Məhkəmə qərarları › İş №1(041)-136/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-136/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-136/2024 04.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Hacbala oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonu, Xəlsə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Xəlsə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin yanvar və may aylarında yaşadığı Kürdəmir rayonu Xəlsə kəndində yerləşən özünə məxsus evin həyətyanı sahəsində torpaqda əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 05 (beş) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə torpaqda əkdiyi xeyli miqdarda 05 (beş) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 16.000 (on altı min) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu Xəlsə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Ara-bir qurudulmuş marixuanadan istifadə edir, istifadə etdiyi qurudulmuş marixuananın tumlarını götürüb saxlamışdır. Təxminən 2024-cü ilin yanvar fevral aylarında yaşadığı Kürdəmir rayonu Xəlsə kəndində yerləşən evinin həyətyanı bağ sahəsində həmin çətənə tumlarının 02 ədədini torpaqda əkmiş, mütəmadi olaraq su və peyin verərək yetişdirmişdir. Həmin bitkilərin yetişdiklərini görüb özünə saxladığı toxumlardan 03 ədədini də 2024-cü ilin may ayında əkmiş, aqrotexniki qaydada qulluq etməklə yetişdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olarkən evin həyət qapısı döyülmüş, qapını açanda polis əməkdaşları olduğunu görmüş, onlar özlərini təqdim edərək barəsində qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbilərinin keçirilməsi haqqında qərarla tanış etmiş, çətənə kolu əkib becərməsi barədə polis əməkdaşlarının məlumatının olduğunu bilib buna görə də, cəzasının yüngülləşməsi üçün özü səmimi olaraq etiraf edərək yaşadığı evin həyətində çətənə kolu əkib becərməsini bildirmişdir. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları həyətlərinə daxil olarkən çətənə bitkiləri əkdiyi yeri göstərmiş, həmin bitkilərə aqranom baxış keçirib həmin bitkilərin çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq olunaraq diblərinin boşaldılıb su verilməsini bildirmişdir. Yaşadığı evin həyətyanı sahəsində 2024-cü il yanvar-fevral və may aylarında 05 ədəd narkotik tərkibli çətənə bitkiləri əkməkdə məqsədi həmin bitkiləri yetişdirib narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını qarşılamaq, yəni şəxsi istifadə etmək olmuş, hər hansı şəxsə satmaq niyyəti olmamış, bu barədə heç kimin məlumatı olmamış, eləcədə bu işdə ona heç kim kömək göstərməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd etdiyi halları, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat qrupu olaraq aqronomla birlikdə baxış keçirilməsi üçün Kürdəmir rayonu Xəlsə kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyət qapısının qarşısına getmişlər. Təqsirləndirilən şəxs razılıq ərizəsi verərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin qapısından içəri girərək onun göstərdiyi yolla hərəkətə başlayıb evin həyətyanı bağ sahəsində torpaqda əkilmiş 05 ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar olunmuş, bitkilərə ilkin baxış zamanı onlara aqrotexniki qaydada qulluq olunduğu müəyyən olunmuşdur. Bundan sonra həmin 05 ədəd çətənə bitkiləri torpaqdan çıxarılmış, 02 ədəd polietilen torbada qablaşdırılmış, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilərək möhürlənərək götürülmüşdür. Verilmiş suallara cavabında Şahid1 həmçinin bildirmişdir ki, Kürdəmir rayonu Xəlsə kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması, eləcə də yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə xx.xx.2024-cü il tarixdə daxil olmuş məxfi əməliyyat məlumatı əsasında bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu təşkil etmişlər. Şifahi soğru-sual zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını qarşılamaq üçün şəxsi istifadə etmək üçün 2024-cü ilin yanvar-fevral və may aylarında əkdiyini, mütəmadi olaraq suvarıb yetişdirdiyini, satmaq niyyətinin olmadığını, çətənə bitkiləri əkib becərməkdə ona heç kimin kömək göstərmədiyini, heç kimin eləcədə ailə üzvlərinin həmin bitkilərin əkilməsindən xəbərlərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilmişdir (i.v.1); - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı bağ sahəsində torpaqda əkdiyi xeyli miqdarda 05 (beş) ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 02 ədəd polietilen torbada qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra baxış sonlandırılmışdır (i.v.18-20); - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə, saat 19:30-da Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 18:00-dan hesablanmışdır (i.v.27-28); - xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirildikdən sonra o, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır (i.v.45-47);. -İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/706 nömrəli rəyində qeyd olunmuşdur ki, 1)Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində....” sözləri və imzalar olan 02 ədəd polietilen torbada ümumi sayı 05 ədəd, yaş vəziyyətdə ümumi çəkisi -16000.0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabıs) bitkiləndir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 05 ədəd çətənə (kannabıs) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 39,95 qram təşkil edir (i.v.53-55); - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2024-cü il tarixdə o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (i.v.60-61); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmin tarixdə, saat 16:40-da həbsdən azad edilmişdir (i.v.70-71); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.91-92);. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-782/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (i.v.93); - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X5 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-186305-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (i.v.94);. - cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1733 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.127); - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş yaş halda çətənə (kannabis) bitkisinin 15999,50 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd, üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (i.v.130-137); - Kürdəmir rayon İHB-nın Qocalı kənd inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Qocalı kəndində qeydiyyatda olmaqla ailə üzvləri (arvadı- xx.xx.1976-cı il təvəllüdlü S.G.Şıxalıyeva, qızıxx.xx.2001-ci il təvəllüdlü N.Təqsirləndirilən şəxsa, qızı- xx.xx.2002-ci il təvəllüdlü J.Təqsirləndirilən şəxsa) ilə birgə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.96-97); - X4 tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs daha əvvəlki müayinələrdə koroner arter xəstəliyi aşkarlanaraq cərrahi əməliyyat qərarı verilib, xx.xx.2024-cü ildə xəstə planlı əməliyyat üçün xəstəxanaya daxil olaraq preoperativ müayinələr aparılmış, xx.xx.2024-cü il tarixdə xəstədə karotis endarterektomiya əməliyyatı icra edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi özünün etirafı, şahid ifadələri, baxış protokolları, ünvana baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21ci bəndində göstərilir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunur ki, şərh olunan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 27ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”ın qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları adlanan İİİ siyahının 1.2-ci bəndində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) xeyli miqdar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü 16.000 (on altı min) qram bitki olduğundan, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif olunub. Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, fərdi əməklə məşğul olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, səhhətini (ürəyin aterosklerotik xəstəliyi, xx.xx.2024-cü il tarixdə karotis endarterektomiya əməliyyatı icra edilmişdir) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CMnin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-dan xx.xx.2024-cü il tarixdə saat 16:40-dək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddasində göstərilir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, tədqiqatdan sonra qalmış çətənə (kannabis) bitkisinin 15999,50 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 15 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2024-ci il tarixdən 29 iyul 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Xəlsə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilərək götürülmüş yaş halda çətənə (kannabis) bitkisinin 15999,50 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk və üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkiloşin qeydə alındığı 01 (bir) ədəd disl cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar