Məhkəmə qərarları › İş №1(041)-20/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-20/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-20/2024 16.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 və Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1996-cı ildə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydəır Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi əmisi Şahid3 məxsus "Mercedes-Benz E 200 BLUETEC" markalı **-MV-*** dövlat qeydiyyat nişanlı avtomobillə Yenikənd kəndi ərazisində həmin kənd istiqamətindən Kürdəmir rayonu Mürtülü kəndi istiqamətinə doğru 50-60 km/saat sürətlə hərəkətdə olarkən «X6» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkətə başlama, yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkərin digər iştirakçıları üçün maneə yaratmamalı, hərəkər hissəsinin sol kənarı ilə piyadanın hərəkətdə olmasını nəzərə almalı, avtomobili sola manevr etdirməklə hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, həmin tələblərə riayət etməyib, qarşısında hərəkətdə olan sürücüsü və dövlət qeydiyyat nişanı məlum olmayan “VAZ 2106” markalı avtomobili ötmək üçün sola qarşı əks hərəkət zolağına çıxmış, hərəkət hissəsinin sol kənarından mərkəzə doğru 1 metr məsafədə onunla eyni istiqamətdə hərəkətdə olan piyada xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ (tin) hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ yuxarı ətrafda tam hərəkət məhdudluğu, çanaq həlqəsinin pozulması ilə müşaiyət olunan qasıq sümüyünün-simfizin ayrılması, sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının qopması ilə müşaiyət olunan əzilmiş-cırılmış yaraları, sağ pazabənzər sümüyün sınığı, çanaqda və sağ aşağı ətrafda hərəkət məhdudluğu ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində əmisi Şahid3 sipirtli içki qəbul etdiyi üçün ona maxsus "Mercedes-Benz E 200 BLUETEC" markalı **-MV-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə yaşadığı Kürdəmir rayonu Yenikənd kəndindən çıxıb Kürdəmir rayonu Köhnə bazar adlandırılan yerə doğru hərəkət etdiyini, həmin zaman havanın qaranlıq olduğunu və güclü yağış yağdığını, yol gedən zaman qarşısında "VAZ 2106” markalı avtomobil hərəkət etdiyini, qarşısında avtomobil olduğu üçün yaxın vuran işiqlar ilə hərəkət etdiyini, Kürdəmir rayonu Mürtülü kəndi ərazisində qarşısında gedən "VAZ 2106" markalı avtomobili ötmək üçün avtomobili sola istiqamətləndirən zaman avtomobilin sol tin hissəsinə sonra isə şüşəsinə nəsə dəydiyini gördüyünü, bu zaman avtomobili saxlayaraq düşərkən yerdə adam olduğunu gördüyünü, bu zaman əmisi İlqar və avtomobildə olan Arzum adlı tanışının köməkliyi ilə həmin şəxsi avtomobilə əyləşdirib Kürdəmir RMX-ya apardıqlarını, həmin zaman avtomobili 50-60 km/saat süratlə idarə etdiyini, hava qaranlıq olduğundan və güclü yağış olduğundan, qarşıda avtomobil olduğu üçün yaxın vuran işıqlarından istifadə etdiyini, yolun boş olduğunu görüb qarşıda gedən “VAZ 2106” markalı avtomobili ötmək istəyərkən avtomobili sola istiqamətləndirən zaman avtomobilin sol tin hissəsinin və qabaq şüşəsinə nəsə dəydini görüb avtomobili saxladığını, Zərərçəkmiş şəxs qabaqcadan görmədiyini, həmin zaman ətrafda heç kim olmadığını, lakin tanışı Arzum və əmisi İlqarın idarə etdiyi avtomobildə olduğunu, avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, hadisənin Kürdəmir rayonu, Mürtülü kəndi ərazisində asfalt yolda baş verdiyini, həmin yolun nişanlanma xətləri olduğunu, həmçinin yolda yol nişanları yerləşdirildiyini, yolun örtüyünün həmin gün yağış yağdığndan yaş vəziyyətdə olduğunu, hadisənin qarşısını almaq üçün əyləcə ayağını atmağa imkan tapa bilmədiyini, spirtli içki qəbul etmədiyini, hadisə zamanı xəsarət almadığını, avtomobildə əmisi İlqar və Arzu Qurbanovun olduğunu, Zərərçəkmiş şəxs vurduqdan sonra avtomobili dərhal dayandırdığını, Zərərçəkmiş şəxs bütün tibb xərclərini ödədiyini bildirmişdir. Təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuşdur. Onlar barışmışlar və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində həmkəndlisi Elvinla telefonla danışıb heyva pulunu almaq üçün görüşməsini istədiyini, həmin günü Elvinlə Kürdəmir rayonu Mürtülü kəndi ərazisində görüşdüyünü, həmin zaman ondan 116 manat borcunu aldığını, Elvindən pulu aldıqdan sonra Mürtülü kəndi istiqamətində Elvinlə birlikdə hərəkət etməyə başladıqlarını, ikisinin də yolun kənarı ilə hərəkət etdiklərini, kənddə olan "Adil" marketə tərəf yəni Yenikənd kəndi istiqamətindən Mürtülü kəndi istiqamətinə yolun sol tərəfi ilə piyada getdiklərini, həmin zaman havanın qaranlıq və yağışlı olduğunu, yol gedən zaman "Adil" marketin qarşısına çatmalarına az qalmış birdən arxadan onu nəsə vurduğunu gördüyünü, lakin sonradan özünü itirdiyini, sonra onu Kürdəmir RMX-ya apardıqlarını, həmin zaman onu vuran avtomobili görmədiyini, avtomobili idarə edənin Təqsirləndirilən şəxs olduğunu gördüyünü, Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes-Benz E 200 BLUETEC" markalı avtomobilin sürətinin təxminən 100 km/saatdan cox olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs içkili olduğunu, avtomobildə olan şəxsləri görməsə də avtomobildə 5-6 nəfər adamın olduğunu eşitdiyini, avtomobildə Təqsirləndirilən şəxs yanında Şahid3 olmadığını eşitdiyini, o ətrafda olan şəxsləri tanımasa da lakin sonradan cox adam olduğunu eşitdiyini, Təqsirləndirilən şəxs bütün müalicələri elətdirəcəylərinə görə yalan vədlər verdiklərini, lakin sonradan o verdiyi vədə əməl etmədiyini, buna görə də aralarındakı razılıq pozulduğunu, həmçinin hadisədən sonra hazırki vaxta qədər 22700 manat sağlamlığı üçün ödəniş etdiyini, atası Şahid2 Kürdəmir RMX-da olan zaman Təqsirləndirilən şəxs içkili olmasını gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Bərəət İbrahimov barəsində olan cinayət işi materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə saat təxminən 23 radələrində tanışı İlqar sipirtli içki qəbul etdiyi üçün ona məxsus “Mersedes E-class” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı oğlu Təqsirləndirilən şəxs idarə etməsi üçün verdiyini, Kürdəmir rayonu Yenikənd kəndindən çıxıb Kürdəmir rayonu Köhnə bazar adlandırılan yerə doğru hərəkət etdiklərini, həmin zaman hava qaranlıq olduğunu və güclü yağış yağdığını, yol gedən zaman qarşıda “Vaz 2106” markalı avtomobil hərəkət etdiyini, qarşıda avtomobil olduğu üçün Bərəkət yaxın vuran işıqlar ilə hərəkət etdiyini, Kürdəmir rayonu Mürtülü kəndi ərazisində qarşıda gedən “VAZ 2106” markalı avtomobili ötmək üçün avtomobili sola istiqamətləndirən zaman avtomobilin sol tin hissəsinə, sonra isə şüşəsinə nəsə dəydiyini gördüklərini, bu zaman Bərəkət avtomobili saxlayaraq avtomobildən düşdüyünü, avtomobildən düşərkən yerdə adam olduğunu gördüklərini, sonra Bərəkətin və həmin avtomobildə olan İlqarın köməkliyi ilə həmin şəxsi avtomobilə əyləşdirib Kürdəmir RMX-ya apardıqlarını, adamı qabaqcadan görmədiklərini, hava qaranlıq və yağışlı olduğundan həmin adamı görə bilmədiklərini, yol nəqliyyat hadisəsi olan zaman ətrafda heç kimi görmədiyini, hadisə baş verən zaman Bərəkət avtomobili dərhal saxladığını, avtomobildə İlqar və Bərəkətdən başqa heç kimin olmadığını, İlqar içkili olduğu üçün Bərəkət onun avtomobilini idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs heyva aldığı üçün onunla telefonla danışıb heyvanın pulunu vermək üçün onunla görüşməsini istədiyini, Böyükağa ilə Kürdəmir rayonu Mürtülü kəndi ərazisində görüşdüyünü, ona olan 116 manat borcunu verdiyini, Böyükağanın ondan siqaretinin olub-olmadığını soruşduğunu, özü də ona siqaretinin olmadığını deyəndə o, mağazaya onunla getməyini istədiyini dediyini, bundan sonra kənddə olan “Adil” marketə tərəf yəni Yenikənd istiqamətindən Ağsu istiqamətinə yolun sol tərəfi ilə piyada getdiklərini, həmin zaman hava qaranlıq və yağışlı olduğunu, yol gedən zaman “Adil” marketin qarşısında Böyükağa onun sağında asfaltın kənarı ilə hərəkət etdiyini, marketin qarşısında olan zaman "Mercedes-Benz E 200 BLUETEC" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yenikənd kəndi istiqamətindən Mürtülü istiqamətinə hərəkətdə olan zaman Böyükağanı vurduğunu, avtomobilin vurması nəticəsində Böyükağanın yolun sol kənarına təxminən 3-4 metr aralıya düşdüyünü, həmin zaman "Mercedes-Benz E 200 BLUETEC" markalı avtomobil 15-20 metr gedib dayanıb geri qayıtdığını, Böyükağanı avtomobilin arxa oturacağına əyləşdirib Kürdəmir RMX-ya apardıqlarını, həmin zaman avtomobilin təxminən 50-60 km/saat sürəti olduğunu, avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini, həmin zaman Böyükağa ilə söhbət etdiyini və avtomobil onu vuran zaman özünü itirdiyini “Vaz 2106” markalı avtomobilin onun qarşısında olması və ya onu ötməsi barədə hec bir söz deyə bilməyəcəyini, həmin an özünü itirdiyindən yadında qalmadığını, yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan şəxslərdən və özündən başqa ətrafda heç kim olmadığını, avtomobildə Şahid4 və Şahid3 gördüyünü, hadisə zamanı ətrafda avtomobildə olan şəxslərdən və ondan başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs içkili görmədiyini, hadisə baş verməzdən əvvəl Mürtülü kəndi istiqamətində Böyükağa ilə birlikdə hərəkət etdiyini, Böyükağa yolun sol tərəfi ilə asfaltın kənarı ilə o isə onun yanında lakin torpaq örtükdə hərəkət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu olduğunu, Şahid3 rayon sakini kimi tanıdığını, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində oğlu Böyükağanın qonşuları olan Şahid1 pul alacağını bildirib evdən çıxdığını, o da həmin günü yaşadığı evdə olduğunu,təxminən 20 dəqiqə sonra bir necə dəfə Böyükağaya zəng etdiyini, lakin telefonu acmadığını,sonra onu bir daha yığanda Böyükağa avtomobilin onu vurduğunu dediyini, o dərhal küçəyə çıxıb hadisə olan yerə gəlib Böyükağanı avtomobil vurduğunu öyrəndiyini, soraqlaşanda avtomobilin Şahid3 məxsus olduğunu eşitdiyini, sonra Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gəldiyini, həmin zaman orada İlqarı və Bərəkəti gördüyünü, İlqar onu görüb yaxınlaşıb avtomobili idarə edənin özü olduğunu və nə lazımdısa edəcəyini bildirdiyini, həmçinin həmin zaman Şahid3 içkili olduğunu, bundan sonra o orada Böyükağanı müalicə olması üçün təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə apardığını, sonradan avtomobili idarə edənin Təqsirləndirilən şəxs olduğunu bildiyini, hadisəni Şahid1 və Şahid3 avtomobilində olan şəxslərin gördüyünü, o hadisəni görməsə də lakin Şahid3 qardaşı Şaiqin məclisi olduğu üçün həmin avtomobildə 6-7 nəfər qonaqlara xidmət edən şəxslər olduğunu eşitdiyini, Bərəkətin Kürdəmir rayonu Mərkəzi xəstəxnasında ağaca söykənib dayandığını, ağır dərəcədə sərxoş olduğunu gördüyünü, həmçinin əmisi Şaiqin məclisində Bərəkətin sipirtli içki qəbul etməsini eşitdiyini, xəstəxanada olan zaman orada tanımadığı şəxslərlə söhbətləşən zaman onlar Bərəkətin içkili olduğunu və avtomobillə Böyükağanı vurub hadisə yerindən 200 metr uzaqlaşıb sonra geri qayıdıb Böyükağanı avtomobilə əyləşdirib Kürdəmir rayon mərkəzi xəstəxanasına gətirdiyini dediklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Kürdəmir rayonu Mürtülü kəndində yerləşir. Hadisə baş verdiyi yer yaşayış masivinə aiddir. Hadisə yerində şərti ölçülər Mürtülü kəndi istiqamətində götürülərək aparılmışdır. Hadisə yerinə baxış təbii işiqlandırma, açıq hava şəraitində keçirilmişdir. Hadisə baş verən yerdə nəqliyyat vasitələrinin hərəkət sürəti 60 km/saata qədərdir, belə ki hadisə baş verən ərazi 60 km/saat sürətlə olan 3.24 yol nişanın təsiri altına düşür. Yol iki tərəflidir,yolun ümumi eni 6.70 metrdir, istiqamət zolaqlarını biri birindən ayran hər hansı yol nişan yoxdur. Yolun sağ çiyinində 2.5 metr enilikdə, sol çiyndə isə 2 metr torpaq örtüklü ehtiyat hissələr var həmin ehtiyat hissələrindən sonra isə yaşayış evlərinin hasarları yerləşir. Hadisə yolun Yenikənd kəndi istiqamətində yerləşən hərəkət hissəində yerləşir. Yolun üstü asafalt örtüklü quru, üfüqü və düzdür. Yolun Mürtülü kəndi istiqamətdə görə yolun sol hissəsindən sağ hissəsinə 1 metr məsafədə piyadaının vurulduğu yer kimi qəbul olunmuşdur. Belə ki, həmin yerdə asfalt üzərində xırda şüşə qırıntıları müşahidə olunur. Hadisə yerində iştirak edən “Mercedes-Benz E-class” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bildirmişdir ki, o 50-60 km/saat sürətlə Mürtülü kəndi istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən avtomobili ötmək üçün sola istiqamətlənib əks itiqamətə çıxan zaman piyadanı vurmuşdur. (bax iş vər,12-20) İş materiallarına əlavə edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3660 saylı rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: Mercedes-Benz E 200 BLUETEC" markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(bax iş vər,34-36) İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 49 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ yuxarı ətrafda tam hərəkət məhdudluğu, çanaq həlqəsinin pozulması ilə müşaiyət olunan qasıq sümüyünün-simfizin ayrılması, sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının qopması ilə müşaiyət olunan əzilmiş-cırılmış yaraları, sağ pazabənzər sümüyün sınığı, çanaqda və sağ aşağı ətrafda hərəkət məhdudluğu-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə hərəkətdə olan Mercedes-Benz E 200 BLUETEC" markalı minik avtomobilinin piyada ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. (bax iş vər,42-46) İş materiallarına əlavə xx.xx.2022-ci il tarixli 338 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından gönür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (bax iş vər. 08) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər 41) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2021-ci il tarixli 663 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. (bax iş vər.82) İş materiallarına əlavə edilmiş AE 968329 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC katerqoriyası üzrə sürcülük hüququ vardır və onun sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixdək etibarlıdır. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini xx.xx.2023-cü il tarixli,442 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdəKürdəmir rayonu Yenikənd kəndində yaşayır. (bax iş vər, 72) İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. (bax iş vər.113- 118) İş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin DYPB-nin xx.xx.2023-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və İXP5394468 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz E-class” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yeniənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(bax iş vər,74) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi əmisi Şahid3 məxsus "Mercedes-Benz E 200 BLUETEC" markalı **-MV-*** dövlat qeydiyyat nişanlı avtomobillə Yenikənd kəndi ərazisində həmin kənd istiqamətindən Kürdəmir rayonu Mürtülü kəndi istiqamətinə doğru 50-60 km/saat sürətlə hərəkətdə olarkən «X6» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkətə başlama, yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkərin digər iştirakçıları üçün maneə yaratmamalı, hərəkər hissəsinin sol kənarı ilə piyadanın hərəkətdə olmasını nəzərə almalı, avtomobili sola manevr etdirməklə hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, həmin tələblərə riayət etməyib, qarşısında hərəkətdə olan sürücüsü və dövlət qeydiyyat nişanı məlum olmayan “VAZ 2106” markalı avtomobili ötmək üçün sola qarşı əks hərəkət zolağına çıxmış, hərəkət hissəsinin sol kənarından mərkəzə doğru 1 metr məsafədə onunla eyni istiqamətdə hərəkətdə olan piyada xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ (tin) hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ yuxarı ətrafda tam hərəkət məhdudluğu, çanaq həlqəsinin pozulması ilə müşaiyət olunan qasıq sümüyünün-simfizin ayrılması, sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının qopması ilə müşaiyət olunan əzilmiş-cırılmış yaraları, sağ pazabənzər sümüyün sınığı, çanaqda və sağ aşağı ətrafda hərəkət məhdudluğu ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa imkanı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin 263.1-1 maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilməli barəsində olan cinayət işinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında“ iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin tələbinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz E-class” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib barəsində Kürdəmir RPŞ-nin DYPB-nin xx.xx.2023-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXP5394468 nömrəli protokolla inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz E-class” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib barəsində Kürdəmir RPŞ-nin DYPB-nin xx.xx.2023-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXP5394468 nömrəli protokolla inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınsın. “Mercedes-Benz E 200 BLUETEC" markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş ) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə (AZ. MEM, VÖEN-**********, AZ34CTRE ********************, X3, KOD-210005 VÖEN- ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesab) keçirilsin. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar