Məhkəmə qərarları › İş №1(041)-14/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-14/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-14/2025 22.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə, xeyli miqdarda təmiz çəkisi – 0.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın – 0.30 qram çəkidə olan hissəsini xx.xx.1996-cı il təvəllüdlü Şahid2 ilə əvvəlcədən hər biri 5 manat pul qoymaqla ümumilikdə 10 manat müqabilində Təqsirləndirilən şəxs almaq və bölmək barədə əvvəlcədən razılığa gələn xx.xx.1991-ci il təvəllüdlü Şahid1 xx.xx.2024-cü il tarixdə saat 23 radələrində 10 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra, Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində ona satmış, Şahid1 ondan əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın - 0.20 qram çəkidə olan hissəsini həmin tarixdə saat 23 radələrində tanışı Şahid2 ilə qabaqcadan razılaşdıqları kimi, heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 04:45 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Şahid2 Kürdəmir şəhəri, Babək prospektində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi – 0.20 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir şəhəri, Bakı prospekti ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.10 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri, Bakı prospekti ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol ön cibindən 01 ədəd siqaret paketindəki 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0.60 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı və ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Gəncədən qayıdıb maşını ustaya qoymuş, bu zaman çoxdan tanıdığı, atası ilə münasibəti olan “Şomu” ləqəbli Şahid1 ona zəng edib harda olduğunu soruşmuş, ona Gəncədən qayıtdığını demişdir. Ağasəf ondan çəkməyə nəyinsə olub-olmadığını soruşmuş, Ağasəfə uzun müddətdir narkotik istifadə etmədiyini, amma evdə azca olduğunu, istəyirsə verə biləcəyini demişdir. Ona istifadə etməsi üçün narkotik maddə vermişdir. Yəni axşam çayxanada oturduğu vaxt Ağasəf gəlmiş, siqaret qutusunun içində, noxud boyda, açıq vəziyyətdə olan narkotik maddəni, “marixuana” adlı narkotik vasitə vermiş, qarşılığında isə pul almamışdır. Onlara pulsuz, yəni pay kimi vermiş, onlar da çıxıb restorana getmişlər. Narkotik maddə satıcısı olmadığı üçün isə ondan pul almamışdır. Sonradan eşitmişdir ki, Ağasəfin yanındakı oğlan, Şahid2 marketin qarşısında dava salıb, Kürdəmir RPŞ-nin əməkdaşları onları şöbəyə gətirib. Ağasəfin yanındakı Rəşad ondan norkotik maddə aldığını bildirib. Amma əslində onlara satmamış, pulsuz vermişdir. Polis şöbəsində müstəntiq Fuad ona narkotik maddə olan qutunu üzərinə götürməsini, onun işini inzibati edəcəyini, əgər götürməsə gəlib həyətindən 3-4 qutu tapacaqlarını demişdir. 3 uşağının olması valideynlərinin olmaması və fəhlə olduğundan məcbur qalıb məcbur qalıb razılaşmış, narkotik vasitəni üzərinə götürmüşdür. Əvvəllər heç kimə narkotik maddə pay verməmişdir, bu ilk dəfə imiş ki, baş verirmişdir. Narkotik vasitəni əvvəllər istifadə etmiş, son zamanlar isə istifadə etməmişdir. O, usta işləyəndə bir maşın xarab olmuş, onun maşınını təmir edərkən kənarda sürücünün narkotik istifadə edən görmüşdür. Həmin şəxs ona da narkotik maddə vermişdir. Sonuncu dəfə polis əməkdaşları şöbəyə gətirəndə narkotik maddə istifadə etməmiş, üzərində isə heç bir maddə olmamışdır. Orda o, polis əməkdaşları tərəfindən döyülmüşdür, polis əməkdaşı onu yerə yıxıb, sinəsinə ayağı ilə vurub, yumruqlamışlar. Ona təzyiq göstərdikləri üçün videoçəkiliş zamanı heç nə deyə bilməmişdir. Polislə bəzi problemləri olduğu üçün evə buraxıldıqdan sonra işinin daha da ağırlaşa biləcəyi üçün şikayət etməmişdir. Kürdəmir RPŞ-də olarkən üzərindən heç bir narkotik maddə tapılmamışdır. İstintaq zamanı verdiyi ifadəni qarşısına qoyduqları zaman oxumadan imzaladığı üçün, orda nə yazıldığı haqqında məlumatı yoxdur. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixində təxminən saat 11 radələrində Aqil və Seymur adlı polis əməkdaşları gəlib onu Kürdəmir RPŞ-nə aparmışlar. Orda ona Şahid1 və Şahid2 narkotik maddə satıbsatmadığını soruşmuşlar, o da satmadığını bildirmişdir. Bundan sonra Şahid1 otağa gətirib, yenidən sual vermişlər. O da suallara cavabında üzərində olan azca narkotik maddəni onlara verdiyini, lakin satmadığını bildirmişdir. Müstəntiq tərəfindən üzərinə baxış keçirilən zaman üzərindən bir qutu siqaret, alışqan və qəpiklər çıxmışdır. Şahid1 ifadəsi alındıqdan sonra müstəntiq Babayev Fuad ona narkotik maddə vermiş və üzərinə axtarış keçirilən zaman maddənin ona məxsus olduğunu deməyini tapşırmışdır. Fuad ona əgər qəbul etməsə həyətindən çoxlu narkotik maddə tapacağını bildirmişdir. O da inanmışdır. Qohumları müstəntiq Fuada və digər polis əməkdaşlarına 3000 manat pul verdikdən sonra onu çölə buraxmışlar. O, narkotik maddənin satışı ilə məşğul olmur, heç kimə narkotik maddə satmamışdır. Əslində polis əməkdaşları otaqda olan seyfdən narkotik maddəni götürüb, siqaret qutusunun içərisinə qoyub ona vermişlər. Axtarış zamanı üzərində heç bir maddə olmamışdır. O, istifadə etdiyi narkotik maddəni yolda tanımadığı şəxsdən almışdır. Həmin şəxsin maşını xarab olmuş, o da usta olduğu üçün maşını təmir edərkən sürücünün istifadə etdiyini görmüşdür. Özü narkotik maddə istifadə etdiyi üçün ondan istəmişdir. Həmin adam da ona balaca narkotik maddə vermişdir. Tanımadığı şəxsdən aldığı narkotik vasitə təxminən noxud boyda olmuşdur. Tanımadığı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə əldə edirdi. Özü narkotik maddəni əvvəllər toyda, bayramda kimdəsə olanda istifadə edirmiş. O, Şahid1 noxud boyda narkotik maddə vermiş və qanunu düzgün bilmədiyi üçün polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Həm də müstəntiq Fuad onu aldadaraq işini yüngülləşdirəcəyini söyləmişdir. Narkotik vasitəni ona Aqil və Fuad adlı polis əməkdaşları vermişdir. Fuad ona narahat olmamağı, narkotik vasitəni götürməyi söyləmişdir. Şahid1 noxud boyda narkotik maddəni istifadə etmək məqsədi ilə pay vermişdir. Əvvəllər tapdığı narkotik vasitədən qaldığı üçün özü də çəkirmiş. Yenidən üzərinə baxış keçirildikdən sonra narkotik vasitənini ona məxsus olmadığını bildirsə də, əhəmiyyət verən olmamışdır. Videoçəkiliş zamanı isə heç nə deməmişdir. Axtarış otağında olan polis əməkdaşları tərəfindən döyülmüşdür. Lakin heç bir yerə bu barədə şikayət etməmişdir. Müstəntiq Fuada inandığı üçün onların ona dedikləri ilə razılaşmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilir. O, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan əvvəllər istifadə etsə də sonradan etməmişdir. Lakin 1 aydır ki, yenidən istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində piyada işə gedərkən Kürdəmir şəhəri, H.Əliyev prospektində yerdə 01 ədəd gümüşü rəngli kağız büküm diqqətini cəlb etmiş və o, həmin bükümü götürüb içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükümü götürüb şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini 10 manat pul müqabilində Kürdəmir şəhəri ərazisində tanışı “Şomu” ləqəbli Şahid1 satmış, bir qədər qalmış, onu da şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Kürdəmir şəhəri, Bakı prospekti ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli şalvarın sol ön cibindən 01 ədəd siqaret qutusundakı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd gümüşü kağız bükümü və sağ ön cibindən isə 01 ədəd “realme” markalı mobil telefonunu çıxarıb müstəntiqə təqdim etmiş, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd büküm içərisindəki kütlə ilə birgə qablaşdırılıb üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Üzərindən aşkar olunan 0.60 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 10 radələrində piyada işə gedərkən Kürdəmir şəhəri, H.Əliyev prospektində yerdən tapmışdır. Bir hissəsini istifadə etmiş, bir hissəsini isə “Şomu”ya 10 manata satmış, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərimdə saxlamışdır. O, şübhəli şəxs qismində tutularkən və ifadəsində məsuliyyətdən qorxduğu üçün əvvəllər narkotik vasitə istifadəçisi kimi tanıdığı Elşaddan narkotik vasitə aldığını bildirsə də hal-hazırda səmimi olaraq etiraf edir ki, o, Elşaddan narkotik vasitə almamışdır, narkotik vasitəni yerdən tapmışdır. “Şomu”dan, yəni Şahid1 başqa heç kimə narkotik vasitə satmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir və aşkar olunan kütlə ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 15 ilə yaxındır ki, tanıyır, onu tanışlar “Baba” ləqəbi ilə çağırırlar. İş yoldaşı olmuşlar. Onunla hər hansısa ədavəti, düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində özü istifadə etmək məqsədi ilə noxud boyda narkotik maddə almışdır. O, xx.xx.2024-cü il tarixində işlədiyi maşın sexində olarkən polis əməkdaşları tərəfindən Kürdəmir RPŞ-nə gətirilmişdir. Orda ona döyülərək, təzyiq göstərilmişdir. Aqil və Fuad adlı polis əməkdaşları ona ərizə təqdim edərək narkotik maddəni Təqsirləndirilən şəxs aldığını yazmağını bildiriblər. Həmin an narahat olduğu üçün polis əməkdaşları ona dərman da gətiriblər. Bir gün Kürdəmir RPŞ-də qaldıqdan sonra onu evə buraxıblar. Üzərində aparılan ilkin axtarış zamanı üzərindən hər hansısa narkotik maddə tapılmamışdır. Video-çəkilişdən əvvəl ona narkotik maddə veriblər ki, cibinə qoysun, çəkiliş zamanı üzərindən narkotik maddə tapılsın. Polisdən canını qurtarmaq istədiyi üçün bu hadisəni qəbul edib və hüquqlarını düzgün bilmədiyi üçün şikayət etməmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarının ona tapşırdıqlarını demişdir. “Nəşə” adlı narkotik vasitəni xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs özü istifadə etmək məqsədi ilə almışdır. Evində 2 dəfə istifadə edərək bitirmişdir. Əvvəllər də Təqsirləndirilən şəxs ilə narkotik vasitə qəbul etmişdir, lakin həmin tarixdə tək istifadə etmişdir. Narkotik vasitə çox vaxt Alışda olurdu. Kürdəmir RPŞ-da ona təzyiq göstərən polis əməkdaşlarını tanımır. Polisdə olarkən təzyiq altında olduğu üçün verdiyi ifadəni, yəni istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Şahid1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan bir müddətdir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı Şahid2 ilə hərəsi 5 manat qoymuş, o, gedib tanışı “Baba” ləqəbli Təqsirləndirilən şəxs 10 manata 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana almış və gətirib Rəşadla həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini istifadə etmişlər, qalan hissəsini isə Rəşadla yarı bölmüşlər. Onun payına düşən hissəsini şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Kürdəmir şəhəri, Bakı prospektində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd büküm içərisindəki kütlə ilə birgə qablaşdırılıb üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Üzərindən aşkar olunan - 0.10 qram narkotik vasitə qurudulmuş marixuananı. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir və aşkar olunan kütlə ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Şahid1 ilə birlikdə “Kürdəmir” restoranında oturmuşlar. Onlarla bərabər bir-iki nəfər də olmuşdur, lakin onların narkotik maddə tapdıqlarından xəbərləri olmayıb. Restorandan qalxdıqdan sonra piyada gəzərkən Şahid1 nəyisə təpiklə vurduğunu görmüşdür. Ondan səbəbini soruşduqdan sonra yerdə bükülü vəziyyətdə narkotik maddə olduğunu görmüşdür. Şahid1 halı pisləşdiyi üçün o narkotik vasitəni hazırlamışdır. Asan xidmətin ətrafına gedərək orda bərabər hazırladığı maddəni çəkmişlər. Yerdə qalan balaca hissəsini isə Şahid1 xəbəri olmadan özü istifadə etmək üçün götürmüşdür. Ayrıldıqdan sonra marketin qarşında mübahisə düşdüyü üçün polis əməkdaşları tərəfindən Kürdəmir RPŞ-nə gətirilmişdir. Yəni xx.xx.2024-cü il tarixində təxminən gecə 1-2 radələrində evə qayıdarkən “Emin” marketin qarşısında PPX-nin 4 əməkdaşı tərəfindən Kürdəmir RPŞ-nə gətirilmişdir. Orda olarkən isə anlaqsız vəziyyətdə olmuşdur. Polis şöbəsində ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmiş və döyülmüşdür. Orda olarkən polis əməkdaşları ona şillə vuraraq, “dubinka” ilə döymüşlər. 2 gecə polis bölməsində saxlandıqdan sonra onu evə buraxmışlar. 3 nəfər tərəfindən üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə heç bir maddə qoyulmamışdır. Üzərindən tapılan narkotik vasitə ona məxsusdur. Orda ona ərizə ilə yazdırmışlar ki, guya ki narkotik vasitəni almışdır. Videoçəkiliş zamanı Fuad adlı polis əməkdaşının ona dediyi sözləri təkrar etmişdir. Təqsirləndirilən şəxs tanımır. Yalnız hadisə olduqdan sonra tanımışdır, bir-iki dəfə görüşüb çay içmişlər. Polis şöbəsindən evə buraxıldıqdan sonra hüquqlarını tam bilmədiyi üçün şikayət etməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Şahid2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Ağsu rayonu Dədəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 3-4 aydır ki, narkotik vasitə marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Ağasəf ilə birlikdə hərəsi 5 manat pul qoymuş, Ağasəf gedib tanımadığı şəxsdən 10 manatlıq narkotik vasitə qurudulmuş marixuana alıb gətirmiş, birlikdə istifadə etmiş, qalan hissəsini isə yarı bölmüşlər. Narkotik vasitənin bir hissəsini Ağasəf götürmüş, bir hissəsini isə o, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 04:45 radələrində Kürdəmir şəhəri, Babək küçəsi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd büküm içərisindəki kütlə ilə birgə qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Üzərindən aşkar olunan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Ağasəf ilə birlikdə 5 manatdan pul qoymaqla əldə etmişlər, bir hissəsini istifadə etmişlər və qalan hissəsini isə bölərək şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir və aşkar olunan kütlə ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə Şahid2 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olduqdan sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Şahid2 bir qədər kənardan izləyib, saat 04:45 radələrində Kürdəmir şəhəri, Babək prospekti ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Şəxsi axtarış zamanı Şahid2 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Şifahi soğru zamanı Şahid2 həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı “Şomu” ilə hərəsi 05 manat qoymaqla “Şomu”nun tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi, fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞnin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Şahid1 bir qədər kənardan izləyib, saat 13:00 radələrində Kürdəmir şəhəri, Bakı prospekti ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Şəxsi axtarış zamanı Şahid1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Şifahi soğru zamanı Şahid1 həmin kütlənin narkotik vasitə marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri ərazisində tanışı Rəşad ilə hərəsi 5 manat qoymaqla gedib 10 manata tanışı Alışdan aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi, fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 16:00 radələrində Kürdəmir şəhəri, Bakı prospekti ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, təxminən 10-15 gün bundan qabaq Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Lökbatan dairəsində” adını xatırlamadığı tanışı olan Kürdəmir şəhər sakinindən 20 manata aldığını, bir hissəsini xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı “Şomuya” yəni Şahid1 10 manata satdığını, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Onların üzərinə keçirilən şəxsi axtarış zamanı onlara qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 və Şahid3 Şahid4 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası 234.2-ci maddəsi ilə cinayət başlanılmış və icraata qəbul edilmişdir (i/v 1-2); - Tutma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:10-da Şahid2 Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 04:45-dən hesablanmışdır (i/v 13-14); - Tutma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:30-da Şahid1 Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 13:00-dan hesablanmışdır (i/v 56-57); - Tutma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:30-da Əsgərov X5 RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 16:00-dan hesablanmışdır (i/v 89-90); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2024-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir (i/v: 152-154); - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında video çəkiliş ilə Şahid2 oğunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Şahid2 üzərində qanunsuz olaraq əşya və predmet saxlayırsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol arxa cibindən isə 01 ədəd polietilen bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmçinin Şahid2 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd polietilen büküm qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Şahid2 həmin kütlənin narkotik vasitə marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı “Şomu” ləqəbli Şahid1 ilə hərəsi 05 manat qoymaqla “Şomu”nun tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığı bildirmişdir. Polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi, fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i/v 32-34); - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin inzibati binasında video-çəkiliş ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd gümüşü rəngli bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmçinin Şahid1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd polietilen büküm qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Şahid1 həmin kütlənin narkotik vasitə marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri ərazisində tanışı Rəşad ilə hərəsi 05 manat qoymaqla gedib 10 manata tanışı Alışdan aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığı bildirmişdir. Polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi, fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i/v 65-67); - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında video-çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının sağ ön cibindən 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli bükümü və sağ ön cibindən isə 01 ədəd “Realme” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd polietilen büküm qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, təxminən 10-15 gün bundan qabaq Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Lökbatan dairəsində” adını xatırlamadığı tanışı olan Kürdəmir şəhər sakinindən 20 manata aldığını, bir hissəsini xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı “Şomuya” yəni Şahid1 10 manata satdığını, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərində saxladığı, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i/v 98-100); - Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirilərkən, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir (i/v 150-151); - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/641 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Şahid2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertizadan sonra qalıq 0,18 qram. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Şahid1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertizadan sonra qalıq 0,08 qram. 3) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 0,58 qaramdır. Tədqiqata təqdim olunmuş 03 ədəd bükümdə, ümumi çəkisi – 0.90 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir (i/v 114-118); -“TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-668/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (i/v 180); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 189); - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v: 210); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol ön cibindən 01 ədəd siqaret paketindəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.60 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.58 qram qalığı, Şahid2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi – 0.20 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.18 qram qalığı, Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.08 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i/v: 181-184); - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmış, narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətən də Şahid1 narkotik vasitə qurudulmuş marixuananı satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində Şahid1 narkotik vasitə qurudulmuş marixuananı 10 (on) manat müqabilində qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir (i/v: 225); - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktub və xasiyyətnaməsindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Əsgərov X5 şəhəri, A.Əhmədov küçəsi 03 saylı ünvanda yaşayır, ailə tərkibi arvadı – 1979-cu il təvəllüdlü Y.Q.Əsgərova, qızı– 2007-ci il təvəllüdlü N.Təqsirləndirilən şəxs, oğlu- 2010-cu il təvəllüdlü V.A.Əsgərli və oğlu- 2011-ci il təvəllüdlü N.A.Əsgərlidən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və ayrılmış materialların aidiyyəti üzrə göndərilməsi haqqında qərar”dan görünür ki, xidməti araşdırmalar idarəsində toplanmış 244-C-25 nömrəli material üzrə Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən psixi təsirlərə, fiziki zorakılığa, işgəncəyə, qeyriinsani rəftara və davranılşara məruz qalmazı barədə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması hissəvi rədd olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməməsi müqabilində Kürdəmir RPŞ-nin baş müstəntiqi Fuad Babayevin qohumları vasitəsi ilə 3000 manat pul alması barədə Təqsirləndirilən şəxs izahatında göstərilən xususatın araşdırılaraq hüququi qiyməti verilməsinin təmin edilməsi üçün ayrılmış materiallar Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-32/2025 saylı qərarından görünür ki, Kürdəmir Rayon Polis X2 istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Şahid1 narkotik vasitənin satmaması barədə ifadəsində göstərdiyi xüsusatlar iş materialları və məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən üzərinə baxış video-görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş dindirmə və üzləşdirmə istintaq hərəkətlərində bununla bağlı özü və müdafiəçisi tərəfindən şifahi və ya yazılı şəkildə heç bir şikayət və vəsatət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi ifadəsində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən psixi təsirlərə və fiziki zorakılığa məruz qalması və buna görə istintaq zamanı etirafedici verdiyini bildirsə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və ayrılmış materialların aidiyyəti üzrə göndərilməsi haqqında qərar”ından görünür ki, xidməti araşdırmalar idarəsində toplanmış 244-C-25 nömrəli material üzrə Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən psixi təsirlərə, fiziki zorakılığa, işgəncəyə, qeyri-insani rəftara və davranışlara məruz qalmazı barədə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Digər tərəfdən iş üzrə məhkəmə istintaqı müddətində Kürdəmir RPŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə 25600042 nömrəli cinayət işi başlanmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-32/2025 saylı qərarından görünür ki, həmin iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimata məhkəmə iclasında baxılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, “Murtuz” adlı İran vətəndaşı tərəfindən göndərilən konumla gedib iki kiloqrama yaxın narkotik vasitəni tərəzi ilə birlikdə satmaq məqsədi üçün götürmüşdür. Həmin narkotik vasitəni evinin zirzəmisində gizlətmişdir. Götürdüyü narkotik maddəni satdıqdan sonra 12000 (on iki min) manat pulu həmin İran vətəndaşına verməli idi. 26 fevral 2025-ci il tarixdə saat 23:40 radələrində ünvan 1 ünvanının yaxınlığında 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq onda olan narkotik maddəni onlara verməsini demişlər. Bundan sonra onun razılığı ilə onun evlərinə getmiş, yaşadığı evin zirzəmisində gizlətdiyi həmin qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini onlara təqdim etmişdir. Həmin İran vətəndaşının atdığı konum vasitəsilə əvvəl də bir dəfə narkotik maddəni bir yerdən götürüb başqa şəxsə vermişdir. Saxlanılan zaman, həmçinin məhkəməyə gətirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. İstintaqda da könüllü şəkildə hadisəni olduğu kimi danışmışdır. Əməlindən peşimandır, verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində birmənalı olaraq narkotik vasitə olan marixuananı Şahid1 pul ilə yox, pay qismində verdiyini etiraf etmişdir. Şahid1 narkotik vasitəni pul ilə verməsə də, pay qismində verməsi ona verilmiş ittihamın mahiyyətinə heç bir təsir etmir. Odur ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasıl CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə mövqeyi özünü müdafiə xarakteri və məsuliyyətdən yaxa qutarmaq məqsədi daşıdığından və iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyindən həmin xüsusat qəbul edilməməli və rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində göstərdiyi Şahid1 narkotik vasitə satmaması barədə xüsussatları cinayət məsuliyyətdən yayındırılması məqsədi daşıdığından və iş materiallarında olan çoxsaylı sübutlarla təkzib edildiyindən məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni pul müqabilində deyil pay verməsi, istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduqları ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, bu barədə hər hansı müraciətləri olmamışdır. Məhkəmə qeyd edir ki, narkotik maddəni pul müqabilində verməsə də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli 8 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə hesab edir ki, şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəkilərdən azad etmək məqsədi ilə) həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimari zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam olaraq sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması (xx.xx.2011-ci il təvəllüdlü N.A.Əsgərli) CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngüllüşdirən haldır, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-dan xx.xx.2024-cü il tarixdə saat 14:30-dək şübhəli şəxs qismində saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edirərək həbs qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, lakin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,58 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid2 üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.18 qram qalığı və Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.08 qram qalığının inzibati iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmalı, videoçəkilişin qeydə alındığı 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 31.95 manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərcinin) ona aid olan hissəsi, yəni 10,65 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün Təqsirləndirilən şəxs ekspertiza xərcinin tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,58 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid2 üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.18 qram qalığı və Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.08 qram qalığının inzibati işlər üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 03 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31.95 manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərcinin) ona aid olan hissəsi, yəni 10,65 (on manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar