Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-18/2025 02.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Ermənistan Respublikasının İcevan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir Rayon Mərkəzi X3 Şəxsinin Ginekologiya və doğum şöbəsinin müdiri, həkim mama-ginekoloq işləyən, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı"nın 7-ci bəndinə əsasən muvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, 8-ci bəndinə əsasən zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərməli, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli olduğu halda bunları etməyərək, həmçinin həmin vəzifə təlimatının 50.1-ci bəndinə əsasən təşkilatı sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək xx.xx.2024-cü il tarixdə saat 10:55-də "39 həftəlik hamiləlik vaxtında doğuş diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi X3 Şəxsinin Ginekologiya və Doğum şöbəsinə müraciət etmiş, Kürdəmir rayonu Muradxan kənd sakini, xx.xx.1994-cü il təvəllüdlü Şahid2 müayinə etməklə vəziyyətini düzgün qiymətləndirməyərək ona düzgün olmayan "ölü döl" diaqnozu təyin etmiş və təbii yolla icra edilən doğuş zamanı kışı cinsli körpənin diri doğulmasına baxmayaraq, tibbi sənədlərdə ölü doğulma kimi göstərmiş, həmçinin yeni doğulmuşun ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiyanı düzgün qiymətləndirməklə doğulduqdan sonra adekvat tənəffüs reanimasiyası aparmalı olduğu halda bunu etməyərək hər hansı bir tibbi yardım göstərməmiş və həmin qüsurlu tibbi xidmət nəticəsində yenidoğulmuş kişi cinsli uşaq ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiya səbəbindən 11 mart 2024-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi X3 Şəxsinin Ginekologiya və doğum şöbəsində ölmüş, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan yenidoğulmuş kişi cinsli uşağın ölümündən ibarət ağır nəticəyə səbəb olmuş, yəni səhlənkarlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 20 ilə yaxın ginekoloq, 2019-cu ilin iyul ayından Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və baş mama-ginekoloq işləyir. İşlədiyi müddətdə ondan şikayət olmamışdır. Hamiləliyi dövründə X4 Rayon Mərkəzi Xəstəxanasının həkimi Vüsalə həkimin yanında müayinələrdə olmuşdur. Ababil onun yanında isə cəmi bir dəfə, doğuşdan təxminən 10 gün əvvəl müayinədə olmuşdur. 11 mart 2024-cü il tarixdə Kürdəmir rayonu Muradxan kənd sakini Şahid2 39 həftəlik hamiləlik diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına daxil olanda onun dölyanı mayesi axmış, döl ürək döyüntüsü karlaşmış vəziyyətdə olmuşdur. Təxminən 1 saat sonra normal doğuş aparılmış və ölü döl doğulmuşdur. Doğulan döl oğlan olmuş, çəkisi 3 kq boyu 50 sm olmuşdur. Doğuş zamanı Şahid2 fasiləsiz qışqırıqları ilə onların normal işləmələrinə maneə törətmiş, özünü narahat hiss etdiyi üçün onun qaynanasının və başqa bir qohumunun doğuşda iştirakını təmin etmişdir. Doğuş zamanı körpənin nəfəs almadığını görüb ona ilk öncə süni nəfəs vermişlər Məhkəmə-tibbi ekspertizasının rəyində də yenidoğulmuşun diri doğulması kimi göstərilməsinə səbəb də bu olmuşdur. Bu Şahid2 ilk hamiləliyi olmuşdur. Hamiləlik normal keçmiş və həmin dövrdə heç bir şikayəti və problemi olmamış, hər hansı xəstəlik keçirməmişdir. Şahid2 körpəsi ölü doğulmuşdur. O, uşağın ölü doğulmasını görüb süni nəfəs vermişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Ginekologiya və doğum şöbəsinin həkim neonatoloqu Elnurə Kərimova xx.xx.2024-cü il tarixdə X5 Mərkəzə xəstə apardığından Şahid2 doğumunda iştirak etməmişdir. Uşağın doğuşdan sonrakı vəziyyətindən görünürdü ki, körpə sancılar və doğuş zamanı qeyrinormal sıxılmalardan boğulmuşdur. Bir həkim kimi körpənin sağ qalmasına çalışmış, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməmişdir. Zərərçəkmiş şəxsin körpənin pul vermədiklərinə görə öldürülməsi ilə bağlı fikirləri əsassızdır. Körpənin ölü doğulmasında onun heç bir təqsiri olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 ilə 27 iyun 2023-cü il tarixdə ailə qurmuş, həmin vaxtdan Kürdəmir rayonu Muradxan kəndində yaşayırlar. Arvadı Ababil hamiləliyinin ilk iki ayı ərzində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin həkimi Səbinə Mustafayeva, sonrakı dövründə isə Kürdəmir RMX-nin doğum şöbəsinin həkimi Təqsirləndirilən şəxs tərəfindən mütəmadi müayinə olunmuşdur. Hər ay mütəmadi olaraq arvadı Ababili Vəfa həkimin yanına müayinəyə gətirmişdir. Hamiləlik normal keçmiş, həmin dövrdə heç bir problem yaranmamışdır. 11 mart 2024-cü il tarixdə saat 10 radələrində 39 həftəlik hamilə olan arvadı Ababilin sancıları yarandığından onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirlər. Arvadı Ababil həmin gün saat 17 radələrinədək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gözlədikdən sonra həmin gün saat 18 radələrində onu doğuşa aparmışlar. Doğuşu Təqsirləndirilən şəxs özü aparmışdır. Doğuşda həmçinin anası Şahid1 və əmisi oğlunun həyat yoldaşı Türkan Məmmədova iştirak etmişdir. Doğuşdan sonra Vəfa həkimin dediyinə görə doğuş zamanı sıxılmalar olduğuna görə oğlan uşağı boğularaq ölmüşdür. Hesab edir ki, körpənin ölməsinə səbəb onlara məlum olmayan səbəblərdən arvadının 6 saat gözlətdikdən sonra doğuşa götürülməsi və həkimin öz işinə laqeyd münasibəti və səhlənkarlığı olmuşdur. Onlara dəymiş ziyanla bağlı lazımi qaydada köməklik göstərilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, oğlu Fərid və gəlini Ababil onlarla birlikdə yaşayır. Şahid2 hamiləliyi dövründə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində mütəmadi müayinələrdən keçmişdir. Ababilin hamiləliyi normal keçmiş, həmin dövrdə heç bir problem yaranmamışdır. 11 mart 2024-cü il tarixdə saat 10 radələrində 39 həftəlik hamilə olan gəlini Ababilin sancıları yarandığından onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirmişlər Ababil həmin gün saat 17 radələrinədək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gözlədikdən sonra saat 18 radələrində onu doğuşa aparmışlar. Doğuşu Təqsirləndirilən şəxs özü aparmışdır. Doğuşa qədərki prosesdə o və qohumu Türkan Məmmədova gəlininin yanında olmuşlar Gəlininin müayinəsi zamanı da heç bir problem aşkar edilməmişdir. Doğuş zamanı onlar o biri otağa keçmişlər. Doğuş zamanı o digər biri otaqda olsa da, doğuş prosesini qapıdan izləmişdir. Uşağın diri və ya ölü doğulmasını dəqiq deyə bilməsə də, doğuşdan sonra Vəfa həkimin uşağa süni nəfəs verməsini görməmişdir. Doğuşdan sonra Vəfa həkim uşağın ölü doğulduğunu bildirmişdir. Halbuki doğuşa qədər gəlininin müayinəsində belə bir problem ola biləcəyi deyilməmişdir. Həmin vaxt hakim uşağın doğuş zamanı sıxılmalar olduğuna görə boğularaq öldüyünü demişdir. Onun gəldiyi nəticəyə görə doğuşa görə həkimə hörmət edə bilməmələri və həkimin öz işinə səhlənkarlığı olmuşdur. Bu səbdən də, ondan şikayətçidirlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, hamiləliyi dövründə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində mütəmadi müayinələrdən keçmiş, həmin dövrdə heç bir problemi olmamışdır. Sancıları şiddətləndiyi 11 mart 2024-cü il tarixdə saat 10 radələrində qaynanası Şahid1 və yoldaşının əmisi oğlunun həyat yoldaşı Türkan Məmmədova ilə birlikdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirmişlər. Həkim Təqsirləndirilən şəxs onu müayinə edib, doğuşa görə 200 manat pul lazım olduğunu bildirib. Pulu verə bilmədikləri üçün həmin məbləğdə onlara dərman almaları üçün resept yazıb vermiş və əri Zərərçəkmiş şəxs aptekə gedib dərmanları alıb ona vermişdir. Bundan sonra onu ayrıca otaqda oturdub gözləməli olduğunu bildirmişdir. Sancılardan dözə bilməyib qışqırmasına baxmayaraq, həkim Təqsirləndirilən şəxs heç bir tibbi yardım göstərməmiş saat 18 radələrində onu doğuşa aparmışlar. Doğuşu özü aparan həkim Təqsirləndirilən şəxs onun qışqırtılarına və dözülməz ağrılarına heç bir reaksiya verməmiş, təbii doğuşdan başqa imkanlarının olmadığını bildirmişdir. Doğuşdan sonra Vəfa həkim uşağı başqa otağa keçirmiş, orada körpəyə tibbi yardımın göstərib-göstərilmədiyini görməmişdir. Hesab edir ki, körpənin ölümünə əsas səbəb doğuşa görə həkimə hörmət edə bilməmələri və həkimin öz işinə səhlənkarlığı olmuşdur. Bu səbdən də, ondan şikayətçidirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş: - Məhkəmə-tibbi ekspertizasının 12 aprel 2024-cü il tarixli 08 nömrəli rəyində göstərilmişdir ki, yenidoğulmuş yetkindir, vaxtında doğulmuşdur. Meyitin antropometrik göstəriciləri (boyu, çəkisi və s.) düz bağırsaqda ilk nəcis-mekoniumun olması bunu sübut edən əlamətlərdən hesab olunur. Yenidoğulmuş diri doğulmuşdur. Ağciyər və mədəbağırsaq sınaqlarının (+) müsbət olması və məhkəmə-histoloji tədqiqatın nəticələri bunu sübut edən əlamətlərdən hesab olunur. Yenidoğulmuşun ölümünə səbəb ağciyərlərdə İ-li ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiya olmuşdur. Meyitdə baş vermiş ilkin meyit dəyişikliklərin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 12-16 saat əvvəl baş vermişdir - həkim işinə dair komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 508/KEŞ nömrəli rəyində göstərilmişdir ki, 1. Şahid2 11 03.2024-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona "39 həftəlik hamiləlik. Dölyanı mayenin vaxtından əvvəl axması. Ölü dol" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən doğuş təbii yolla sonlandırılmışdır. 2. Şahid2 Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə daxil olduqdan sonra ona təyin edilmiş "ölü döl diaqnozu düzgün olmamışdır. Təbii doğuşdan sonra dölün ölü olması tibbi sənədlərdə qeyd edilsə də, meyitin məhkəmə-tibbi müayinəsi zamanı dölün diri doğulması müəyyən edilmişdir. 3. Şahid2 yenidoğulmuş uşağının diri doğulmasına baxmayaraq, ölü doğulma kimi göstərilmiş və ona hər hansı bir tibbi yardımlar göstərilməmişdir. 4. Şahid2 yenidoğulmuş uşağının meyitinin müayinəsinə əsasən yenidoğulmuşun ağciyərlərində birincili ocaqlı atelektazın olduğu qeyd edilmişdir. Qeyd olunan patologiya diridoğulmanı və doğulduqdan sonra kəskin tənəffüs çatmamazlığı kimi qiymətləndirilir. Belə olan halda yenidoğulmuşa doğulduqdan sonra adekvat tənəffüs reanimasiyası aparılması olduğu halda bu, aparılmamışdır. 5. Şahid2 yenidoğulmuş uşağının meyitinin müayinəsinə əsasən, yenidoğulmuşun ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiya istər həkim mama-ginekoloq, istərsə də həkim neonatoloq tərəfindən vaxtında düzgün qiymətləndirilməmiş və hər hansı tibbi yardım göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, göstərilən qüsurlu tibbi xidmətlə yenidoğulmuş uşağın ölümü arasında səbəbli əlaqə vardır. 6. Şahid2 Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmət qüsurlu olmuşdur. Qeyd olunan qüsurlar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 50.1-ci, hekim neonatoloq tərəfindən isə 24 1-ci bəndlərinin (ona həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi) pozulması kimi qiymətləndirilir. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 07 may 2024-cü il tarixli 18-1-49/2- 437/2024 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Muradxan kənd sakini, xx.xx.1994-cü il təvəllüdlü Şahid2 Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim-psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Şahid2 xx.xx.2024-cü il tarixdə "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Ginekologiya və Doğum şöbəsinə "39 həftəlik hamiləlik vaxtında doğuş diaqnozu ilə qəbul edilmişdir. İlkin müayinələrdən sonra hamilənin bətnindəki uşağın ürək döyüntüsü tam zəif olduğu müəyyən olunmuş, bununla bağlı İlkin zəruri yardımlar göstərilmişdir. Doğuş fəaliyyətinə başlanılmış, göstərilən yardımlara baxmayaraq ölü döl doğulmuşdur. Şahid2 doğuş üçün müraciətindən əvvəl həkim ginekoloq tərəfindən müayinə olunmuş və keysəriyyə kəsiyi əməliyyatının olunması məlumatı verilmiş, lakin vətəndaş təbii doğuşla uşağı dünyaya gətirəcəyini bildirmişdir. Xəstə bundan sonra kafi vəziyyətdə palataya köçürülmüş, həmin müddətdə daimi nəzarətdə saxlanılmış və xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində evə yazılmışdır. Şahid2 təkrar müayinə üçün müraciət etməmişdir. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 17 sentyabr 2024-cü il tarixli 18-1- 49/2-912/2024 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Muradxan kənd sakini, xx.xx.1994-cü il təvəllüdlü Şahid2 doğumunda hakim mama gineokoloq Təqsirləndirilən şəxs iştirak etmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Ginekologiya və Doğum şöbəsinin həkim neonatoloqu X1 həmin tarixdə (xx.xx.2024-cü il) X5 Mərkəzə xəstə aparmaq məqsədilə ezam edilmişdir. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 02 oktyabr 2024-cu il tarixli 18-1-49/2- 958/2024 nömrəli məktubundan görünür ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞnin həkimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hal-hazıra kimi Ginekologiya və Doğum şöbəsinin şöbə müdiri vəzifəsində işləyir - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs liqar qızı əvvəllər məhkum olunmamışdır. - Kürdəmir RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, Kürdəmir rayonu Muradxan kəndində yaşayan, 39 həftəlik hamile olan Şahid2 11 mart 2024-cü il tarixdə saat 10:55-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olmuşdur. Doğum şöbəsində doğuş zamanı Şahid2 körpəsi ölmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 314.2-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi özü etiraf etməsə də, zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam təsdiq edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs liqar qızı ona Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, doğuş zamanı Şahid2 sancılar dövründə sıxılmalar etdiyi üçün bətnindəki körpə sıxılmış və ölü doğulmuşdur. O, uşağın ölü doğulmasını görüb süni nəfəs vermişdir. Bu səbəbdən də meyitin məhkəmə tibbi ekspertizasının rəyində körpənin diri doğulması kimi göstərilmişdir. O, uşağın ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiyanı müəyyən edə bilməzdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin fikirlərini əsassız hesab edir ona görə ki, Təqsirləndirilən şəxs Şahid2 müayinə etməklə vəziyyətini düzgün qiymətləndirməyərək ona düzgün olmayan "ölü dol" diaqnozu təyin etməsi, təbii yolla icra edilən doğuş zamanı yenidoğulmuş kişi cinsli körpənin diri doğulmasına baxmayaraq, tibbi sənədlərdə ölü doğulma kimi göstərməsi, həmçinin yenidoğulmuşun ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiyanı düzgün qiymətləndirməyərək ona hər hansı bir tibbi yardım göstərməməsi və həmin qüsurlu tibbi xidmət nəticəsində ehtiyatsızlıqdan yenidoğulmuş uşağın ölümünə səbəb olması iş üzrə toplanmış ifadələr, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” cinayət əməlidir. Göründüyü kimi bu cinayətin obyektiv cəhəti 1) vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, 2)fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması, 3)ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması zəruri əlamətləri özündə əks etdirir. Səhlənkarlıq cinayət əməlinin subyekti vəzifəli şəxs olmalıdır. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla,qanunvericilik aktları (təlimat, əsasnamə və.s.) ilə, əmək müqaviləsi ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifəsini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burdan anlaşılan odur ki, səhlənkarlıq cinayət əməlinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə laqeyd yanaşması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və s. başa düşülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında şərh edilmişdir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına,məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil,tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri)- vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosessinin təminatı ilə məşğuldurlar. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci madəsinə əsasən İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür,sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı"nın 7-ci bəndinə əsasən muvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, 8-ci bəndinə əsasən zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərməli, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli olduğu halda bunları etməyərək, həmçinin həmin vəzifə təlimatının 50.1ci bəndinə əsasən təşkilatı sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək xx.xx.2024-cü il tarixdə saat 10:55-də "39 həftəlik hamiləlik vaxtında doğuş diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi X3 Şəxsinin Ginekologiya və Doğum şöbəsinə müraciət etmiş, Kürdəmir rayonu Muradxan kənd sakini, xx.xx.1994-cü il təvəllüdlü Şahid2 müayinə etməklə vəziyyətini düzgün qiymətləndirməyərək ona düzgün olmayan "ölü döl" diaqnozu təyin etmiş və təbii yolla icra edilən doğuş zamanı kışı cinsli körpənin diri doğulmasına baxmayaraq, tibbi sənədlərdə ölü doğulma kimi göstərmiş, həmçinin yeni doğulmuşun ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiyanı düzgün qiymətləndirməklə doğulduqdan sonra adekvat tənəffüs reanimasiyası aparmalı olduğu halda bunu etməyərək hər hansı bir tibbi yardım göstərməmiş və həmin qüsurlu tibbi xidmət nəticəsində yenidoğulmuş kişi cinsli uşaq ağciyərlərində birincili ocaqlı atelektaz və doğuşdan sonrakı asfiksiya səbəbindən 11 mart 2024-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi X3 Şəxsinin Ginekologiya və doğum şöbəsində ölmüş, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan yenidoğulmuş kişi cinsli uşağın ölümündən ibarət ağır nəticəyə səbəb olmuş, yəni səhlənkarlıq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı'nın 7-ci bəndinə əsasən həkim mama-ginekoloq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, muayinə və mualicənin aparılması) və diaqnozunu muəyyən edir, fizioloji və patoloji doğuşları aparır. Həmin təlimatın 8-ci bəndinə əsasən o, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata kecirir. Həmin vəzifə təlimatının 50.1-ci maddəsinə əsasən həkim mama-ginekoloq ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə bir neçə məhkəmə-tibbi ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmiş, toplanmış bütün sübutların məcmusunu ittiham hökmünün çıxarılmasına kifayət hesab etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs liqar qızı vəzifəli şəxs olaraq öz işinə vicdansız və laqeyd münasibət göstərməsi nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Şahid2 müayinə etməklə vəziyyətini düzgün qiymətləndirməyərək, təbii yolla icra edilən doğuş zamanı kişi cinsli körpənin ölümünə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs liqar qızının əməlinin CM-nin 314.2-ci maddəsi ilə tövsifi ilə razılaşır və hesab edir ki, o təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs liqar qızına cəza təyin edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Təqsirləndirilən şəxs ali təhsilli, evli, Kürdəmir Rayon Mərkəzi X3 Şəxsinin Ginekologiya və doğum şöbəsinin müdiri işləməsi, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs orta təhsilli, evli, işsiz olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs liqar qızının əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarın 23-cü bəndinə görə, hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs liqar qızına təyin ediləcək cəzanın nüvünü və həddini müəyyən edərkən, onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi cinayət qanunu normasındə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, törədilmiş cinayətin ictimai təhlükəliliyini və törədilmə mexanizmini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsə istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzanın təyin edilməsi ədalətlidir, cəza təyin etmənin bütün prinsiplərinə uyğundur və cəzanın məqsədlərinə nail olunması üçün yeterlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs liqar qızına ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs liqar qızının daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs liqar qızına göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəzasın əvvəli məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-18/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-18/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver