Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-151/2025 28.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Tofiq oğlunun iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyyəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq, ona sağ gözətrafı nahiyyənin hematoması və yarası, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngü zərəvurmaya aid edilən xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respbulikası CM-nin 128-ci maddəsində özünü təqsirli bilmir. Belə ki, o, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun qohumudur. Onunla əvvəllər heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. İldırımın evi mərhum əmisinin oğlu Eldarın evi ilə qonşudur. İldırımın evi ilə əmisi oğlu Eldarın evinin arasında olan daş hasarı İldırım söküb yenidən tikərkən həyətin küçəyə çıxan qapısının qarşısını İldırım kəsdiyinə görə aralarında mübahisələri olmuş, mübahisə vaxtı İldırım onu söyüb təhqir edərək yumruq atdığına görə İldrıma yumruq atmış, amma yumruq İldırıma dəyməmiş, İldırımın anası hadisə zamanı yerə yıxılmış, sonra çıxıb getmişdir. Verilmiş suallara cavabında təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, İldırım hasar çəkərkən aralarında mübahisə olmuş, İldırımın arvadı Sevinc onu ağac parçası ilə vurmaq istəyəndə o əyilmiş, ağac parçası İldırımın sifətinə dəymiş, İldırımın arvadı Sevinci vurmamış, eləcə də anası Savadxanımın onu ayıran vaxt öz ehtiyatsızlığından özü yerə yıxılmış, ola bilsin ki, bədən xəsərətini yerə yıxılan vaxt almışdır. Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs vurmamış, onlara heç bir xəsərat yetirməmişdir. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:30-da Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq xəsarətlər yetirmişdir. Lakin hazır əməlindən səmimi peşimançılıq hissi keçirir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 mərhum əmisi oğlu Eyyub Qaçayevin arvadıdır. Kürdəmir rayonunun Sığırlı kəndində qonşu yaşayırlar. Veronicanın yaşadığı evlə onların evinin arasında mişar daşları ilə tikilmiş hasar vardır. Hasarı söküb yenidən tikmək istədiyi üçün həyətə giriş üçün dəmir darvazadan giriş qapısı qoymuş, Vasifin anası Natella yanlarına gələrək betonu bura tökməsinə irad bildirmiş, Natella köhnə betonun üstündən yenidən beton tökmüşdür ki, mişar daşları ilə hasar çəkəcəyini demiş, qapının yanından hasarı təxminən 40 sm içəri, yəni öz həyətinə tərəf çəkmiş, həyətin orta hissəsində isə təxminən 1,5 metr öz həyətinə tərəf içəri çəkmişdir. Natella da hasarı tikməyəcəyini deyib onu söyüb təhqir etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs hasarın üstündən tullanaraq onun həyətinə keçib onun yaxasından tutmuş, həmin vaxt anası Savadxanım və həyat yoldaşı Sevinc gələrək Vasifi ayırmaq istəmişlər, bu vaxt Veronica da gəlmiş, münaqişə zamanı Vasif anasının əlinə yumruqla vurduğu üçün anası yerə yıxılmış Veronica da anasının üstünə yıxılmış, anasını yerdən qaldırmaq istədikdə Vasif yumruqla bir neçə dəfə sifət nahiyyəsindən vurub xəsarət yetirmiş, Veronica da yerdən qalxaraq hasar üçün tökdükləri betonu təpiklə vurub uçurmaq istəmiş, Sevinc də Veronicaya tərəf gedib nəyə görə betonu uçurmaq istədiyini soruşmuş, Veronica Sevincin boğazından tutub boğan vaxt Vasif gələrək Sevincin sifətindən sillə vurmuş, Veronica da əli ilə Sevincin sifətini cırmış, həyətdə işləyən usta Şamo gələrək Sevinci onların əllərindən almışdır. Verilmiş suallara cavabında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə yerində qonşuları Simuzər, həmin vaxt həyətində usta işləyən Şamo və Şahlardan başqa kənar şəxs olmamış, heç kim toplaşmamışdır. Sonra Sevinc də hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Veronica yalan deyir. Veronicanı söyüb təhqir etməmiş və yumruqla vurmamış, ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Veronica onu şərləmək üçün ola bilsin ki, özüözünə xəsarət yetirmişdir. Sevinc ağacla Vasifi vurmaq istəməmiş, Vasif onu yumruqla qəsdən zərbə vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən 5-7 dəqiqə müddətində baş vermiş, ətrafda yuxarıda adlarını qeyd etdiyi şəxlərədən başqa kənar şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Şahid2 qayınanasıdır, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan X3 İldırımın mərhum əmisi oğlu Eyyub Qaçayevin qeyri-rəsmi arvadıdır. Onlar qonşu yaşayırlar, Veronicanın yaşadığı evlə onun evlərinin arasında mişar daşları ilə tikilmiş hasar vardır. Hasarı söküb yenidən tikmək istədiyi üçün həyətə giriş üçün dəmir darvazadan giriş qapısı qoymuşlar. Vasifin anası Natella İldırıma demişdir ki, betonu bura nəyə görə tökmüsən. İldırım da Natellaya demişdir ki, köhnə betonun üstündən yenidən beton tökmüşdür ki, mişar daşlan ilə hasar siin. Qapının yanından təxminən 40 sm hasarı öz həyətinə tərəf çəkmişlər, Həyətin orta hissəsindən isə təxminən 1,5 metr özlərinə tərəf içəri çəkmişlər. Natella demişdir ki, hasarı tikməyəcəksən. bunu deyib onları söyüb təhqir edərək getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt hasarın üstündən tullanaraq keçib İldırıma tərəf gələrək İldırımın yaxasından tutmuşdur. Həmin vaxt qayınanası Savadxanım və o, gəlib Vasifi ayırmaq istəmişlər. Bu vaxt Veronica da gəlmişdir. Münaqişə zamanı Vasif qayınanasının əlinə yumruqla vurduğu üçün yerə yıxılmış, Veronica da qayınanasının üstünə yıxılmış, İldırım anasını yerdən qaldırmaq istədikdə Vasif yumruqla bir neçə dəfə İldırımın sifət nahiyyəsindən vurub xəsarət yetirmişdir. Veronica da yerdən qalxaraq hasar üçün tökdükləri betonu uçurmaq istəmiş, Veronicaya tərəf gedib nəyə görə betonu uçurmaq istədiyini soruşmuş, Veronica boğazından tutub boğan vaxt Vasif gələrək onun sifətindən sillə vurmuş, Veronica da əli ilə sifətini cırmış, həyətdə işləyən usta Şamo gələrək onu əllərindən almışdır. Verilmiş suallara cavabında Şahid1 bildirmişdir ki, Vasif və Veronica onu, qayınanası Savadxanımı və həyat yoldaşı İldırımı qonşuları Simuzərin, həyətdə işləyən usta Şamonun və Şahların yaynında söyüb təhqir edərək döyüb xəsarət yetirmişdir. İldırım Veronicanı söyüb təhqir etməmiş, yumruqla vurmamış, heç bir fiziki zor tətbiq etməmişdir. Veronica İldırımı şərləmək üçün ola bilsin ki, özü-özünə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Əlsəfa oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları olduğu kimi təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Rafiq oğluna fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülərək ibtidai istintaq aparılmış və xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 1); Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şifahi şikayətin qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Kürdəmir RPŞnə müraciət edərək, həmin tarixdə saat 10:30 radələrində yaşadığı evin həyətində həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir ( i.v. 4); Azəbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sağ göz ətrafı nahiyyənin hematoması və yarası, həmin gözün ağlı qişasına qansızma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v. 36-37); Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 565 nömrəli arayışından görünür ki, Qaçayev X4 rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, yaşayır və ailə üzvləri atası 1965-ci il təvəllüdlü T.H. Qaçayev, anası 1965-ci il təvəllüdlü N.Q.Qaçayeva və qardaşı 1994-cü il təvəllüdlü R.T.Qaçayevdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir ( i.v. 62-63); Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası“ X7 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qaçayev X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur ( i.v. 77); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( i.v. 79); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir ( i.v. 99); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərətçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları birbirilərinin üzünə demişlər, belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə xx.xx.2025~cİ il tarixdə saat 10:30 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evinin həyətində aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs onu əli ilə vuraraq xəsarət yetirməsini demişdir ( i.v. 109); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Qaçayev X4 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir ( i.v. 112) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində qohumu Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı sonuncunun üz nahiyyəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq, ona xəsarət yetirmişdir. Həmçinin həmin hadisə zamanı Təqsirləndirilən şəxs Şahid2 və Şahid1 əli ilə vuraraq onlara xəsarət yetirmişdir. Eləcədə həmin hadisə zamanı Zərərçəkmiş şəxs əli ilə və ağacla Veronica Qaçayevanın bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarətlər yetirmişdir (i.v.122); Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının təqsirləndirilən Təqsirləndirilən şəxs münasibətdə tətbiq edilməsinə etiraz etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 zərərçəkmiş şəxsin təqsirləndirilən şəxlə barışmadığını bildirərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının təqsirləndirilən Təqsirləndirilən şəxs münasibətdə tətbiq edilməsinə etiraz etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 193.2-ci bəndinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci iltarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs Tofiq oğluna göstərilən cəmi 13 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 143 (bir yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Tofiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Tofiq oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Mülki iddia, maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Tofiq oğluna 13 (on üç) saat ərzində hüquqi yardım göstərdiyinə görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 143 (bir yüz qırx üç) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-151/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-151/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver