Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-153/2025 04.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Kürdəmir rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 7.04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Atakişili kəndi ərazisində ərazisində saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan gödəkçəsinin sol iç cibindən 01 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 7.04 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən su arxının yaxınlığında bir ədəd yabanı halda bitən çətənə kolu görmüşdür. Həmin çətənə kolunu dərib quruduraq, yararlı hissələri özü üçün çəkərək istifadə etmək məqsədi ilə qəhvəyi rəngli kağız bükümə qablaşdırmışdır. Əldə etdiyi narkotik vasitənin bir qismini özü üçün istifadə etmişdir. Qalan hissəsini isə əynində olan gödəkçənin iç cibinə qoymuşdur ki, istədiyi vaxt istifadə etsin. 16 sentyabr 2025-ci il tarixdə, saat təxminən 20:20-də Kürdəmir rayonu, Atakişili kəndi ərazisində piyada gəzərkən Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sol iç cibində saxladığı bir ədəd qəhvəyi rəngli bükümdə olan marixuananı çıxarıb təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış içərisinə baxılmış, içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elekton tərəzidə çəkilmiş və təxmini çəkisi 9.63 qram olması müəyyən edilmişdir. Bundan sonra RPş-nə gəlmiş, videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş zərfə qablaşdırılmış kütləyə baxış keçirmişlər. Sonra həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 9.74 qram olması müəyyən edilmişdir. Verilmiş suallara Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, evlidir, 3 övladı var. Övladlarının da hər üçü evlidir. Özü narkotik vasitələrdən arada bir, təxminən ayda bir iki dəfə olmaqla çəkərək istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Başqa hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan 7.04 qram qurudulmuş marixuana özünə məxsusdur, istifadə etmək məqsədi ilə həmin kütləni üzərində saxlamışdır. Həmin kütləni yabanı halda bitən çətənə kolundan dərib qurutmuş, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Başqa bir yerdə narkotik vasitəsi olmamışdır. Polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi zorakılıq edilməmişdir. Əməlindən peşimandır. xx.xx.1961-ci il tarixdə 65 yaşının tamam olacağını nəzərə alıb “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə məruzə edilmiş, razılıq alındıqdan sonra, əməliyyat istintaq qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində onun, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X3 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Babaşov X5 rayonu Atakişili kəndində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan cins gödəkçənin sol iç cibindən bir ədəd qəhvəyi rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisinin 9.63 qram olması müəyyən edilmişdir. Həmin büküm qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. Videoçəkiliş vasitəsi ilə aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 9.74 qram olması müəyyən edilmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v 1); Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarxili protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Kürdəmir RPŞ-nin NQM-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X3, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, RPŞ-nin PPXBnin polis nəfəri polis serjantı X4 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan cins gödəkçənin sol iç cibindən bir ədəd qəhvəyi rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir.Həmin kütlə çəkilmiş və təxmini çəkisi 9.63 qram olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür (i.v 8-10); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:20-də cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v 27-28); Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir RPŞ-nin NQM-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X3, Kürdəmir RPŞnin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd polietilen bükümdə yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 9.74 qram olması müəyyən edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki aşkar edilmiş kütlənin miqdarı çoxdur, bu deyildir, onun üzərindən aşkar edilmiş kütlənin çəkisi azdır. Bu zaman ona verilən suallara cavab olaraq bildirmişdir ki o üzərindən aşkar edilmiş kütləni tapmışdır ,daha sonra isə bildirmişdir ki yabanı halda bitən çətənə kolundan dərib saxlamışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşları ona fiziki və psixi zor tətbiq etməmişlər. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilmiş, və müəyyən edilmişdir ki onun üzərindən aşkar kütlə ilə hazırda zərfdən aşkar edilmiş kütlənin miqdarı ilə eynidir, elektron tərəzifə çəkilmiş və çəkisi də 9.63 qramdır (i.v 33-37); xx.xx.2025-ci il tarixli 18/677 nömrəli ekspert rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs üzərindən .." sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 7.04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 7.04 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 7.02 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik təşkil edir) (i.v 44-47); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmişdir (i.49- 50); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 20:00-da «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir (i.65-66); Maddi sübut kimi tanınmaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 7.04 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7.02 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.70); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Manqışlaq Vil.şevçonko şəh. Xalq Məhkəməsi tərəfindən Qazaxstan SSR Cinayət Məcəlləsinin 200 m 3-hissəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v 82-83); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 727 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Babaşov X5 rayonunun Atakişili kənd sakinidir, ailə tərkibi 1964-cü il təvəllüdlü arvadı S.O.Babaşova, 2004-cü il təvəllüdlü qızı N.Təqsirləndirilən şəxs, 1992-ci il təvəllüdlü qızı R.A.Hümbətova və 1994-cü il təvəllüdlü qızı N.Təqsirləndirilən şəxsdan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v 90-91); TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v 93); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X7 Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildən etibarən ümumi xəstəlik- gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik statusuna malikdir (i.v 94-95); Narkoloji-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v 96); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 7.04 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7.02 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, DVD disk və digər sənədlər işin obyektiv halları ilə birlikdə sübut kimi qiymətləndirilmiş və cinayət işində olması nəzərə alınmışdır (i.v 110-120); Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşiman olduğunu, xx.xx.1961-ci il tarixdə 65 yaşının tamam olacağını nəzərə alıb “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 193.2-ci bəndinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə mindiyi günədək 60 yaşına çatmışdır və yuxarıda qeyd edilən amnistiya qərarının 1.14 və 5.1-ci bəndləri həmin Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.14 və 5.1ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, profilaktika məqsədilə ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 12 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 132 (yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132, 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 7,02 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut – keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (yüz otuz iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-153/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-153/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver