Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-16/2023 15.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonu Mallı Şıxlı kəndində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olmunmamış, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu Mallı Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi- 13.39 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 01:00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Kürdəmir rayonu, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7.92 qram və 5.47 qram, ümumilikdə təmiz çəkisi 13.39 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Göyçay rayonu Mallı Şıxlı kəndində yaşayır, narkotik vasitə kimi marixuanadan istifadə edir. Göyçay rayonu, Mallı Şıxlı kəndi ərazisində böyürtkan yığarkən kolların arasında 01 ədəd narkotik tərkibli bitki olmasını görmüş, həmin bitkini torpaqdan çıxararaq özü istifadə etmək üçün yaşadığı evə aparmış, qurudaraq kibrit qutusuna yığmış və istifadə etmək üçün üzərində saxlamışdır. İşləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Göyçay rayonundan Kürdəmir şəhərinə gəlmiş, həmin gün təxminən saat 01 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində olarkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə aparmışlar. Ona təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi vəkil Qədir Qədirovun və şahidlərin iştirakı ilə şəxsi axtarış zamanı ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduqdan dərhal əynində olan gödəkçəsinin qabaq cibindən 02 ədəd kibrit qutusunu və bir ədəd qara rəngli parçada içərisində “elektroşok” olan əşyanı çıxıarıb masanın üzərinə qoymuşdur. Həmin qutular açılmış və içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Həmin qutular bir ədəd zərfə qoyularaq üzəri möhürlənmiş, müdafiəçi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə cinayət törətdiyini və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə aparmış, üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan gödəkçənin cibindən 02 ədəd kibrit qutusunu və bir ədəd qara rəngli parçada içərisində “elektroşok” olan əşyanı çıxarıb masanın üzərinə qoymuş, sonra həmin kibrit qutuları açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, büküm 01 ədəd zərfə qoyulmuş üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, onun kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir rayon polis şöbəsinin İTB-nin polis nəfəri Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1114 nömrəli rəyindən görünür ki,“ Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi-7,92qr, 5,47qr, ümumi çəkisi-13,39 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1922 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - məhkəmə-balistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1486 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, özünümüdafiə təyinatlı, fənər-elektroşokerdir, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. 2) Tədqiqata təqdim edilmiş üzərində “2000K VOLT TW-398TYPE” 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, özünümüdafiə təyinatlı, fənər-elektroşokerdir, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. 3) Təqsirləndirilən şəxs üzərində aşkar olunan 02 ədəd elektroşok öldürücü və ya zədələyəci qüvvəsi olması ekspertin zəruri biliyinə aid olmadığından cavablandırılmadı. - “Göyçay rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 3835 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-nin poliklinika şöbəsində həkim narkoloqun qeydiyatında yoxdur, lakin həkim pisixiatırın qeydiyyatında vardır. - ambulator məhkəmə-pisixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 766 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olduğu,Təqsirləndirilən şəxs hərəkətinin Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmədiyi, hal-hazırda da öz hərəkətlərini idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarında olduğu, məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.2 və 228.4-cü maddələri ilə cinayət təqibi rədd edilmişdir. - Göyçay rayon İcra Hakimiyəti başcısının Mallı-Şıxlı kənd inzibati ərazi nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli, 221 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Mallı-Şıxlı kəndində yaşayır. - Göyçay rayon İcra Hakimiyəti başcısının Mallı-Şıxlı kənd inzibati ərazi nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli, 222 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi- xx.xx.1968-ci il təvəllüdlü anası X3, xx.xx.2015-ci il təvəllüdlü uşağı X1 ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 13.39 qram qurudulmuş marixuana ekspertiza tədqiqatından sonra ümumilikdə 13.19 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.2-ci maddəsinə, əməli törədərkən və hazırda xroniki psixi xəstəlik-nevrasteniya xəstəliyindən əziyyət çəkməklə 2021-ci ildən Göyçay RMX-da “orta dərəcəl nevrasteniya”, “özünü kəsmələrlə” diaqnozu ilə qeydiyyatda durmasını CM-in 59.1.9cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Göyçay rayonunun Mallı-Şıxlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 02:00-də şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə, saat 11:30-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Kürdəmir Rayon Polis X2 Yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməklə narkoloji kabinetdə qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 13.19 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 95.95 (doxsan beş manat 95 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməklə onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Göyçay rayon icra və probasiya şöbəsinə, hökmün maddi sübutunnarkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 171 (bir yüz yetmiş bir) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Göyçay rayonu, Mallı-Şıxlı kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Göyçay rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 13.19 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 95.95 (doxsan beş manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməklə onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Göyçay rayon icra və probasiya şöbəsinə, hökmün maddi sübutunnarkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 171 (bir yüz yetmiş bir) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: X.X.İmanov Təqsirləndirilən şəxs Göyçay rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməli, nakomaniyadan məcburi müalicə olunmalı, iş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 13.19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə olan 96 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və Göyçay rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq qalmış 13.19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs 95.95 (doxsan beş manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən /imza var/ Əsli ilə düzdür: X11 Kürdəmir rayon məhkəməsinin məhkəmə baxışının QƏRARİ müdafiəçinin hüquqi yardımının ödənilməsi haqqında Kürdəmir şəhəri iş № 1(041)-16/2023 xx.xx.2023 X10 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməyə kifayət qədər maddi imkanı olmadığından məhkəmənin müvafiq qərarı ilə o, vəkilin göstərdiyi hüquqi yardımın haqqını ödəməkdən azad edilmiş və göstərdiyi hüquqi yardımın haqqı dövlət büdcəsi hesabına ödənilməklə müdafiəçi ilə təmin edilmiş, hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. İşə əlavə edilmiş, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə vəkilin hesabatında iş saatı cinayət prosesini həyata keçirən orqanda 10 saat kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiəçinin hüquqi yardımını ödəməyə kifayət qədər vəsaiti olmadıqda, məhkəmənin əsaslandırılmış qərarı ilə o, müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ödəmə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Belə olan halda vəkil Müdafiəçi2 cinayət prosesini həyata keçirən orqanda Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli və həmin qərara dəyişikliklər edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəsinə görə müdafiəçiyə sərf etdiyi hər iş saatı üçün 6 (altı) manat pul müəyyən edilmişdir. Odur ki, cinayət prosesini həyata keçirən orqanda müdafiəçinin göstərdiyi hüquqi yardımın hər iş saatına 6 manat hesablamaqla vəkil Müdafiəçi2 dövlət büdcəsi hesabına 60 manat məbləğində pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3, 193.5 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs hüquqlarını cinayət prosesini həyata keçirən orqanda 10 (on) saat müdafiə etdiyi üçün müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 hər iş saatı 6 manatdan hesablanmaqla 60 (altmış) manat məbləğində əmək haqqı ödənilsin. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məlumat üçün vəkil Müdafiəçi2 göndərilsin. HAKİM X.X İMANOV Kürdəmir rayon məhkəməsinin məhkəmə baxışının QƏRARİ müdafiəçinin hüquqi yardımının ödənilməsi haqqında Kürdəmir şəhəri iş № 1(041)-16/2023 xx.xx.2023 X10 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməyə kifayət qədər maddi imkanı olmadığından istintaq orqanının müvafiq qərarı ilə o, vəkilin göstərdiyi hüquqi yardımın haqqını ödəməkdən azad edilmiş və göstərdiyi hüquqi yardımın haqqı dövlət büdcəsi hesabına ödənilməklə müdafiəçi ilə təmin edilmiş, hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X5 tərəfindən həyata keçirilmişdir. İşə əlavə edilmiş, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə vəkilin hesabatında iş saatı istintaq orqanda 25 saat kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiəçinin hüquqi yardımını ödəməyə kifayət qədər vəsaiti olmadıqda, məhkəmənin əsaslandırılmış qərarı ilə o, müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ödəmə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Belə olan halda vəkil X4 istintaq orqanda Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli və həmin qərara dəyişikliklər edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəsinə görə müdafiəçiyə sərf etdiyi hər iş saatı üçün 6 (altı) manat pul müəyyən edilmişdir. Odur ki, istintaq orqanda müdafiəçinin göstərdiyi hüquqi yardımın hər iş saatına 6 manat hesablamaqla vəkil X4 dövlət büdcəsi hesabına 150 manat məbləğində pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3, 193.5 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs hüquqlarını cinayət prosesini həyata keçirən orqanda 25 (iyirmi beş) saat müdafiə etdiyi üçün müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 hər iş saatı 6 manatdan hesablanmaqla 150 (bir yüz əlli) manat məbləğində əmək haqqı ödənilsin. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məlumat üçün vəkil X4 göndərilsin. HAKİM X.X İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 3300, Kürdəmir şəhəri, Tel: (020) ******* Heydər Əliyev prospekti, 22 Faks: (020) ******* Kürdəmir şəhəri iş 1(041)-16/2023 xx.xx.2023 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(041)-16/2023 nömrəli qərarları icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X11 surəti: Kürdəmir şəhəri iş 1(041)-16/2023 xx.xx.2023 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(041)-16/2023 nömrəli qərarları icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X11
Məhkəmə qərarları › İş №1(041)-16/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-16/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver