Məhkəmə qərarları › İş №1(041)-144/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-144/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-144/2025 09.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Gülnar Fikrət qızının katibliyi, dövlət ittihamçısı - Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1986-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X9 toplanmış istintaq sübutlarının məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci tarixdə saat 20:35 radələrində Kürdəmir şəhəri Babək küçəsində, xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun onun ünvanına nalayiq sözlər deməsini bahanə edərək aralarında yaranmış mübahisə zamanı ictimai qaydadnı kobud surətlə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək özünün müstəsna şəsiyyət olduöunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdririb cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə kənar şəxslərin yanında uca səslə söyüşlər söyüb özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə hədələyərək qərəzli xuliqanlıq etmişdir, Bundan başqa o, həmin hadisə zamanı Kürdəmir şəhəri Babək küçəsində, “Bolmart” marketin qarşısında avtomobil yolunun kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus olan Vaz 2107 markalı ** LH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna açıq qapıdan daxil olub avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, elə həmin ərazidə idarə edib sola manevr edərək yolun digər tərəfində dayanmış Vaz 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilə ümumilikdə 1800 (min səkkiz yüz) manat maddi ziyan vurmuş, avtomobili hadisə yerində saxlayaraq düşüb həmin ərazidən uzaqlaşaraq Zərərçəkmiş şəxs məsxus avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadıqları evdə bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 20:35 radələrində pul lazım olduğuna görə Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Bolmart” marketin qarşısında quraşdırılmış bankomata gəlib özünə məxsus pul kartını bankomata salıb pul çıxarmaq istəyərkən Samir yanına gəlib ondan bankomatın “Beynəlxalq Bank”-a aid olub-olmadığını soruşmuş, Samirə “görmürsən bankomat hansı banka aiddir” demiş, həmin vaxt Samir onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Samir onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, bundan əsəbləşib əynində olan gödəkcəsinin cibində olan açılıb-bağlanan tutacağı boz rəngli dəmirdən hazırlanmış kiçik ölçülü bıçağı çaxarıb Samirin üzərinə gedib onu vurmağa cəhd etmiş, həmin vaxt Samir yanından qaçıb getmiş, onun dalınca qaçıb bir neçə dəfə onu bıçaqla vurmağa cəhd etmiş, ancaq onu vura bilməmiş, Samirin çıxıb getdiyini görüb onun hadisə yerində olan avtomobilinin qapısının açıq olmasından və avtomobilin işlək vəziyyətdə olmasından istifadə edərək, avtomobilə əyləşib avtomobili əvvəlcə arxaya sürmüş, daha sonra isə avtomobili qarşıya sürüb sola manevr edərək avtomobil yolunun digər tərəfinə keçmiş, həmin vaxt orada yolun sağ kənarında dayanmış qırmızı rəngli “Vaz-2106” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vurub toqquşmuş, toqquşmadan sonra avtomobil dayanmış, hərəkət etməmiş, avtomobilin hərəkət etmədiyini görüb avtomobildən yerə düşüb hadisə yerindən qaçıb getmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş X9 verilmiş suallara cavabında göstərmişdir ki, fərdi əməklə məşğuldur, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir düşmənçiliyi ədavəti olmayıb, əvvəllər Samirlə qonşu olmuşdur. Hərdən spirtli içki qəbul edir. O, hadisə yerindən qaçıb gedərkən Kürdəmir şəhəri, Aran qəsəbəsi ərazisində tam xatırlamadığı yerdə bıçaq əlindən yerə düşmüş, bıçağı oradan götürmədən qaçıb getmiş, daha sonra polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində Samirin onun barəsində şikayət etdiyini öyrənmişdir. O, hadisə baş verən zaman yanında heç kim olmamış, eləcədə ətrafda olan şəxsləri tanımamışdır. Avtomobili qaçırmaqda talama məqsədi olmamış, avtomobili tək qaçırmış, bu hadisədə ona heç kimin kömək etməmiş, həm də hadisədən qabaq bu hadisə barədə heç kimin məlumatı olmamışdır. Baş vermiş həmin hadisə zamanı o, avtomobili ilə heç kimi vurmaq fikri olmamış, belə bir cəhd etməmiş, sadəcə olaraq avtomobili sürmək istəmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı ödəmişdir. Bunları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz-2107” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində özünə məxsus həmin avtomobil ilə Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəlib dayanmış, avtomobildən yerə düşmüş, avtomobilin mühərriki işlək vəziyyətdə qalmış, qapısı da açıq qalmış, marketin qarşısında olan bankomatın qarşısına gəlib atasının təqaüd kartından pul çıxarmaq istəmiş, həmin vaxt Zamiqin bankomatın qarşısında dayanıb bankomatdan pul çıxarmaq istədiyini görmüş, Zamiqlə salamlaşıb bankomatın “Beynəlxalq Bank”-a aid olub-olmadığını soruşduqda Zamiq ona tərəf baxıb onu söyüb təhqir etmiş, buna görə ona iradını bildirdikdə Zamiq əynində olan gödəkcəsinin aşağı cibindən açılıb-bağlanan kiçik ölçülü bıçağı çaxarıb üzərinə gəlib onu vurmağa cəhd etmiş, dərhal onun yanından qaçmağa başlamış, Zamiq arxası ilə qaçıb bir neçə dəfə onu bıçaqla vurmağa çalışmış, sonra Zamiq idarə etdiyi avtomobilin işlək vəziyyətdə olduğunu görüb avtomobilə əyləşib arxaya sürüb avtomobillə onu vurmağa cəhd etmiş, sonra avtomobili irəli sürüb sola manevr edərək yolun digər tərəfinə keçib orada dayanmış və sürücüsü içərisində olan qırmızı rəngli “Vaz-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuş, sonra avtomobildən yerə düşüb hadisə yerindən qaçıb getmişdir. Həmin vaxt ora gələn tanımadığı şəxslərlə birlikdə “Vaz-2106” markalı avtomobilin sürücüsünə köməklik edib onu avtomobildən yerə düşürmüş, bundan bir qədər sonra Kürdəmir RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmişlər. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verilmiş suallara cavabında göstərmişdir ki, əvvəllər cinayət törətməyə görə məhkumluğu olmamışdır. X5 tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zamiqin əlində olan bıçaqla və ona məxsus “Vaz-2107” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmağa cəhd etməsini orada olan təxminən 5-6 nəfər şəxslər görmüş, sonradan hadisə yerinə çoxlu sayda insanlar toplaşsa da həmin şəxsləri tanımamışdır. Zamiqin hərəkətləri təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı Zamiq əlində olan bıçaqla onu vurmağa cəhd etsə də qaçıb aralaşdığı üçün Zamiq onu vura bilməmişdir. Heç bir xəsarət almamışdır, hadisə zamanı avtomobilin qabaq hissəsi zədələnmiş, ona görə hadisə nəticəsində təxminən 1800 manat ona maddi ziyan dəymişdir. Sonradan təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5 əvvəllər tanımamış, onunla ədavət və düşmənçilikləri olmamışdır. Onun özünə məxsus “Vaz 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı albalı rəngli minik avtomobili vardır. xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində həmin avtomobili Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir şəhəri Babək küçəsi ərazisindən keçən hissəsində “Bolmart” market ilə üzbəüz yolun sağ tərəfində yolun kənarında saxlamış, özü də avtomobildə sürücü oturacağında tək oturub gözləmiş, həmin vaxt dayandığı yer ilə üzbəüz yolun digər tərəfində yerləşən “Bolmart” marketin qarşısında sonradan adının Zamiq olduğunu bildiyi şəxsin əlində bıçaqla sonradan adının Samir olduğunu bildiyi şəxsi qovduğunu və Samirin isə qaçdığını görmüş, Zamiq Samiri tuta bilməyərək geri qayıdıb Samirin həmin yerdə “Bolmart” marketin qarşısında saxladığı “Vaz 2107” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək əvvəlcə bir neçə metr arxaya hərəkət etmiş, sonra dayanmış, daha sonra isə qarşıya hərəkət etməyə başlamış, sola manevr edərək ona tərəf istiqamətlənmiş, onun idarə etdiyi avtomobilin qarşı hissəsi onun idarə etdiyi avtomobilin sol yan hissəsi isə toqquşmuş, zərbədən xəsarət almamaq üçün avtomobilin içərisində sağa tərəf çəkilmiş, toqquşmadan sonra avtomobil dayanmış, Zamiq avtomobildən yerə düşərək qaçıb çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhərində yerləşən “Bolmart” marketin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və X5 rayon sakini tanıyır, onlar arasında daha əvvəl hər hansı mübahisə dava-dalaş olmasını görməmiş, bu barədə eşitməmişdir. xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində işlədiyi marketin qarşısında olarkən Zamiq və Samirin mübahisə etdiklərini görmüşdür. Zamiqin əlində olan dəqiq əlamətlərini görə bilmədiyi bıçaqla Samiri qovmuş, Samir qaçıb uzaqlaşmışdır. Zamiq bundan sonra Samirin marketin qarşısında saxladığı, qapısı açıq və mühərriki işlək vəziyyətdə olan “Vaz 2107” markalı ** LH *** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobilinin sürücü oturacağına əyləşərək əvvəlcə arxaya və sonra isə qarşıya hərəkət edərək sola manevr edib yolun digər tərəfində dayanmış “Vaz 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı qırmızı rəngli minik avtomobili ilə toqquşmuş, avtomobil zədələnib dayanmınş və bundan sonra Zamiq avtomobildən düşüb qaçıb çıxıb getmişdir. Hadisə zamanı Zamiq Samiri bıçaqla və ya hər hansı şəraitdə vura bilməmişdir. Ətrafda bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaq bölməsinə göndərilmiş və istintaq aparılmışdır (i.v.1); Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli verdiyi ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan X1 şəhəri Xanlar küçəsi ev 29 ünvanında qeydiyyatda olmaqla Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zərərçəkmiş şəxs bıçaqla hədələmiş və ona məxsus olan “Vaz 2107” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırmışdır (i.v.4); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:40-da X9 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 22:40-dan hesablanmışdır (i.v.24); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.43); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 185.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nın 185 və 221.3-cü maddələrinə tövsif edilmişdir (i.v.55); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış ibtidai istintaq zamanı X3 Azərbaycan Respublikası CM-in 185.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kifayət qədər toplanmış istintaq sübutları ilə sübut edildiyindən xx.xx.2025-ci il tarixdə həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə ittiham elan olunmuş və Kürdəmir rayon məhkəməsinin qərarı ilə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (i.v.57-58); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir (i.v.92); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X12 Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-17422-2025 nömrəli məktubundan görünür ki, X9 əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (i.v.102); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 18-1- 49/2-321/2025 nömrəli məktubundan görünür ki, X1 RMX PHŞ-nın Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatda yoxdur (i.v.103); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, X3 məhkumluğu olmamışdır (i.v.104); İbtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2025-ci il tarixli qəardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 28 iyul 2025-ci il tarixə kimi uzadılmışdır (i.v.128-129); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i.v.136-140); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə X9 barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.146-150); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 185.1 və 221.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nın 185 və 221.1-ci maddələrinə tövsüf edilmişdir (i.v.151-152); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nın 185.1 və 221.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v.154); Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.173-174); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X9 həmin tarixdə saat 15:00-da könüllü gələrək təslim olmuşdur (i.v.126); Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə icraat təzələnərək icraata qəbul edilmişdir (i.v.177-178); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.184); xx.xx.2025-ci il tarixli Kürdəmir RPŞ-nin İB-nə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan “VAZ 2107” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 tərəfindən qaçırılması zamanı avtomobilinə dəymiş maddi ziyan Zamiq Mürsəlov tərəfindən ona tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur (i.v.187); Əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində Kürdəmir şəhəri Babək küçəsində X9 tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs uca səslə söyüşlər söyüb, özü ilə gətirdiyi bıçaqla onun üzərinə cumub onu vurmaq istəmiş, ancaq vura bilməmiş, bundan sonra X13 Hüseynova məxsus “Vaz 2107” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək onu əvvəlcə arxaya sonra isə qarşıya sola hərəkət etdirərək yolun digər ərəfində dayanmış Vaz 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq dayanmışdır. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, ətrafda olan şəxslərdən yalnız Şahid2 və X7 şəxsiyyətini müəyyən etmək mümkün olmuş, qalan şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır (i.v.188); Kürdəmir RİH Başçısının Xırdapay kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 330 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, X1 rayonunun Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, X9 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci və 221.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə təqsirləndirilən şəxs X3, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, X3 zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxsin xuliqanlıq əməlini cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. X6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), zərərçəkmiş şəxslə barışmasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza təyini zamanı X3 28 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixə qədər 2 (iki) gün şübhəli şəxs kimi saxlanıldığı, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 04 (dörd) ay 06 (altı) gün həbsdə saxlanıldığı, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 22 (iyirmi iki) gün ev dustaqlığında olduğu, ümumilikdə 5 (beş) ay müddət nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla X6 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı, həbsdə saxlanıldığı və dustaqlığında olduğu müddət nəzərə alınmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, müadirə edilə biləcək əmlak və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə X6 göstərilən cəmi 13 (on üç) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 143 (yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. X3 zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-cü madəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 28 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixə qədər 2 (iki) gün şübhəli şəxs kimi saxlanıldığı, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 04 (dörd) ay 06 (altı) gün həbsdə saxlanıldığı, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 22 (iyirmi iki) gün ev dustaqlığında saxlanıldığı, ümumilikdə 05 (beş) ay müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilsin. X3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs məxsus “Vaz 2107 ” markalı 90-LH 091dövlət qeydiyyat nişanlı avtomobilin özünə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. X6 göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (yüz qırx üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar