Kürdəmir şəhəri “Dörd yol” adlandırılan yerdə dayanıb müştəri gözləyir. O, Kürdəmir şəhəri “Dörd yol” adlandırılan yerdə dayanıb müştəri gözləyən zaman saat təxminən 20 radələrində Pərvin yanında olan 2 nəfərlə onun avtomobilinə əyləşib onu Qağacılı kəndinə aparmağını istəmişdir. Pərvinə 5 manat pul müqabilində aparacağını demişdir. O da onunla razılaşmışdır. Bundan sonra onları Kürdəmir rayonu Qağacılı kəndinə aparmışdır. Pərvinin narkoman olduğunu hiss edib onu apardığı yerdə düşürmüş, geri qaytmışdır. Lakin o, onunla 5 manat pul müqabilində onu Qağacılı kəndinə aparıb sonra geri qatarmaq üçün razılaşmışdır. O, Pərvini düşürdükdən sonra onu gözləməyib geri qaytmışdır. Təxminən 1-2 gün sonra Kürdəmir şəhəri “Dörd yol” adlandırılan yerdə dayanan zaman saat təxminən 20 radələrində Pərvin onun yanına gəlmişdir. O, aptekdən anası üçün dərman alacağını və pulu olmadığını demişdir. Sonra ona “BOSCH” markalı şirə çəkən aparatı olduğunu və satdığını demişdir. O da Pərvindən həmin aparatı neçiyə satdığını soruşanda 30 manata satdığını demişdir. O da ona 30 manat pulu olmadığını, üzərində 10 manat pulu olduğunu demişdir. Pərvin sonra 20 manat pula satdığını demişdir. O, yenə 10 manat pulu olduğunu deyəndə Pərvin 10 manat pulu ona verməyini istəmişdir. Qalan 10 manatın 5 manatını taksi pulu üçün verməli olduğunu, qalan 5 manatını isə 1 gün sonra götrəcəyini demişdir. O da onunla razılaşmışdır. Bundan sonra Pərvinin yaşadığı evin qarşısına onunla birlikdə getmişdir. O, yaşadığı evə girmiş təxminən 5 dəqiqə sonra əlində “BOSC” markalı aparatla geri qaytmışdır. Aparatı götürüb yaşadığı evə getmişdir. 1 gün sonra Pərvin ondan qalan 5 manat pulu almışdır. Təqsirləndirilən şəxs aldığı ət çəkən aparatın oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ağsu şəhərində Vidadi küçəsində kafe işlədir. xx.xx.2023-cü il tarixdə həmin kafedə olan zaman kəndçisi Şahid2 görmüşdür. Vüqar ona “HP” markalı notbuk komputeri satdığını demişdir. O da ondan neçiyə satdığını soruşmuş, o da 100 manata satdığını demişdir. Bundan sonra ona həmin komputerin oğurluq olub-olmadığını soruşmuş, Vüqar da həmin komputerin özünə məxsus olduğunu, xəstəsi olduğu üçün satdığını demişdir. O, 90 manat pulu olduğunu demişdir. O da onun bu sözlərinə inanıb noutbuku almışdır. Həmin komputeri yaşadığı evə aparıb saxlamışdır. Vüqar həmin zaman tək gəlmişdir. Yanında başqa kimsə olmamışdır. O, kompüterin işlək olub-olmamasını bilməmişdir. Məhkəməyə ünvanladığı teleqramda iş üzrə Şahid2 üzürlu səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Şahid2 bildirmişdir ki, o, Ağsu rayonunda yaşasa da bəzən Kürdəmir rayonuna gəlmiş, Kürdəmir rayonunda olan tanışları ilə görüşüb cay icib söhbət etmişdir. O, Kürdəmir şəhərində “dörd yol” adlandırılan yerdə çay içən zaman orada Pərvin adlı şəxslə tanış olmuşdur. Onunla bir az söhbətləşdikdən sonra ondan aralaşmış Ağsu rayonuna getmişdir. Təxminən 20 gün sonra o, Kürdəmir rayonuna gəlmişdir. Kürdəmir rayonunda olan zaman “dörd yol” adlandırılan yerdə Pərvinlə rasltaşmışdır. Onunla bir az söhbətləşən zaman o, pula ehtiyacı olduğundan əmlaklarını satdığını demişdir. O da ondan həmin əmlakın hansı adda əmlaklar olduğunu soruşanda, o müxtəlif adda aparatlar və noutbuku olduğunu demişdir. O da yaşadığı evə ət çəkən aparat lazım olduğundan ondan həmin aparatı və 02 ədəd “HP” maraklı noutbuku neçiyə satdığını soruşmuşdur. Pərvin həmin əmlakları 135 manata satdığını demişdir. O da ucuz olduğunu görmüş onunla razılaşmışdır. Bundan sonra o üzərində pul olmadığını, lakin Ağsu rayonuna getsə orada yaşadığı evdən pul götürüb ona verə biləcəyimi demişdir. Pəvin də razılaşmışdır. Bundan sonra Pərvin yaşadığı evə getmiş, təxminən 20 dəqiqə sonra 01 ədəd ət çəkən və 02 ədəd “HP” markalı komputerləri gətirmişdir. Sonra o Pərvinlə birlikdə Kürdəmir rayonu “dörd yol” adlandırılan əraziyə getmişdir. Orada Ramiz adlı taksi sürücüsü ilə Ağsu rayonuna yaşadığı evə getmişdir. Ağsu rayonunda olan zaman o, yaşadığı evə girmiş 135 manat pul götürüb Pərvinə vermişdir. X19 rayonuna qaytmışdır. Bir necə gün sonra o 01 ədəd “HP” markalı komputeri Ağsu şəhəri ərazisində kafe işlədən X6 100 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Pərvinin ona satmış olduğu əmlakların oğurluq olmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək və ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edərək 2024-cü ilin fevral ayından daimi yaşamadığı Atakişili kəndində yerləşən fərdi yaşayış evindən ona məlum olmayan vaxtda naməlum şəxslər tərəfindən 5 ədəd qızıl üzük, 6 ədəd qızıl diş, 2 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, 1 ədəd direl, 1 ədəd saç feni, 1 ədəd saç ütüsü, 1 ədəd süni dırnaq aparatı, 2 ədəd markasını xatırlamadığı noutbuk və 104000 Rusiya Federasiyası Rublunun oğurlanmasını bildirməsi ilə əlaqədar RPŞ-nin İB-də toplanmış materiallar əsasında cinayət işi başlanmışdır (i.v.1-2); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X1 RPŞ-yə ərizə ilə müraciət edərək, 2024cü ilin fevral ayından nəmalum şəxslərin ona məxsus Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub, 5 ədəd qızıl üzük, 6 ədəd qızıl diş, 2 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, 1 ədəd direl, 1 ədəd saç feni, 1 ədəd saç ütüsü, 1 ədəd süni dırnaq aparatı, 2 ədəd markasını xatırlamadığı noutbuk və 104000 Rusiya Federasiyası Rublunun oğurlanmasını bildirməklə həmin şəxsi(ləri) cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v. 4); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan yani xx.xx.2024-ci il tarixdə saat 22:30-dan hesablanmışdır (i.v. 40-41); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bağırov X14 RPŞ-nin MSY-dən həmin tarixdə saat 16:00-da azad olunmuşdur (i.v. 59); Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024ci il tarixli 18-1-49/2-687/2024 nömrəli məktubdan görünür ki, Bağırov X14 RMX-nin PHŞnin poliklinika şöbəsində həkim pisixiatırın qeydiyyatında yoxdur. Narkoloqun qeydiyyatında durur (i.v.98); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayin Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir (i.v. 99-100); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (i.v.101); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.119-121); xx.xx.2024-cü il tarixli 9/5598 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 583 əyarlı 2.5 qram 01 ədəd qızıl üzüyün, 583 əyarlı 1.80 qram 01 ədəd qızıl üzüyün, 583 əyarlı 1.50 qram 01 ədəd qızıl üzüyün, 583 əyarlı 2 qram 01 ədəd qızıl üzüyün, 583 əyarlı 1.70 qram 01 ədəd qızıl üzüyün 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 807,50 manat müəyyən edilir. Digər 06 ədəd qızıl dişlərin, 01 ədəd “BOSCH" markalı ət çəkən aparatın, "İRİSK” markalı süni dırnaq aparatının, 01 ədəd "BOSCH” markalı drel aparatının, "Sony” markalı 01 ədəd saç feninin, “İRİSK markalı saç ütüsünün haqında kifayət qədər məlumat (modeli, texniki göstəriciləri, əyyarı və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v. 134-136); xx.xx.2024-cü il tarixli 9/5545 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təqdim edilmiş 01 ədəd “Hotpoint-Ariston” markalı MM060DSL0 modelli ət çəkən aparatın, 01 ədəd “Bosch” markalı “MES3500/02” modelli şirəçəkən aparatın, 01 ədəd “HP Envy m6” markalı noutbukun,01 ədəd “HP Pavilion g6” markalı 01 ədəd noutbukun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 560,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v. 137-139); xx.xx.2024-cü il tarixli Kürdərmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Bağırov X14 rayonu Atakişi kəndidə qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası (xx.xx.1969, R.A.Bağırov), anası (xx.xx.1967, Ş.B.Bağırova) və qardaşından (xx.xx.1999, E.R.Bağırov) ibarətdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur (i.v.168-170); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Atakişili kəndinə gedərək, X7 məxsus evə necə daxil olduğunu və necə oğurluq etdiyini əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmişdir (i.v.188-191); xx.xx.2024-cü il tarixlli protokoldan görünür ki, maddi sübut kimi tanınmış 01 01 ədəd "HP Pavilion g6" markalı noutbuk, 01 ədəd "HP Pavilion g6" markalı noutbuk, 01 ədəd "HP Envy m6" noutbuk "Hotpoint-Ariston" markalı MM060DSL0 modelli şirə çəkən aparat və "Bosch" markalı "MES3500/02" modelli ət çəkən aparatı məhkəmənin hökmü qüvvəyə minənədək saxlanılması üçün X8 təhvil verilmişdir (i.v.206); Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin Kürdəmir rayonunun Atakişli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən qızıl-zinət əşyaları və pul götürməməsi hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, zərərçəkmiş şəxs X10 ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Kürdəmir rayonunun Atakişli kəndində yerləşən evindən qızlarına məxsus 5 ədəd qızıl üzük, özünə məxsus 6 ədəd qızıl diş, biri yeni, biri işlənmiş olmaqla 2 ətçəkən maşın, 1 şirəçəkən aparat, 1 süni dırnaq aparatı, 1 direl, 01 saç feni, 1 saç ütüsü, 2 ədəd HP markalı notbuk və yataq otağındakı dolabda gizlətdiyi 104000 Rus rublunun oğurlandığını göstərmişdir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində təxminən 01 aprel 2024cü il tarixdə tanımadığı X8 məxsus Kürdəmir rayonunun Atakişli kəndində yerləşən evə oğurluq etmək üçün getdiyini, oradan “02” ədəd “HP” markalı komputeri, 02 ədəd ət çəkən aparatı, 01 ədəd şirə çəkən aparatı, 01 ədəd süni dırnaq aparatı, 01 ədəd direl, 01 ədəd saç feni, 01 ədəd saç ütüsü, 05 qızıl üzük, 06 ədəd qızıl diş və 104000 Rusiya Federasiyası Rublunu götürdüyünü, oğurladığı əşyları yaşadığı evin həyətində gizlətdiyini, 05 qızıl üzük, 06 ədəd qızıl dişi hər birinin ayrı ayrılıqda qiymətlərini xatırlamasa da ümumilikdə 600 manata tanımadığı şəxslərə satdığını, 104000 rus rubulunu Kürdəmir rayonu ərazisində olan “Təzə bazar” adlanan yerdə tanımadığı şəxsə verib əvəzində 1600 manat pul aldığını, əldə etdiyi gəlirləri öz şəxsi ehtiyacları üçün xərclədiyini göstərmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır; Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını (CM-59.2, 59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP Pavilion g6” markalı noutbuk, 01 ədəd “HP Envy m6” noutbuk, 01 ədəd “Hotpoint-Ariston” markalı MM060DSL0 modelli şirə çəkən aparat və 01 ədəd “Bosch” markalı “MES3500/02” modelli ət çəkən aparatın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP Pavilion g6” markalı noutbuk, 01 ədəd “HP Envy m6” noutbuk, 01 ədəd “Hotpoint-Ariston” markalı MM060DSL0 modelli şirə çəkən aparat və 01 ədəd “Bosch” markalı “MES3500/02” modelli ət çəkən aparatın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməsi, mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-13/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-13/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver