Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-142/2024 25.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçkmiş şəxs X1 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayon Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayon Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət üzrə işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində, ətrafda kənar şəxslərin toplaşmadığı və içtimai yer hesab edilməyən çöl sahədə xx.xx.1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun tanışı X6 ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs sağ ayağına (topuğuna) comaqla qəsdən bir dəfə vurmuş, sonra isə şüşə butulkanı götürüb sındıraraq N.Beyqaliyevin sol qoluna qəsdən bir dəfə zərbə vurmaqla ona sağ bayır topuqda hematoma, sol said nahiyyəsində yara ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bildirərək ifadəsində göstərdi ki, X2 tanışı kimi tanıyır, aralarında düşmənçilik və ədavətləri yoxdur, münasibətləri yaxşıdır. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 15 radələrində Namiqin onun tanışı Tural Kərimovun ünvanına həmdə onun ünvanına da nalayiq ifadə işlətdiyini görə aralarında mübahisə baş vermişdir. Mübahisə vaxtı at belində olan Namiqə yaxınlaşaraq ağacla atı vurmaq istəyərək ağac Namiqin ayağına dəymiş, Namiqdə atdan düşərək başı ilə onun alın və burun nahiyəsindən iki dəfə zərbə endirdiyindən, zərbənin təsirindən yerə yıxılmışdır. Namiqə gücü çatmadığını bilib yerdə olan şüşə butulkanı götürərək yerə vurub sındırmış və sonra iti hissəsi ilə qəstən Namiqin sol qoluna batırmışdır. Bundan sonra Namiqin qolundan qan gəldiyini görüb qolunu sarımış, özünə məxsus mobil telefonla DİNin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Mübahisə olan vaxt ora kənar şəxslər toplaşmamış və orada onlardan başqa heç kim olamamışdır. Sonradan səhvini başa düşüb N.Beyqaliyevlə barışmış, Namiq də onu bağışlamışdır. Biri-birilərinə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. 10 ildir ki, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən tanışı Şahid məxsus boş fermanı istifadə etməklə özünə məxsus iri buynuzlu heyvanlarını saxlayır. Təqsirləndirilən şəxs çox vaxt Xırdapay kəndində öznə məxsus iribuynuzlu heyvanları nobat olaraq fermanın yaxınlığındakı örüş sahəsində otarır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində at belində fermaya gedərkən Şahin ona müraciət edərək nobat heyvanlarını qaytarmasını istəmiş, işləri çox olduğu üçün bunu edə bilməyəcəyini bildirdikdə Şahin onun ünvanına nalayiq ifadələr işlətmişdir, o da həmin nalayiq ifadələri Şahinin qaytarmış, həmin vaxt Şahinin ona yaxınlaşaraq əlində olan çomaqla sağ ayağına vurmuşdur. Atdan düşərək Şahinin üz nahiyəsinə yumruqla zərbə endirmiş, zərbənin təsirindən Şahin yerə yıxılmışdır. Şahin yerdə olan zaman əlinə şüşə butulka götürərək yerə vurub sındırmış və üzərinə gələrək həmin şüşə ilə onun sol qoluna vurmuşdur. Şüşənin kənarı iti olduğu üçün qolunu kəsmiş və qolundan qan gəldiyi üçün Cəbrayıla mobil telefonla zəng edərək bu barədə məlumat verib onu xəstəxanaya aparmasını xahiş etmişdir. Cəbrayılla Kürdəmir RMX-na getmişlər və ona ilkin tibbi yardım göstərilmiş, yarası sarılmışdır. Mübahisə zamanı orada Şahin və ondan başqa heç kim olmamış, həmçinin oraya kənar şəxslər toplaşmamışdır. Hadisədən bir müddət sonra onlar barışmış, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, özünə məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən ferması var, həmin fermanı istifadə etməsi üçün Zərərçəkmiş şəxs vermişdir. Təqsirləndirilən şəxs Xırdapay kənd sakini tanıyır, yaxın müasibətləri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində N.Beyqaliyev mobil telefon vasitəsiylə onunla əlaqə saxlayaraq fermanın yanındakı örüş sahəsində Şahinlə dava etdiklərini, Şahinin şüşə butulkanı sındıraraq onun sol qolunu kəsdiyini bildirmiş və onu xəstəxanaya aparmasını xahiş etmişdir. Dərhal idarə etdiyi avtomobillə Namiqin dediyi yerə getmiş və onu Kürdəmir RMX-na aparmışdır. Şahin və Namiq arasında olan mübahisəni görməmişdir. - xx.xx.2024-cü il tarixli 255 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. - məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 394 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarət-sol qaşüstü nahiyədə sıyrıq küt əşya təsirindən törənmişdir, qərarda göstərilən 06 sentyabr 2024-cü il tarixdə əmələ gəlməyə uyğundur və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 395 saylı rəyindən görünür ki, -X3 bədən səthində aşkar olunan xəsarətlər- Sol said nahiyəsində yara, sağ bayır topuqda hematoma. Göstərilən xəsarətlərdən said nahiyəsində olan yara iti kənara malik olan küt əşya təsirindən törənmişdir, qərarda göstərilən 06 sentyabr 2024- cü il tarixdə əmələ gəlməyə uyğundurlar. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müdüddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Babaşov X7 RPŞ tərəfindən ********* nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası CMP-nin 40.3-ci maddəsi və Azərbaycan Respubliksı CM-nin 73.2-ci maddəsi ilə xitam edilmişdir. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli 261 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1982-ci il təvəllüdlü, Babaşov X7 Rayon Mərkəzi X9 Şəxsin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Kürdəmir rayonu Qarabucaq qəsəbədə qeydiyyatda olmaqla yaşayan, xx.xx.1986-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs Kürdəmir Rayon Mərkəzi X9 Şəxsin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Babaşov X7 rayonu Xırdapay kəndi ərazisində Zərərçəkmiş şəxs onun tanışı X6 ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ ayağına (topuğuna) comaqla bir dəfə vurmuş, Zərərçəkmiş şəxs onu yerə yıxıb boğazını sıxarkən yerdə olan şüşə “butulka”nı götürüb sındıraraq N.Beyqaliyevin sol qoluna qəsdən bir dəfə zərbə vurmuşdur. Sındırılmış şüşə butulkaının yeri müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirlərinin keçrilməsinə baxmayaraq həmin butılka şüşəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 395 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Hazırki iş üzrə də, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə ki, işdə olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Babaşov X7 RPŞ tərəfindən ********* nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası CMP-nin 40.3-ci maddəsi və Azərbaycan Respubliksı CM-nin 73.2-ci maddəsi ilə xitam edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-142/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-142/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver