Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-136/2025 26.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Kürdəmir rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Təklə kəndində qeydiyyatda olmaqla yaşayan, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu, Təklə kəndində yaşayan X4 xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Təklə kəndində yerləşən yaşadığı evin həyətində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı keçmiş yeznəsi Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən yumruq və təpiklə bir neçə dəfə vuraraq ona başın ənsə nahiyyəsinin qançırları, sol qaşüstü nahiyyənin yarası, boyunun sağ yan hissəsinin və bel nahiyyəsinin sıyrığı ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan, sol gözaltı nahiyyənin sol almacıq nahiyyəsində hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Bununla da X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş yeznəsidir, Vüqarla münasibəti pis olmuşdur. X14 2023-cü ilin sentyabr ayında rəsmi ailə qurmuş, onların rəsmi nikahlarından 1 azyaşlı övladları olmuş, lakin onların münasibətləri tutmadığından 25 sentyabr 2025-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin qətnaməsi ilə onlar boşanmışlar. Onlar boşanandan sonra bacısı azyaşlı oğlu Nazimlə birlikdə evlərinə köçmüş, 08 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində yaşadıqları evdə yemək yeyərkən anası Asudanın Vüqarın evlərinin pilləkəninə ayaqqabı ilə çıxmasına görə mübahisə etdiyini eşidərək evdən çölə çıxaraq bu barədə ona irad bildirmiş, həmin vaxtı Vüqar onu söyüb təhqir etmiş, bundan əsəbləşərək onun üzərinə gedərək əli ilə onun boğazından tutaraq yumruqla və təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmişdir. Həmin vaxtı bunu görən bacısı Kimayə və anası Asuda onları ayırmış, sonra Vüqar həyətlərindən çıxıb getmişdir. Həmin vaxtı DİN-nin 102 xidmətinə zəng vuraraq Vüqarın onu döyməsi barədə məlumat vermiş, bir qədər sonra Kürdəmir RPŞ-nin əməkdaşları evlərinə gələrək ondan ərizə almış, həmin vaxtı Vüqarında onun barəsində polisə şikayət etdiyini bilmişdir. Vüqarı döyməsini anası Asuda ilə bacısı Kimayə gördüklərini, həmin vaxt ora kənar şəxslər toplaşmadığını göstərmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, evin tək qazanc gətirəni odur, himayəsində 2 azyaşlı uşağı və 2 əlil qardaşı vardır, həmçinin boşanmış bacısının da maddi təminatı ondan aslıdır, etdiyi əməldən səmimi peşimançılıq çəkir. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs keçmiş qaynıdır, Mübarizlə münasibəti pis olmuşdur. Mübarizin bacısı Kimayə ilə 2023-cü ilin sentyabr ayında rəsmi ailə qurmuş, rəsmi nikahlarından 1 azyaşlı övladları olmuş, lakin onların münasibəti tutmadığından 25 sentyabr 2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Məhkəmə qətnaməsində ona azyaşlı övladını görmək hüququ verilmiş, boşanandan sonra arvadı azyaşlı oğlu Nazimlə birlikdə atası evinə köçmüş, 08 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində azyaşlı oğlu Nazimi görməyə getmiş, həmin vaxtı oğlunun evin pilləkənində oturduğunu görüb oğlunu pilləkəndən qucağına götürmək istəyərkən keçmiş qaynanası Asuda ayaqqabı ilə pilləkənə çıxmasına irad bildirmiş, buna görə aralarında mübahisə olmuş, mübahisələrini eşidən keçmiş qaynı Mübariz evdən çölə çıxaraq bu barədə ona irad bildirərək üzərinə gələrək əli ilə boğazından tutaraq yumruqla və təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmişdir. Həmin vaxtı bunu görən keçmiş arvadı Kimayə və keçmiş qaynanası Asuda onları ayırmış, sonra oradan Kürdəmir RPŞ-nə gələrək Mübariz barəsində şikayət etmiş, həmin vaxtı Mübarizin də onun barəsində polisə şikayət etdiyini eşitmiş, həmin vaxtı Mübarizi döymədiyini, Mübarizin onu döyməsini keçmiş arvadı Kimayə və keçmiş qaynanası Asudanın gördüklərini, həmin vaxt ora kənar şəxslər toplaşmadığını göstərmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahidlər X5 və X6 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 dedikləri ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 12 radələrində keçmiş qaynı Təqsirləndirilən şəxs Kürdəmir rayon Təklə kəndində yerləşən yaşadığı evin həyətində onu döyərək xəsarət yetirdiyini göstərməklə, sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v 1); xx.xx.2025-ci il tarixli Kürdəmir rayon X8 Hüquqi Şəxsdən alınmış 18-1-49\2- 996\2025 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Təklə kənd sakini Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmadığı göstərilmişdir (i.v 33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274, 338.1-ci maddələri ilə təqsirli bilinərək 14 il azadlığıdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir (i.v 34-48); Məhkəmə tibb ekspertinin xx.xx.2025-ci il tarixli, 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi (i.v 49-50); Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 249 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, X2 ailə tərkibi arvadı- A.Ə.Abdullayeva, qızı- xx.xx.2023-cü il təvəllüdlü G.Təqsirləndirilən şəxsa, oğlu- xx.xx.2025-ci il təvəllüdlü R.Təqsirləndirilən şəxs ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v 54-55, 57-58); xx.xx.2025-ci il tarixli Dövlət Sosial Müdafiə Fondu 1 saylı X15 Filialından alınmış arayışlarda Təqsirləndirilən şəxs Fondun 1 saylı X15 filialından heç bir növ pensiya, müavinət və ya təqaüd almadığı göstərilmişdir (i.v 60); Məhkəmə tibb ekspertinin xx.xx.2025-ci il tarixli, 444 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–Başın ənsə nahiyyəsinin qançırları, sol qaşüstü nahiyyənin yarası, sol gözaltı nahiyyənin sol almacıq nahiyyəsində hematoması, boynun sağ yan hissəsinin və bel nahiyyəsinin sıyrığı, göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundurlar, dərəcəsinə görə sol gözaltı nahiyyənin sol almacıq nahiyyəsinin hematoması sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, başın ənsə nahiyyəsinin qançırları, sol qaşüstü nahiyyənin yarası, boynun sağ yan hissəsinin və bel nahiyyəsinin sıyrığı hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v 64-66); xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına alınmış cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayon Təklə kəndində yerləşən yaşadığı evin həyətində keçmiş yeznəsi Zərərçəkmiş şəxs döyərək bədən xəsarətləri yetirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döyməmiş, həmin hadisəni X5 ilə X6 görmüş, hadisə zamanı kənar şəxslər toplaşmamış və ictimai qayda pozulmadığı göstərilmişdir (i.v 68); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinə hissəvi xitam verilmişdir (i.v 72-73); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə X1 himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında X1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, X1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, onun əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, X4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonu, Təklə kəndində yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X3 elektron nəzarət vasitəsi tətbiq edilməli, X1 üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Təklə kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, X1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə X3 göstərilən cəmi 11 (on bir) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 121 (yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Təklə kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə X3 göstərdiyi cəmi 11 (on bir) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 121 (yüz iyirmi bir) manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-136/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-136/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver