Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-158/2025 14.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu, Şüşün kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya edərək əkib yetişdirmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Şüşün kəndi ərazisində özünə məxsus yaşadığı evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 04 (dört) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə saat 19:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılığı ilə yaşadığı Kürdəmir rayonu Şüşün kəndi ərazisində yerləşən özünün məxsus yaşadığı evin həyətyanı sahəsində əkilib-becərilmiş yaş vəziyyətdə, xeyli miqdarda ümumi təmiz çəkisi 2400.0 qram olan ümumilikdə 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. 2024-cü ilin aprel ayında yaşadığı Kürdəmir rayonu, Şüşün kəndi ərazisində yerdə olan kibrit qutusunun içərisindən 14 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış və həmin toxumları özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə həmin toxumları ona məxsus evin həyətyanı sahəsində əkmiş, 14 ədəd bitki yetişmiş, onlara qulluq etmiş, suvarmış və diblərini boşaltmış, yəni kultivasiya etmişdir. xx.xx.2025-ci il tarixdə həmin bitkilərdən 10 ədədini çıxarıb qurutmuş və 01 ədəd polietilen torbaya qoyduqdan sonra 01 ədəd kauçuk qaba qoyub babasına məxsus yaşayış olmayan evin zirzəmisində gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində küçədə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları gəlib özlərini təqdim edərək qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkibbecərməsində şübhəli olduğunu bildirmişlər. Ondan həqiqətən də yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-əkməməyi soruşulmuşdur. O, da yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı ondan razılıq ərizəsi alınmışdır. Videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə başlanılmışdır. Baxışda polis əməkdaşları iştirak etmişlər. Onun göstərdiyi yolla hərəkətə başlamışlar, orada dibçəkdə və torpaqda əkdiyi 04 ədəd narkotik tərkibli çətənə bitkilərinin yerini polis əməkdaşlarına göstərmişdir. Baxışda iştirak edən aqronom bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, suvarılmış, dibləri boşaldılmışdır. Həmçinin həmin bitkilərin spesifik qoxusundan da çətənə bitkilərinə oxşamaları müəyyən edilmişdir. Bitkilər torpaqdan çıxarılmış, sayılmış və 01 ədəd içərisi boş polietilen torbada qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmə iclasında verilmiş suallara cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, Kürdəmir rayonu, Şüşün kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan təxminən 5 ildir ki, istifadə edir. Ümumilikdə 14 ədəd çətənə bitkisi əkib becərmiş, onlardan 10 ədədini yığıb qurudaraq babasına məxsus yaşayış olmayan evdə saxlamış və təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən qurudub saxladığı narkotik vasitə qurudulmuş marixuananın yerini göstərmək ona təklif olunmuş, O, da artıq narkotik vasitə istifadə etmək istəmədiyi üçün göstərə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə avtomobillə ona məxsus digər evin yerləşdiyi ünvana getmişlər və videoçəkiliş vasitəsi ilə evə baxış keçirilməsinə başlanılmışdır. Baxışda polis əməkdaşları iştirak etmişlər. Onun göstərdiyi yolla hərəkətə başlamışlar, dəhlizdən evin zirzəmisinə açılan hissəni açmış və orada gizlətdiyi 01 ədəd ka8uçuk qabı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı kauçuk qaba baxış keçirərkən içərisindən 01 ədəd tərəzi və 01 ədəd polietilen torba aşkar etmişlər. 01 ədəd polietilen torba açılıb baxılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birlikdə aşkar edilmiş elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 1056 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə və elektron tərəzi qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Bundan sonra RPŞ-yə gəlmişlər. Kürdəmir RPŞ-də yaşadığı evin həyətyanı sahəsindən və babasına məxsus yaşayış olmayan evdən aşkar edilərək qablaşdırılmış içərisində çətənə bitkisi, qurudulmuş marixuana və tərəzi olan 03 ədəd polietilen torbaya videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı 03 ədəd polietilen torbalar açılarkən içərlərində müvafiq olaraq 04 ədəd çətənə bitkisinə bənzər bitki, qurudulmuş marixuanaya bənzər kütlə və elektron tərəzi olması müəyyən edilmişdir. 01 ədəd polietilen torbada olan kütlə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin - 1107 qram olması müəyyən edilmişdir. Baxış keçirildikdən sonra bitki və qurudulmuş marixuana yenidən qablaşdırılmış, üzəri möhürlənərək ekspertizaya təqdim olunacağı bildirilmişdir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 04 ədəd çətənə (kannabis) bitkisi və babasına məxsus yaşayış olmayan evdən aşkar olunmuş təmiz çəkisi – 1030.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. Babasına məxsus yaşayış olmayan evdən aşkar olunmuş 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək üçün saxlamışdır. Babasına məxsus yaşayış olmayan evdə narkotik vasitə qurudulmuş marixuana saxlamağı və yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisi əkməyi barədə heç kimin, eləcə də ailə üzvlərinin məlumatı olmamışdır. O, 01 ədəd polietilen torbadakı narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində əkdiyi 14 ədəd bitkinin 10 ədədini dərib qurudaraq əldə etmişdir. Babasına məxsus yaşayış olmayan evdən və yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana və çətənə bitkisindən başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də narkotik tərkibli çətənə bitkilər olmamışdır. Yaşadığı evin həyətyanı sahəsinə və babasına məxsus yaşayış olmayan evə baxış keçirilməmişdən qabaq, eləcə də polis şöbəsinə gətirilərkən və daha sonra ona heç bir formada təzyiq göstərilməmişdir. O, heç kimə narkotik vasitə, eləcə də psixotrop maddə satmamışdır. O, başqa heç bir cinayət əməli törətməmişdir. Babasına məxsus yaşayış olmayan evə baxış zamanı aşkar edilmiş 01 ədəd SH125 markalı elektron tərəzidən mətbəxdə yağ ölçmək üçün istifadə etmişdir. O, ilk öncə yaşadığı evin həyətyanı sahəsində əkdiyi 14 ədəd bitkinin 10 ədədini dərib qurutduğu hissəni həmin tərəzi ilə ölçsə də sonradan öz şəxsi istifadə etdiyi narkotik vasitənin dozasının müəyyən etmək üçün həmin tərəzi ilə ölçmüşdür. Əməlindən səmimi peşimançılıq hissi keçirir. X2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsində iştirak edərək medallarla təltif edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat qrupu Kürdəmir rayonu, Şüşün kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının qarşısına getmişlər, qapını döymüşlər. Təqsirləndirilən şəxs küçəyə çıxmışdır. Onu qərarla tanış edərək bildirilmişdir ki, o, yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə şübhəlidir, yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs razılıq ərizəsi verərək bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkmişdir və baxış keçirilməsinə heç bir etirazı yoxdur. Küçə qapısından içəri daxil olaraq bir qədər getdikdən sonra sağ tərəfdə məftillə hasarlanmış arakəsmənin altından keçərək digər sahəyə daxil olaraq hərəkətə başlamışlar və yenidən sağ tərəfdə arakəsmədən sonra bitki örtüyünün altından keçərək sahəyə çıxmışlar. Həmin yerə daxil olduqda Təqsirləndirilən şəxs 02 ədəd dibçəkdə və 02 ədəd torpağa əkilmiş ümumilikdə 04 ədəd tərkibində natkotik maddələr olan çətənə bitkisinə bənzər bitkiləri göstərib həmin bitkiləri əkib qulluq etdiyini bildirmişdir. Bundan sonra dibçəkdə və torpaqda olan 04 ədəd çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldılmışdır. Həmçinin həmin bitkilərin spesifik qoxusundan da çətənə bitkisinə oxşamaları müəyyən edilmişdir. Bitkilər çıxarılmış, 01 ədəd içi boş polietilen torbada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin bitkiləri 2025-ci ilin aprel ayında şəxsi istifadə etmək üçün əkdiyini, toxumları 2024-cü ilin aprel ayında yerdən tapdığını, ümumilikdə 14 ədəd çətənə bitkisi əkdiyini, onlardan 10 ədədini dərib qurudaraq babasına məxsus yaşayış olmayan evdə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən babasına məxsus yaşayış olmayan evə getmişlər. Təqsirləndirilən şəxs göstərməsinə əsasən öncə evin həyətinə, ordan isə bir mərtəbəli evə daxil olmuşlar. Evə daxil olduqda Təqsirləndirilən şəxs evin qonaq otağında döşəmənin altında gizlətdiyi 01 ədəd yaşıl rəngli kauçuk qab içərindən 01 ədəd elektron tərəzi və 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Baxış bitdikdən sonra birlikdə rayon polis şöbəsinə gəlmişlər. Orda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və aşkar olunaraq götürülmüş kütlələrə baxış keçirilmiş, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra videoçəkiliş sonlandırılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə, babasına məxsus yaşayış olmayan evə baxış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olsa da baxış zamanı Təqsirləndirilən şəxs babasına məxsus yaşayış olmayan evdə narkotik vasitə qurudulmuş marixuana saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs babasına məxsus həyətyanı sahədə saxladığı narkotik vasitəni onlara deməsəydi, həmin narkotik vasitədən məlumatları olmayacaqdır. Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 və Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 237.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1-3); Əməliyyat-axtarış tədbirinin keçirilməsi, evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2025-ci il tarixdə, saat 19:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahəsində dibçəkdə və torpaqda əkdiyi xeyli miqdarda 04 (dörd) ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 01 ədəd polietilen torbada qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs babasına məxsus yaşayış olmayan evə baxış keçirilərkən evin zirzəmisindən 01 ədəd kauçuk qab içərisindəki 01 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə ekspertizaya təqdim olunması üçün 01 ədəd polietilen torbada qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra baxış sonlandırılmışdır (i.v. 11-13); Torpağa və bitkilərə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş cəmi 04 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Həmçinin həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir (i.v. 14); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 237.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 19:00-dan hesablanmışdır (i.v. 29-30); Şəxsi axtarış və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi1 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik tərkibli çətənə kollarına bənzər kollar və babasına məxsus yaşayış olmayan evdən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə polietilen torbadan çıxarılıb baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır (i.v. 39-41); xx.xx.2025-ci il tarixli 18/617 №-li ekspert rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsində..4 ədəd çətənə...” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 04 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 2400.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 04 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2) Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs evindən...” sözləri və imzalar olan polietilen torbada 01 ədəd polietilen torbada təmiz çəkisi – 1030.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 04 ədəd çətənə bitkiləri və marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. Çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi – 2400,0 qram, cəmi tədqiqata sərf edildi – 0,40 qram (hər obyektdən - 0,10 qram götürüldü), qalıq – 2399,60 qram. Marixuananın təmiz çəkisi – 1030,0 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq – 1029,90 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik təşkil edir) (i.v. 49-53); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2025-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (i.v. 55); xx.xx.2025-ci il tarixli Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «ev dustaqlığı» haqqında qətimkan tədbiri seçilmişdir (i.v. 76-85); Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2925-ci il tarixli qərarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 4(041)-111/2025 saylı qərarı apellyasiya protestinə əsasən ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (i.v. 107- 115); xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 119-120); Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-49/2-1145/2025 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (i.v. 143); Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki. faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq 14 ədəd tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib becərmiş, həmin bitkidən 10 ədədini dərib qurutmuşdur. Onun çətənə bitkilərinin toxumlarını naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs babasına məxsus yaşayış olmayan evə baxış zamanı aşkar edilmiş 01 ədəd SH125 markalı elektron tərəzidən öz şəxsi istifadə etdiyi narkotik vasitənin dozasını müəyyən etmək üçün istifadə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ailə üzvlərinin onun çətənə bitkiləri əkib-becərməsindən məlumatı olmamışdır (i.v. 151); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 237.1-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 158-162); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 164); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiimkan tədbiri öz qüvvəsində saxlanılmışdır (i.v. 176-177); İş materiallarında olan Kürdəmir RİHB-nin Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 489 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Xəlilov X4 rayonunun Şüşün kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, ailə tərkibi atası xx.xx.1966-cı il təvəllüdlü E.X.Xəlilov, anası xx.xx.1971-ci il təvəllüdlü N.M.Xəlilova, qardaşı xx.xx.1993-cü il təvəllüdlü E.E.Xəlilov, qardaşı xx.xx.1998-ci il təvəllüdlü A.E.Xəlilov, qardaşı oğlu xx.xx.2016-cı il təvəllüdlü R.E.Xəlilzadə, qardaşı oğlu xx.xx.2014-cü il təvəllüdlü X.E.Xəlilzadədən ibarətdir (i.v. 181-182); Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın M/V 153875 nömrəli vəsiqəsinin, Azərbaycan Respulikası Medalının İ-77047 və İ-15049 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı A.E.Xəlilov Vətən müharibəsi iştirakçısıdır, “Xocavəndin azad edilməsinə görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Gəncə şəhəri narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli № 2001 rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v. 183); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.1 və 237.2.1-ci maddələri ilə, ailə üzvləri barəsində CM-in 237.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs babasına məxsus yaşayış olmayan evə baxış zamanı aşkar edilmiş 01 ədəd SH125 markalı elektron tərəzinin maddi sübut kimi tanınmasından imtina edilmiş, onun yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərini təhvil verməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş yaş vəziyyətdə, xeyli miqdarda ümumi təmiz çəkisi - 2400.0 qram olan ümumilikdə 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin 2399.60 qram qalığı, ona məxsus digər evin zirzəmisinə baxış zamanı aşkar edilmiş 01 ədəd polietilen torbada külli miqdarda, təmiz çəkisi – 1030,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 1029,90 qram qalığı, Təqsirləndirilən şəxs məxsus digər evə, yaşadığı evin həyətinə və aşkar edilmiş kütlələrə baxış zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v. 189-200); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Tərkibində narkotik maddələr olan bitkilər» adlı İİİ siyahının 1.2-cü qrafasına əsasən xeyli miqdar çətənə növlü bitkilər 3-15 ədəd müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.06-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, qardaşı X7 müharibəsi iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilməsini, əvvəllər məhkum edilməməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs kimi, ev dustaqlığında və həbsdə saxlanıldığı müddətlər nəzərə alınaraq cəzasını çəkmiş hesab edilməli (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə profilaktika məqsədilə qeydiyyata alınmalı (93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələrin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 110 (yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixə qədər 2 (iki) gün şübhəli şəxs kimi saxlanıldığı, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 16 (on altı) gün ev dustaqlığında, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-ci il tarixədək 04 (dörd) ay 02 (iki) gün həbsdə saxlanıldığı, ümumilikdə 04 (dörd) ay 20 (iyirmi) gün müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə profilaktika məqsədi ilə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş yaş vəziyyətdə, xeyli miqdarda ümumi təmiz çəkisi - 2400.0 qram olan ümumilikdə 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin 2399.60 qram qalığı, ona məxsus digər evin zirzəmisinə baxış zamanı aşkar edilmiş 01 ədəd polietilen torbada külli miqdarda, təmiz çəkisi – 1030,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 1029,90 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən 10 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən, Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-158/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-158/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver