Məhkəmə qərarları › İş №1(041)-139/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-139/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-139/2024 26.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1983-cü ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayonu 3-cü Mikr, Hüseynbala Əliyev küçəsi ev 36, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 6.46 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib avtomobilinə keçirilən baxış zamanı avtomobilin salonunda cihazlar panelinin alt hissəsindən 01 kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 6.46 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulumuş marixuanadan hərdən istifadə edir, Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur, narkotik vasitə qurudulmuş marixuanadan təxminən 4-5 aydır ki, istifadə edir. “Toyota Prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Təxminən 4-5 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 30 manat pul müqabilində bir kibrit qutusu narkotik vasitə marixuana almış, həmin marixuanı şəxsi istifadə etmək üçün idarə etdiyi həmin avtomobilin salonunda gizlətmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Toyota Prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən tanımadığı biri qadın olmaqla 02 nəfər şəxsi sərnişin kimi götürüb Kürdəmir rayonuna gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində “Toyota Prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlamışlar, yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək RPŞ-yə gətirmişlər, şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olubolmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra üzərində heç bir narkotik vasitə olmadığını bildirmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə aşkar edilməmiş, bundan sonra idarə etdiyi “Toyota prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avomobildə şitin arxasında qurudulmuş marixuanası olduğunu, idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirmiş, videoçəkiliş ilə idarə etdiyi avtomobilinə baxış keçirilməsinə başlanmış, avtomobildə qeyd etdiyi narkotik vasitəni çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra, avtomobilinin qapısını açaraq salona daxil olub, sükanın alt hissəsində şit kimi barında gizlətdiyi bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin qutu müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli, kəskin iyi qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, bundan sonra Şahid1 tərəfindən avtomobilin salonuna baxış keçirilmiş, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Onun avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində tanımadığı şəxsdən 30 manat pul müqabilində almış, şəxsi istifadə etmək üçün avtomobilində saxlamışdır. O, narkotik vasitə alqı-satqısı ilə məşğul olmur, saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də PPXB-də işləyir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bilal oğlunun qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində və idarə etdiyi “Toyota Prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı minik avtomobilində daşıması, qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatı barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Coşqun Nıbiyevə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya, predmet olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota prius” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avomobildə şitin arxasında qurudulmuş marixuanası olduğunu, idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirmiş, videoçəkiliş ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanmış, avtomobildə qeyd etdiyi narkotik vasitəni çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bu təklifdən sonra, avtomobilinin qapısını açaraq salona daxil olub, sükanın alt hissəsində şit kimi barında gizlətdiyi bir ədəd kibrit qutusuu çıxarıb təqdim etmiş, həmin qutu müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli, kəskin iyi qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, bundan sonra Şahid1 tərəfindən avtomobilin salonuna baxış keçirilmiş, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə qutusu qarışıq ÇİN istehsalı olan elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 8.95 qram olması müəyyən edilmiş, aşkar edilmiş kibrit qutusu ağ zərfdə qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları Şahid2 və Şahid4 da Şahid3 ilə eyni məzmunda ifadə verib onun gösrtərdikləri xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmadığını, idarə etdiyi avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. ( bax: i/v 36-37) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasının həyətində Müdafiəçi iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə baxış keçirilmişdir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində narkotik vasitənin olduğunu bildirib, avtomobilin salonunda cihazlar panelinin alt hissəsində 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirildikdən sonra qablaşdırılaraq götürülmüşdür. (bax: i/v 39-40) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 6.46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq idarə etdiyi avtomobildə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır.(bax: i/v 149) İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi-6.46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-6,46 qram,tədqiqata sərf edildi-0,02 qram,6,44 qram qalıq qalmışdır. (bax iş vər, 49-50) İş materiallarına əəlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1788 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. (bax iş vər 147) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” püblik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 11650 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında həkim psixiatrın qeydiyyatında durmur. (bax iş vər, 138) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlər məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nın 206.2 və 234.1-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Salyan rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı əsasən AR CM-nın 76-cı maddəsinə əsasən 09 ay 23 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci və 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci, 66.5-ci və 69.3-cü maddələrinə əsasən 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Suraxanı rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılıb, 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdiir. Məhkumluğu ödənilməmişdir. (bax iş vər. 94-96) İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrfatı Departamenti Nısimi rayonu Mənzil-Kommunal Təsərrüüfatı Brliyinin 33 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 520 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla valideynləri ilə birlikdə yaşayır. (bax iş vər,124). İş materiallarına əlavə edilmiş edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrfatı Departamenti Nısimi rayonu Mənzil-Kommunal Təsərrüüfatı Brliyinin 33 saylı Mənzil-Kommunal İstismar sahəsinin tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 125) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (bax iş vər, 76-82) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməli özünün etirafı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, sübut olundu ki, o, hazırki cinayət əməlini törətmiş və onun əməli məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkməsinun başlanğıcı şübhəli şəxs kimi tutulduqları gündən, yəni 19 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,44 qram narkotik maddə olan qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməldir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disklər cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,44 qram narkotik maddə olan qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disklər cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar