Məhkəmə qərarları › İş №1(041)-17/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-17/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-17/2025 19.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1976-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Kürdəmir rayonu Cənub məhəlləsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə; xx.xx.1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir şəhəri 30 saylı yol istismar idarəsinin inzibati binasında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində dostu xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə tanışı xx.xx.1964-cü il təvəllüdlü, Zərərçəkmiş şəxs1 məxsus, həmçinin sonuncunun yaşadığı Kürdəmir şəhəri Bakı prospekti 3 ünvanında yerləşən evinin həyətinə gələrək, orada heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, birgə davranış qaydalarına, əxlaq, mənəviyyət normalarına riayət etməyərək, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib E.X.Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək Fərid Alahverdiyevlə bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs1 üzərinə hucum edərək yumruq və təpiklə bədənin müxtəlif nahiyyələrindən vurub ona fiziki ağrı yetirdikdən sonra, ümumi niyyətdən kənara çıxaraq F.Z Allahverdiyevin xəbəri olmadan, üzərində gizlətdiyi bıcağı cibindən çıxarıb silah qismində istifadə edərək, xuliqanlıq niyyəti ilə sonuncunun sol boyun nahiyyəsindən bir dəfə qəsdən vurub, əli ilə ağız nahiyyəsindən tutub dartaraq ona boynun sol yan səthində, sol ağız bucağında kəsilmiş yaralar ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş Zərərçəkmiş şəxs1 sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra isə yenidən Təqsirləndirilən şəxs2lə birlikdə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət olunan qərəzli hərəkətlərini davam etdirib, yəni evin 1-ci mərtəbəsində yerləşən aynabəndin şüşələrini qəsdən sındıraraq Zərərçəkmiş şəxs1 ümumilikdə 120 manat qiymətində ziyan vurmaqla xuliqanlıq etmişdir. Cinayət işi üzrə ittiham aktına əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində dostu xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə birlikdə tanışı xx.xx.1964-cü il təvəllüdlü, Zərərçəkmiş şəxs1 məxsus, həmçinin sonuncunun yaşadığı Kürdəmir şəhəri Bakı prospekti 3 ünvanında yerləşən evin həyətinə gələrək, orada Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, birgə davranış qaydalarına, əxlaq, mənəviyyət normalarına riayət etməyərək, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyüb üzərinə hücüm edərək qəsdən onu yumuruq və təpiklə bədənin müxtəlif yerlərinə zərbələr endirərək fiziki ağrı yetirib qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra isə yenidən Təqsirləndirilən şəxs1la birlikdə qərəzli hərəkətlərini davam etdirib özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan, yəni evin 1-ci mərtəbəsində yerləşən aynabəndin şüşələrini qəsdən sındıraraq Zərərçəkmiş şəxs1 ümumilkdə 120 manat qiymətində ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri şəhid Abubəkir küçəsində yerləşən qardaşı X1 məxsus evin həyətində arvadı Zərərçəkmiş şəxs2 aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 sol bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq, ona sol bud nahiyyəsində deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında normal münasibətləri olmuş, ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir şəhəri dördyol dairəsi yaxınlığında Sabirin kafesində spirtli içki qəbul etdikdən sonra Fəriddən aralanaraq əxlaqsız qadınla görüşmək üçün Eminin evinə gedib Emindən evində olan qızların biri ilə görüşməyə şərait yaratmasını xahiş etmişdir. Emin onun təklifinə etiraz etdiyinə görə aralarında mübahisə baş vermiş, mübahisə zaman Emin onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə yeriyib cibindən ağ rəngli dəstəyi olan bıçağı çıxarıb onu vurmaq istəmişdir. Bıçağı Eminin əlindən alıb özünü müdafiə etmək üçün onun sol böyun nahiyyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bıçaq əlindən yerə düşən kimi Emin həmin bıçağı və yerdə olan beli (lapatkanı) götürüb sonradan oraya gələn Fəridin üstünə cummuş, onlar dalaşmağa başlamış, Fərid bıçağı Eminin əlindən almaq istəyəndə bıçaq onun əlini kəsmişdir. Emin bel ilə onun və Fəridin bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən zərbə vuraraq onlara xəsarətlər yetirmiş, sonra isə qaçıb çıxıb getmişdir. Emin getdikdən sonra Fərid arvadı Günayı axtarmaq üçün, o isə əxlaqsız qadınla görüşmək üçün Eminin evinin birinci mərtəbəsinə girmişlər, Fərid evin birinci mərtəbəsində pəncərənin şüşələrini əli ilə vuraraq sındırmışdır. Həmin vaxt evin birinci mərtəbəsində Təhminə, Sahibə və Əfqan adlı şəxslərin olduğunu görmüş, Sahibə və Əfqan qaçıb getmişlər, Təhminə isə orada qalmışdır. Orada əxlaqsız qadın olmadığından, Fərid də Günayın orda olmadığını görüb çıxıb getmişlər. Mübahisə vaxtı orada ondan, Fəriddən və Emindən başqa heç kim olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs1 sonda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, himayəsində iki uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 rayon sakini kimi tanıyır, aralarında düşmənçilik və ədavətləri olmamışdır. Emin yaşadığı evdə əxlaqsız qadınlar saxlayaraq pul qarşılığında müxtəlif şəxslərlə görüşməsinə şərait yaradıb gəlir əldə etmiş və bu işdə ona qeyri rəsmi arvadı Günayın anası Şahid2 Alpout qızı da kömək etmişdir. Təhminə də Eminin evində yaşadığına görə Günay da Eminin evinə gəlib-getmişdir. Günayın ora gəlməsinə razı olmadığı üçün Eminin əxlaqsız yuvası saxlaması barədə polisə məlumat vermiş və Eminə iradını bildirdiyinə görə münasibətləri pisləşmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə spirtli içki qəbul edib Qismətdən aralanandan sonra Emin zəng vuraraq onu yaşadığı evə söhbət etmək üçün çağırdığına görə saat 22:30 radələrində Eminin evinə getmiş, həyətə girəndə evin həyətində Qismətlə Eminin mübahisə etdiklərini və dalaşdıqlarını görmüş, Emin onu görən kimi üstünə cumaraq əlindəki ağ rəngli dəstəyi olan bıçaqla onu vurmaq istəmiş, buna mane olub bıçağı Eminin əlindən alanda bıçaq onun sol əlini kəsmişdir. Emin yerdən beli götürüb bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vurmuş, bundan sonra Emin Qismətin də üstünə cumaraq onu vurmaq istəmiş, Qismət də bıçağı Eminin əlindən alaraq onun sol boyun nahiyyəsindən qəsdən bir dəfə vuraraq, eləcədə əli ilə ağız nahiyyəsindən tutub dartaraq onu özlərindən aralaşdırmış, bundan sonra Emin oradan qaçıb getmiş, arvadı Günayı axtarmaq üçün Qismətlə birlikdə evin birinci mərtəbəsinə girmiş, əsəbi halda olduğu üçün əli ilə vuraraq evin birinci mərtəbəsinin şüşələrini sındırmışdır. Həmin vaxt Təhminə, Sahibə və Əfqan orada olmuşlar, lakin Günayın orada olmadığını görüb çıxıb getmişdi. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Təhminənin qaldığı evə gedərək arvadı kimi saxladığı Günayı özü ilə qardaşı Həsrətin evinə aparmış, həmin gün saat 17 radələrində evin həyətində Günay ilə söhbət edərək həbsdə olduğu müddətdə hər hansı şəxslə əlaqəsinin olub-olmamasını soruşmuş, Günay da heç kimlə əlaqəsinin olmadığını, ancaq ondan ayrılmaq istədiyini demiş, bu zaman əsəbləşərək həyətdəki stolun üzərində olan əlamətlərini xatırlamadığı balaca mətbəx bıçağını götürüb Günayı qorxutmaq məqsədilə onun sol bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq oradan siqaret almaq üçün küçəyə çıxıb bıçağı xatırlamadığı yerə tullamış, evə qayıdıb həmin gecəni Günayla birlikdə orada qalıb ertəsi gün çıxıb getmişlər. Hazırda Zərərçəkmiş şəxs2 ilə barışıb, Günayın ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi təqsirli bilmir. Təqsirləndirilən şəxs1 sonda törətdiyi əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs2 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanıyır, onlarla münasibətləri əvvəllər normal olsa da son zamanlar Fərid yaşadığı evə gələrək onu narahat etdiyi üçün Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində yaşadığı evin həyət qapısının qarşısında Qismətlə rastlaşmış, həyətə girərək söhbət zamanı Qismət ondan evində görüşmək üçün əxlaqsız qadın olub-olmadığını soruşmuşdur. Bununla bağlı Qismətlə aralarında mübahisə düşmüş, mübahisə vaxtı Fərid də yanlarına gələrək qeyri-rəsmi arvadı Günayın onun evində olub-olmadığını soruşmuş, Fəridə Günayın onun evində olmadığını, eləcədə harda olduğunu bilmədiyini dedikdə Fərid onunla mübahisə edərək üstünə yeriyib təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Həmin vaxt Qismət də üstünə gəldiyinə onu döyəcəklərindən ehtiyat edərək evin ikinci mərtəbəsinə qalxmış, Qismət üstünə gələrək əlində olan qaranlıq olduğu üçün görmədiyi iti uclu əşya ilə sol boyun nahiyyəsindən qəsdən bir dəfə vuraraq, eləcədə əli ilə ağız nahiyyəsindən tutub dartaraq xəsarət yetirmişdir. Onu öldürəcəyindən qorxaraq pilləkan ilə ikinci mərtəbəyə qaçmış, pəncərədən isə qonşunun yaşayış olmayan həyətinə düşərək oradan xəstəxanaya getmiş, həmçinin Qismətdən DİN-nin 102 xidmətinə vşikayət etmişdir. Sonradan yaşadığı evə qayıdanda yaşadığı evin birinci mərtəbəsinin pəncərəsinin şüşələrinin də sındırıldığını görüb həmin vaxt orada olan Təhminə digər şəxslər ilə əlaqə saxlayıb həmin şüşələri kimin sınıdırdığı barədə maraqlandıqda Təhminə və həmin vaxt orada olan Sahibə və Əfqan həmin şüşələri Fərid və Qismətin əlləri ilə vuraraq sındırdıqlarını demişlər. Hadisə təxminən 10-15 dəqiqə müddətində davam etmiş, hadisə zamanı yaşadığı evdə tanışları Təhminə, Sahibə və Əfqan olmuş, Fəridin onun evinin pəncərəsinin şüşələrini sındırması nəticəsində ona 120 manat maddi ziyan dəymişdir. Fərid və Qismət hər ikisi tamamilə yalan deyirlər, onun əlində bıçaq, eləcədə hər hansı əşya olmamış, onları vurmamışdır. Əvvəlcə Fərid onunla əlbəyaxa dava etmiş, sonra Fərid Qismətdən onu bıçaqla vurmasını istəmiş, Qismət də əlində olan qaranlıq olduğu üçün görə bilmədiyi iti uclu əşya ilə onun sol boyun nahiyyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin Təhminə, Sahibə və Əfqan onun tanışlarıdır. Təhminənin iş yeri onun evinə yaxın olduğu üçün hərdən onun evinə gəlib istirahət etmiş, Sahibə onun evini təmizləmişdir. Yaşadığı evdə heç vaxt əxlaqsızlıq yuvası saxlamamış, bununla bağlı heç bir gəlir əldə etməmişdir. Sonradan təqsirləndirilən şəxsləri bağışlamış və barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qeyri-rəsmi əridir, münasibətləri baş tutmadığından anası Şahid2 Alpout qızı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Fərid yanına gələrək onunla birlikdə getməyi təklif etmiş saat 17 radələrində Fəridlə birlikdə Kürdəmir şəhəri şəhid Əbubəkir küçəsində yerləşən qardaşı Həsrətin evinə getmişlər. Fərid həbsdə olduğu vaxtlarda guya onun əxlaqsızlıq etməsi barədə söhbətlər eşitdiyini demiş, Fəridə belə halın baş vermədiyini dedikdə aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı birbirlərini təhqir etmişlər və Fərid həyətdə stolun üzərində olan bıçağı götürüb sol baldır nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Həmin gün Fəridlə birlikdə həmin evdə qalmışlar, ertəsi gün anasının yanına qayıtmış və hadisə barədə heç kimə deməmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən oğlu Əmrah sol baldır nahiyyəsində xəsarət olduğunu görüb bu barədə soruşanda ona baş vermiş hadisəni danışmış, Əmrah da DİN-nin 102 xidmətinə zəng vuraraq baş verərnlər barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs2lə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Alpout qızı ifadəsində göstərdi ki, xadimə işləyir, küçə süpürür, öz yaşadığı ev işlədiyi yerdən uzaq olduğu və gedib-gəlmək çətin olduğu üçün hərdən tanışı Eminə məxsus ünvan 4 ünvanında qalır. Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 isə qızı Günayın qeyri-rəsmi əridir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışları Sahibə və Əfqan ilə birlikdə Eminin evində olmuşdur. Həmin gün saat 22:30 radələrində həyətdən səs-küy gəldiyini görüb yaxınlaşıb pəncərədən həyətə baxanda Eminin tanışları Qismət və Fəridlə mübahisə etdiklərini, əlbəyaxa olub dalaşdıqlarını, sonra Eminin qaçaraq evin ikinci mərtəbəsinə çıxdığını görmüşdür. Fəridin ona yaxınlaşaraq Günayı axtardığını bilmiş, ona Günayın orada olmadığını demişdir. Fəriddə əli ilə zərbə vuraraq evin pəncərəsinin şüşələrini sındırmış, sonra Qismətlə çıxıb getmişlər. Ətraf qaranlıq olduğu və onların yaxınında olmadığı üçün Eminin boğaz nahiyyəsindən kimin hansı şəraitdə və nə ilə vurmasını görməmiş, hadisə təxminən 15 dəqiqə davam etmiş, hadisə zamanı Sahibə və Əfqandan başqa orada heç kim olmamışdır. Qismət və Fəridin onun əxlaqsızlıqla məşğul olması, hər hansı şəxsi fahişəliyə cəlb etrməsi, eləcədə Eminin evində əxlaqsızlıq yuvası saxlaması barədə dedikləri tamamən yalandır, əxlaqsızlıqla məşğul olmamış, Emin evində əxlaqsızlıq yuvası saxlamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanışıdır, evdə tək yaşadığından birlikdə oturub söhbət edirlər. xx.xx.2024-cü il tarixdə Emin zəng edib onu evinə dəvət etmiş, evdə ondan başqa evin təmizlik işlərinə baxan Sahibə və küçədə süpürgəçilik edən Fəridin qaynanası Təhminə olmuşdur. Axşam saatlarında həyətdən səs-küy gəldiyini eşidib yaxınlaşıb pəncərədən çölə baxmış, Eminin tanışları Qismət və Fəridlə biri-birlərinin ünvanına nalayiq ifadələr işlətməklə əlbəyaxa dava etdiklərini görmüşdür. Bundan bir neçə dəqiqə sonra Fərid və Qismət onların yanına gəlmiş, Fərid arvadı Günayı axtardığını demiş, Təhminə qızının onların yanında olmadığını bildirəndə Fərid əlinin zərbəsi ilə evin birinci mərtəbəsinin pəncərələrini sındırdı və onların ünvanına da təhqiramiz ifadələr işlədərək çıxıb getdilər. Eminin boğaz nahiyyəsindən kim tərəfindən və hansı şəraitdə vurulmasını görməsə də, onların uca səslə Eminin və onların ünvanına nalayiq ifadələrlə söyüş söymələrinin şahidi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, sənəddə adə Rasimə olsa da tanışları onu Sahibə kimi tanıyır. Zərərçəkmiş şəxs1 tanışıdır, evində təmizlik işləri görür. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Eminin evində olarkən həyətdən səs-küy gəldiyini eşidib pəncərədən çölə baxmış, Eminin tanışları Qismət və Fəridlə mübahisə etdiyini və sonra əlbəyaxa dava etdiklərini görmüşdür. Bundan bir neçə dəqiqə sonra Fərid və Qismət onların yanına gəlmiş, Fərid arvadı Günayı axtardığını demiş, ona Günayın onların yanında olmadığını bildirəndə Qismətlə birlikdə evin birinci mərtəbəsinin pəncərələrini əlləri ilə vuraraq sındırdılar və çıxıb getdilər. Eminin boğaz nahiyyəsindən kim tərəfindən və hansı şəraitdə vurulmasını görməsə də, onların ucadan nalayiq ifadələrlə söyüş söymələrinin şahidi olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 254 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarət: boynun sol yan səthində və sol ağız bucağında kəsilmiş yaralar – iti xassəyə malik alət təsirindən törənmişdir, bıçaqla kənar şəxs tərəfindən yetirilə bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən 18 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 256 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunan xəsarətlər: sol əlin ovuc səthində deşilmiş-kəsilmiş yara, sol bazunun orta 1/3-nin ön səthində cızıq, sol ayaq pəncəsinin üst səthində sıyrıq-müvafiq olaraq iti və küt alətlər (əşyalar)təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 18 iyun 2024-cü il tarixdə bıçaq və kürəklə yetirilə bilərdi, qeyd olunan xəsarətlərdən sol əlin ovuc səthindəki kəsilmiş-deşilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sol bazunun ön səthində aşkar olunan cızıq və sol ayaq pəncəsinin üst səthində aşkar olunan sıyrıqlarsağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunan xəsarətlər: başın təpə nahiyyəsində, sol qaşaltı nahiyyədə, sağ mil-biləkdə və sol ayaq pəncəsinin V barmağında sıyrıqlar, küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 18 iyun 2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 333 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər: sol bud nahiyyəsində kəsilmiş deçilmiş yara, iti xassəyə mail əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamılılğa yüngül zərərvurma ailə edilir. - Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-49/2-664/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatda durmur, həkim narkoloqun qeydiyyatında durur. - Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-49/2-666/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialının verdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-174541-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialının verdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-174542-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Kürdəmir rayonu Cənub məhəlləsində yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində tanışı xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək tanışı xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus həmçinin sonuncunun yaşadığı Kürdəmir şəhəri, Bakı prospekti 3 ünvanında yerləşən evinin həyətində heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcədə şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən hərəkətlər edib, E.X.Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək onun ağız nahiyyəsindən əli ilə dartaraq, eləcədə əlindəki bıcağı silah qismində istifadə edib sonuncunun sol boyun nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarətlər yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhəri, şəhid Əbubəkir küçəsində yerləşən qardaşı X1 məxsus yaşayış olmayan evin həyətində arvadı Zərərçəkmiş şəxs2 onun sözünə baxmaması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyətdəki stolun üzərindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs2 sol bud nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq, ona xəsarət yetirmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Qarnizonu Hərbi Tirbunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 243, 42-ci maddəsi ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmış, Fizuli və Qubadlı qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 243-cü maddəsi ilə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 29, 177.2.3-cü maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ACDİÜ-nın AR məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 126.2.4, 221.3, 66.3, 67-ci maddələri ilə 09 il azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013cü il tarixdə Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 01 il 02 ay 2 gün vaxtından əvvəl şərti azad edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə AR CM-də xx.xx.2016-cı il tarixli dəyişikliyə əsasən azad olunmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə AR CM-də dəyişikliklər edilməsi haqqında AR xx.xx.2017-ci il qanununa əsaəsn Nizami rayon məhkəməsinin qərarı ilə azad edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasına çəkilməmiş hissəsindən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Kürdəmir rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3, 69.4-cü maddələri ilə şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 500 misli miqdarınmda cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 183.2.2-ci madəsi ilə 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına və 550 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-cü il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə cəzası 06 il 03 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3, 62 və 67.1-ci maddələri ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına və 510 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya”qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2022-ci ildə “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11 bəndinə əsaəsn amnistya aktının tətbiq edilməısi barədə cərimə cəzasından azad edilmişdir və şöbənin qeydiyyatından çıxarılmış, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3, 234.1, 66.2, 93.1.2-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə vaxtınan əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. - Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə törədilmiş əməlin və buna uyğun olaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın düzgünlüyünü müəyyən etmək məqsədilə aparılmış məhkəmə istintaqının yekunu olaraq aşağıdakı nəticəyə gəlir. Əvvələn, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Məhkəmə ilk növbədə, Cinayət Məcəlləsinin 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxslərin heç bir əsas olmadan, Zərərçəkmiş şəxs1 ilə aralarında olan mübahisə zamanı orada olan kənar şəxslərə əhəmiyyət verməməsi, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 221.2.1-ci maddələri ilə tövsif olunub. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində mübahisə vaxtı onların yanında Emindən başqa heç kimin olmadığını bildirsələr də, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Alpout qızı, Şahid4 və Şahid3 mübahisə baş verən vaxtı onların evdə olmalarını, Eminin tanışları Qismət və Fəridlə mübahisə etdiyini və sonra əlbəyaxa dava etdiklərini gördüklərini, bundan bir neçə dəqiqə sonra Fərid və Qismətin onların yanına gəlmələrini, Fəridin arvadı Günayı axtardığını, ona Günayın onların yanında olmadığını bildirəndə Qismətlə birlikdə evin birinci mərtəbəsinin pəncərələrini əlləri ilə vuraraq sındırdıqlarını və çıxıb getmələrini, Eminin boğaz nahiyyəsindən kim tərəfindən və hansı şəraitdə vurulmasını görməsələr də, onların ucadan nalayiq ifadələrlə söyüş söymələrinin şahidi olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət əməlinə görə və Təqsirləndirilən şəxs2 törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özlərinin müdafiəsi üçün seçdikləri tərzdə bu məzmunda ifadə verirlər, Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin ifadələri araşdırılmış, tədqiq edilən sübutlarla onlarn ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamla özlərini təqsirli bilmələri barədə səmimi etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs1 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması və ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun törətdiyi müxtəlif cinayət əməllərinə görə əvvəllər də məhkum olunmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 221.2.1-ci maddələri ilə ittiham elan olunmuş və məhkəmə istintaqında hər iki maddə ilə təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs2lə barışdıqlarını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, CM-nin 128-ci maddəsi həmin Məcəllənin 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar həmin hissədə cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs2 orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3, 234.1, 66.2, 93.1.2-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtınan əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. X2 barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması və ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən haldır, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi, yəni cinayətin residivinin olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun törətdiyi müxtəlif cinayət əməllərinə görə əvvəllər də məhkum olunmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin Məcəllənin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 19.06.24-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-675/2024 nömrəli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-675/2024 nömrəli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş 11 (on bir) ay 06 (altı) gün hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tam və ya qismən birləşdirməklə, qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqı ödənilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan hissədə cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-675/2024 nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-675/2024 nömrəli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş 11 (on bir) ay 06 (altı) gün hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, üzərində qəti olaraq 02 (iki) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi ziyan, maddi subut, ekspertiza xərci, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 150 (bir yüz əlli) manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 150 (bir yüz əlli) manat məbləğində pul ödənilsin Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar