Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-14/2023 15.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, evli, məhkumluğu olmayan, Şuşa rayonunun Turşsu qəsəbəsində qeydiyyatda olan, faktiki olaraq Kürdəmir rayonu, Yeni qəsəbə, ev 7 mənzil 17-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının sonundan həmin ilin avqust ayının əvvəllərinə qədər olan müddətdə qardaşı Şahid4 içarəyə götürdüyü meşə fonduna aid olmayan Kürdəmir rayonu Karrar kənd ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən dövlət ehtiyat fonduna məxsus 60 ha torpaq ərazidə yaş kök üstündə olan 95 ədəd yulğun kollarını qəsdən qanunsuz kəsərək, nəticədə təbiətə külli miqdarda, yəni ümumilikdə 7600 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şuşa rayonundan gəlmiş məcbur köçkün ailəsi kimi Kürdəmir rayonunda məskunlaşmışlar. Qardaşı Şahid4 Kürdəmir rayonu Karrar kəndi ərazisində dövlət ehtiyat fond torpaqlarından 60 ha torpaq sahəsini 30 ha hissəsini əkin, 30 ha hissəsini örüş üçün istifadə olunması üçün icarəyə götürmüş, qardaşı ilə birlikdə həmin ərazidə əkin-biçin və heyvandarlıqla məşğul olmaqla ailələrini dolandırırlar. Əkinçilik üçün nəzərdə tutulmuş sahədə yabanı kol bitkiləri artıb böyüdüklərinə görə orada şumlama işlərini aparmaq üçün dəvət etdiyi kənd təsərrüfatı təyinatlı texnikaların sürücüləri həmin kolları görüb, texnikanı əraziyə salmaqdan imtina etdikləri üçün bir neçə il həmin ərazidən örüş kimi istifadə etmişlər. 2022-ci ilin yay aylarında əkinçilik üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində payızlıq əkin işlərinə hazırlıq işləri görmək məqsədilə həmin kolların bir hissəsinin budaqlarını kəsib texnika ilə şumlanması üçün şərait yaratmışdır. İyul ayının sonlarında Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin sədri özünü Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi kimi təqdim edən şəxslə birlikdə həmin əraziyə gəlib kəsilən kollara baxış keçirmiş və ona bildirmişlər ki, kəsilən kollar yulğun koludur və onların icazəsiz olaraq kəsilməsi qadağandır. Həmin vaxta kimi icarələrində olan torpaq sahəsində nizamsız bitən yabanı kolların yulğun kolu olmasını bilməmiş, həmin kolların icazəsiz olaraq yerinin dəyişdirilməsinin və ya kəsilməsinin qadağan olmasını ilk dəfə onlardan eşitmişdir. Dədə-babadan kənd təsərrüfatı ilə məşğul olmalarına baxmayaraq, məcburi köçkün düşdükləri vaxta kimi dağlıq rayonlarında yaşadıqları üçün və dağlıq rayonlarda yulğun kolları bitmədiyindən onları tanımamışdır. Bundan sonra onlar kəndin yaxınlığında olan çayxanaya gəlib, bir sıra yazı-pozu işləri aparıb və ona imzalatdırdıqdan sonra çıxıb getmişlər. Bundan bir neçə ay sonra, təxminən sentyabr ayının ortalarında Kürdəmir rayon prokurorluğunun əməkdaşı bir neçə şəxslə birlikdə həmin əraziyə gəlib, kəsilən kolların şəkillərini çəkmiş, tərtib etdikləri akta ona imza etdirdikdən sonra çıxıb getmişlər. Sonradan müstəntiq ondan izahat alsa da, kəsdiyi kollara görə ona cinayət işinin açılacağını düşünməmişdir. Məhkəməyə çağırılıb, ilk məhkəmə iclasında ona törətdiyi əməlin mahiyyəti və nəticələri ona izah ediləndən sonra etdiyi əməlin cinayət olduğunu başa düşmüş və dəymiş ziyanı tam şəkildə ödəmiş və ödəniş qəbzinin bir surətini Mingəçevir şəhərinə aparıb 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə təqdim etmişdir. İdarənin rəisi ona bildirmişdir ki, bundan sonra ona qarşı heç bir şikayətləri yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda həqiqətən də, yulğun adlanan kolların kəsilməsinin cinayət olmasını bilmədiyini, törətdiyi əməlindən peşman olmasını, dəymiş ziyanı tam olaraq ödədiyini, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında (25 yanvar 2022-ci il tarixli məhkəmə iclasında) iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 03 avqust 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq qrupu tərəfindən Kürdəmir rayonu Karrar kəndi ərazisində 95 ədəd yulğun kollarının qanunsuz kəsilməsi barədə 26 saylı akt tərtib edilmişdir. Akt əsasında 16 avqust 2022-ci il tarixdə əraziyə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı yulğun kollarının Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs izahatında əkin sahəsini genişləndirmək məqsədi ilə 95 ədəd yulğun kolunu kəsdiyini etiraf etmiş və bu barədə yazılı izahat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş ziyan tam şəkildə ödənildiyi təqdirdə, ona qarşı heç bir şikayət və tələbləri olmayacaqdır. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, 2016-ci ilin oktyabr ayından 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi vəzifəsində işləyir, 16 avqust 2022-ci ıl tarixdə həmin əraziyə baxış keçirərkənı Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfində 95 topa kök üstə yaş halda yulğun kollarının kəsilməsini aşkar etdiyindən 03 avqust 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq qrupu tərəfindən Kürdəmir rayonu Karrar kəndi ərazisində yulğun kollarının qanunsuz kəsilməsi barədə 26 saylı akt tərtib edilmişdir. Əraziyə baxış zamanı kəsilmiş yulğun kollarının kəsildiyi yerdə qaldığı, başqa əraziyə daşınmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Karrar bələdiyyəsinin sədri Sahib Cəfərovdan yulğun kollarının kəsildiyi ərazinin bələdiyyə torpaqlarına aid olmadığını dəqiqləşdirdikdən sonra ərazinin dövlət ehtiyat fond torpaqlarına aid Şahid4 icarəsində olan torpaq sahəsi olması müəyyən edilmişdir. Araşdırma zamanı həmin yulğun kollarının Şahid4 qardaşı Təqsirləndirilən şəxs tərəfindən kəsilməsinin müəyyən edilmiş və Təqsirləndirilən şəxs baxış zamanı və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə verdiyi yazılı izahatında yulğun kolarını əkinə maneə olduğu üçün kəsdiyini etiraf etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayından 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. 03 avqust 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq qrupu tərəfindən Kürdəmir rayonu Karrar kəndi ərazisində yulğun kollarının qanunsuz kəsilməsi barədə 26 saylı akt tərtib etmişlər. 16 avqust 2022-ci il tarixdə əraziyə baxış keçirərkən Bakı- Qazax magistral yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən hissədə yolun sağ tərəfində 95 topa kök üstə yaş halda yulğun kollarının kəsilməsi, kollarının kəsildiyi yerdə qalması və başqa əraziyə daşınmaması müəyyən edilmişdir. Araşdırma zamanı Kürdəmir rayon Karrar bələdiyyəsinin sədri Sahib Cəfərov onlara ərazinin bələdiyyə torpaqlarına aid olmadığını bildirmişdir. Sonradan həmin kolların kəsildiyi ərazinin dövlət ehtiyyat fond torpaqlarına aid olduğu müəyyən edilmişdir. İzahatı alınarkən Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin qardaşı Şahid4 icarəsində olduğunu bildirmişdir. Şahid4 ilə dəfələrlə telefon əlaqəsi saxlasalar da torpaq sahəsinə aid sənədləri əldə edə bilməmişlər. İzahatı alınarkən Təqsirləndirilən şəxs 95 topa yulğun kollarını özü kəsdiyini, kəsməsinə səbəb yulğun kollarının torpaq sahəsində əkin işlərinin aparılmasına maneəçilik törətməsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs izahat verərkən ona qarşı heç bir təsir göstərilməmiş, izahatını öz sözləri ilə yazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid5 və Şahid1 ifadələrinə oxşar eyni məzmunda ifadə verib, həmin faktları bir daha təsdiq etdi. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, məlum hadisələrlə bağlı məcburi köçkün ailəsi kimi Şuşa rayonundan gələrək Kürdəmir rayonunda məskunlaşmışlar. Əkunçilik və heyvandarlıqla məşğul olduqları üçün Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 2009cu il tarixli 123 nömrəli sərəncamı ilə Kürdəmir rayon inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 23h saylı qış otlaq sahəsindən 60 hektar torpaq sahəsi 20 il müddətinə onun icarəsinə verilmiş, həmin ərazidə çoban evi, ferma və sair yardımçı binaların tikintisinə icazə verilmiş, 20 iyul 2009-cu ildə onunla torpaq icarə müqaviləsi bağlanmışdır. İlk illər özü tək, sonradan qardaşı Vidadi ilə həmin torpaq sahəsindən əkinçilik və heyvandarlıq məqsədilə istifadə edirlər. Əkinçilik üçün nəzərdə tutulmuş 30 ha torpaq sahəsində bitən yabanı kol bitkilərinə görə oradan tam şəkildə istifadə etmək mümkün deyildir. Son illər sahədə kotanla şumlamaq işləri aparmaq üçün dəvət etdikləri texnikanın sürücüləri həmin kollara görə onlara imtina etmişdir. 2022-ci ilin iyul-avqust aylarında başqa iş axtarmaq üçün Bakı şəhərinə getmiş və bir neçə ay orada qalmışdır. Sentyabr ayının ortalarında Ekologiya və Təbii Sərvətlər idarəsindən onun telefonuna zəng edilərək, icarəsində olan torpaq sahəsində 95 ədəd yulğun kolunun kəsildiyini və bununla bağlı izahat vermək üçün idarəyə gəlməli olması ona bildirilmişdir. Bundan sonra qardaşı Vidadi ilə əlaqə saxlamış, Vidadi ona bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı ərazidə olmuş, əkin sahəsindən budanmış kolların yulğun kolu olduğunu, bu kolların kəsilməsinin qadağan olunduğu barədə onu məlumatlandırmışlar. Həmin vaxta kimi nə o, nə də ki, qardaşı Vidadi onların əkin sahələrində bitən yabanı kolların yulğun kolu olduğunu bilməmişlər. Bundan sonra idarəyə gedib olanlarla bağlı izahat vermiş, iş məhkəmədə olarkən qardaşı və qohumları ilə birləşib, təsərrüfatlarında olan heyvanlardan da bir neçəsini satıb dəymiş ziyanı ödəmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 2009-cu il tarixli 123 nömrəli sərəncamı ilə Kürdəmir rayon inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 23h saylı qış otlaq sahəsindən 60 ha torpaq sahəsi 20 il müddətinə Şuşa rayonundan məcburi köçkün Şahid4 icarəsinə verilmiş, həmin ərazidə çoban evi, ferma və sair yardımçı binaların tikintisinə icazə verilmişdir. - Kürdəmir Rayon İcra Hakimiyyəti ilə Şahid4 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 50 nömrəli torpaq icarə müqaviləsinin 1.3-cü bəndində icarəyə verilmiş torpaq sahəsinin 30 ha hissəsi əkin, 30 ha hissəsi örüş kimi müəyyən edilmişdir. - X8 X3 Meşəbəyliyinin meşəbəyisi tərəfindən verilmiş rəydə Kürdəmir rayon Karrar inzibati ərazi dairəsinin Ərşəli kənd ərazisindən Bakı -Qazax avtomobil yolunun keçən hissəsinin sağ tərəfində olan torpaq sahəsində kök boğazından kəsilmiş yulğun kollarına baxış keçirildiyi, baxış zamanı həmin ərazidə kök boğazından kəsilmiş 95 (doxsan beş ) topa yulğun kollarının kəsilən zaman kök- üstə yaş halda olması müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Dövlət Ekoloji təhlükəsizlik xidmətinin xx.xx.2022-ci il tarixli 17/308 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən 95 (doxsan beş ) topa kəsilmiş yulğun koluna görə dəymiş ziyan 7600.0 manat hesablanmışdır. - Kürdəmir Mərkəzi rayon Xəstəxanası PHŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir MRXPHŞ-ın Polikilinika şöbəsinin psixiatrın və narkoloq həkiminin qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Krasnoyarsk diyarlının Kansk şəhəri məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-1-ci maddəsinin İİİ hissəsinin 2Q bədində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına eyni zamanda baxış aktları, kəsilmiş yulğun kollarının foto şəkilləri, təqsirləndirilən şəxsin ailə tərkibi barədə arayış, uşaqlarının şəxsiyyət vəsiqələrinin surəti, xasiyyətnamə, nikah haqqında şəhadətnamənin surəti və digər sənədlər əlavə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 31/24 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyasının Krasnoyarsk diyarlının Kansk şəhəri məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə məhkum edilmiş X1 barəsində hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi T.Əsgərovun məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubda Təqsirləndirilən şəxs dövlət ehtiyat fondu torpağında kəsərək məhv etdiyi 95 ədəd köküstə yaş yulğun kollarına görə təbiətə vurduğu 7600 manat ziyanı tam şəkildə ödədiyi, ona görə də, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı şikayət, iddia və mülki tələblərinin olmadığı bildirilmişdir. Cinayət işinə əlavə edilən, ödəniş qəbzindən görünür ki, X4 tərəfindən "xxxx" ASC-nin Mingəçevir filialı vasitəsilə 7600 manat pul dövlət büdcəsinə ödənilmişdir. Baxış zamanı götrülmüş yulğun kolları sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınmış, saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs X1 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam şəkildə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, məcburi köçkün ailəsi olmaqla yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan yulğun kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, X1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə X2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 171 (bir yüz yetmiş bir) manat məbləğində pul ödənilməlidir Təqsirləndirilən şəxs tərəfindən 7600 manat ziyanın tam ödənilməsi, iş üzrə mülki iddia, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət nəticəsində dəymiş 7600 manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan yulğun kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 171 (bir yüz yetmiş bir) manat məbləğində pul ödənilsin. İş üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-14/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-14/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver