Məhkəmə qərarları › İş №1(041)-133/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-133/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-133/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında Atakişili kəndində yaşadığı evin həyatyanı bağ sahəsindəki üzəri açıq yarımtikilidə əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda, 08 (səkkiz) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 18:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılığı ilə yaşadığı evin həyətinə baxış keçirilərkən həyətyanı bağ sahəsindəki üzəri açıq yarımtikilidə yaş vəziyyətdə ümumi təmiz çəkisi – 18000.0 qram xeyli miqdarda, cəmi 08 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında verdiyi Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın tumlarından toxum kimi istifadə edərək 2024-cü ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində olan mişar daşlarından tikilmiş üstü açıq tikilidə əkmiş, toxumlara qulluq etmiş, su vermiş, yetişdikdən sonra isə bitkilərin diblərini mütəmadi olaraq suvararaq boşlatmış, yəni aqrotexniki qaydada qulluq etmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yaşadığı evdə olan zaman qapı döyülmüş, çölə çıxmış və bir neçə polis əməkdaşı görmüşdür. Kürdəmir RPŞ-nin əməkdaşları özlərini təqdim edərək bildirmişlər ki, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəlidir, həmçinin yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkilər əkir. Ondan həqiqətən də tərkibində narkotik maddələr olan bitkilər əkib-əkməməyi soruşulmuş və o, da həyətyanı bağ sahəsində 08 ədəd çətənə bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra ondan baxış keçirilməsi ilə bağlı razılıq ərizəsi alınmışdır. Videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə başlanılmışdır. Baxışda onunla bərabər aqronom və polis əməkdaşları iştirak etmişlər. Onun göstərdiyi yolla hərəkətə başlamışlar və onun çətənə bitkilərini əkdiyi həyətyanı bağ sahəsinə keçmişlər. Ümumilikdə 08 ədəd çətənə bitkilərini torpaqda əkmiş və böyüməsi üçün qulluq etmişdir. Baxış keçirilən həyətyanı bağ sahəsi ona məxsusdur, O, tərkibində narkotik maddələr olan bitkiləri, yəni çətənə bitkilərini göstərməyə başlamışdır. Bağ sahəsinə keçərək orada bir-birindən 50-60 sm aralıda olan çətənə bitkilərini göstərmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin çətənə bitkiləri torpaqdan çıxarılmış və aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmış, dibləri boşaldılmışdır. Həmçinin həmin bitkilərin spesifik qoxusundan da çətənə bitkisinə oxşamaları müəyyən edilmişdir. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, Kürdəmir rayonunun Atakişili kəndində ailə üzvlərilə birlikdə yaşayır. Narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə edir. Daha əvvəl narkotik xassəli bitki əkib-becərməmişdir. Evdə ailə üzvlərilə birlikdə yaşayır və narkotik xassəli çətənə bitkiləri əkməyindən heç kimin, eləcə də ailə üzvlərinin də məlumatı olmamışdır. Himayəsində 2 azyaşlı uşaqları vardır, əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, eləcə də, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər kultivasiya etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin darvazasının qarşısına gəlmişlər və Təqsirləndirilən şəxs küçəyə dəvət olunmuşdur. Baxış başlanılmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Baxışın videoçəkiliş vasitəsi ilə aparılması elan olunmuş və heç bir etiraz daxil olmamışdır. Videoçəkiliş vasitəsi ilə baxış başlanmış, Təqsirləndirilən şəxs qərarla tanış olmuş və ondan tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edib-etməməsi soruşularkən o, ilkin olaraq özü istifadə etmək üçün yaşadığı evin həyətyanı bağ sahəsində yarımtikilidə 08 ədəd çətənə bitkisi əkdiyini, baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamışlar, gümüşü rəngli dəmir materialdan hazırlanmış darvazadan keçməklə həyətə girmişlər, həyətə girdikdə sağ tərəfə dönüb hərəkət etmişlər, Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində olan mişar daşlarından tikilmiş üstü açıq olan tikilinin içərisində bir-birindən təxminən 50-60 sm aralıda torpaqda 08 ədəd çətənə koluna bənzər bitkiləri göstərmişdir. Bundan sonra torpaqda olan çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkilərid olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulandığını və diblərinin boşaldıldığını bildirmişdir. Həmçinin həmin bitkinin spesifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər müstəntiq tərəfindən çıxarılmış, 01 ədəd içərisi boş kisədə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Verilmiş suallara cavabında Şahid2 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən bitkilərin ona məxsus olduğunu, istifadə etdiyi qurudulmuş marixuananın tumundan toxum kimi istifadə edərək 2024-cü ilin aprel ayında torpaqda əkərək yetişdirdiyini, bitkilərə qulluq edərək diblərini suvardığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, eləcə də narkotik vasitəsi olamdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndində yaşadığı evin həyatyanı bağ sahəsindəki üzəri açıq yarımtikilidən yaş vəziyyətdə ümumi təmiz çəkisi – 18000.0 qram xeyli miqdarda, cəmi 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin aşkar edilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılmışdır (i/v: 1); xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və daşımasında şübhəli olduğu üçün Kürdəmir RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Şahid2, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Kürdəmir DAİM-in Bitkiçilik sektorunun müdiri X4 və Kürdəmir RPŞ-nın PPXB-nın polis nəfəri, polis sejantı X5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının qarşısına gəlmişlər və Təqsirləndirilən şəxs küçəyə dəvət olunmuşdur. Baxış başlanılmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Baxışın videoçəkiliş vasitəsi ilə aparılması elan olunmuş və heç bir etiraz daxil olmamışdır. Videoçəkiliş vasitəsi ilə baxış başlanmış, Təqsirləndirilən şəxs qərarla tanış olmuş və ondan tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edibetməməsi soruşularkən o, ilkin olaraq özü istifadə etmək üçün yaşadığı evin həyətyanı bağ sahəsində yarımtikilidə 08 ədəd çətənə bitkisi əkdiyini, baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamışlar, gümüşü rəngli dəmir materialdan hazırlanmış darvazadan keçməklə həyətə girmişlər, həyətə girdikdə sağ tərəfə dönüb hərəkət etmişlər, Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində olan mişar daşlarından tikilmiş üstü açıq olan tikilinin içərisində bir-birindən təxminən 50-60 sm aralıda torpaqda 08 ədəd çətənə koluna bənzər bitkiləri göstərmişdir. Bundan sonra torpaqda olan çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkilərid olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulandığını və diblərinin boşaldıldığını bildirmişdir. Həmçinin həmin bitkinin spesifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər müstəntiq tərəfindən çıxarılmış, 01 ədəd içərisi boş kisədə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir (i.v: 19-21); xx.xx.2024-cü il tarixli Kürdəmir rayon X9 Mərkəzindən alınmış rəyə əsasən, Təqsirləndirilən şəxs məxsus Kürdəmir rayonu Atakişili kəndində yaşadığı evin həyətyani bağ sahəsindən aşkar edilərək götürülmüş cəmi 08 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Bitkilərin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir (i/v:22); xx.xx.2024-cü l tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 29 iyul 2024-cü il tarixdə saat 19:10-da Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 18:00-dan hesablanmışdır (i/v:34-35);. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 69-73);. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-18/710 nömrəli rəyində qeyd olunmuşdur ki,tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 08 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 18000.0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 08 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkisi-18000,0 qram, tədqiqata sərf edildi-0,80 qram (hər ob-0,10 qram), 17999,20 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir (i/v:52-55); Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1323 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v: 135); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 95); TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-402/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (i.v: 137); Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nüqmayəndəliyinin xx.xx.2024-cü il tarixli, 748 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər vardır və onlardan ikisi (oğlu-H.Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü, qızı – Y.Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü) azyaşlıdır (i/v: 90); Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə xarakterizə olunur (i/v: 91); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidin ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunur ki, şərh olunan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, əməlindən peşmançılıq çəkməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin həbs edildiyi vaxtdan, yəni 20 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlqıdan məhrumetmə cəzasının bir gününə bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 17:55-də-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən həyətyanı bağ sahəsindəki üzəri açıq yarımtikilidən aşkar edilərək götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi – 18000.0 qram xeyli miqdarda, cəmi 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra – 17999.20 qram qalığı hökm qanuni qüvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən 90 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən həyətyanı bağ sahəsindəki üzəri açıq yarımtikilidən aşkar edilərək götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi – 18000 qram xeyli miqdarda, cəmi 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra 17999.20 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindəki yarımtikiliyə baxış və üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Müdafiəçi2 Hacbala oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar