Məhkəmə qərarları › İş №1(041)-14/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-14/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-14/2024 06.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə: xx xxxxxx 1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, xx.xx.2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 88-B, mənzil 5 ünavanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Sabir küçəsində tanışı Təqsirləndirilən şəxs2 pay qismində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 0,415 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023cü il tarixdə saat 21 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,415 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK- 74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə olunan, canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 01 ədəd patronu qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21:30 Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə olunan canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 01 ədəd patron aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi – 0,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Sabir küçəsində həmin narkotik vasitə heroinin 0,415 qram çəkidə olan hissəsini tanışı – Təqsirləndirilən şəxs1 pay qismində heç bir mənfəət güdmədən vermiş, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,415 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün saat 22 radələrində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri Sabir küçəsi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarışdan sonra əynində olan cins şalvarının qabaq sağ və sol ciblərindən kəsilmiş 02 ədəd qara rəngli parça nümunələrinin içərisində ayrı-ayrılıqda təmiz çəkisi – 0,022 qram, 0.024 qram, ümumi çəkisi – 0.046 qram olan xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, elan olunmuş ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilir, narkotik vasitə heroini çəkmə yolu ilə istifadə edir, valideyinləri ilə eyni evdə yaşayır, atası Nazimə məxsus “VAZ 21074” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəalliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 təxminən 15-20 gündür ki, tanıyır, Müşfiq onun avtomobilindən taksi kimi bir neçə dəfə istifadə etmiş, hər dəfəsində yol pulunu ödəmişdir. Bir müddər sonra Müşfiqin narkotik vasitə heroindən istifadə etməsini bilmiş və buna görə də xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Müşfiqlə rastlaşdıqda ondan şəxsi istifadə etməsi üçün narkotik vasitə heroin istəmiş, Müşfiq də ona bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin vermiş, həmin heroini cibinə qoyaraq saxlamış və çıxıb getmiş, həmin günü saat 21 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə heroin saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirməmişdən əvvəl onun saxlandığı yerdə Şahid1 onun üzərində axtrarışaparmış və ondan heroin aşkar edilmişdir. Bundan sonra onu gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra şəxsi axtarışa başlanılmış, hüquq və vəzifələrinin aydın olub-olmaması soruşulduqda aydın olduğunu bildirmiş, bundan başqa ibtidai araşdırma N.Həsənov tərəfindən aparıldığı, ibtidai araşdırmaya prosessual rəhbərliyi Kürdəmir rayon Prokurorunun həyata keçirdiyi bildirilmiş, onlara qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuş, etirazının olmadığını bildirmiş, həmçinin şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparılması və videoçəkilişi qeyd olunan polis əməkdaşının aparması bildirilmiş, etirazının olmadığını bildirmiş, şəxsi axtarışda iştirak edənlərə həmçinin seçmiş olduğu müdafiəçiyə etirazının olub-olmaması soruşulduqda etirazının olmadığını bildirmiş, bundan sonra üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, üzərində heroin olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ondan “Redmi NOTE 11” markalı mobil telefonu, açarları, bir ədəd beş manatlıq pul əskinazı, bir ədəd poverbankı aşkar edilərək götürülmüş, təqdim etdiyi kağız bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin təxminən 0,51 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi büküm müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra həmin büküm qablaşdırılmaqla möhürlənmiş və zərfin tamlığı şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Üzərində narkotik vasitə heroin olmasını Müşfiqdən başqa heç kim bilmədiyi üçün, polisə bu barədə məlumatı da Müşfiqin verdiyini zənn edərək şəxsi axtarış zamanı və ilkin ifadəsində üzərində aşkar edilmiş narkotik vasitə heroini Müşfiqdən 5 manata aldığı barədə yalandan bildirmiş, ancaq həqiqətdə Müşfiqdən narkotik vasitə heroini pul və ya hər hansı mənfəət qarşılığında almamışdır. Müşfiqin üzərindən aşkar edilmiş üstünə “Müşfiq 18” sözü yazılmış bir ədəd 5 manatlıq pul əskinazı barədə bildirmişdir ki, Müşfiq onun avtomobilindən taksi kimi istifadə etdikdən sonra yol pulu olaraq ona verdiyi pulun qalığı olaraq Müşfiqə pul vermişdir, üstünə Müşfiq 18 sözü yazılmış pulu da həmin vaxt Müşfiq əldə edərək özündə olan pulların arasına qoymuşdur. Həmin pulu Müşfiqdən narkotik vasitə heroin almaq üçün vermədiyini bildirmişdir. Axtarışın sonunda axtarış zamanı təqdim etdiyi bir ədəd beş manatlıq pul əskinazını, poverbankı, açarları özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Kürdəmir şəhəri Sabir küçəsi ərazisində, dəmiryol xəttinin üzərindən keçən avtomobil yolu körpüsünün altında zibil yeşiklərinin yanından keçəndə yerdə 01 ədəd patron diqqətini çəkdiyi üçün əyilib götürmüş, maraqlı gəldiyi üçün cibinə qoyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində piyada hərəkətdə olarkən polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edərək üzərində saxlamağına və daşımağına əsaslı şübhələrin olduğunu bildirib RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi1 seçmiş, bundan sonra vəkil Müdafiəçi1 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə etməklə, şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı üzərində odlu silah, onun komplekt hissələri və döyüş sursatı olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd patronu çıxarıb təqdim etmiş, eləcədə cibində olan 02 manat pulu, 01 ədəd “İphone 8” markalkı mobil telefonu, 01 qutu siqareti və 01 ədəd alışqanı çıxarıb təqdim etmiş, bundan sonra onun üzərində axtarış aparılmış, başqa qanunsuz əşya və predmet aşkar olunmamış, 01 ədəd patron 01 ədəd zərfə qoyulmuş, zərf ekspertizaya təqdim olunmaq üçün üzəri möhürlənmiş, qalan əşyalar isə onun özünə qaytarılmış, “İphone 8” markalı mobil telefon isə ayrıca götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yüeri üzrə müsbət xarakterizə olunmasını və ailənin tək uşağı olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir, narkotik vasitə heroindən hərdən istifadə edir. Təqsirləndirilən şəxs1 tanışıdır. Onunla münasibətləri normaldır, ədavətləri yoxdur. Təqsirləndirilən şəxs1 “Vaz 2107” markalı ** BD *** markalı avtomobili vardır, Aqil həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğu üçün avtomobilindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Aqil ilə rastlaşdıqda Aqil ondan narkotik vasitə heroin istəmiş, həmin vaxt üzərində olan bir ədəd gümüşü rəngli kağız bükümdə olan heroini çıxarıb Aqilə vermiş və çıxıb getmiş, həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs1 saxlayıb üzərində şəxsi axtarış aparan zaman Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə heroini guya ondan 5 manata almasını bildirməsini öyrənmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, Aqilə pul ilə narkotik vasitə heroin satmamış, həmin narkotik vasitə heroini Aqilə pay vermiş, Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitə heroini həmin tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığından keçən dəmiryol xəttinin kənarından yerdən tapmış, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman cibində olan əskinazların arasından üzərində “Müşfiq 18” sözü yazılmış bir ədəd 5 manatlıq əskinaz aşkar edilərək götürülmüşdür. “Müşfiq 18” sözü yazılmış 5 manatlıq əskinazı ona Təqsirləndirilən şəxs1 avtomobildən taksi kimi istifadə etdiyi üçün yol pulu olaraq verdiyi 10 manat pulun qalığı olaraq Aqil ona vermişdir. Aqilin həmin pulun üzərinə “Müşfiq 18” sözünü hansı şəraitdə və hansı səbəbdən yazmasını bilməmişdir. Narkotik vasitə heroindən istifadə etsə də, Təqsirləndirilən şəxs1, ümumiyyətlə heç kimə narkotik vasitə heroin satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-də X2 əməliyyat müvəkkilli vəzifəsində işləyir. Kürdəmir şəhəri Aran qəsəbəsi ev 26 mənzil 14 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqda bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində saxlanılmış və Kürdəmir RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞnin müstəntiqi Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışa başlanmışdır. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bunu deyib, əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd büküm açılaraq içərisinə baxış keçirilən zaman toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 0,51 qram olması müəyyən edilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd 5 manatlıq pul əskinazı, bir ədəd açar, bir ədəd “POVERBANK” aşkar edilmiş, aşkar edilmiş 01 ədəd 5 manatlıq əskinaz, bir ədəd açar, “POVERBANK” iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində, Kürdəmir şəhər sakini Müşfiq adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan 01 ədəd büküm 01 ədəd zərfə qoyulmuş, üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Keçirilmiş tədbirlərin davamı olaraq Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 88 B, mənzil 5 ünavnda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat əsasında bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri Sabir küçəsində ərazisində saxlanılmış və Kürdəmir RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışa başlanmışdır. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmadığını bildirmiş, cibindən bir ədəd mobil telefon, bir ədəd pul qabı çıxarıb təqdim eərək mobil telefonun qardaşına məxsus olduğunu bildirmiş, pul qabı açılmış, içərisinə baxdıqda 01 ədəd Birkart plastik bank kartı, 298 manat pul aşkar olunmuş, həmin pulun içərisində 01 ədəd 5 manatlıq əskinaz aşkar olunmuş, pul və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, narkotik vasitə heroindən istifadə etsədə satışı ilə heç vaxt məşğul olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 298 manat pulun arasından üzərinə “Müşfiq 18” sözü yazılmış bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin pulu Müşfiqə narkotik vasitə heroin almaq üçün verdiyini bildirdiyi üçün bu barədə soruşanda Müşfiq Aqilin ona pul vermədiyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Müşfiq Seyidovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə, onun əynində olan şalvarının iç cibləri və əl barmaqlarının dırnaqları kəsilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları X5, Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları olduğu kimi təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nın İTB-nin XÜ baş inspektoru vəzifəsində işləyir. Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 88 B, mənzil 5 ünavnda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat əsasında bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri Sabir küçəsi ərazisində saxlanılmış və Kürdəmir RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışa başlanmışdır. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya olubolmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmadığını bildirmiş, cibindən bir ədəd mobil telefon, bir ədəd pul qabı çıxarıb təqdim edərək mobil telefonun qardaşına məxsus olduğunu bildirmiş, pul qabı açılmış, içərisinə baxdıqda içərisində 01 ədəd Birkart plastik bank kartı, 298 manat pul aşkar olunmuş, həmin pulun içərisində 01 ədəd 5 manatlıq əskinaz aşkar olunmuş, pul və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə heroindən istifadə etsə də satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 298 manat pulun arasından üzərinə “Müşfiq 18” sözü yazılmış bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin pulu Müşfiqə narkotik vasitə heroin almaq üçün verdiyini bildirdiyi üçün bu barədə soruşanda Müşfiq Aqilin ona pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşı Şahid5 da Şahid4 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, saxlaması, daşıması və ya gəzdirməsi barədə daxil olmuş məxfi əməliyyat əsasında bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri Aran qəsəbəsi ərazisində saxlanılıb RPŞnə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, saxlaması, daşıması və ya gəzdirməsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışa başlanmışdır. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd patronu çıxarıb təqdim etmiş, eləcədə cibində olan 02 manat pulu, 01 ədəd “İphone 8” markalkı mobil telefonu, 01 qutu siqareti və 01 ədəd alışqanı çıxarıb təqdim etmiş, bundan sonra onun üzərində axtarış aparılmış, başqa qanunsuz əşya və predmet aşkar olunmamış, 01 ədəd patron 01 ədəd zərfə qoyulmuş, zərf ekspertizaya təqdim olunmaq üçün üzəri möhürlənmiş, qalan əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, “İphone 8” markalı mobil telefon isə ayrıca götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin 01 ədəd patronu tapdığını, maraq üçün saxladığını, heç kimə vermək fikri eləcədə hər hansı formada istrifadə etmək fikrinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir. O, Aqil və Mşüfiqin saxlanılma əməliyyatlarında iştirtak etməmiş, lakin o, müstəntiqin otağında çəkiliş aparmış və Aqilin üzərində aşkar olunan bir ədəd patronun aşkar edilməsinin şahidi olmuşdur. İş üzrə təyin edilərək keçirilmiş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının, xx.xx.2023-cü il tarixli 18/534 nömrəli rəyində göstərilir ki, tədqıqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0.415 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqıqata təqdim edilmiş üzərində: “Müşfiq Seyidovun əynində olan şalvarının cibindən..” sözləri yazılmış paketdə 02 ədəd qara rəngli parça nümunələrinin içərisində ayrı-ayrılıqda təmiz çəkisi 0.022 qram, 0.024 qram, ümumi çəkisi - 0.046 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqdiqata təqdim edilmiş üzərində “..X6 barmaqlarından götürülmüş ..” sözləri yazılmış kağız paketdə olan dırnaq nümunələrinin içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdəb iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 001 ədəd kağız bükümdə olan heroin ilə Müşfiq Seyidovun əynində olan şalvarının cibindən kəsilmiş 02 ədəd parça nümunəsində olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin təmiz çəkisi – 0,415 qram, tədqiqata istifadə olundu-0,1 qram, 0,315 qram qalmışdır. Heroinin ümumi təmiz çəkisi,0,046 qram,tədqiqata sərf edildi 0,02 qram (hər ob.0,01 qram)- 0,026 qram qalıq qalmışdır. (bax iş İ cild vər. 159-162) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş İ cild vər. 60) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş İ cild vər. 53) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-323/2023 nömrəli məktubdan görünür ki, Seydiyev X7 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş İ cild vər. 248) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-324/2023 nömrəli məktubdan görünür ki, Babaşov X11 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş İ cild vər. 249) İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/1156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5.45*39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS- 74U” avtomatlarında, “RPK-74” əl pulemyotlarında və.s uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə olunan canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. (bax iş İ cild vər. 40-42) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (bax iş İ cild vər. 245) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Seydiyev X8 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün 02 il 06 ay 24 gün azadlığı məhdudlaşdırılmış, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisi xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. (bax iş İ cild vər. 246-247) Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 35-2022/5 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 çəkilməmiş cəzası 03 ay 01 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 56-37/507 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 subay olmaqla valideynlərinin himayəsində yaşayır. (bax İİ cild iş vər. 58) İş materiallarına əlavə Kürdəmir rayon İH-i Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İİ cild vər. 57) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1341 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhərində qeydiyyatda olsa da valideynləri ilə birlikdə Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi,19 saylı evdə yaşayır. (bax İ cild iş vər. 176) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş İ cild vər. 177) İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, X10 xx.xx.2024-cü il tarixdə, saat 21.00-da tutularaq Kürdəmir RPŞnə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlaması, daşıması baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 21:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya, predemt və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa onu təqdim etməsi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olan heroin olduğunu demiş, əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd büküm açılaraq içərisinə baxış keçirilən zaman toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 0,51 qram olması müəyyən edilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd 5 manatlıq pul əskinazı, bir ədəd açar, bir ədəd “POVERBANK” aşkar edilmiş, aşkar edilmiş 01 ədəd 5 manatlıq əskinaz, bir ədəd açar, “POVERBANK” iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində, Kürdəmir şəhər sakini Müşfiq adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, təqdim olunan 01 ədəd büküm 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmiş, bundan sonra şəxsi axtarış sonlandırılmış, protokol tərtib olunaraq iştirakçılara ucadan oxunduqda heç bir əlavə və qeyd daxil olmamış, protokol doğru hesab edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. (bax: cild 1 - i/v 110-111) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlaması, daşıması baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 22:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri Sabir küçəsində saxlanaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya, predemt və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa onu təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd pul qabı çıxarıb təqdim edərək mobil telefonun qardaşına məxsus olduğunu bildirmiş, pul qabı açılmış, içərisinə baxdıqda 01 ədəd Birkart plastik bank kartı, 298 manat pul aşkar olunmuş, həmin pulun içərisində 01 ədəd 5 manatlıq əskinaz aşkar olunmuş, pul və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, üzərində olan yazının kimə məxsus olmasını müəyyən etmək məqsədilə pulun ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə heroindən istifadə etsə də satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 298 manat pulun arasından üzərinə “Müşfiq 18” sözü yazılmış bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin pulu Müşfiqə narkotik vasitə heroin almaq üçün verdiyini bildirdiyi üçün bu barədə soruşanda Müşfiq Aqilin ona pul vermədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış sonlandırılmış, protokol tərtib olunaraq iştirakçılara ucadan oxunduqda heç bir əlavə və qeyd daxil olmamış, protokol doğru hesab edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ və sol ciblərinin içərisindəki parça protokol tərtib olunaraq kəsilib götürülmüş və ekspertizaya təqdim olunmuşdur. (bax: cild 1 - i/v 143-144) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsalarda, digər şəxslərə satmaqla məşğul olmamışlar və bu barədə heç bir məlumat daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş narkotik vasitə heroini ona tanışı Təqsirləndirilən şəxs2 pay qismində vermişdir, Təqsirləndirilən şəxs1 bunun müqabilində Təqsirləndirilən şəxs2 pul eləcədə heç nə verməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitə heroini tapdığını desədə, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, həmçinin onunla əlbir olan başqa şəxslər olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş 01 ədəd patronu Kürdəmir şəhəri Sabir küçəsində yerdən tapdığını bildirsədə hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, həmçinin onunla əlbir olan başqa şəxslər olmamışdır. (bax: cild 2 i/v 98) İstintaq zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 5 manata almasını bildirməsi və sonuncunun Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin satmasını inkar etməsi səbəbindən xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-nın MSY-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında tərəfimdən üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 5 manat almadığını, Müşfiqin ona həmin narkotik vasitə heroini pay qismində verdiyini, eləcədə heç vaxt pul qarşılığında Müşfiqdən narkotik vasitə almadığını bildirmiş, Təqsirləndirilən şəxs2 də öz növbəsində həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 pay qismində verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərində aşkar edilmiş üstünə “Müşfiq 18” sözləri yazılmış 5 manatlıq pul əskinazını Aqilin avtomobilində taksi kimi istifadə etdiyi üçün verdiyi pulun müqabilində Aqilin ona qaytardığı puldur. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üstünə “Müşfiq 18” sözləri yazılmış bir ədəd 5 manatlıq pul əskinazını Müşfiqə vermək üçün nəzərdə tutmamış, həmin yazını Müşfiqi tanışı kimi gözləyən zaman maraq üçün səbəbsiz yazmışdır. (bax: i/v 108). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri özlərinin etirafı,şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Onlar həmin maddələrlə təqsirlidir və onlara müvafiq olaraq təqsirləndirildikləri maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. İş materialalrından görünür ki, Binəqədi rayon məhkəməsinin hökmü ilə ona təyin edilmiş 02 il 06 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 il 03 ay 23 gün hissəsini çəkmiş,çəkilməmiş 03 ay 01 gün cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.4.4 -cü maddəsində göstərilir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların əməllərini etiraf edərək peşman olmalarını, onların yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə müvafiq cəzalar təyin edilməli və həmin cəzaları AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsnə əsasən cinayətlərin məcmuyuna cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 03 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsnə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı günlər onlara təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduqları gündən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 21:50-dən xx.xx.2023-cü il tarixdə saat 18:20-dək və xx.xx.2023-cü il tarixdə saat 21:50dən xx.xx.2023-cü il tarixdə saat 21:30-dək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-ci il tarixdə axtarış ilə bağlı tutulduğu 1 gün, ümumilikdə 4 gün tutulmuşdur. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə saat 22:00-da həbs müddəti bitmiş və azad edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Seydiyev X7 rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs2 AR CM-nin 93.1.2-ci maddəsinə əsaən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan heroinin 0.315 qram qalığı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan heroinin 0.026 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, istifadəyə (atəşə) yararlı 01 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi anbarına təhvil verilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 275,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxslər saxlanılarkən Şahid1 və əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verib-verməməsini araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və həbsdə saxlanıldığı 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Babaşov X11 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay 24 gün azadlığın məhdudlaşdıırlması cəzasının çəkilməmiş 03 ay 01 gün müddəti CM-nin 68.1.1-1-ci maddəsinə azadlığın məhdudlaşdırmanın iki günü bir gün azadlıqdan məhrum etmə ilə əvəz olunmaqla yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 03 (üç) ay ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 15 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0,315 qram heroinin qalığı, eləcədə zavod üsulu ilə istehsal edilmiş 01 ədəd patron, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan 0,026 qram heroin hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, istifadəyə (atəşə) yararlı 01 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 275,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs1un və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilən zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disklər cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxslər saxlanılarkən Şahid1 və əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verib-verməməsini araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar