Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-154/2025 21.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonu, Sor-Sor kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi - 0.306 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sol ön cibindən 01 ədəd polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi - 0.306 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasını eşitdiyi "Mustafa" adlı İran vətəndaşı ilə "Tik Tok" sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. "Mustafa" adlı İran vətəndaşı ilə 30 manat pul qarşılığında 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuna almaq barədə razılaşmışdır. Bundan sonra "Mustafa" adlı İran vətəndaşı ilə "Tik Tok" proqramı vasitəsilə əlaqə saxlamış və Kürdəmir rayonu ərazisində Bakı-Qazax yolu üzrindəki psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixunananı qoyduğu yerin fotoşəkilini və ünvanını "WhatsApp" proqramı vasitəsi ilə göndərmişdir. O, da konumda göstərilən həmin ünvana gedib 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixunananı götürmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdikdən sonra qalan kütlələri şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Sor-Sor kənd ərazisində olarkən Kürdəmir RPŞnin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan qara rəngli şalvarın sol ön cibindən 01 ədəd polietilen bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Ona heç bir formada təzyiq göstərilməmişdir. Üstü yoxlanılarkən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən başqa evində və ya başqa yerdə ona məxsus psixotrop maddə və ya hər hansı digər narkotik vasitə olmamışdır. Həmçinin narkotik vasitənin satışı ilə məşğul olmamışdır, ondan aşkar edilərək götürülən narkotik vasitəni "Tik Tok" sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı "Mustafa" adlı İran vətəndaşından əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı uşağın olmasını, səmimi peşimançılığını nəzərə alaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 19 dekabr 2025-ci il tarixdə qəbul edilmiş amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu, Sor- Sor kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞnin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 20:30 radələrində Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamasında əsaslı şübhəli olduğunu bildirmişlər. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol ön cibindən 02 ədəd büküm çıxarıb təqdim edərək 01 polietilen bükümdə "daş", yəni psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə "nəşə", yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümlərə baxış keçirilərkən 01 polietilen büküm içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd kağız büküm içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, Fariz Məmmədova qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Şifahi sorğu zamanı Fariz Məmmədov şifahi qaydada ona verilən suallara cavabında bildirmişdir ki, üzərindən aşkar edilən narkotik vasitə marixuananı 10-15 gün öncə telefon vasitəsi ilə əlaqə saxladığı İran vətəndaşından almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 da şahid X6 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd polietilen bükümdə psixotrop maddə metanfetaminə bənzər kütlə və 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılmış və istintaq aparılması icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2025-ci il tarixdə tərtib edilmiş "əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında" protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X3, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Kürdəmir RPŞnin İTB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol ön cibindən 02 ədəd büküm çıxarıb təqdim edərək 01 polietilen bükümdə "daş", yəni psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə "nəşə", yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Tərəfindən bükümlərə baxış keçirilərkən 01 polietilen büküm içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd kağız büküm içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. 02 büküm içərisindəki kütlələr ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütlələri 10-15 gün öncə telefon vasitəsilə əlaqə saxladığı İran vətəndaşından əldə etdiyini, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i.v. 9-11); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 21:40-da Mərdanov X5 RPŞ-nın İB-nın müstəntiqi, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 20:30-dan hesablanmışdır (i.v. 26-27); İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/618- 619 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0.306 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0.08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi – 0,306 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,256 qram. Marixuananın təmiz çəkisi – 0,08 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,06 qram. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmişdir (i.v. 49-50); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-110/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 69-81); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sol ön cibindən aşkar edilmiş 01 ədəd polietilen bükümdə, təmiz çəkisi - 0.306 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra – 0.256 qram qalığı və təmiz çəkisi – 0.08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra - 0.06 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v. 91-92); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1402 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v. 98); Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 4(106)-86/2025 saylı qərarından görünür ilə Kürdəmir Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 4(041)-110/2025 saylı qərarından verilmiş apellyasiya protesti təmin edilməmişdir (i.v. 101-106); "TƏBİB" "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-49/2-902/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (i.v. 109); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon məhkəməsinin qərarı ilə cəzasını çəkmədən azad edildiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 110-111); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 148-149); İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi "Mustafa" adlı İran vətəndaşının kimliyini və yerini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır (i.v. 156); Kürdəmir RİHB-nın Muradxan İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 653 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Mərdanov X5 RİHB-nın Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sor-Sor kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ailə tərkibi anası- xx.xx.1960-cı il təvəllüdlü M.H.Mərdanova, arvadı- xx.xx.1994-cü il təvəllüdlü P.İ.Mərdanova, oğlu- xx.xx.2013-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və oğlu- xx.xx.2015-ci il təvəllüdlü R.Təqsirləndirilən şəxs ibarətdir (i.v. 164-165); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması protokolu, üstünün yoxlanılması və baxış zamanı çəkilmiş 02 ədəd DVD disk sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək üçün cinayət işindən material ayrılmış və RPŞ-nin hadisələrin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarı surəti Kürdəmir RPŞ-nin İTB-nin bölməsinə göndərilmişdir (i.v. 166-167); Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 193.2-ci bəndinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-ci bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladları vardır və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16 və 5.1-ci bəndləri bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, profilaktika məqsədilə ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 12 (on iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132, 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,306 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0,06 qram qalığı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə iaçılmış inzibari material üzrə maddi sübut olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut – keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (bir yüz otuz iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-154/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-154/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver