Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-135/2025 25.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu qanununla müəyyən edilmiş qaydada götürülmüş, Tovuz şəhəri, S.Vurğun küçəsi, ev 10, mənzil 10-da qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi, ev 12-də yaşayan, barəsində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər istintaq materialları ilə təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə əvvəlcədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 inam və etibar formalaşdırmaq üçün insani hisslərinə təsir göstərərək, maddi vəziyyətinin ağır olduğunu, övladının “40 günlük” mərasimi ilə bağlı xərcləri qarşılamağa maddi imkanının olmadığını bildirərək ağlayıb gileylənmiş, bununla da Zərərçəkmiş şəxs1 mərhəmət, etimad və etibar hissi yaratmaqla aldadaraq və etibardan sui-istifadə edərək, sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 29 iyun 2025-ci il tarixdə Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 12 nömrəli evin qarşısında aldığı 1800 manat məbləğində pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, qayınatası Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs3 ilə birgə yaşadığı Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 12 nömrəli evə qanuni və maneəsiz daxil olmaq hüququndan istifadə edərək Zərərçəkmiş şəxs2 pullarını və Zərərçəkmiş şəxs3 qızıl-zinət əşyalarını saxladıqları yerdən əvvəlcədən məlumatlı olduğundan, 30 iyun 2025ci il tarixdə saat 09 radələrində evin yataq otağında yerləşən şkafdan, orada saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 8200 manat məbləğində pulu və zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus, Rusiya Federasiyası istehsalı olan, 585 əyar, 4 qram çəkidə, 500 manat dəyərində olan qızıl üzüyü, ümumilikdə 8700 manat dəyərində– xeyli miqdarda əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli şəkildə qəsdən talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 178.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.1 maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Həyat yoldaşı Aysu ilə birlikdə qaynatası Anara məxsus Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi, ev 12-də yaşayır. Arvadı Aysunun hamilə olduğunu öyrəndikdən sonra, onlarla birlikdə yaşaya və işləməyə başlamışdır. xx.xx.2025- ci il tarixdə Fatimə adlı qızıları dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixdə qayınatası Anarın ad günü olacağı üçün qərara gəlmişlər ki, qızının 40 günlüyü ilə Anarın ad gününü bir gündə qeyd etsinlər. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o, bərbərə getmək üçün evdən çıxıb bazara doğru getmişdir. Bərbərdə saçını və üzünü düzətdirmişdir. Sonra işlədiyi yerə gedib 20 manat borca pul almış və Bakı şəhərinə getmişdir ki, anasını razı sala bilsə uşağının 40 günlüyünə gətirsin. Saat təxminən 15-16 radələrində o, Bakı şəhərinə getmək üçün taksidə olarkən, Anar ona zəng edib harada olduğunu soruşanda, ona yalandan Kürdəmirdə olduğunu, gələcəyini bildirmişdir. Bakı şəhərinə çatanda isə nömrəsini çıxartmışdır ki, heç kim onu narahat etməsin. Axşam saatlarında isə Bakı hava aeroportundan şəkili vatsapında paylaşmışdır ki, elə fikriləşsinlər ki, o, işləmək üçün Rusiyaya getmişdir. Sonra isə anasının yanına getmiş, daha sonra isə əvvəlki arvadının yanına getmişdir. O, qaynatası Anarın və qaynatasının dostu Elnurun yalan danışdıqlarını, heç bir oğurluq etmədiyini və heç kimdən pul almadığını bildirmiş, himayəsində azyaşlı uşaq olmasını və evə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə uşaqlarına kiçik sünnət toyu etmişdir. Fərid də həmin toyda gəlib iştirak etmişdir. Fərid ondan toy günü əlində pulu qalsa köməklik etməyini xahiş etmişdir. Fəridin qızının 40 günlüyü olacaqdı, onun üçün borc pul istəmişdir. O da Fəridə o pulu verəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Anargilə gəlmişdir ki, O da Fəridə Anarla kirvə olduğuna görə məclisə pul yazdıracağını, ona görə də 1800 manat pul verə biləcəyini bildirmişdir. Fərid də razılaşdığına görə o Fəridlə küçəyə çıxmışdır. Küçədə olarkən 1800 manat pulu sayıb vermişdir. Fərid ona pul almağını heç kimə deməməsini bildirmişdir. Fərid ona yığıncağı edib hissə- hissə pulu qaytaracağını demişdir. Səhəri günü saat 14 radələrində Anargilə gəlmişdir. Gəlib Fəridi orada görməmişdir. Bundan sonra Fəridə zəng etmiş, harada olduğunu soruşmuşdur. Fərid də Anara hədiyyə alıb gələcəyini bildirmişdir. Bir az keçəndən sonra Fəridin nömrəsinə yazıb zəng etmişlər. Lakin bir cavab ala bilməmişdir. O da Fəridə səsli mesaj yazmışdır ki, pulunu qaytarsın. Fərid onu bloka atmışdır. Sonradan isə öyrənmişdir ki, Fərid Anarın evindən 8200 manat pulu və qızılların bir hissəsini götürüb qaçıb getmişdir. Sonradan isə işlədiyi yerdə də demişlər ki, Fərid 20 manat, bir də gələn ayın maaşının yarısını da götürüb çıxıb getmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ziyanı ödənilməmiş və şikayətçidir, lakin onun həbs olunmasını istəmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, kürəkəni Fərid qızı Aysu ilə birlikdə olarda yaşayır. Fərid ilə Aysunun may ayının 17-də bir qız uşaqları olmuşdur. xx.xx.2025-ci il tarixdə onun 40 yaşım tamam olduğu üçün və nəvəsi Fatimənin də 40 günlüyü olduğuna görə ad günü ilə Fatimənin 40 günlüynü bir yerdə qeyd etmək qərarına gəlmişlər. Həmin tarixdə səhər saat 09 radələrində Fərid üz-başını qırxdırmaq üçün evdən çıxıb getmişdir. Onlar da Fəridi gözləsələr də Fərid gəlib çıxmamışdır. Saat 16 radələrində qızı Fərid ilə telefon əlaqəsi saxlamışdır. Fərid ona qayınatasına hədiyyə alıb gələcəyini demişdir. Lakin Fərid gəlmədiyindən yenidən Fəridə zəng etmişlər. Fərid hava limanından status paylaşmışdır. O da Fəriddən şübhələndiyi üçün həyat yoldaşı Arzuya evə şfanerə qoyduğu 8330 manat pulu gedib yoxlamasını demişdir. Arzu da gedib şfanerə baxdıqda görüb ki, şfanerdə olan 8300 manat pulun 8200 manatı yoxdur. Əlavə olaraq evdən Aysunun nişan üzüyünü də oğurlayıb aparmışdır. Evində yığıncaq olduğuna görə səs-küy salmamışlar. Yığıncaq dağıldıqdan sonra Fəridin evdən 8200 manat pulu oğurlayıb aparması və tanışı Elnur adlı şəxsi də aldadaraq 1800 manat pulunu alıb qaçması barədə Kürdəmir RPŞ-nə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmamış, ziyanı ödənilməmiş və şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, 2024-cü ilin may ayında Fəridlə evlənmişdir. Evləndikdən sonra bir müddət ərilə birlikdə Bakı şəhərində yaşamış, lakin sonradan aralarında tez-tez mübahisələr yarandığı üçün 2024-cü ilin sentyabr ayından etibarən ata evinə qayıtmışdır. O, göstərmişdir ki, həmin vaxtdan bir müddət sonra Fərid yaşadıqları ünvana gələrək ailə üzvlərindən və ondan üzr istəmiş, bu səbəbdən ailəsi onu bağışlamış və Fərid Kürdəmir rayonunda onlarla birlikdə yaşamağa başlamışdır. Onun atası Anar ərini – Təqsirləndirilən şəxs – şərab evində işə düzəltmişdir. 2025-ci il iyunun 30-da atası Zərərçəkmiş şəxs2 40 yaşı tamam olduğundan və onun qızı Fatimənin də 40 günlüyü qeyd edildiyindən ailə üzvləri həmin iki münasibəti bir yerdə qeyd etmək barədə qərar qəbul etmişlər. Həmin gün səhər saat 09 radələrində Fərid üzünü qırxdırmaq adı ilə evdən çıxmış, lakin gün ərzində geri qayıtmamışdır. Saat 16 radələrində onunla telefon əlaqəsi saxlanılmış, Fərid “hədiyyə alıb gəlirəm” demiş, lakin sonradan telefona cavab verməmiş və ailə üzvlərini blok etmişdir. Eyni gün saat 17:41 radələrində Fərid Bakı şəhərində yerləşən hava limanından “Bu gedişim bəzilərini çox yandıracaq, insan bir nöqtəyə qədərdi” sözləri ilə “WhatsApp” tətbiqi vasitəsilə status paylaşmışdır. Bundan sonra ailə üzvləri Fəridin evdən pul oğurlayaraq qaçmasından şübhələnmişlər. Atası Zərərçəkmiş şəxs2 arvadı Arzuya evdə, şfanerdə saxladıqları 8330 manat pulu yoxlamağı tapşırmış, anası Şahid da şfanerə baxdıqda orada olan pulun 8200 manatının və toyu zamanı Fəridin ona hədiyyə etdiyi Rusiya istehsalı olan, 585 əyar və 4 qram çəkidə 500 manat dəyərində olan ona məxsus qızıl üzüyün yerində olmadığını müəyyən etmişdir. Ev şəraitində məclis keçirildiyi üçün hadisə yerində səs-küy salınmamış, lakin yığıncaq başa çatdıqdan sonra Fəridin evdən 8200 manat pulu oğurlayıb aparması və tanışları olan Zərərçəkmiş şəxs1 də aldadaraq ondan 1800 manat pul alıb qaçması barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilmişdir. Bakı şəhərində yaşayarkən, Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı heç bir xəsarət almadığından, bu məsələ ilə bağlı şikayəti olmamış və MTE-dən (məhkəmə-tibbi ekspertizası) keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Aysun Quluzadənin həyat yoldaşıdır. O, qeyd etmişdir ki, qızı Aysun ilə Fərid 2024-cü ilin may ayında ailə həyatı qurmuşlar. Evləndikdən sonra onlar Bakı şəhərində yaşamışlar. Lakin bir müddət sonra Fəridlə Aysun arasında tez-tez mübahisələr yaranmış, Fərid qızını döydüyünə görə o və ailə üzvləri Aysunu 2024-cü ilin sentyabr ayında Fəriddən ayıraraq öz evlərinə gətirib saxlamışlar. Bir müddət keçdikdən sonra Fərid onların yaşadığı ünvana gələrək üzr istəmiş və bir daha Aysunla mübahisə etməyəcəyinə söz vermişdir. O və ailə üzvləri Fəridi bağışladıqlarına görə o, 2024-cü ilin sentyabr ayından etibarən onlarla birlikdə eyni evdə yaşamağa başlamışdır. Fərid və Aysunun 17 may 2025-ci il tarixdə Fatimə adlı qız övladları dünyaya gəlmişdir. 30 iyun 2025-ci il tarixdə isə həm həyat yoldaşı Zərərçəkmiş şəxs2 40 yaşı tamam olduğuna, həm də nəvələri Fatimənin 40 günlük mərasimi ilə üst-üstə düşdüyünə görə ailəlikcə qərara gəliblər ki, hər iki münasibəti birgə qeyd etsinlər. Həmin gün səhər saat 09 radələrində Fərid “üz-başımı qırxdırmağa gedirəm” deyərək evdən çıxmış, lakin gün ərzində geri qayıtmamışdır. Onlar Fəridi gözləsələr də, o evə dönməmişdir. Təxminən saat 16 radələrində Fəridlə telefon əlaqəsi saxladıqda, Fərid “hədiyyə alıb gəlirəm” demiş, lakin bundan sonra zənglərə cavab verməmiş və onları telefonda blok etmişdir. Saat 17:41 radələrində Fəridin Bakı şəhərində yerləşən hava limanından “WhatsApp” vasitəsilə status paylaşdığını görmüşlər. Bundan sonra əri Anar ona evdə şkafda saxladıqları 8330 manat pulu yoxlamağı tapşırmışdır. O, şkafa baxdıqda orada olan 8330 manatın 8200 manatının və qızının toyu zamanı Fəridin qızına hədiyyə etdiyi Rusiya istehsalı olan, 585 əyar və 4 qram çəkidə 500 manat dəyərində olan qızı Aysuya məxsus qızıl üzüyün olmadığını aşkar etmişdir. Evində həmin vaxt yığıncaq olduğuna görə məsələni açıq şəkildə bildirməmiş və səs-küy salmamışlar. Yığıncaq başa çatdıqdan sonra məlum olmuşdur ki, Fərid evdən 8200 manat pulu və qızıl nişan üzüyünü oğurlayaraq qaçmışdır. Daha sonra tanışları olan Zərərçəkmiş şəxs1 də aldadılaraq 1800 manat pulunun alındığını öyrəndiklərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Fəridin əvvəllər məhkum olunması barədə arvadı Aysu və onun ailəsinin məlumatları olmuşdur. O gəlinindən və ailəsindən razı olmuşdur. Oğlunun günahı varsa, cəzalandırılmağını istəyir. Onlar evləndikdən sonra, 4-5 ay oğlu Fəridgillə Bakıda yaşamışdır. Oğlu Fərid uşağının 40 günlüyündən 10 gün qabaq onunla əlaqə saxlamış, evdəkilərdən gizlin danışdığını demişdir. O, Fəridə “get qaynatangilin yanında danış, onlar da mənimlə əlaqən olduğunu bilsinlər”. Fərid ona Bakıya gəlmək istədiyini deyəndə “ya 40-dan əvvəl, ya sonra gəl” demiş, ona 20 azn yol pulu da vermişdir. Ayın 30-u saat saat 1-2 radələrində Fərid onu 40 məclisinə aparmaq məqsədi ilə gəlmiş, lakin onu əvvəl qəbul etməmiş, evə buraxmaq isətməmişdir. Onun Fəridə uşağın 40 məclisinə getməməyinin səbəb isə Aysunun Bakıda olarkən ailəsi tərəfindən rayona aparılması və ona xəbər verilməməsi olmuşdur. Həmin vaxtlar Fərid ona zəng vuraraq Aysunun ailəsinin onu aparmağa gəldiklərini, ancaq Aysunun getmək istəməməsini bildirmişdir. O da bu barədə 102-yə məlumat vermişdir. Həmin vaxtlar Fəridgillə deyil, ayrı yaşayırmış. Fəridin daha əvvəllər 4 il həbsdə olduğunu, Fəridin öncədən məhkumluğunun olmasını, onun əvvəllər də evli olmasını Aysunun ailəsi əvvəlcədən bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə cinayət işi başlanılmaqla istintaqı aparılmışdır (i.v 1-2); Hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış keçirilməsi zamanı hadisə yerindən, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs2 və zərərçəkmiş Zərərçəkmiş şəxs3 pullarını və qızıl zinət əşyalarını saxladıqları şkafın üzərindən müqayisəli tədqiqatın aparılması üçün əl-barmaq izləri götürülmüş və Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (i/v 9-13); 17 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (i/v 38-39); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Yasin oğlu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 55-57); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 59-60); xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.4 və 178.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilərək barəsində Kürdəmir rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70; 87-94); 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin yataq otağında yerləşən şkafdan ona məxsus 8200 manat pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını sonuncunun üzünə qarşı deməklə, onu bir daha ifşa etmişdir (i.v. 95-96); 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona məxsus 1800 manat pulu Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirməsini sonuncunun üzünə qarşı deməklə, onu bir daha ifşa etmişdir (i/v. 97-98); Azərbaycan Respublikası DİN-nin KTİ-nin xx.xx.2025-ci il tarixli, 3-13-11/2-8729/25 saylı məktubu ilə müəyyən olunmuşdur ki, hadisə yerinin müayinəsi zamanı hadisə yerindən götürülmüş əl izlərinin DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə olunması zamanı müqayisəli tədqiqat nəticəsində əl izlərindən 07 ədədinin xx.xx.1995-ci il təvəllüdlü Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət (02 dəfə), orta, adsız və sağ əlinin şəhadət, orta adsız barmaqlarının əksi ilə eynilik təşkil etmişdir (i/v. 103-104); DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və Yasamal rayon Məhkəməsindən daxil olan hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur (i.v. 112-127); Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus Rusiya Federasiyası istehsalı olan, 585 əyar və 4 qram çəkidə qızıl üzüyün 2025-ci ilin iyun-iyul aylarına olan orta bazar dəyərinin müəyyən edilməsi üçün "xxxx" MMC QİYMƏTLƏNDİRMƏ XİDMƏTİ MƏRKƏZİ-nə göndərilmiş sorğunun cavab məktubuna əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus Rusiya Federasiyası istehsalı olan, 585 əyar və 4 qram çəkidə qızıl üzüyün 2025-ci ilin iyun-iyul aylarına olan orta bazar dəyərinin 500 (beş yüz) manat olması müəyyən edilmişdir (i.v. 137); 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə elan edilmiş ittihama 27 sentyabr 2025-ci il tarixli qərarla ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v. 154- 155); Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri üzrə icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 1789 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, S.Vurğun küçəsi, ev 10, mənzil 10-da qeydiyyatda olmaqla, ailə tərkibi bacısı xx.xx.2000-ci il təvəllüdlü Z.A.Abbasovadan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v. 169-170); Tovuz rayon X3 Hüquqi Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhiəsəb xəstəliyinə görə RMX-ya müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir (i.v. 172); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. 04 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış, ifadəsi yerində yoxlanılan zaman zərərçəkmiş şəxs göstərmişdir ki, o, hadisə barədə əvvəl verdiyi ifadəsində qeyd etdiyi kimi, 2025-ci il iyunun 29-da ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs 1800 manat məbləğində pulu əlbəəl verdiyi yeri göstərə bilər. O, küçədə müəyyən bir nöqtəni göstərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 1800 manat pulu məhz burada, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında, əlbəəl sayaraq vermişdir. O, həmçinin qeyd etmişdir ki, Fərid həmin vaxt ondan xahiş etmişdi ki, pulu aldığı barədə heç kimə heç nə deməsin və bu məsələnin gizli qalmasını istəyirdi. Zərərçəkmiş şəxs1 bildirib ki, Fərid uşağı olanda ağlayaraq mən necə kişiyəm ki, cibimdə pulum yoxdur, uşağımı çıxartmağa' sözlərini demiş, bu səbəbdən ona kömək məqsədilə pulu vermişdir. O, əlavə etmişdir ki, həmin pulu verdiyi zaman ətrafda heç kim olmamış, pulu 1800 manat məbləğində, əllə sayaraq Fəridə təhvil vermişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (i.v 178-180); Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməməsi, qayınatası Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs3 ilə birgə yaşadığı Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 12 nömrəli evdən oğurluq etməməsi barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. 19 iyul 2025-ci il tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin yataq otağında yerləşən şkafdan ona məxsus 8200 manat pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını sonuncunun üzünə qarşı deməklə, onu bir daha ifşa etmişdir. İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona məxsus 1800 manat pulu Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirməsini sonuncunun üzünə qarşı deməklə, onu bir daha ifşa etmişdir. Digər tərəfdən, hadisə yerinin müayinəsi zamanı hadisə yerindən götürülmüş əl izlərinin DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə olunması zamanı müqayisəli tədqiqat nəticəsində əl izlərindən 07 ədədinin xx.xx.1995-ci il təvəllüdlü Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət (02 dəfə), orta, adsız və sağ əlinin şəhadət, orta adsız barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşayar hesab edir ki, təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə saat 09 radələrində qəfildən uzun müddət yaşadığı qayınatası Zərərçəkmiş şəxs2 məxsus Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 12 nömrəli evi tərk edərək Bakıya getməsini əvvəlcə Bakıda yaşayan anasını da həmin gün uşağının doğulmasının 40-cı günü və qayınatası Zərərçəkmiş şəxs2 ad günü münasibəti ilə keçiriləcək tədbirə Bakı şəhərində yaşayan anasını da gətirməklə əlaqələndirsə də gələn zənglərə cavab verəməməsi, telefon nömrəsini dəyişməsi, ziddiyyətli və qeyri-səmimi ifadələr verməsi, evdə arvadını aldadaraq saçını düzəltdirmək adı ilə çıxıb geri qayıtmaması, vatcapda status paylaşaraq guya Rusiya Federasiyasına getmə görüntüsü yaratmasının səbəblərini aydın şəkildə izah edə bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona olan inamından və etibarından istifadə edərək 29 iyun 2025-ci il tarixdə 1800 manat pulu alaraq 30 iyun 2025ci il tarixdə geri qaytarmasını söz versə də, lakin 30 iyun 2025-ci il tarixdə yaşadığı evi tərk edərək çıxıb getmiş, ailə üzvləri ilə yanaşı, Zərərçəkmiş şəxs1 də telefon zənglərinə cavab verməmişdir. Bu onu göstərir ki, Təqsirləndirilən şəxs əvvəlcədən planlı şəkildə Zərərçəkmiş şəxs1 29 iyun 2015-ci il tarixdə 1800 manat nağd pulu almaqla yanaşı, yaşadığı evdə Zərərçəkmiş şəxs2 pullarının və Zərərçəkmiş şəxs3 qızıl-zinət əşyalarını saxladıqları yerdən əvvəlcədən məlumatı olduğundan, 30 iyun 2025-ci il tarixdə saat 09 radələrində evin yataq otağında yerləşən şkafdan, orada saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 8200 manat məbləğində pulu və zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus, Rusiya Federasiyası istehsalı olan, 585 əyar, 4 qram çəkidə, 500 manat dəyərində olan qızıl üzüyü oğurlamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini əvvəlcədən planlamaqla, qəsdən, məqsədyönlü, ona olan inam və etibardan istifadə edib yaşadığı evi tərk etməklə törətmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 3-cü bəndinə əsasən Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər cinayət törətməsini, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM-66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən cəmi 13 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 143 (yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 -cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkmə xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (yüz qırx üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-135/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-135/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver