Məhkəmə qərarları › İş №1(041)-15/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-15/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-15/2025 11.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə təmiz çəkisi 0,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananı 50 manat pul müqabilində təxminən 2024-cü il tarixdə avqust ayının sonlarında saat 17-18 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində, tanışı Şahid2 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona satmış, Şahid2 narkotik vasitəni əldə etdikdən sonra təxminən 30-31 avqust 2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Dəmiryolunun üstündə tanışı Şahid1 35 manat pul müqabilində qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona satmış, xx.xx.2024-cü il saat 21:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq ön sağ kiçik cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır, narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olub, lakin hazırda istifadə etmir. Şahid2 qonşusu kimi tanıyır, qonşu kimi normal münasibətdə olmuşlar, Ziya idarə etdiyi Kamaz markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona məxsus otu daşıdığı üçün Şahid2 50 manat borclu yaranmışdır. Qonşu olduqları üçün hər gün küçədə raslaşdığından Ziya ondan borcunu istəmiş, lakin pulu olmadığından borcunu qaytara bilməmişdir. Həmin ərəfələrdə Kürdəmir rayonu Sığırlı kəndi ərzisində yol ilə gedərəkən yerdən 01 ədəd kağız bükümdə narkotik vasitə tapmış, lazımı olar deyə 02 ədəd kibrit qutusuna yığıb gizlətmişdir. Küçədə olarkən Ziya ona yaxınlaşıb borcunu istəmiş, Ziyanı sakitləşdirmək üçün üzərində narkotik maddə marixuana olduğunu, istifadə etməsi üçün həmin narkotik maddədən pay olaraq ona da verə biləcəyini demiş, aralarında razılıq olduğu üçün təxminən 2 saat sonra görüşüb narkotik vasitəni təmənnasız Ziyaya vermişdir. Bundan başqa Ziyaya heç bir narkotik vasitə verməmişdir. Narkotik vasitəni Ziyaya pay kimi istifadə etmək üçün vermiş və narkotik vasitəni Ziyaya verərkən borcun müqabilində verdiyini deməmişdir, sadəcə Ziya onu səhv başa düşmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin sonunda üzərindən narkotik vasitə olmadığını və bu günə qədər heç kimə narkotik vasitə satmadığını, bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Sonrakı ifadəsindən fərqli olaraq məhkəmə istintaqında ilkin iclas zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı Şahid2 təmənnasız, yəni pay qismində verdiyini təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Şahid1 həmkəndlisi, Təqsirləndirilən şəxs isə qonşusu kimi tanıyır, onlarla ədavəti və düşəmənçiliyi yoxdur. Narkotik vasitə qurudulmuş marixuandan təxminən 5-6 ildir ki istifadə edir. Özünə məxsus Kamaz markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil atasının adına olsa da kəndin içində özü idarə edir. Təxminən 2 ay əvvəl Fariz ona müraciət edərək ondan ot daşımasını xahiş etmiş, etiraz etməyib idarə etdiyi Kamaz markalı avtomobillə Farizin otunu daşımışdır. Buna görə Farizin ona 50 manat borcu yaranmış, qısa zamanda borcunu ödəyəcəyini demişdir. Lakin aradan bir müddət keçməsinə baxmayaraq Fariz ona olan borcunu qaytarmadığına görə borcunu istəmiş, həmin vaxt Fariz ona 50 manat borcunun müqabilində 1 kibrit qutusu marixua verə biləcəyini demişdir. Aralarında razılıq əldə olunduqdan sonra Fariz ona borcunun müqabilində 1 kibrit qutusu marixuana vermişdir. Həmin marixuananın bir qismini istifadə etmiş, qalanını isə özündə saxlamışdır. Bir müddət sonra həmin marixuananın yarısını 35 manat pul müqabilində Şahid1 satmışdır. Bundan təxminən 5-6 gün əvvəl Farizlə yaşadığı küçədə rastlaşmışdır. Farizə söhbət zaman ondan narkotik vasitə qurudulmuş marixuana verməsini istəmişdir. Həmin günü saat təxminən 17-18 radələrində Farizlə yaşadığı küçədə görüşmüş, Fariz cibindən bir kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb ona vermiş, bunun müqabilində Farizə 50 manat pul vermişdir. Həmin narkotik maddəni özü istifadə etmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixə saat 21 radələrində Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid4 və Kürdəmir RPŞ-nin İTBnin polis sahə nəfəri polis serjantı Şahid3 ilə birlikdə ünvan 1 ünvanına nalayiq söyüşlər söyməsini görüb onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişlər və gələcəkdə xoşa gəlməz hadisə olmaması üçün onları avtomaşına mindirib Kürdəmir rayon polis şöbəsinə aparmışlar. Şöbəyə aparıldıqdan sonra həmin şəxslərin X7 və Şahid1 olduğu müəyyən etmişlər. Şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış zamanı Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik maddə qurudulmuş marixuana olduğu bildirmişdir. Şifahi soğru sual zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Şahid2 35 manat pul müqavilində aldığını demişdir. Həmin gün X4 üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Şahid2 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə aparılmış, sorğu sual zamanı Şahid2 35 manat pul müqabilində narkotik vasitə marixuananı Şahid1 verdiyini, narkotik vasitəni ona borcu olan həmkədlisi Təqsirləndirilən şəxs əldə etdiyini, təxminən 10 gün əvvəl Farizdən 50 manat pul müqabilində yəni, Farizin ona olan borcunun qarşılığında əldə etdiyini, 35 manat pul müqabilində Şahid1 satdığını, Şahid1 narkotik vasitəni 35 manata 2 dəfə satdığını bildirmişdir. Bundan sonra həmin gün saat 14:30-da Təqsirləndirilən şəxs yeri Kürdəmir rayonu Sığırlı kəndində saxlayaraq polis şöbəsinə gətirmişlər, o, müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olundan sonra sorğu sual zamanı ərazisində tapdığı narkotik vasitəni Ziya Qaybalıyevə borc qarşılığında vermədiyini, tutulmamışdam əvvəl Şahid2 narkotik vasitəni ilk dəfə təxminən 10 gün qabaq sonuncu dəfə isə təxminən 5 gün qabaq verdiyini, o narkotik vasitəni ona verən zaman hər hansı razılaşma və ya nəyinsə qarşılığında vermədiyini, Ziya Qaybalıyevin özlüyündə borcdan çıxdığını düşündüyünü, narkotik vasitə qurudulmuş marixuandan əvvəllər istifadə etdiyini, lakin hazırda istifadə etmədiyini, ümumilikdə 2 dəfə Şahid2 narkotik vasitə qurudulmuş marixuana verdiyini, Şahid2 yük daşınmasında və başqa kənd təsərüfatı işləri gördürdüyü üçün borclandığını, narkotik vasitəni Ziya Qaybalıyevə satmadığını, istifadəsində ***-***-**- ** saylı mobil nömrəsi olduğunu, heçbir vəsatəti və ya etirazı olmadığını bildirmişdir. Polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid4, Kürdəmir RPŞ-nin polis nəfəri Şahid3 da Şahid5 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -Kürdəmir rayon Məhkəməsinin 1(041)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Şahid2 keçirilən məhkəmə iclasında göstərmişdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır, evlidi, iki azyaşlı uşağı var, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Narkotik maddə olan qurudulmuş marixuanadan arada bir istifadə etmişdir. Şahid1 və Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, Təqsirləndirilən şəxs həmdə onun qonşusudur, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Təxminən 2 ay əvvəl Fariz ona məxsus otu həyətinə daşımasını xahiş etdiyi üçün 50 manat pul müqvilində idarə etdiyi Kamaz markalı avtomobillə onun otunu daşımış, Fariz qısa zamanda borcunu ödəyəcəyini desə də bunu etməmiş, borcunu istəyəndə Fariz ona 50 manat borcun müqabilində 1 kibrit qutusu marixuana verə biləcəyini demişdir. Farizlə razılaşmış və Fariz ona borcunun müqabilində 1 ədəd kibrit qutusu marixuana vermişdir. Həmin marixuananın bir qismini istifadə etmiş, qalanını isə özündə saxlamışdır. Bundan bir gün sonra yaşadığı kənddə yol ilə gedərkən Şahid1la rastlaşmış, aralarında gedən söhbət zamanı Xəyal onda marixuana olub-olmamasını soruşmuş, kibrit qutusunda qalan marixuananı Xəyala vermiş, Xəyal isə pulu kəndin ərazisində yerləşən “Anar marketə” qoyacağını və gedib oradan götürməsini xahiş etmişdir. Həmin gün axşam saatlarında markətə gedib 35 manat pulu götürmüşdür. Bu günə qədər Şahid1 başqa heç kimə narkotik vasitə satmamışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirdi ki, Farizin ona verdiyi qurudulmuş marixuananı yolla gedərkən Fariz onun yanında tapmış və sonradan bir hissəsini ona vermiş və hesab etmişdir ki, Fariz borcunun əvəzinə olaraq marixuananı ona vermişdir. İstifadə etmədiyi qalan hissəsini Xəyala verən zaman Xəyal ona pul verməmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 Müdafiəçi1 iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq Şahid1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd kağız büküm təqdim etmişdir. Bundan sonra ona üzərində və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edilmişdir. Bundan sonra o 01 ədəd “palmall” markalı siqaret qutusunu, 01 ədəd alışqanı, 01 ədəd açarı, 1 manat pulu və 01 ədəd “Samsung A13” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçridi üzərində qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra 01 ədəd “palmall” markalı siqaret qutusu, 01 ədəd alışqan, 1 manat pul və 01 ədəd açar baxış keçrildi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Samsung A13” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm açılmış içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Şahid1 üzərindən aşkar olunan narkotik vasitəni Rəvan Aslanovla birlikdə istifadə etdiklərini, təxminən 5 gün əvvəl 20 manat özü və 15 manatını Rəvan verərək ümumilikdə 35 manat pul müqabilində həmkəndlisi Ziya adlı şəxsdən əldə etdiyini, narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə etdiyini, təxminən 10 gün əvvəldə Ziya adlı şəxsdən 35 manat pul müqabilində əldə etdiyini, həmin vaxtıda Rəvanın ona verdiyi 15 manat pulun üzərinə 20 manat pul qoyaraq 35 manata Ziyadan əldə etdiyini və həmin narkotik vasitəni Rəvanla birlikdə istifadə etdiyini, təqdim etdiyi bükümüdə Rəvanla birlikdə istifadə etdikdən sonra qalan bir hissəsi olduğunu,”Samsung A13” markalı mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, heçbir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə Şahid1 narkotik vasitə təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 iştirakı ilə X4 üzərinə şəxsi axtarış aparılır. Bundan sonra X5 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması barədə soruşulmuşdur. O üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim edilməsi barədə təklif edilmişdir. Bu təklifdən sonra o 01 ədəd “Sobranie” markalı siqaret qutusu, 01 ədəd alışqan və 205 manat 70 qəpik pul təqdim etmişdir. Bundan sonra onun üzərinə axtarış keçrilmiş, hər hansı qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyara və pula baxış keçrildikdən sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı X1 Əmirovla birlikdə narkotik vasitə istifadə etdiyini, Xəyalın 20 manat özünün isə 15 manat pulu ümumilikdə 35 manat pul qarşılığında əldə etdiklərini, Həmin narkotik vasitəni Şahid1 tanışından əldə etdiyini, əvvəllərdə təxminən 10 gün əvvəl Xəyalla birlikdə narkotik vasitə istifadə etdiyini, həmin vaxtı da Xəyalın 20 özü isə 15 manat verdiyini, narkotik vasitəni Xəyal tanışından götürdüyünü, həmin şəxsi tanımadığını, ona qarşı hər hansı təsir və ya təziq olunmadığını bildirmişdir. - xx.xx.2024-cü il tarixdə X4 üzərinə şəxsi axtarıış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Murad Vəlimətovun, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə Şahid2 üzərinə şəxsi axtarış aparılır. İlkin olaraq iştirakçılara NMQnin əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi raport əsasında xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Əmirov X6 rayonu Sığırlı kəndində saxlanılaraq RPŞ-yə gətirilmiş və üzərinə keçrilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd kağız bükmündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülməsi izah edilmişdir. Həmçinin Şahid1 üzərində aşkar olunan vasitə qurudulmuş marixuanaya bənzər kütləni Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid2 əldə etdiyini və həmin vasitəni X7 ilə birlikdə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində hec bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o 01 ədəd “LD” markalı siqaret qutusunu, 01 ədəd kibrit qutusunu və 01 ədəd dəvətnaməni təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, üzərindən başqa qanunsuz əşaya və ya predment aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi soğru zamanı Şahid2 Şahid1 onun həmkədlisi olduğunu, həmin şəxsə 35 manat pul müqabilində narkotik vasitə verdiyini, o narkotik vasitəni ona borcu olan həmkədlisi Təqsirləndirilən şəxs əldə etdiyini, təxminən 10 gün əvvəl həmin şəxsdən 50 manat pul müqabilində əldə etdiyin, sonuncu dəfə 5 gün əvvəl Farizin ona olan borcunun qarşılığında əldə etdiyini, öz istifadəsi üçün Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni bir hissəsini istifadə etmədiyindən 35 manat pul müqabilində Şahid1 satdığını, Şahid1 narkotik vasitəni 35 manata 2 dəfə satdığını, heçbir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə Şahid2 üzərinə şəxsi axtarıış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Murad Vəlimətovun, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. İlkin olaraq iştirakçılara NMQ-nin əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi raport əsasında xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş raport əsasında üzərinə keçrilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd kağız bükmündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülməsi, Şahid1 üzərində aşkar olunan vasitə qurudulmuş marixuanaya bənzər kütləni Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid2 əldə etdiyini və həmin vasitəni X7 ilə birlikdə istifadə etdiyini bildirməsi, Şahid2 Şahid1 satmış olduğu narkotik vasitəni Kürdəmir rayonu Sığırlı kənd sakini Təqsirləndirilən şəxs təxminən 10 gün əvvəl 50 manat sonuncu dəfə isə borc qarşılığında əldə etdiyini bildirməsi ilə başlanılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində hec bir əşya olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçrilmiş üzərində qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki kənd ərazisində tapdığı narkotik vasitəni Ziya Qaybalıyevə borc qarşılığında vermədiyini, o birinci dəfə Şahid2 təxminən 10 gün əvvəl narkotik vasitə verdiyini, sonuncu dəfə isə təxminən 5 gün əvvəl verdiyini, o narkotik vasitəni ona verən zaman hər hansı razılaşma və ya nəyinsə qarşılığında vermədiyini, Ziya Qaybalıyevin özlüyündə borcdan çıxdığını düşündüyünü, lakin o həmin narkotik vasitəni tapdığı üçün istifadə etmədiyindən istifadə etməsi üçün ona verdiyini, narkotik vasitə qurudulmuş marixuandan əvvəllər istifadə etdiyini, lakin hazırda istifadə etmədiyini, ümumilikdə 2 dəfə narkotik vasitə qurudulmuş marixuana verdiyini, Şahid2 yük daşınmasında və başqa kənd təsərüfatı işləri gördürdüyü üçün borclandığını, narkotik vasitəni Ziya Qaybalıyevə satmadığını, istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olduğunu, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarıış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - məhkəmə- bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ”Şahid1 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0.12 qram, tədqiqata səf olundu 0.02 qram, qalıq 0.10 qram. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1513 nömrəli rəyinən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin verdiyi xx.xx.2024cü il tarixli PHŞ-318-1-49/2-883/2024 nömrəli məktubdan görünür ki, Şahid1 Nazim oğlu, X7, Şahid2 və Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. - xx.xx.2024-cü il tarixdə 3-17-1/2-217077/2024 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X12 Filialından alınmış məktuba əsasən Şahid1 Nazim oğluna, X5, Şahid2 və Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. - xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73 maddəsinə əsasən xitam verilib. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. - Şahid1 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 01.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sona qalan 0.10 qram qalığı, cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, 1) Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 35 manat pul müqabilində X3 almışdır. 2) Şahid2 Şahid1 satdığı 0.12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 50 manata almışdır. 3) Şahid2lə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmamışlar. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 4 (041)-68/2024 saylı qərarından və həmin məhkəmə iclasının qeydə alınması ilə bağlı audio video yazıdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudlmuş marixuananı Şahid2 verdiyi bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında Farizdən narkotik maddə olan qrudulmuş marixuana istəmiş, Farizdə ona bir balaca yumru büküm marixuana verdiyini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Kürdəmir rayon Məhkəməsinin 1(041)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Şahid2 izahatında göstərmişdir ki, Fariz ona məxsus otu həyətinə daşımasını xahiş etdiyi üçün 50 manat pul müqabilində idarə etdiyi Kamaz markalı avtomobillə onun otunu daşımış, Fariz qısa zamanda borcunu ödəyəcəyini desə də bunu etməmiş, borcunu istəyəndə Fariz ona 50 manat borcun müqabilində 1 kibrit qutusu marixuana verə biləcəyini demişdir. Farizlə razılaşmış və Fariz ona borcunun müqabilində 1 ədəd kibrit qutusu marixuana vermişdir. Həmçinin həmin hökmdə məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Şahid2 qonşusu kimi tanıyır, qonşu kimi normal münasibətdə olmuşlar, Ziya idarə etdiyi Kamaz markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona məxsus otu daşıdığı üçün Şahid2 50 manat borclu yaranmışdır. Qonşu olduqları üçün hər gün küçədə raslaşdığından Ziya ondan borcunu istəmiş, lakin pulu olmadığından borcunu qaytara bilməmişdir. Həmin ərəfələrdə Kürdəmir rayonu Sığırlı kəndi ərzisində yol ilə gedərəkən yerdən 01 ədəd kağız bükümdə narkotik vasitə tapmış, lazımı olar deyə 02 ədəd kibrit qutusuna yığıb gizlətmişdir. Küçədə olarkən Ziya ona yaxınlaşıb borcunu istəmiş, Ziyanı sakitləşdirmək üçün üzərində narkotik maddə marixuana olduğunu, istifadə etməsi üçün həmin narkotik maddədən pay olaraq ona da verə biləcəyini demiş, aralarında razılıq olduğu üçün təxminən 2 saat sonra görüşüb narkotik vasitəni təmənnasız Ziyaya vermişdir. Bundan başqa Ziyaya heç bir narkotik vasitə verməmişdir. Narkotik vasitəni Ziyaya pay kimi istifadə etmək üçün vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş Şahid2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 4 (041)-67/2024 saylı qərarından və həmin məhkəmə iclasının qeydə alınması ilə bağlı audio video yazıdan görünür ki, Şahid2 əməlini etiraf edirərək narkotik vasitəni 50 manata Farizdən aldığını və yarısını 35 manata Xəyala satdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində Şahid2 narkotik vasitəni 50 manat pul müqabilində yox, pay qismində verdiyini bildirməsi təqsirləndirilən şəxslərin istintaqın ilkin mərhələsində və məhkəmədə verdikləri ifadələri, həmçinin videoçəkiliş vasitəsilə həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı müdafiəçilərin iştirakı ilə verdikləri ifadələri, təqsirləndirilən şəxslərin üzləşməsi zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı dedikləri ilə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəmə- bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/778 nömrəli və məhkəmənarkoloji ekspertizalarının xx.xx.2024-cü il tarixli 1513 nömrəli rəyləri, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sona qalan 0.10 qram qalığı, cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqliği qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 03 sentyabr 2024-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ona görə də, o ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Şahid1 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 01.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sona qalan 0.10 qram qalığı, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Kürdəmir rayon icra və probasiya şöbəsinə, ekspertiza xərcinin tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Şahid1 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 01.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sona qalan 0.10 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 49.74 manat ekspertiza xərci Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin ekspertiza tədqiqatının dəyəri olduğundan, həmin şəxsdən alınıb dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetində profilaktiki qeydiyyata alınması Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar