Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-20/2023 01.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Kürdəmir rayonunun Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan, X1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 22.1.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Kürdəmir rayonu Qağacılı kəndində qardaşı arvadı Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gedərək ona “sənin evini mən tikmişəm, ona görə də, evi sökəcəm” deyərək söyüb təhqir etdiyindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən boğazından əli ilə tutub sıxaraq sifətinə və bədəninin müxtəlif nahiyələrinə yumruqla və təpiklə vurmaqla ona sağ yanaqda sıyrıq, sol bazuda, sol mil-bilək nahiyyəsində qançır, əzələ-bağ aparatının gərilməsi ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Ramilin həyat yoldaşıdır, qonşuluqda yaşayırlar. Ailə münasibətləri baş tutmadığından qardaşı Ramil ilə Zümrüd 2023-cü ilin yanvar ayında ayrılmışlar. xx.xx.2023-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 14 radələrində evinə gedərkən Zümrüdü görmüş və sərxoş olduğundan Zümrüdlə mübahisə edərək yumruqla onu vurmuşdur. Həmin vaxt orada olan əmisi oğlu İkram onları ayıraraq mübahisəni sakitləşdirmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyinə, ona qarşı etdiyi cinayət əməlinə görə peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zümrüd onu bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, X2 onun qaynıdır, həm də qonşulqda yaşayırlar. Ailə münasibətləri baş tutmadığından 2023-cü ilin yanvar ayının 10-da əri Ramil İskəndərovla ayrılmışlar, bu səbəbdən qaynı Hidayət onunla və ailə üzvləri ilə dəfələrlə mübahisə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evin həyətində iş görən vaxt Hidəyət İskəndərovun yaşadığı evin həyətindən səs-küy gəldiyi eşitmiş, az sonra Hidayət sərxoş vəziyyətdə malayiq ifadələr işlədəişlədə onun tərəfə gələrək yaşadığı evi onun tikdiyini bildirmiş və evi sökəcəyini deyərək öldürəcəyi ilə hədələyərək boğazından yapışıb sifətinə, bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq döymüşdür. Həmin vaxt qohumları İkram oraya gələrək mübahisəni sakitləşdirib onları aralamışdır. Hadisə yerində qohumu İkramdan başqa kənar şəxslər olmamışdır. Hadisədən bir müddət sonra Hidayət İskəndərov ondan üzr istədiyinə və ona vurulan ziyanı tam ödədiyinə görə onu bağışlayıb, onunla barışıb, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, X2 ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan, məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 26 nömrəli rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: müəyyən edilmişdir: sağ yanaqda sıyrıq, sol bazuda, sol mil-bilək nahiyyəsində qançır, əzələ-bağ aparatının gərilməsi ilə müşayət olunan xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə bu xəsarətlər ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X2 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, X1 əməlində CM-nin 221-ci maddəsinin əlamətləri olmadığından həmin hissəyə xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 törətdiyi əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə X1 törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X2 və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və H.X.İskəndərov tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-20/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-20/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver