Məhkəmə qərarları › İş №1(041)-135/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-135/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-135/2024 06.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Kürdəmir rayonu Qağacılı kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ona hazırladığı yeməyin dadının xoşuna gəlməməsi səbəbindən aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruqla sonuncunun sifət və baş nahiyələrinə qəsdən bir neçə dəfə vurub yerə yıxaraq, sonra əlləri ilə boğazından tutub sıxaraq və təpiklə bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq ona başın sol təpə nahiyəsində şişkinliklə, qançırla, boyunun sağ yan hissəsində qançırlarla, sol baldırın yan səthində qançırlarla müşayət olunan sağlamlığa zərərvurmayan xəsarətlər və sol çiyin nahiyəsinin hematoması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, birgə nikahlarından doğumuş 3 uşaqları var. Ailə münasibətləri baş tutmadığından nikahları 2022-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuş, lakin qalmağa yeri olmadığı üçün Zərərçəkmiş şəxs onunla bir evdə yaşamağa davam etmişdir. 04 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində yaşadıqları evdə hazırladığı yemək üstündə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Sevinc yüksək səslə danışdığı üçün əsəbləşərək onun üz nahiyəsinə şillə ilə bir neçə dəfə vurmuşdur. Hadisə yaşadıqları evdə baş vermiş, hadisə zamanı evdə ikisindən başqa heç kəs olmamışdır. Sonradan etdiyi hərəkətlərə görə peşman olmuş, arvadı Zərərçəkmiş şəxs ilə barışmış, Sevinc onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir, onların 3 uşaqları var. Rəşad ilə münasibətləri pozulduğundan nikahları 2022ci ildə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə pozulmuşdur. Nikahları pozulmasına baxmayaraq bir evdə yaşamağa davam etmişlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadıqları evdə olarkən hazırladığı yeməyin yaxşı olmadığını bəhanə edərək Rəşad onunla mübahisə etmiş, mübahisə zamanı Rəşad onun ünvanına nalayiq ifadələr işlədərək əli ilə onun üz və baş nahiyəsindən dəfələrlə yumruqla vurub yerə yıxmış, yerə yıxılan zaman boğazından tutaraq sıxmış və sonra bədəninin müxtəlif nahiyyələrinə təpiklə vuraraq onu döymüşdür. Hadisədən sonra Kürdəmir RPŞ-nə gedərək baş verənlər barədə şikayət ərizə ilə müraciət etmişdir. Hadisə yaşadıqları evdə baş vermiş, hadisə zamanı evdə ikisindən başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 457 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər başın sol tapa nahiyəsində şişkinlik, qançır, boyunun sağ yan hissəsinin qançırları, sol çiyin nahiyəsində hematoma, sol baldırın yan səthində qançır-küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən şəraitə və vaxta yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Xəsarətlərdən-Sol çiyin nahiyəsinin hematoması ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Başın sol təpə nahiyəsində şişkinlik, qançır, boyunun sağ yan qançırları, sol baldırın yan səthində qançır hər biri ayrı ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərcələri təyin edilmir. İşdə olan, Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 Filialının verdiyi xx.xx.2023-cü il tarixli 3-xx-xx-246858\2024 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80% pozulmasına görə (İİ qrup) əmək pensiyası ödənilir. Kürdəmir rayon X2 Hüquqi şəxsinin verdiyi PHS-18-1-492-998-2024 nömrəli xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Kürdəmir rayon Qağacılı kəndində yaşayan Başirov Rəşad Minnər oğlunun Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın va narkoluqun qeydiyyatında durmur. Kürdəmir rayon X2 Hüquqi Şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli PHS-18-1-49-2- 10182024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Minnar oğluna "Ağ ciyər varami, bakterioskopik təsdiq edilmiş" kultural üsulla-mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin fibrov kavernoz vərəmi, infiltirasiya mərhələsi TDM(+)müsbət xroniki respirator çatmamazlıq. TC İİ mərhələ qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə. Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sag ağciyərin fibroz-kavernoz vərəminə görə aparılan sağ aşağı payın Lobektamiyasından sonrakı vəziyyət insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalaria, insulindən asılı şəkərli diabeti tip ağır forma ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, xroniki bronxit diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bəşirov X1 rayon Xalıq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 6 saat üçün cəmi 36 manat məbləğində əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar