Məhkəmə qərarları › İş №1(041)-16/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-16/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-16/2025 28.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Kürdəmir rayon məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs 2024-cü il tarixdə avqust ayının sonlarında saat 17-18 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tanışı Şahid2 50 manat pul müqabilində təmiz çəkisi 0,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, əldə etdikdən sonra təxminən 30-31 avqust 2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Dəmiryolunun üstündə tanışı Şahid1 35 manat pul müqabilində qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra satmış, xx.xx.2024-cü il saat 21:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq ön sağ kiçik cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır, evlidi, iki azyaşlı uşağı var, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Narkotik maddə olan qurudulmuş marixuanadan arada bir istifadə etmişdir. Şahid1 və Şahid2 həmkəndlisi kimi tanıyır, Şahid2 həmdə onun qonşusudur, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Təxminən 2 ay əvvəl Fariz ona məxsus otu həyətinə daşımasını xahiş etdiyi üçün 50 manat pul müqvilində idarə etdiyi Kamaz markalı avtomobillə onun otunu daşımış, Fariz qısa zamanda borcunu ödəyəcəyini desə də bunu etməmiş, borcunu istəyəndə Fariz ona 50 manat borcun müqabilində 1 kibrit qutusu marixuana verə biləcəyini demişdir. Farizlə razılaşmış və Fariz ona borcunun müqabilində 1 ədəd kibrit qutusu marixuana vermişdir. Həmin marixuananın bir qismini istifadə etmiş, qalanını isə özündə saxlamışdır. Bundan bir gün sonra yaşadığı kənddə yol ilə gedərkən Şahid1la rastlaşmış, aralarında gedən söhbət zamanı Xəyal onda marixuana olub-olmamasını soruşmuş, kibrit qutusunda qalan marixuananı Xəyala vermiş, Xəyal isə pulu kəndin ərazisində yerləşən “Anar marketə” qoyacağını və gedib oradan götürməsini xahiş etmişdir. Həmin gün axşam saatlarında merkətə gedib 35 manat pulu götürmüşdür. Bu günə qədər Şahid1 başqa heç kimə narkotik vasitə satmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, himayəsində iki uşağı var, bütün bunları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Farizin ona verdiyi qurudulmuş marixuananı yolla gedərkən Fariz onun yanında tapmış və sonradan bir hissəsini ona vermiş və hesab etmişdir ki, Fariz borcunun əvəzinə olaraq marixuananı ona vermişdir. İstifadə etmədiyi qalan hissəsini Xəyala verən zaman Xəyal ona pul verməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olub, lakin hazırda istifadə etmir. Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır, qonşu kimi normal münasibətdə olmuşlar, Ziya idarə etdiyi Kamaz markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona məxsus otu daşıdığı üçün Təqsirləndirilən şəxs 50 manat borclu yaranmışdır. Qonşu olduqları üçün hər gün küçədə raslaşdığından Ziya ondan borcunu istəmiş, lakin pulu olmadığından borcunu qaytara bilməmişdir. Həmin ərəfələrdə Kürdəmir rayonu Sığırlı kəndi ərzisində yol ilə gedərəkən yerdən 01 ədəd kağız bükümdə narkotik vasitə tapmış, lazımı olar deyə 02 ədəd kibrit qutusuna yığıb gizlətmişdir. Küçədə olarkən Ziya ona yaxınlaşıb borcunu istəmiş, Ziyanı sakitləşdirmək üçün üzərində narkotik maddə marixuana olduğunu, istifadə etməsi üçün həmin narkotik maddədən pay olaraq ona da verə biləcəyini demiş, aralarında razılıq olduğu üçün təxminən 2 saat sonra görüşüb narkotik vasitəni təmənnasız Ziyaya vermişdir. Bundan başqa Ziyaya heç bir narkotik vasitə verməmişdir. Narkotik vasitəni Ziyaya pay kimi istifadə etmək üçün vermiş və narkotik vasitəni Ziyaya verərkən borcun müqvilində verdiyini deməmişdir, sadəcə Ziya onu səhv başa düşmüşdür. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində moykada işləyir. X9 dostudur, onunla ədavəti və düşmənçiliyi yoxdur. Rəvan “Anar Market” də kassir vəzifəsində işləyir, aralarında dost münasibəti var, onlar birlikdə bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişlər. 2024-cü ilin yay ayında Ziya iş yerinə gəlib söhbət edən zaman qurudulnuş marixuana olarsa ona da verməsini xahiş etmişdir. Ziya kibrit qutusunda olan qurudulmuş marixuananı 35 manata sata biləcəyini demişdir. Həmin gün Rəvanla danışıb ondan 20 manat götürmüş, 15 manat da özü qoyub səhəri gün Ziyanın işlətdiyi moykanın yanına gəlmiş və ona yarım kibrit qutusu həcmində narkotik vasitə qurudulmuş marixuananı almış, pulu “Anar marketə” qoyacağını, oradan götürməsini xahiş etmişdir. Sonradan pulu aparıb “Anar market”ə qoymuş və bu barədə Ziyaya zəng edərək məlumat vermişdir. İkinci dəfə isə təxminən 2024-cü ilin avqust ayının sonlarında işlədiyi yerin yanında görüşmüş, ondan yenidən 35 manatlıq narkotik vasitə qurudulmuş marixuana satmasını istəmiş, Ziya razılaşandan sonra dəmiryolunun yanında marixuananı ondan götürmüş, 35 manat pulu əvvəlki qaydada “Anar Market”ə qoyub Ziyaya zəng edərək pulu ora qoyduğunu demişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Rəvanla birlikdə Sığırlı kəndində bir birilərinə söyüşlə zarafat edərkən, polis əməkdaşları yaxınlaşıb onları nizam intizama dəvət etmişlər və ictimai qaydanı pozduqları üçün onları polis şöbəsinə aparmışlar. Şöbədə sorğu sual edilərkən baş verənləri olduğu kimi polis əməkdaşlarına danışmışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixə saat 21 radələrində Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid4 və Kürdəmir RPŞ-nin İTBnin polis sahə nəfəri polis serjantı Şahid5 ilə birlikdə ünvan 1 ünvanına nalayiq söyüşlər söyməsini görüb onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişlər və gələcəkdə xoşa gəlməz hadisə olmaması üçün onları avtomaşına mindirib Kürdəmir rayon polis şöbəsinə aparmışlar. Şöbəyə gətirildikdən sonra həmin şəxslərin X9 və Şahid1 olduğu müəyyən etmişlər. Şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış zamanı Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik maddə qurudulmuş marixuana olduğu bildirmişdir. Şifahi soğru sual zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs 35 manat pul müqavilində aldığını demişdir. Həmin gün X4 üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə aparılmış, sorğu sual zamanı Təqsirləndirilən şəxs 35 manat pul müqabilində narkotik vasitə marixuananı Şahid1 verdiyini, narkotik vasitəni ona borcu olan həmkədlisi Şahid2 əldə etdiyini, təxminən 10 gün əvvəl Farizdən 50 manat pul müqabilində yəni, Farizin ona olan borcunun qarşılığında əldə etdiyini, 35 manat pul müqabilində Şahid1 satdığını, Şahid1 narkotik vasitəni 35 manata 2 dəfə satdığını bildirmişdir. Polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid4, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6 və polis nəfəri Şahid5 da Şahid3 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 müdafiəçi Qədir Qədirovun iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq Şahid1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd kağız büküm təqdim etmişdir. Bundan sonra ona üzərində və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edilmişdir. Bundan sonra o 01 ədəd “palmall” markalı siqaret qutusunu, 01 ədəd alışqanı, 01 ədəd açarı, 1 manat pulu və 01 ədəd “Samsung A13” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçridi üzərində qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra 01 ədəd “palmall” markalı siqaret qutusu, 01 ədəd alışqan, 1 manat pul və 01 ədəd açar baxış keçrildi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Samsung A13” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm açılmış içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Şahid1 üzərindən aşkar olunan narkotik vasitəni Rəvan Aslanovla birlikdə istifadə etdiklərini, təxminən 5 gün əvvəl 20 manat özü və 15 manatını Rəvan verərək ümumilikdə 35 manat pul müqabilində həmkəndlisi Ziya adlı şəxsdən əldə etdiyini, narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə etdiyini, təxminən 10 gün əvvəldə Ziya adlı şəxsdən 35 manat pul müqabilində əldə etdiyini, həmin vaxtıda Rəvanın ona verdiyi 15 manat pulun üzərinə 20 manat pul qoyaraq 35 manata Ziyadan əldə etdiyini və həmin narkotik vasitəni Rəvanla birlikdə istifadə etdiyini, təqdim etdiyi bükümüdə Rəvanla birlikdə istifadə etdikdən sonra qalan bir hissəsi olduğunu,”Samsung A13” markalı mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, heçbir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə Şahid1 narkotik vasitə təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 iştirakı ilə X4 üzərinə şəxsi axtarış aparılır. Bundan sonra X5 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması barədə soruşulmuşdur. O üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim edilməsi barədə təklif edilmişdir. Bu təklifdən sonra o 01 ədəd “Sobranie” markalı siqaret qutusu, 01 ədəd alışqan və 205 manat 70 qəpik pul təqdim etmişdir. Bundan sonra onun üzərinə axtarış keçrilmiş, hər hansı qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyara və pula baxış keçrildikdən sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı X1 Əmirovla birlikdə narkotik vasitə istifadə etdiyini, Xəyalın 20 manat özünün isə 15 manat pulu ümumilikdə 35 manat pul qarşılığında əldə etdiklərini, Həmin narkotik vasitəni Şahid1 tanışından əldə etdiyini, əvvəllərdə təxminən 10 gün əvvəl Xəyalla birlikdə narkotik vasitə istifadə etdiyini, həmin vaxtı da Xəyalın 20 özü isə 15 manat verdiyini, narkotik vasitəni Xəyal tanışından götürdüyünü, həmin şəxsi tanımadığını, ona qarşı hər hansı təsir və ya təziq olunmadığını bildirmişdir. - xx.xx.2024-cü il tarixdə X4 üzərinə şəxsi axtarıış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Murad Vəlimətovun, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. İlkin olaraq iştirakçılara NMQ-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi raport əsasında xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Əmirov X8 rayonu Sığırlı kəndində saxlanılaraq RPŞ-yə gətirilmiş və üzərinə keçrilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd kağız bükmündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülməsi izah edilmişdir. Həmçinin Şahid1 üzərində aşkar olunan vasitə qurudulmuş marixuanaya bənzər kütləni Kürdəmir rayonu Sığırlı kənd sakini Təqsirləndirilən şəxs əldə etdiyini və həmin vasitəni X9 ilə birlikdə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində hec bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o 01 ədəd “LD” markalı siqaret qutusunu, 01 ədəd kibrit qutusunu və 01 ədəd dəvətnaməni təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, üzərindən başqa qanunsuz əşaya və ya predment aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs Şahid1 onun həmkədlisi olduğunu, həmin şəxsə 35 manat pul müqabilində narkotik vasitə verdiyini, o narkotik vasitəni ona borcu olan həmkədlisi Şahid2 əldə etdiyini, təxminən 10 gün əvvəl həmin şəxsdən 50 manat pul müqabilində əldə etdiyin, sonuncu dəfə 5 gün əvvəl Farizin ona olan borcunun qarşılığında əldə etdiyini, öz istifadəsi üçün Şahid2 aldığı narkotik vasitəni bir hissəsini istifadə etmədiyindən 35 manat pul müqabilində Şahid1 satdığını, Şahid1 narkotik vasitəni 35 manata 2 dəfə satdığını, heçbir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarıış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - məhkəmə- bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ”Şahid1 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0.12 qram, tədqiqata səf olundu 0.02 qram, qalıq 0.10 qram. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1512 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -“TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-318-1-49/2-883/2024 nömrəli məktubdan görünür ki, Şahid1 Nazim oğlu, X9, Təqsirləndirilən şəxs və Şahid2 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. -xx.xx.2024-cü il tarixdə 3-17-1/2-217077/2024 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X15 Filialından alınmış məktuba əsasən Şahid1 Nazim oğluna, X5, Təqsirləndirilən şəxs və Şahid2 əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. -xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. -iş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, 1) Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 35 manat pul müqabilində X3 almışdır. 2) Təqsirləndirilən şəxs Şahid1 satdığı 0.12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Şahid2 50 manata almışdır. 3) Təqsirləndirilən şəxslə Şahid2 qabaqcadan əlbir olmamışlar. - Kürdəmir rayon İHB Sığırlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Mehman Əmirovun imzaladığı xx.xx.2024-cü il tarixli 555 nömrəli arayışda Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, aravdı, az yaşlı iki qızı) Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşadığı, xx.xx.2024-cü il tarixli 553 nömrəli xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) Cinayətin predmeti olan Şahid1 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sona qalan 0.10 qram qalığı, cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananın əldə edib saxlaması və pul müqabilində Şahid1 qanunsuz olaraq satması özlərinin etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, himayəsində iki azyaşlı uşağının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqliği qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 sentyabr 2024-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1512 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, lakin ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə Şahid1 Nazim oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0.10 qram qalığı Şahid2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən cinayət işi üzrə maddi sübut kimi tanındığı nəzərə alınmalı, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 49.74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) Şahid1 Nazim oğlunun üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.12 qram narkotik vasitə qurudulmuş marixuana ilə bağlı olduğu nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetində profilaktiki qeydiyyata alınması Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 108 (bir yüz səkkiz) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X7 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. X7 ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan, Şahid1 Nazim oğlunun üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.12 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0.10 qram qalığı Şahid2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən cinayət işi üzrə maddi sübut kimi tanındığı nəzərə alınsın. İş üzrə maddi sübut olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 49.74 (qırx doqquz manat 74 qəpik) manat ekspertiza xərci Şahid1 Nazim oğlunun üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.12 qram narkotik vasitə qurudulmuş marixuana ilə bağlı olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs narkoloji kabinetində profilaktiki qeydiyyata alınması Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 108 (bir yüz səkkiz) manat məbləğində xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar