Məhkəmə qərarları › İş №1(041)-15/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-15/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-15/2024 05.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakı ilə xx xxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri, Yasmal rayonu S.Rüstəmov küçəsi, ev 19/21-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N avqust 2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes-Benz 300D» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən 208-ci kilometrliyində Bakı istiqəmtində 110 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (xəstə, əzgin, yorğun və sair) olduğu halda avtomobili idarə etməməli, qarşıda onunla eyni istiqamətdə yük avtomobilinin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gəldikdə hərəkətin təhlükəsizliyini təmin edərək həmin avtomobili sol tərəfdən keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan 1974-cü il təvəllüdlü Şahid1 60 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz 2548L» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz 300D» markalı **- XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini Quba rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş 18-1-56/2-N49/2023 №-li məktubuna əsasən X1 xx.xx.2022-ci il tarixdə Quba Rayon Perinatal Mərkəzinə «37 həftəlik hamiləlik baş gəlişi» ilə daxil olduğu, həmin tarixdə çəkisi 2700, boyu 46 sm, cinsi qız uşağı cərrahi yolla «vaxtında operativ doğuş diaqnozu» ilə anadan olduğu xx.xx.2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 alın, sağ təpə, sol bud sümüklərinin qapalı sınıqları, baş beyin maddəsinə qansızmalar, alın və təpə nahiyələrində hematoma xəsarətləri ilə müşayiət edilən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilməklə zərər çəkmiş şəxsin ölümünə, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı sınıqları alın-təpə və üz nahiyəsinin əzilmiş-cırılmış yaraları xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ mil sümüyünün tipik yerdən yerdəyişməyən sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 soldan X qabırğanın sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, onun BC dərəcəli sürücü olmaqla fərdü sürücülüklə məşğul olur. N avqust 2023-cü il tarixdə bacısı oğulu Cavidi, Cavidin həyat yoldaşı Vəfanı, Vəfanın bacıları Səadəti və Zümrüdü özünə məxsus «Mercedes-Benz 300D» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə götürərək Səadətin oğulunun andiçmə mərasiminə getmək üçün Bakı şəhərindən Gəncə şəhərindəki N saylı hərbi hissəyə yola düşmüşlər. Andiçmə mərasimi yekunlaşdıqdan sonra saat N:30 radələrində avtomobili idarə edərək geri qayıtmışlar. Ağdaş rayonunun Ləki qəsəbəsində tanımadığı yeməkxanaların birində nahar etdikdən sonra yollarına davam etmişlər. Cavid qabaqda, bacılar isə arxa oturacaqda əyləşmişlər. Səadət öz körpə nəvəsi Zərərçəkmiş şəxs4 ilə sağ arxa oturacaqda əyləşmişdir. Saat 17:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində sağ hərəkət zolağında təxminən 110 km/saat sürətlə hərəkətdə olarkən sükan arxasında yuxulamış, tappıltıya ayılanda avtomobilinin qabaq hissəsinin qarşıda düzünə hərəkətdə olan yük avtomobilinin arxa hissəsinə dəydikdən sonra ilişib qaldağını görmüşdür. Yük avtomobili sağ ehtiyat hissəyə çıxaraq saxlamış, onun avtomobili isə sağ hərəkət zolağında qalmışdır. Hadisə yerinə gələn iki təcili tibbi yardım maşını hadisə nəticəsində xəsarət alan sərnişinləri xəstəxanaya aparmış, o isə hadisə yerində qalıb baxış keçirilməsində iştirak etmiş, toqquşma yerini göstərib tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra xəsarət aldığı üçün yol maşını ilə Kürdəmir rayon mərkəzi xəstəxanamına getmiş, həkimlər onu müayinə edib ilkin tibbi yardım gömtərdikdən sonra evə buraxmışlar. 14 avqust 2023-cü il tarixdə səhər sattlarında Səadətin körpə nəvəsi Aysunun yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Kürdəmir RMX-da öldüyünü bilmişdir. Uşağın meyiti morqda müayinə olunduqdan sonra Bakı şəhərinə aparılmış və Maştağa qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn olunmuşdur və ona baş daşı abidəsi inşa etmişdir. Ölən və xəsarət alanlarla və onların ailə üzvləri ilə heç bir ədavəti yoxdur. Hadisə diqqətsizliyindən baş verdiyindən heç bir şikayəti və tələbi yoxdur. Bir nəfərin ölümü, digərlərinin xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməyi ilə əlaqədar səmimi peşmanlıq çəkir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin törətmiş olduğu cinayət əməlindən peşman olmasını, mərhumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməklə zərərçəmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün İİİ qrup əlil olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhəkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirsə də məhkəmənin təşəbbüsü ilə onun istifadəsində olan ***-***-**-** nömrəli vatsapla əlaqə saxlanılan zaman ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi F.M.Babayeva vatsap vasitəsi ilə əlaqə saxlayan zaman ifadəsində Təqsirləndirilən şəxsla barışmamışdır. Barışmamasının səbəbini onunla izah etmişdir ki, övladı bir daha geri qayıtmayacaqdır. Həmçinin barışsa, sığota pulu ala bilməyəcəkdir. Barışmamağında başqa səbəb yoxdur. Barışmasada, şikayət və tələbinin olmadığını, məhkəmədən tutulmamasını xahiş etdi. O, gələckdə hər hansı tələbi olacaqsa mülki qaydada iddia qaldıracağını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs3 lazimi qaydada məlumat verilməsinə baxmayartaq, o, məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, oğlu N saylı hərbi hissədə qulluq etdiyinə görə onun andiçmə mərasiminə getmək üçün N avqust 2023-cü il tarixdə bacısı Vəfanın həyat yoldaşı Cavidin dayısı Məmmədhəsənin idarə etdiyi «Mercedes-Benz 300D» markalı minik avtomobili ilə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. Qızı Fatmeyizəhranın körpə uşağı Zərərçəkmiş şəxs4 da özü ilə aparmışdır. Zərərçəkmiş şəxs4 24 avqust 2022-ci il tarixdə Quba şəhərindəki doğum evində dünyaya gəlmişdir. Andiçmə mərasimindən sonra Bakı şəhərinə qayıtmışlar. O, Aysun qucağında arxa oturacaqda əyləşmişdir. Saat 17:00 radələrində Kürdəmir rayonunun ərazində Bakı-Qazax yolu ilə Bakı istiqamətində sağ zolaqla hərəkətdə olduqları zaman bir anlığa avtomobilin təkərinin partladığını hiss etmiş, yaxın olduğuna görə qucağında olan Aysun qabaq oturacağa çırpılmış və zərbənin təsirindən uşağın başı əzilmiş, sifəti qanamışdır. Hadisə yerinə gələn təcili tibbi yardım maşını Cavidi, Vəfanı və Aysunu Kürdəmir xəstəxanasına aparmış, o isə bacısı Zümrüdlə digər təcili tibbi yardım maşını ilə Ucar mərkəzi xəstəxanasına getmişdir. Hadisə yerində olarkən sərnişini olduqları avtomobilin qarşıda hərəkətdə olan yük avtomobilinə çırpıldığını bilmişdir. Nəvəsi almış olduğu xəsarətlərdən Kürdəmir xəstəxanasında ölmüş, səhəri gün onun meyitini Maştağa kənd qəbiristanlığında dəfn etmişlər. X8 şəhərindəki restoranların birində xidmətçi işlədiyindən Aysunu o saxlamışdır. Hadisə ilə bağlı heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 Tapdıq oğluna lazimi qaydada məlumat verilməsinə baxmayartaq, o, məhkəməyə ərizə və teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ biməyəcəyini,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 Tapdıq oğlu ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayır. Səadətin oğulu Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdədir. N avqust 2023-cü il tarixdə dayısı Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 300D» markalı minik avtomobili ilə Gəncə şəhərinə N saylı hərbi hissəyə andiçmə mərasiminə getmiş, andiçmə mərasimi başa çatdıqdan sonra geri qayıtmışlar. Ağdaş rayonu ərazisində tanımadığı yeməkxanaların birində günorta yeməyini yeyib yollarına davam etmişlər. O, qabaqda, Vəfa, Zümrüd və Səadətlə arxa oturacaqda əyləşmiş, azyaşlı Aysun Zərərçəkmiş şəxs3 quçağında olmuşdur. Saat təxminən 17:00 radələrində yuxulamış olarkən tapıltı səsinə ayılanda sürücünün sükan arxasında yuxuladığını, avtomobillərinin qabaq hissəsinin qarşıda düzünə hərəkətdə olan yük avtomobilinin arxasına çırpıldığını bilmişdir. Hadisə nəticəsində xəsarət aldığı üçün Aysun, o və Vəfa hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir RMX-na, Zümrüdü və Səadəti isə digər təcili tibbi yardım maşını ilə Ucar RMXya aparmışlar. Yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Aysun Kürdəmir RMX-da ölmüş, ağrıları olsa da xəstəxanaya müraciət etməmişdir. Səhərisi gün ağrıları artdığı üçün Sabuncu RMX-na müraciət etmiş, müayinə olunarkən həkimlər qabırğasında sınıq olduğunu bilmişdir. Hadisə ilə bağlı sürücüdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 lazimi qaydada məlumat verilməsinə baxmayartaq, o, məhkəməyə ərizə və teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayır. X6 şəhərində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdədir. N avqust 2023-cü il tarixdə həyat yoldaşı Cavidin dayısı Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 300D» markalı minik avtomobili ilə Gəncə şəhərinə N saylı hərbi hissəyə andiçmə mərasiminə getmiş, andiçmə mərasimi başa çatdıqdan sonra geri qayıtmışlar. Ağdaş rayonu ərazisində tanımadığı yeməkxanaların birində günorta yeməyini yeyib yollarına davam etmişlər. Həyat yoldaşı Cavid qabaqda, o, bacıları Zümrüd və Səadətlə arxa oturacaqda əyləşmiş, azyaşlı nəvəsi Aysun Zərərçəkmiş şəxs3 quçağında olmuşdur. Saat təxminən 17:00 radələrində yuxulamış olarkən tapıltı səsinə ayılanda sürücünün sükan arxasında yuxuladığını, avtomobillərinin qabaq hissəsinin qarşıda düzünə hərəkətdə olan yük avtomobilinin arxasına çırpıldığını bilmişdir. Hadisə nəticəsində xəsarət aldığı üçün Aysun, Cavid və o, hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir RMX-na, Zümrüdü və Səadəti isə digər təcili tibbi yardım maşını ilə Ucar RMX-na aparmışlar. Yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Aysun Kürdəmir RMX-da ölmüş, ağrıları olsa da xəstəxanaya müraciət etməmişdir. Səhərisi gün ağrıları artdığı üçün Sabuncu RMX-na müraciət etmiş, müayinə olunarkən həkimlər qabırğasında sınıq olduğunu bilmişdir. Hadisə ilə bağlı sürücüdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs Şahid2 lazimi qaydada məlumat verilməsinə baxmayartaq, o, məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayır. X6 şəhərində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdədir. N avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes- Benz 300D» markalı minik avtomobili ilə Gəncə şəhərinə N saylı hərbi hissəyə andiçmə mərasiminə getmiş, andiçmə mərasimi başa çatdıqdan sonra geri qayıtmışlar. Ağdaş rayonu ərazisində tanımadığı yeməkxanaların birində günorta yeməyini yeyib yollarına davam etmişlər. Cavid qabaqda, o, bacıları Vəfa və Səadətlə arxa oturacaqda əyləşmiş, azyaşlı nəvəsi Aysun Zərərçəkmiş şəxs3 quçağında olmuşdur. Saat təxminən 17:00 radələrində yuxulamış olarkən tapıltı səsinə ayılanda sürücünün sükan arxasında yuxuladığını, avtomobillərinin qabaq hissəsinin qarşıda düzünə hərəkətdə olan yük avtomobilinin arxasına çırpıldığını bilmişdir. Hadisə nəticəsində xəsarət aldığı üçün Aysun, Cavid və Vəfa hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir RMX-na, o və Səadəti isə digər təcili tibbi yardım maşını ilə Ucar RMX-yə aparmışlar. Yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Aysun Kürdəmir RMX-da ölmüş, ağrıları olsa da xəstəxanaya müraciət etməmişdir. Səhərisi gün ağrıları artdığı üçün Sabuncu RMX-na müraciət etmiş, müayinə olunarkən həkimlər qabırğasında sınıq olduğunu bilmişdir. Hadisə ilə bağlı sürücüdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X7 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məhkəmə iclasının onun iştirtakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “BCED” kateqoriyalı sürücüdür, özünə məxsus «Mercedes-Benz 2548L» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. N avqust 2023-cü il tarixdə həmin avtomobilə Şəmkir rayonunda 5 ton xiyar yüklətdrib Bakı şəhərinə yola düşmüşdür. Saat 17:00 radələrində günəşli və quraqlıq hava şəraitində Kürdəmir rayonunun ərazisində Bakı-Qazax yolu ilə sağ zolaqla 80 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin arxa hissəsinə tappıltı ilə nə isə dəymiş, yan güzgüdən arxaya baxanda bir minik avtomobilinin arxadan ilişib qaldağını görmüşdür. Sürəti azaldaraq avtomobili sağ ehtiyat hissəyə çıxarıb saxlamış, yerə düşərək arxaya yaxınlaşdıqda sağ hərəkət zolağında «Mercedes-Benz 300D» markalı minik avtomobilini görmüşdür. Maşında olan körpə uşaq, bir kişi və üç qadın xəsarət aldıqları üçün hadisəyerinə gələn təcili tibbi yardım maşını onları xəstəxanaya aparmışdır. Hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, «Mercedes-Benz 300D» markalı minik avtomobilinin sürücüsü toqquşma yerini göstərmişdir. Tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. «Mercedes-Benz 300D» markalı minik avtomobilinin sürücüsünü və sərnişinlərini tanımır, onlarla və onların ailə üzvləri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. İş üzrə təyin olunmuş «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsi Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli meyitin məhkəmə-tibbi ekspertizasına dair 25 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunan xəsarətlər – alın, sağ təpə, sol bud sümüklərinin qapalı sınıqları, baş beyin maddəsinə qansızmalar, alın və təpə nahiyələrində hematoma – küt əşya tərəfindən törənmiş N avqust 2023-cü il tarixdə hərəkətdə olan iki avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir. Zərərçəkmiş şəxs4 ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş koma olmuşdur. Ölüm meyit müayinə olunandan 12-14 saat əvvəl baş vermişdir. (bax iş vər. 89- 92) İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 8/2599 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki,

1. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes-Benz 300D» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bənbinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin təlbələrinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes-Benz 2548L» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (bax iş vər. 68-69, 81-82) İş üzrə təyin edilərək keçirilmiş «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsi Mərkəzi məhkəmə-tibbi ekspertizalar şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 402/MEŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ mil sümüyünün tipik yerdən yerdəyişməyən sınığı aşkar edildi. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (bax iş vər. 104-107) İş üzrə təyin edilərək keçirilmiş «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsi Mərkəzi məhkəmə-tibbi ekspertizalar şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 410/MEŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı sınıqları, alın-təpə və üz nahiyyəsinin əzilmiş-cırılmış yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (bax iş vər. 108-111) İş üzrə təyin edilərək keçirilmiş «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsi Mərkəzi məhkəmə-tibbi ekspertizalar şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 411/MEŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 soldan X qabırğanın sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salonunda yarana bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (bax iş vər. 112-115) İş materiallarına əlavə edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 263 nömrəli protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. (bax iş vər. 21) İşə əlavə edilmiş BB 119716 nömrəli, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında verilmiş Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ilədək müddətə olan “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 3-N-16/2-116444/2023 №-li məktubunda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1957ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) BB seriyalı 119716 nömrəli BC katoqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatın qeydə alınmadığı göstərilmişdir. (bax iş vər. 78) İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon İcra Haimiyyəti Mənzil Kommunal Təsərrüffat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2023-cü il tarixli, 153 nömrəli arayışdan görünür ki, onun 5 nəfərdən ibarət ailə tərkibi vardır. (bax iş vər. 64) İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon İcra Haimiyyəti Mənzil Kommunal Təsərrüffat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 65) İş materaillarına əlavə edilmiş AR ƏƏSMN Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli,3-17-7/2- Ə-31471/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİİ qrup əlildir və 327,22 manat məbləğdə əmək pensiyası alır..(bax iş vər.67) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 77) Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, o, zərərçəkmiş şəxsə baş daşı abidəsi inşa etdirmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bənbinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin təlbələrinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş, Azərbaycan Respublikası Qanununun qeyd edilən maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin fikrini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 5 nəfərin olmasını və özünün İİİ qrup əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair Cinayət işləri üzrə Məhkəmə Təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 20N-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə maddi sübut olan “Mersedes Benz 350D” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində saxlanılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi ibtidai məhkəmə prosesində iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən 90 (doxsan) manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzaçəkmə müəssisəsinə göndərilməsi təmin edilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - X5, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT-BİK CTREAZ22, VÖEN-**********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut olan “Mersedes Benz 350D” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində saxlanılması nəzərə alınsın. Təqsirləndirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Qubad qızına 90 (doxsan) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir.

Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar