Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-19/2023 07.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1995-cı ildə Kürdəmir rayonu Mürtülü kəndində anadan olan, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 20.18 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində və yaşadığı evdə daşıyaraq saxlamış, həmin narkotik vasitənin 0,23 qram hissəsini xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Mürtülü kəndi ərazisində həmkəndlisi Şahid1 15 manat borcunun əvəzində qanunsuz olaraq satmış, xx.xx.2022-ci il tarixdə saat 17.30-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir şəhəri Babək prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ ön cibində olan 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.23 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, tədbirlərin davamı olaraq xx.xx.2022-ci il tarixdə saat 19.00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, yaşadığı Mürtülü kənd ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol ön cibində olan 01 ədəd siqaretə doldurulmuş təmiz çəkisi 0.19 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Mürtülü kəndində onun yaşadığı evin həyətinə razılıq ərizəsi əsasında keçirilən baxış zamanı, isə həyətdə olan hamam otağının damından təmiz çəkisi 19.76 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, arada bir qurudulmuş marixuanadan istifadə edir. Şahid1 onun həmkədlisidir. Təxminən 1 ay əvvəl Tərlan ona 15 manat borca pul vermişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı Kürdəmir rayonu Mürtülü kəndi ərazisində olarkən Tərlanla raslaşmış həmin zaman Tərlan ondan borcunu istəmiş o isə pulunun omadığını demişdir. Tərlan pulun qarşılığında ona nakotik vasitə verməyimi istəmiş o da Tərlana üzərində narkotik vasitə olmadığnı səhər ona narkotik vasitə verəcəyini demişdir. Bundan sonra Tərlan onunla razılaşıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində Mürtülü kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən hamamın dam hissəsində gizlətdiyi narkotik vasitədən hamamdan götürmüş 01 ədəd kağıza bükmüş və həmin narkotik vasitəni Mürtülü kəndində Tərlanla görüşmüş 15 manat borcunun qarşılığında ona vermişdir. Tərlana narkotik vasitə qurudulmuş marixunanı ona verdikdən sonra o işi olduğunu və Kürdəmir şəhərinə getdiyini deyib getmişdir. Bundan sonra yaşadığı evə qayıtmış. Təxminən saat 19 radələrində yaşadığı evdə həyətyanı sahədə yerləşən hamamın damından narkotik vasitə götürmüş siqaret kağızının içərisinə yığmışdır. Həmin narkotik vasitədən istifadə etmək üçün evdən çıxmış yol ilə hərəkət edən zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlamış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir.Bundan sonra o qara boz rəngli şalvarın qabaq sol cibindən bir ədəd siqaret qutusunu çıxarmış, içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusu açılmış içərisində bir ədəd siqaretə doldurulmuş narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, üzərindən 01 ədəd ağ rəngli düyməli “Nokia C2” marakalı mobil telefon aşkar edilmişdir.Budan sonra üzərindən aşkar edilmiş narkotik vasitə iştirakçıların iştirakı ilə içərisi boş poçt zərfinə qablaşdırılmış, dəqiq çəkisini və aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi ilə bağlı ekspertizaya göndərilməsi üçün RPŞ-nin 137 saylı möhürü ilə möhürlənmişdir.Bundan onunla şifahi qaydada sorğu aparılan zaman o üzərindən aşkar edilmiş kütlənin ona məxsus olduğunu, mobil telefonun üzərində ***-***-**-** salı nömrənin olduğunu, Şahid1 olan 15 manat borcumun əvəzində ona xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Mürtülü kəndində narkotik vasitə qurudulmuş marixuana verdiyini, yaşadığm evdə hamamın damında da narkotik vasitə saxladığını bildirmişdir.Bundan sonra onun razılığ ərizəsi əsasında yaşadığı Kürdəmi rayonu Mürtülü kəndində olan evinə gedilmişdir. Onun göstərməsi əsasında evin həyətinə daxil olmuşlar. O hamam otağını göstərərək damına qurumaq üçün narkotik vasitə qurudulmuş marixuana sərdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitə çıxarılaraq bir ədəd polietilen sellofana yığılmışdır. O həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni evin həyətində əkdiyi 01 ədəd çətənə kolundan əldə etdiyini, çətənə kolunu dərərək istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Bundan sonra həmin kütlənin dəqiq çəkisini müəyyən edilməsi ilə bağlı ekspertizaya göndərilmiş üçün RPŞ-nin 137 saylı möhürü ilə müstəntiq tərəfindən möhürlənmişdir. Üzərində və evində aşkar olunan narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin narkotik vasitəni evin həyətində əkdiyi 01 ədəd çətənə kolundan əldə etmişdir. Həmin narkotik vasitənin üzərində və evində aşkar olunanı istifadə etmək üçün saxlamışdır.O əvvəllər 2-3 dəfə narkotik vasitə qurudulmuş marixuanı Tərlana pay kimi vermişdir. Lakin sonuncu dəfə Tərlan pulu istəyən zaman pulunun olmadığından 15 manat borcunun qarşılığında ona narkotik vasitə vermişdir. O narkotik vasitədən istifadə etsə də satışı ilə məşğul olmamışdır. Yalnız sonuncu dəfə borc qarşılığında Tərlana vermişdir. Hazirda əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şaid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1 ay əvvəl Təqsirləndirilən şəxs ondan 15 manat borca pul istəmiş, o da həmin pulu ona vermişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı Kürdəmir rayonu Mürtülü kəndi ərazisində olarkən Əlövsətlə raslaşmış həmin zaman ondan borc verdiyi pulu istəmişdir. Lakin Əlövsət pulunun olmadığını demişdir. O da ondan borcun əvəzində narkotik vasitə qurudulmuş marixana gətirməsini istəmişdir. Əlövsət də onunla razılaşmış sonra getmişdir. xx.xx.2022ci il tarixdə saat təxminən 12 radələrində Mürtülü kəndi ərazisində Təqsirləndirilən şəxslə görüşmüş və o 15 manat qarşılığında 01 ədəd kağız büküm vermiş və həmin bükümün içərisində narkotik vasitə qurdulmuş mariuxana olmuşdur. O həmin narkotik vasitəni götürdükdən sonra Mürtülü kəndində marixuananın üzərindən götürüb istifadə etmiş və bir hissəsin istifə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Kürdəmir şəhərinə gəlmişdir. Saat təxminən 17 radələrində Kürdəmir şəhəri Babək prospektində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Əynində olan qara rəngli şalvarın qabaq sağ kiçik cibində gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirilmişdir. Bundan sonra həmin bükümə baxış keçirilmiş, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə iştirakçıların iştirakı ilə içərisi boş poçt zərfinə qablaşdırılmış, dəqiq çəkisini və aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi ilə bağlı ekspertizaya göndərilməsi üçün RPŞ-nin 137 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etmişdir. Həmin narkotik vasitəni üzərində istifadə etmək üçün saxlamışdır. Əvvəllər 2-3 dəfə narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin zaman o həmin narkotik vasitəni pay kimi vermişdir və həmin vasitədən bir yerdə istifadə etmişlər. Lakin sonuncu dəfə ondan borcunu istəyərkən o həmin borcun qarşılığında ona narkotik vasitə qurudulmuş marixuana vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nin əməliyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Mürtülü kənd sakini Şahid1 rayon sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etmiş, sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Babək prospekti ilə hərəkət edən zaman Şahid1 yaxınlaşmış narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Kürdəmir RPŞ-yə gətirmişdir. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şahid1 üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirildmişdir. O üzərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Əynində olan qara rəngli şalvarın qabaq sağ kiçik cibində gümüşü rəngli kağız bükümü çıxarmış təqdim etmişdir. Sonra, bükümə baxış keçirilmiş, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir.Bundan sonra üzərində şəxsi axtarış aparılmış başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmış, üzəri möhürlənmişdir. Zərf iştirakcılar tərəfindən imzalanmı, ekspertizaya təqdim olunacağı bildirilmişdir.Şifahi qaydada sorğusual aparılmış, Şahid1 narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs 15 manat borcun qarşılığında əldə etdiyini bildirmişdir. Həmin tədbirlərin davamı olaraq keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu Mürtülü kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş onu Kürdəmir RPŞyə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulmış və əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o qara rəngli şalvarının qabaq sol cibindən bir ədəd siqaret qutusunu çıxarmış, içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusu açılarkən içərisindən bir ədəd siqaretə doldurulmuş narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra onun üzərinə baxış keçrilmiş və üzərində 01 ədəd ağ rəngli düyməli “Nokia C2 markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra üzərində aşkar olunan narkotik vasitəyə bənzər kütlə 01 ədəd zərfə qablaşdırılmış üzəri möhürlənmişdir. Zərflər iştirakcılar tərəfindən imzalanmış ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada sorğu aparılan zaman üzərində aşkar edilmiş kütlənin ona məxsus olduğunu , mobil telefonun üzərində ***-***-**-** salı nömrənin olduğunu, Tərlan Əhdiyə olan 15 manat borcunun əvəzində ona xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Mürtülü kəndində narkotik vasitə qurudulmuş marixuana verdiyini, yaşadığ evdə hamamının damında da narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onun razılıq ərizəsi əsasında yaşadığı Kürdəmir rayonu Mürtülü kəndində olan evinə gedilmişdir. Təqsirləndirilən şəxs göstərməsi əsasında evin həyətinə daxil olmuşlar. O hamam otağını göstərərək onun damına qurumaq üçün narkotik vasitə qurudulmuş marixuana sərdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitəni çıxararaq bir ədəd polietilen sellofana yığmışdır. O həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni evin həyətində əkdiyi 01 ədəd çətənə kolundan əldə etdiyini, çətənə kolunu dərərək istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Bundan sonra həmin kütlənin dəqiq çəkisini müəyyən edilməsi ilə bağlı ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 137 saylı möhürü ilə müstəntiq tərəfindən möhürlənmişdir. Təqsirləndirilən şəxs və Şahid1 rayon sakini kimi tanımışdır. Lakin onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyim olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman onlara qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. O Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmiş, lakin Şahid1 barədə satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları Şahid2 və Şahid4 da Şahid3 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri faktları təsdiq etdilər. İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Şahid1 üzərində aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs 15 manat borcun müqabilində Kürdəmir rayonu Mürtülü kəndi ərazisində əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da onun həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o üzərindən və evindən aşkar olunan narkotik vasitəni satmaq nməasədi ilə saxlamışdır.( i/v 137) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1214 nömrəli rəyində qeyd olunmuşdur ki, “Şahid1 üzərindən. sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd tamlığı pozulmuş siqaretin içərisində təmiz çəkisi-0,19qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evdən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi-19,76qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunduğu qeyd edilən marixuanlarla Şahid1 üzərindən aşkar olunduğu qeyd edilən marixuana eyni tərkiblidir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/1214 nömrəli rəyindən görünür ki, marixuananın ümumi təmiz çəkisi-20,18 qram, tədqiqata sərf edildi-0,06 qram, 20,12 qaram qalıq qalmışdır. (bax iş vər. 71-73) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyindən əzab çəkmir, norkimaniya xəsəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 142) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 135-136) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 827 nömrəli məktubdan görünür ki, Baxşiyev X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər 129) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 55 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Yenikənd kəndində yaşayır. (bax iş vər. 145) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax vər. 147) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20.30–da şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.41-42) İş materiallarına əlavə edilmiş Kürdəmir ayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(0410-112/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinədn imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (bax iş vər. 105-107) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində poisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 108-109) Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməli özünün izahatı, şahid ifadələri, habelə iş materialları ilə, həmçinin ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, o, ittiham olunduğu maddə ilə təqsirlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanseridə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 20,12 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs qətimkan” tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 07 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Baxşiyev X4 RMX-nın polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi Kürdəmr RPŞ-nin maddi sübutların saxlanma kamerasında ekspertiza tədqiqatından sonra 20,12 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2,KOD-210005VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-19/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-19/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver