Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-17/2023 21.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir şəhəri Aran qəsəbəsi bina 23 mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,348 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, o, Kürdəmir şəhəri Babək küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol ön cibindən 01 ədəd kağız bükümdə qablaşdırılmış təmiz çəkisi – 0,348 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitədən istifadə etdiyi üçün Kürdəmir rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Sonuncu Kürdəmir rayon məhkəməsinin qərarı ilə cəzanın qalan hissəsindən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində dostlarla görüşməyə getmiş, həmin gün axşam vaxtlarında Kürdəmir rayonuna qayıtmaq üçün Bakı şəhərində yerləşən avtovağzala getmişdir. Yolda olan zaman yol kənarında 01 ədəd “Davidoff” markalı siqaret qutsunun olmasını görmüş, həmin siqaret qutusunu götürüb içərisinə baxmış və 01 ədəd kağız büküm olmasını görmüşdür. Bundan sonra kağız bükümü açaraq içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Bükümü bağlayaraq qutuya qoymuş və qutunu da cibinə qoymuşdur. Həmin heroinin bir hissəsini istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19.30 radələrində Kürdəmir şəhəri, Babək küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, bildirmişdir ki, üzərində narkotik vasitə heroin vardır. Əynində olan qara rəngli gödəkçənin sol ön cibindən 01 ədəd “Davidoff” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra da “Davidoff” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Daha sonra gödəkçəsinin həmin cibindən 01 ədəd “Samsung” markalı qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılmış, üzərindən 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı aşkar olunmuş, başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. 01 ədəd mobil telefon ayrıca götürülmüş, 01 ədəd içərisində heç bir narkotik vasitə izi olmayan, boş “Davidoff” markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. O, bildirmişdir ki, mobil telefonun üzərində ***-***-**-**, ***-***-**- ** saylı mobil nömrələr vardır. 01 ədəd bükümün içərisinə baxış keçirilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd içərisi boş ağ rəngli zərfdə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Əvvəllər də, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün məhkum olunmuş, üzərindən aşkar olunan narkotik vasitə heroindir. 2 ildir ki, heroindən istifadə edir, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, avtovağzala gedən zaman yol kənarında “Davidoff” markalı siqaret qutusunu görmüş, içini açıb baxdıqda heroini tanıdığı üçün bilmişdir ki, içindəki kütlə heroindir, onu götürüb üzərində saxlamış, həmin kütlənin bir hissəsindən istifadə etmişdir. Heroini istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Narkotik vasitə heroini çəkmə yolu ilə istifadə edir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmiş və həmin kütlə ona məxsusdur. Hazirda əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 19:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd “Davidoff” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin qutunun içərisində 01 ədəd bükümdə narkotik vasitə heroin vardır, bundan sonra qutunun içərisindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra gödəkçənin həmin cibindən 01 ədəd “Samsung” markalı qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində müstəntiq tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli gödəkçənin ön sağ cibindən 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı aşkar olunmuş, başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. 01 ədəd mobil telefon ayrıca götürülmüş, 01 ədəd içərisində heç bir narkotik vasitə izi olmayan, boş “Davidoff” markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Samsung” markalı mobil telefonun üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr vardır. 01 ədəd gümüşü rəngli kağız bükümün içərisinə baxış keçirilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfdə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Lakin onunla heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ilə birlikdə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1208 nömrəli rəyində qeyd olunmuşdur ki,tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,348 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/1208 nömrəli rəyindən görünür ki, heroinin ümumi təmiz çəkisi–0,348 qram, tədqiqata sərf edildi 0,5 qram, 0,298 qram qalıq qalmışdır. (bax iş vər. 39-42) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1923 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 107) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin qərarı ilə cəzası 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (bax iş vər. 77-78) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş xx.xx.2022-ci il tarixli 879 nömrəli məktubdan görünür ki, Sadıqov X4 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər 106) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Kürdəmir ayon Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 721 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, 26/10 ünvanda yaşayır. (bax iş vər. 104) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax vər. 105) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20.05-də şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.12-13) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MYS-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13.00-da Kürdəmir RPŞ MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(bax iş vər.65-66) Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməli özünün izahatı, şahid ifadələri, habelə iş materialları ilə, həmçinin ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, o, ittiham olunduğu maddə ilə təqsirlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşman olmasını və onun yaşayış yeri üzrə müsbət xaraketrizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları və onun məhkumluğunun qanunla ödənilmədən və götürülmədən hazırki cinayət əməli törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanseridə qeydiyyata götürülməlidir və cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 0,298 qram heroinin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək “həbs qətimkan” tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 21 fevral 2023-cü il tarixdə hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji kabinetində profilaktiki qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi Kürdəmr RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra 0,298 qram heroinin qalığı hökm qanuni qüvvəsini aldqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2,KOD-210005VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-17/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-17/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver