Məhkəmə qərarları › İş №1(041)-18/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-18/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-18/2023 14.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-ci ildə Kürdəmir rayonu Atakişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu Atakişli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus, Kürdəmir şəhəri “Təzə bazar” ərazisində yerləşən mağazanın ön şüşəsini sındıraraq içəri qanunsuz daxil olaraq, oradan 100 ədəd hər birinin qiyməti 2 manat 70 qəpik olan cəmi 270 manat dəyərində “Winchester” markalı siqaretləri, 30 ədəd hər birinin qiyməti 3 manat 20 qəpik olan, cəmi 96 manat dəyərində “LD nazik”markalı siqaretləri, 30 ədəd hər birinin qiyməti 3 manat olmaqla cəmi 90 manat dəyərində “LD kompak” markalı siqaretləri, 20 ədəd hər birinin qiyməti 3 manat 70 qəpik olmaqla cəmi 74 manat dəyərində “Kent” markalı siqaretləri, 20 ədəd hər birinin qiyməti 4 manat olmaqla cəmi 80 manat dəyərində “Sobranie” markalı siqaretləri, 30 ədəd hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla cəmi 63 manat dəyərində “Veqas” markalı siqaretləri, 30 ədəd hər birinin qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 81 manat dəyərində “Palmall” markalı siqaretləri, həmin mağazada kənarda qutuya yığılmış “Azərcell”, “Narmobile” və "xxxx" MMC-yə məxsus 1, 2, 3 və 5 manatlıq ümümilikdə 400 manat dəyərində konturları, 1 ədəd selofan paketdə olan 35 manat qəpik pulları, 01 ədəd selofan paketdə olan 65 manat qəpik pulları və qutuda olan 1 manatlıq cəmi 80 manat kağız pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1334 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Kürdəmir rayonu Muradxan kəndində yaşayan Zərərçəkmiş şəxs1 Hacıağa oğluna məxsus, Kürdəmir şəhəri “Təzə bazar” ərazisində yerləşən mağazanın ön qapısının qıfılını sındıraraq içəri qanunsuz daxil olaraq, oradan 10 ədəd hər birinin qiyməti 3 manat 20 qəpik olan cəmi 32 manat qiymətində “LD” markalı siqretləri, 30 ədəd hər biri qiyməti 2 manat 70 qəpik olan cəmi 81 manat qiymətində “Vinçester” markalı siqaretləri, 20 ədəd hər birinin qiyməti 2 manat olan 40 manat qiymətində “Bakı”markalı siqaretləri, 10 ədəd hər birinin qiyməti 2 manat 20 qəpik olan cəmi 22 manat qiymətində “Magna” markalı siqaretləri və kassada olan 640 manat kağız əskinaslı pulları və 40 manat qəpik pulları gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 855 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Kürdəmir rayonu Atakişli kəndində yaşayır, səhhətində müəyyən çətinliklər var, əvvəllər də oğurluq hadisəsi törətdiyinə dəfələrlə məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad olunmuşdur. Heç bir yerə işləmədiyinə görə maddi vəziyyəti yaxşı deyil. xx.xx.2022-ci il tarixdə axşam saatlarında pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və həmin gün saat təxminən 02 radələrində Kürdəmir şəhəri “Təzə bazar” adlanan yerin qarşısına gəlib bazarın həyətinə keçmiş, orada olan tanımadığı şəxsin mağazasının ön şüşəsini sındıraraq içəri daxil olmuşdur. Mağazadan vitrində olan 100 ədəd “Winchester” markalı 30 ədəd “LD” markalı nazik siqaret, 30 ədəd kompakt “LD” markalı, 60 ədəd Kent markalı, 20 ədəd Sobranie markalı, 30 ədəd “Veqas”markalı, 30 ədəd “Palmalı” markalı siqaretləri və həmin yerdə kənara yeşik içərisində olan 1, 2, 3, və 5 manatlıq konturları, masanın üzərində olan 2 ədəd selefon paketdə 35 manat digərində isə 65 manat qəpik pulları və masanın üzərində yeşiyə yığılmış 1 manatlıq 80 manat pul əskinazını oğurlayıb mağazadan çıxmışdır. Həmin siqaretlərin bir qismini özü istifadə etmək üçün yaşadığı evdə gizlətmiş, qalan hisəsini götürərək satmaq niyyəti ilə Bakı şəhərinə gedərək 20 Yanvar dairəsində tanımadığı şəxsə 350 manat pul müqabilində satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə olan zaman yenə də oğurluq etmək qərarına gəlmiş və təxminən saat 04 radələrində evdən çixaraq Kürdəmir şəhəri ərazisində yerləşən Təzə bazar adlanan yerə getmiş, orada yerləşən mağazanın birinin qıfılını yerdən tapdığı dəmirlə qırıb mağazaya daxil olmuş, kassanın yanında siqaretlər olan cərgədən 10 ədəd “LD” markalı siqret, 30 ədəd “Vinçester” markalı siqaret, 20 ədəd “Bakı”markalı siqaret, 10 ədəd “Magna” markalı siqaret və kassada olan 640 manat kağız pulu, 40 manatlıq isə qəpik pulu götürüb mağazadan çıxmışdır. Oğurladığı siqaretləri özü istifadə etmiş, pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs sonda dəymiş ziyanı tam şəkildə ödədiyini bildirərək əməlindən peşman olmasını nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhərində yerləşən Təzə bazar Ticarət mərkəzində icarə müqaviləsi əsasında mağaza işlədir, mağazada hər gün səhər 06 radələrində fəaliyyətə başlayır və saat 14 radələrində fəaliyyətini dayandıraraq mağazanı bağlayıb evinə gedir. Bazara və mağazalara nəzarəti mühafizə polisi həyata keçirmişdir. xx.xx.2022-il tarixdə saat 14 radələrində mağazanı həmişəki kimi bağlayıb evinə getmiş və səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 06 radələrində mağazaya gəlib pul yığdığı kağız yeşiyin içərisində olan bir manatlıq pul əskinasların yerində olmadığını, Cin, Nar və Sim konturları yığdığı yeşikdə heç bir kontur olmadığını, vitrində olan 26 qutu siqaretin və masanın üzərində sellofan torbaya yığdığı 65 manat dəmir xırda və digər sellofanda olan 35 manat dəmir xırda pulların sellofan qarışıq yerində olmadığını, həmçinin mağazanın pəncərsinin bir layının açıq vəziyyətdə, ikinci pəncərənin şüşəsinin isə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Mağazadan oğurluq olduğunu müəyyən etdikdən sonra bu barədə bazarda müdür müavini işləyən Əlibala adlı şəxsə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1334 (bir min üç yüz otuz yeddi) manat maddi ziyan dəymişdir. Şikayətindən bir müddət sonra polis əməkdaşları ona oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında iştirak edən Zərərçəkmiş şəxs1 Hacıağa oğlu ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri, Təzə bazar adlanan yerdə ərzaq mağazası vardır, mağazanı gündüzlər yəni saat 07 radələrindən 15 radələrinədək işlədir. xx.xx.2022-ci il tarixdə mağazada yoxlama işləri apararkən ümumi dəyəri 175 manat olan müxtəlif adda və sayda siqaretlərin, eləcə də 700 manat nəğd pulun (qəpik və kağız əskinazlar) yerində olmamasını aşkar etmiş, dərhal mağazada olan nəzarət kamerasına baxdıqda mağazadan xx.xx.2022-ci. il tarixə keçən gecə naməlum şəxs tərəfindən oğurluq edildiyini görmüşdür. Bundan sonra Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, həmin şəxsin tapımasını və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətindən sonra mağazadan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilib, Təqsirləndirilən şəxs qarşı keş bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Kürdəmir şəhərində yerləşən Təzə bazar Ticarət mərkəzində müdür müavini vəzifəsində işləyir, bir müddət əvvəl Zərərçəkmiş şəxs1 Hacıağa oğlu və Zərərçəkmiş şəxs2 onlara müarciət edərək mağazalarında oğurluq hadisəsi baş verdiyini bildirmişlər və polis şöbəsinə müraciət etmişlər. Polis əməkdaşları mağazada yerləşən nəzarət kamerasına baxdıqdan sonra oğurluq edən şəxsin X2 olduğunu müəyyən etmişlər. Hadisədən sonra zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Şirinov X1 Hərbi Məhkəməsinin xx.xx.2003-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 333.2 və 333.4-ci maddələri ilə təqsirləndirilərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-ci il tarixli amnistiya qərarının 2.4 bəndinə əsasən 1/3 qədər azad edİlərək üzərindən 2 il 8 ay 28 gün azaldılmış, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirləndirilərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilərək 3000 manat cərimə cəzası təyin edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri ilə təqsirləndirilərək 05 il azadlıqdan məhrum etmə cəzasına 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunub. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilərək 03 il azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərti azad edilib.xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 02 ədəd “Winchester” markalı,02 ədəd “Kent” markalı və 02 ədəd “Palmal” markalı siqaretlər maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Hacıağa oğlunun məhkəməyə təqdim etdikləri ərizələrində onlara dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, oğurluq edərək cinayət hadisəsi törətməsi onun məhkəməyə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.13-ci maddəsinə əsasən dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(041)-114/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan 02 ədəd “Winchester” markalı, 02 ədəd “Kent” markalı və 02 ədəd “Palmal” markalı siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə 2189 manat maddi ziyanın ödənilməsi, ekzpertiza xərci, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi2 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 30 saat üçün cəmi 180 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası yeni hökmlə təyin edilən cəzaya tam birləşdirilməklə, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əasən 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan 02 ədəd “Winchester” markalı, 02 ədəd “Kent” markalı və 02 ədəd “Palmal” markalı siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. İş üzrə 2189 manat maddi ziyanın ödənilməsi, ekzpertiza xərci, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat məbləğində əmək haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar