Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-17/2024 22.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs 19. 11.2023-cü il tarixdə saat 17.30 radələrində yaşadığı Kürdəmir rayonu, Ərəbqubalı kəndində yerləşən evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə sonuncunun ona mütamadi olaraq spirtli içkilər qəbul etməsinə irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən vuraraq ona sol bazu-kürək birləşməsi nahiyəsinin yumşaq toxumalarının əziyi və əzələbağ (kapsul) aparatının gərilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, 1995-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından doğulmuş 4 uşaqları var, özü spirtli içki aludəçisidir, spirtli içki qəbul etdiyinə görə arvadı Sevilin narazılığı ilə üzləşmiş və aralarında dava-dalaş olmuşdur. Dəfələrlə onların işinə Kürdəmir rayon polis şöbəsində və Kürdəmir rayon məhkəməsində baxılmışdır. xx.xx.2023-cü il tarixdə saat 17.30 radələrində o, toydan evə gəlmiş, evdə arvadı Sevil ona yetkinlik yaşına çatmayan qızını nişanlamaq istədiyini bildirdikdə buna etiraz etmiş, həmin etiraz mübahisəyə çevrilərək əsəbləşdiyindən arvadını özündən aralamaq üçün əli ilə onu itələmiş, lakin onu vurmamışdır. Mübahisəni onladan başqa heç kim görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, 1995-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahlarından doğulmuş dörd uşaqları vardır. Əri Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir, bu səbəbdən dəfələrlə aralarında mübahisə olmuş, hər dəfə Natiq onu söyüb təhqir etmiş və döymüşdür. Bununla bağlı dəfələrlə işləri Kürdəmir RPŞ-nə və Kürdəmir rayon məhkəməsinə düşmüşdür. 19. 11.2023-cü il tarixdə saat 17.30 radələrində evdə olan zaman əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlib qızının nişan işlərinə qarışaraq əsasszı yerə söz-söhbət salmış, mübahisə zamanı Natiq onu yumruqla bir neçə dəfə vurub döymüşdür. Bu vaxt evdə olan uşaqları Rəna və Nahid onları aralamışlar. Bundan sonra Natiq evdən çıxıb getmişdir. Nəinki Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, əksinə məhkəmə bitdikdən sonra nikahın pozulması ilə məhkəməyə müraciət edəcəkdir. Bu məsənə dəfələrlə təkrar edildiyi üçün onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İş üzrə Şahid məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun valideyinləridir. Xeyli müddət olar ki, onların ailəsində narazılıq vardır. Belə ki, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul etmiş və sərxoş vəziyyətdə evdə mübahisələr etmişdir. Bu müddət ərzində Kürdəmir RPŞ-si və Kürdəmir rayon məhkəməsi tərəfindən dəfələrlə araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 17.30 radələrində o, evdə olan zaman atası Təqsirləndirilən şəxs yenə də sərxoş vəziyyətdə evdə heç bir səbəb olmadan mübahisə etməyə başlamışdır. Anası Zərərçəkmiş şəxs ona spirtli içkilər qəbul etdiyinə görə iradlarını bildirəndə atası Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs vurub döymüşdür. Həmin vaxt o, və bacısı Rəna Muradova onları aralamışlar. Bundan sonra atası Natiq evdən çıxıb getmişdir. Məhkəməyədək sadələşdirimiş icraat materialında olan və məhkəmə istintaqında tədqiq edilmiş: -məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 551 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: sol bazu-kürək birləşməsi nahiyəsinin yumşaq toxumalarının əziyi və əzələ-bağ (kapsul) aparatının gərilməsi- KÜT əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - xx.xx.2023-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. - Kürdəmir rayon Məhkəməsinin 1(041)-17/2023 nömrəli, xx.xx.2024-ci il tarixli qərarı ilə məhkəmə iclaslarına gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və o xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq adiyyəti üzrə təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan işin icraatına xitam verilmiş, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işin icraatına xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən xitam verilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay islah işləri cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1, 68.1.3 və 69.3-ci maddələrinə əsasən 04 ay 28 gün azadlıqdan məhrum etmə cəzası verilmişdir. xx.xx.2023-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə cinayət əməlini törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində arvadı Zərərçəkmiş şəxs vurmadığını bildirsə də, ibtidai təhqiqat zamanı verdiyi ifadəsində 19. 11.2023-cü il tarixdə saat 17.30 radələrində toydan evə gələn zaman arvadı spirtli içki içdiyinə görə arvadı Sevillə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Sevil onun üstünə gəldiyindən bir-iki dəfə yumruqla onu vurduğunu bildirmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs izahatı onun müdafiəçisinin iştirakı ilə alınmış, özü sərbəst şəkildə izahat vermişdir. Məhkəmə istintaqında cinayət əməlini törətmiş şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla yanaşı iş üzrə ifadəsi elan olunmuş şahidin ifadəsi, ekspertiza rəyi, habelə iş materiallarında olan digər sənədlərlə onun ifadəsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə zərərçəkmişin, ifadəsi elan edilmiş şahidin, habelə ekspert rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunub. O həmin maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə cinayət əməlini törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi, lakin cəza təyin edilərkən onun məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs eyni əməli bundan əvvəldə bir neçə dəfə törətmiş, sonuncu dəfə eyni əmələ görə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilməsinə baxmayaraq yenidən eyni əməli məhkumluğu ödənilmədən yenidən törətmiş, iş məhkəməyə daxil olandan sonra təyin edilmiş məhkəmə iclasınarına gəlməkdən yayındığı üçün barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmə iclasında törətdiyi əməldən peşman olmadığı əksinə zərəçəkmiş şəxsə qarşı hədə qorxu hərəkətlərini davam etdirmişdir. Bu hallar onu göstərir ki, onun barəsində təyin edilmiş məhkəmə cəzaları onun islah olunması üçün heç bir müsbət təsir göstərməmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli axtarışda olan şəxsin tutulduğu vaxtdan yəni, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-17/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-17/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver