Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-20/2025 17.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu və müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə, xx.xx.1995-ci ildə Kürdəmir şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Rusiya Federasiyası, Tambov vilayəti Znamenski (Znamenskiy) rayonunda qeydiyyatda olmaqla, Kürdəmir şəhəri H.Əliyev prospekti məhəllə 1 ev 12-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, evli, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2024-cü il tarixdə saat 23-24 radələrində Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus evdə heç kimin olmadığından istifadə edərək hasardan qanunsuz olaraq həyətə daxil olub, həyətdə yerləşən toyuq hininin ətrafında olan dəmir barmaqlığın qapısını açaraq toyuq hininə qanunsuz daxil olub vahid niyyətlə əhatə olunmuş qəsdlə oradan hər birinin 10 manat qiyməti olan 80 ədəd toyuqlarını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2024-cü il tarixdə saat 23-24 radələrində Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus evdə heç kimin olmadığından istifadə edərək hasardan qanunsuz olaraq həyətə daxil olub, həyətdə yerləşən toyuq hininin ətrafında olan dəmir barmaqlığın qapısını açaraq toyuq hininə qanunsuz daxil olub vahid niyyətlə əhatə olunmuş qəsdlə oradan hər birinin 10 manat qiyməti olan 80 ədəd toyuqlarını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bazarda fəhlə işləyir. İşdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Heç bir izah vermədən onu şöbəyə dəvət etmişlər. O, şöbəyə getdiyi zaman orada ona toyuq oğurladığını, ziyan vurduğu bildirilmişdir. O da oğurluq etmədiyini demişdir. Polis şöbəsində ona etirafedici ifadələr verməsi üçün təzyiq göstərilmişdir. Həmçinin bildirmişdir ki, zərəçəkmiş şəxsi polis şöbəsində ilk dəfə görmüşdür. Zərəçəkmiş şəxsin evinə ilk dəfə polis əməkdaşları ilə getmişdir. Digər Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etməsini polis əməkdaşları tərəfindən məcbur edildiyi üçün demişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmişdir. Həmin evin işıqları yanmamışdır. Həyətə boylanıb baxanda həyətdə heç kimin olmadığını görmüşdür. Bundan sonra hasardan tullanıb həyətə keçmiş, həyətə daxil olub toyuqların olduğu yerə getmişdir. Həyətdə toyuq hininin ətrafı dəmir setka ilə əhatələnmişdir. Setkanı açıb toyuq hininə keçib orada olan toyuqlardan 80 ədədini oğurlayıb kisələrə yığmışdır. Sonra hasardan keçmək üçün özünə yol açmışdır. Toyuqları yığdığı kisələri 3-4 dəfəyə götürüb boş bağa aparmışdır. Səhəri gün tanımadığı taksi ilə toyuqları yığdığı boş yurda gedib kisələri maşına yükləyib Kürdəmir rayonu, mərkəzi bazarına gətirib tanımadığı şəxslərə toyuğun birini 5-6 manatdan satmışdır. Günorta saatlarında isə onların birini 2-3 manatdan satmışdır. Toyuqları sataraq əldə etdiyi gəliri isə öz tələbatına xərcləmişdir. Təqsirləndirilən şəxs2 barəsində dedikləri səhvdir. Çünki oğurluğu onunla bilikdə etməmişdir. İstintaqda verdiyi ifadə də oğurluğu Möhübbətlə etdiyini bildirmişdir. Çünki ona polis şöbəsində fiziki təzyiqə və işgəncəyə məruz qaldığı üçün oğurluğu Möhübbətlə etdiyini bildirmişdir. Lakin hazırda həqiqətləri bildirir. Oğurluğu edərkən onu heç kim görməmişdir. Zərərçəkmiş şəxs məxsus toyuqları satdıqları şəxslərdən çoxunu tanımır, lakin toyuqlardan 10 ədədini İman adlı şəxs hər birini 5 manata almışdır. O, ilk dəfədir ki oğurluq etmişdir. O, oğurluğa getməmişdən əvvəl gündüz vaxtı evdə kiminsə olub-olmamasını yoxlamış, gecə isə oğurluq etməyə getmişdir. Oğurladığı toyuqları fəhlə işlədiyi bazarda satmışdır. Soruşanlara isə həmin toyuqların özünə məxsus olduğunu bildirmişdir. Dəymiş ziyanı Möhübbət ödəmişdir. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunu 1 ildir ki tanıyır. Belə ki, Kürdəmir rayonu Atakişili kəndində kirayədə yaşayarkən onunla tanış olmuşdur. Möhübbətlə ədavəti və düşmənçiliyi yoxdur. Möhübbət həmçinində müdiri Əlvanın qohumudur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında, kirayədə yaşadığı evdə olarkən, Möhübbət evinə gələrək küçəyə çağırmışdır. Küçəyə çıxanda Möhübbət “bir iş var, gedək onu görək”demişdir. Möhübbətdən nə iş olduğunu soruşanda, Möhübbət “ bir yer var, orada çoxlu toyuqlar var, həmin toyuqları birlikdə oğurlayaq”demişdir. Əvvəlcə razı olmamış, Möhübbətə bu işi edə bilməyəcəyini demişdir. Lakin Möhübbət narahat olmamasını, tutulsalar onu qurtaracağını və oğurluq etdikdən sonra 20 manat pul verəcəyini demişdir. Sonra Möhübbətlə razılaşmışdır, bu zaman Möhübbət “ oğurluğa həmin gün saat 23 radələrində gedəcəyik, gəlib səni özüm götürəcəm”demişdir. Bundan sonra Möhübbətlə oğurluq edəcəkləri həyətə gedib baxmışlar ki evdə kimsə var ya yox. Möhübbətlə Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmişlər. Həyətə boylanıb baxanda həyətdə heç kimin olmadığını görmüşlər. Sonra evinə qayıtmışdır. Evinə qayıdan zaman isə toyuqları yığmağa kisələri zibillikdən toplamışdır. Möhübbətlə sağollaşıb, evinə gedib istirahət etmişdir. Həmin gün saat 23 radələrində Möhübbət evinə təkrar gəlib yuxudan durğuzmuşdur. Oyanıb əynini geyinib,onunla birlikdə evdən çölə çıxmışdır. Əvvəlcədən hazırladığı kisələri götürmüşdür. Möhübbətlə piyada təxminən 20-25 dəqiqə gedəndən sonra, Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmişlər. Həmin evin işıqları yanmamışdır. Həyətə boylanıb baxanda həyətdə heç kimin olmadığını görmüşlər. Bundan sonra həyətin mişar daşı olan hasarından, tullanıb həyətə keçmişdir. Həyətə keçəndən sonra qapını Möhübbət üçün açmışdır. Möhübbət həyətə daxil olub toyuqların olduğu yeri göstərmişdir. Möhübbət isə küçəyə çıxıb orada gözləmiş və kimsə gələrsə məlumat verəcəyini demişdir. Həyətdə toyuq hinində olan toyuq hininin ətrafı dəmir setka ilə əhatələnmişdir. Setkanı açıb toyuq hininə keçib orada olan toyuqlardan 80 ədədini oğurlayıb kisələrə yığmışdır. Toyuqları yığdığı kisələri qapının ağzına çıxartmışdır. Qapının qarşısında isə Möhübbət kömək etmiş və birlikdə oğurladıqları toyuqları aparmışlar. Kisələrdə olan toyuqları həmin kənddə olan boş yurda aparıb yığmışlar ki səhəri gün taksi ilə gəlib toyuqları aparsınlar. Səhəri günü sübh tezdən Möhübbət tanımadığı taksi ilə evinə gəlmiş, birlikdə toyuqları yığdıqları boş yurda gedib kisələri maşına yükləyib Kürdəmir rayonu mərkəzi bazarına gətirib tanımadığı şəxslərə toyuqun birin 4-5 manatdan satmışlar. Günorta saatlarında isə 2-3 manatdan satmışdır. Toyuqları satarkən əldə etdiyi pulları Möhübbətə yığmaq üçün vermişdir. Sonradan isə əldə etdikləri gəlirdən Möhübbət ona 20 manat pul vermişdir. Toyuqları sataraq əldə etdiyi gəliri isə öz tələbatlarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 barəsində dedikləri hamısı düzdür. Çünki oğurluğu onunla bilikdə etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilərkən verdiyi ifadədə isə oğurluğu Möhübbətlə etmədiyini bildirmişdir. Çünki törətdiyi əmələ görə cəzanın daha yüngül formasını almaq üçün Möhübbətlə etmədiyini bildirmişdir. Lakin hazırda həqiqətləri bildirir. Möhübbətin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyinə görə onunla üzləşərkən oğurluğu tək etdiyini bildirmişdir. Oğurluğu edərkən onları heç kim görməmişdir. Zərərçəkmiş şəxs məxsus toyuqları satdıqları şəxslərdən çoxunu tanımır, lakin toyuqlardan 10 ədədini İman adlı şəxs hər birini 5 manata almışdır. Təqsirləndirilən şəxs2la oğurluq edərkən aralarında olan rol bölgüsünə əsasən həyətdə olan toyuq hininə girib toyuqları oğurlayacaq, Möhübbət isə həmin vaxt küçədə gözləyib nəzarət edəcəkmiş, əgər kimsə gələrsə xəbər verəcəkdi. Zeynəb oğurluqdan bir neçə gün sonra onu çağırmış, iki bakal pivə almış və onunla söhbət edən zaman ona da oğurluğu Möhübbətlə birlikdə etdiyini etiraf etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq olandan 9 gün sonra Kürdəmir RPŞnə çağırılmışdır. Orda olduğu zaman Təqsirləndirilən şəxs1 ifadəsində onun oğurluq etməsi üçün öyrətdiyini və özü ilə aparmasını bildirmişdir. Lakin sonradan izahatını dəyişmişdir. Sonra üstündən ay yarım keçdikdən sonra Qubada olduğu zaman polis şöbəsindən zəng etmişlər ki, dərhal şöbəyə gəlsin. O da polis şöbəsinə gəlmiş, gəldikdə orada da zərərçəkmiş Məhluqənin guya ürəyi getdiyini, üstünə təcili yardım gəldiyini, şöbədə aləmin bir-birinə qarışdığını görmüşdür. Polislər ona ziyanın ödənməli olduğunu bildirmişdir. O da oğurluğu onun etmədiyi demişdir. Sonra Elçini çağırmışlar, Elçin də onun üzünə durduğu üçün məcbur qalıb dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun yeznəsinin yanında fəhləlik edir, həmçinin 6-7 ay olardı ki, onlarda qalmışdır. Sonra yeznəsi qalmağa yeri olmadığına görə Elçinə boş ev tutmasını ona tapşırmışdır. Onlar da məhlədə olan boş evi tutmuşlar və Elçin orda qalsın. Üstündən ay yarım, iki ay kimi keçmişdir ki, yeznəsi ona zəng edərək Elçindən xəbəri olub-olmamasını soruşmuşdur. O da Elçini axtardıqda Polis şəbəsində saxlanıldığını eşitmişdir. O, oğurluq olan günü işdə, axşam saat 8-dən, 3-ə qədər toy qurtara kimi isə toyda olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində toyuq-cücə saxlayır. xx.xx.2024-cü il tarixdə Sabirabad rayonundan 450 ədəd təxminən 15-20 günlük cücələri hər birini 1.60 qəpikdən almışdır. Həmin cücələri yaşadığı evin həyətində saxlamışdır. xx.xx.2024-cü il tarixdə aldığı cücələrin 200 ədədini anası Şahid2 vermişdir. Qalan 250 ədədi isə həyətində qalmışdır. Həmin toyuqları həyətində düzəltdiyi toyuq hinində saxlamış, hinin ətrafı dəmir setka ilə hasarlanmışdır. xx.xx.2024-cü il tarixdə oğlu Musanın xınayaxdı mərasimi olmuşdur. Mərasim Göyçay rayonunda keçirilmiş, buna görə həmin günü hamısı evdən çıxıb Göyçay rayonuna getmişlər. Evi isə nəzarətsiz qalmışdır. Göyçaydan gecə saatlarında anası Zeynəbin yaşadığı Ərşəli kəndində yerləşən evinə getmişlər. Səhəri günü isə durub yaşadığı evə getmişdir. Evə gələndə toyuqlarından bir qisminin əskik olduğunu görmüşdür. Toyuqlarını sayanda 80 ədədi əskik gəlmişdir. Bu barədə anası Zeynəbə demişdir. Anası isə dəqiqləşdirib sonra polisə məlumat verməsini demişdir. Toyuqlarını axtarsa da tapa bilmədiyinə görə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, həmin oğurlanmış toyuqlar 4 aylıq çolpalar olmuşdur. Həmin toyuqların hər birinin qiyməti 10 manatdır. Qonşusu Təqsirləndirilən şəxs1 şübhənir, çünki o əvvəllər də qapılarına oğurluq etmək üçün girmişdir. Daha sonra isə öyrənmişdir ki Təqsirləndirilən şəxs1 izahatı alınıb və RPŞ-dən buraxılıb. Anası Zeynəb sonradan Elçini tapıb onunla özü söhbət etmiş, Elçin ona Möhübbət ilə birlikdə evinə girdiklərini, Möhübbətin çağırdığı taksi vasitəsi ilə isə toyuqları aparıb satdıqlarını demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs onun qızıdır, qızıgildə yaşayır. Ev hal-hazırda onlarındır. Sənədi də vardır. Onlarda illik ***- **** ədəd cücə saxlayırlar, biznes kimi. Bir gün havaların yaxşı vaxtları olarkən həyətdən səs gəldiini eşitmişdir. Gecə vaxtı işığı söndürmüşlər. Qızı həyətdən səs eşitdiyini, həyətdə kiminsə olduğunu demişdir. Qızından həmiş şəxsin haradan keçdiyini soruşduqda, qalanın başından keçdiyini demişdir. Həmin adam əlində ağ torba ilə qaladan keçmək istəyəndə həyətdə olan it hürmüşdür. Gözləmişdir ki, gələnin kim olduğun görsünlər. Elə onda işıqda görmüşdür ki, gələn Elçindir. Axırıncı hadisə vaxtı nəvəsinin toy ərəfəsi zamanı başları qarışıq olmuşdur. Onlar iyun ayının dördü xınayaxdı mərasiminə getmişlər. İyun ayınən beşi qayıdıb gəldikdə həyətlərindən oğurluq olunduğunu, həyətdəki toyuqları saydıqda 80 ədədinin olmadığını görmüşlər. Polis şöbəsinə müraciət etmişlər. Onlar da gedib Elçini gətirmiş, Elçin ifadəsində bildirmişdir ki, onu günorta Möhübbət aparıb, çağırıb evi göstərib, ev sahiblərinin evdə olmadığını, qapıya girməsini istəmişdir. Möhübbəti də ifadə vermək üçün polisə gətirmişlər. Sonradan özü Elçinlə söhbət etmiş, düzünü danışmasını istəmiş, videogörüntüyə almışdır. Elçin bildirmişdir ki, Möhübbət ona 40 manat pul verərək, getməsə əgər özü onu şərliyib tutduracağını demişdir. Sonra o, polis şöbəsinə gələrək Elçinin dediklərini polis Elşən Mürsəlova bildirmişlər. Bundan 2-3 gün sonra Möhübbət oğurladıqları toyuqların pulunu onlara vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 8-9 ay, 1 ilə yaxındır baş vermişdir. Yay aylarında bazarda ucuz toyuq olduğundan 10 ədədini cəmi 45- 50 manata almışdır. 3 gündən sonra Tağı Məmmədov tərəfindən zəng gələrək bazardan çolpa aldığını, polis şöbəsinə gəlməsini istəmişdir. Həmin çolpaların harda olduğunu soruşduqda beşini kəsdiyini, qalanını da bacısıgilə göndərdiyini bildirmişdir. Tağı müəllim onun aldığı çolpaların oğurluq olduğunu demişdir. O da xəbəri olmadığını, Elçinin pis uşaq olmadığını, bazarda fəhlə işlədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, ucuz olduğu üçün o çolpaları almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır ( i.v.1); xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus hər birinin 10 manat qiyməti olan cəmi 800 manat dəyərində 80 ədəd toyuqların Elçin adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir (i.v.8); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Kürdəmir rayonu, Atakişili kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətidir. Evin darvazası dəmirdən olmaqla daxili qıfılla bağlanmış, darvazadan həyətə daxil olduqda baş sol tərəfdə yaşayış binası, baş sağ tərəfdə toyuq damı yerləşir. Həyətə daxil olanda sol tərəfdə bağça yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə naməlum şəxs onun evinin həyətindən 80 ədəd toyuq oğurlamışdır. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( i.v.09-14); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 18:30-da cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i.v.52-53); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu həmin tarixdə saat 12:30-da RPŞ-nin MSY-dən azad edilmişdir (i.v.75); xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.109, 132-133); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dəcərəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun qərarı ilə cinayət işinin istintaq müddəti 2 ay yəni 28 sentyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək müddətdə uzadılmışdır (i.v.142-143); xx.xx.2024-cü il tarixli Kürdəmir rayon prokuroru baş ədliyyə müşaviri Tural İbrahimovun göstərişindən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki hindən 80 baş toyuğu tək oğurladığını, Təqsirləndirilən şəxs2 həmin oğurluqa iştirak etmədiyini, Möhübbətin imkanı onunkundan yaxşı olduğuna görə vurduğu ziyanı ödəyə bilməyəcəyinə görə 80 baş toyuğu Möhübbətlə birlikdə oğurladığı barədə yalan ifadə verdiyini göstərməsi özünü müdafiə və Təqsirləndirilən şəxs2 məsuliyyətdən kənarlaşdırmaq məqsədi daşıma kimi qiymətləndirilmişdir (i.v.144-146); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1-ci və 177.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v.167-168); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.180-181); xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.195-196, 218- 220); İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3- 16-16/2-9/6438/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertiza təyini qərarıda göstərilən 80 ədəd hər biri 4-5 aylıq ev quşlarının (toyuq) 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 800,00 (80x10) manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir (i.v. 106-108); “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-783/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur ( i.v 93); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X8 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs1 əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir (i.v. 94); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayıb (i.v. 98); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu oğlu xx.xx.2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci ildə Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76 –cı maddəsinə əsasən 11 ay 17 gün vaxtından əvvəl şərti azad edilib. xx.xx.2019-cu ildə cəza müddəti başa çatıb və qeydiyyatdan çıxarılıb (i.v 148-149); İş üzrə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki,
1. Mayılov X5 Möhübbət Bəxtəvər oğlu ilə birlikdə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Kürdəmir rayonu Atakişili kəndində evinin həyətində yerləşən toyuq hininə qanunsuz daxil olaraq vahid niyyətlə oradan hər birinin 10 manat qiyməti olan cəmi 800 manat dəyərində 80 ədəd toyuqlarını oğurlamışlar.
2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu oğurluğu edərkən onları heç kim görməmiş və onlara maneçilik edən olmamışdır (i.v. 147); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs RPŞ-nə ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir (i.v. 74); xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 təkrar ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus evin qarşısına gedib bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında, kirayədə yaşadığı evdə olarkən, Möhübbət evinə gələrək küçəyə çağırmışdır. Küçəyə çıxanda Möhübbət “bir iş var, gedək onu görək”demişdir. Möhübbətdən nə iş olduğunu soruşanda, Möhübbət “ bir yer var, orada çoxlu toyuqlar var, həmin toyuqları birlikdə oğurlayaq”demişdir. Əvvəlcə razı olmamış, Möhübbətə bu işi edə bilməyəcəyini demişdir. Lakin Möhübbət narahat olmamasını, tutulsalar onu qurtaracağını və oğurluq etdikdən sonra 20 manat pul verəcəyini demişdir. Sonra Möhübbətlə razılaşmışdır, bu zaman Möhübbət “ oğurluğa həmin gün saat 23 radələrində gedəcəyik, gəlib səni özüm götürəcəm”demişdir. Bundan sonra Möhübbətlə oğurluq edəcəkləri həyətə gedib baxmışlar ki evdə kimsə var ya yox. Möhübbətlə Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmişlər. Həyətə boylanıb baxanda həyətdə heç kimin olmadığını görmüşlər. Sonra evinə qayıtmışdır. Evinə qayıdan zaman isə toyuqları yığmağa kisələri zibillikdən toplamışdır. Möhübbətlə sağollaşıb, evinə gedib istirahət etmişdir. Həmin gün saat 23 radələrində Möhübbət evinə təkrar gəlib yuxudan durğuzmuşdur. Oyanıb əynini geyinib,onunla birlikdə evdən çölə çıxmışdır. Əvvəlcədən hazırladığı kisələri götürmüşdür. Möhübbətlə piyada təxminən 20-25 dəqiqə gedəndən sonra, Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmişlər. Həmin evin işıqları yanmamışdır. Həyətə boylanıb baxanda həyətdə heç kimin olmadığını görmüşlər. Bundan sonra həyətin mişar daşı olan hasarından, tullanıb həyətə keçmişdir. Həyətə keçəndən sonra qapını Möhübbət üçün açmışdır. Möhübbət həyətə daxil olub toyuqların olduğu yeri göstərmişdir. Möhübbət isə küçəyə çıxıb orada gözləmiş və kimsə gələrsə məlumat verəcəyini demişdir. Həyətdə toyuq hinində olan toyuq hininin ətrafı dəmir setka ilə əhatələnmişdir. Setkanı açıb toyuq hininə keçib orada olan toyuqlardan 80 ədədini oğurlayıb kisələrə yığmışdır. Toyuqları yığdığı kisələri qapının ağzına çıxartmışdır. Qapının qarşısında isə Möhübbət kömək etmiş və birlikdə oğurladıqları toyuqları aparmışlar. Kisələrdə olan toyuqları həmin kənddə olan boş yurda aparıb yığmışlar ki səhəri gün taksi ilə gəlib toyuqları aparsınlar. Səhəri günü sübh tezdən Möhübbət tanımadığı taksi ilə evinə gəlmiş, birlikdə toyuqları yığdıqları boş yurda gedib kisələri maşına yükləyib Kürdəmir rayonu mərkəzi bazarına gətirib tanımadığı şəxslərə toyuqun birin 4-5 manatdan satmışlar. Günorta saatlarında isə 2-3 manatdan satmışdır. Toyuqları satarkən əldə etdiyi pulları Möhübbətə yığmaq üçün vermişdir. Sonradan isə əldə etdikləri gəlirdən Möhübbət ona 20 manat pul vermişdir. Toyuqları sataraq əldə etdiyi gəliri isə öz tələbatlarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 barəsində dedikləri hamısı düzdür. Çünki oğurluğu onunla bilikdə etmişdir. Təqsirləndirilən şəxs qismində verdiyi ifadədə isə oğurluğu Möhübbətlə etmədiyini bildirmişdir. Çünki törətdiyi əmələ görə cəzanın daha yüngül formasını almaq üçün Möhübbətlə etmədiyini bildirmişdir. Lakin hazırda həqiqətləri bildirir. Möhübbətin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyinə görə onunla üzləşərkən oğurluğu tək etdiyini bildirmişdir. Oğurluğu edərkən onları heç kim görməmişdir. Zərərçəkmiş şəxs məxsus toyuqları satdıqları şəxslərdən çoxunu tanımır, lakin toyuqlardan 10 ədədini İman adlı şəxs hər birini 5 manata almışdır. Təqsirləndirilən şəxs2la oğurluq edərkən aralarında olan rol bölgüsünə əsasən həyətdə olan toyuq hininə girib toyuqları oğurlayacaq, Möhübbət isə həmin vaxt küçədə gözləyib nəzarət edəcəkmiş, əgər kimsə gələrsə xəbər verəcəkdi (i.v. 164-166); Şahid2 təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid2 ilə birlikdə kafedə oturub, söhbət edirlər, söhbət zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oteldə istirahət edərkən müdirinin qayını Möhübbət onu küçəyə çağırmışdır. Möhübbətlə söhbət edərkən, Möhübbət ona iş olduğunu gedib onu görməyi təklif etmişdir. Möhübbətdən nə iş olduğunu soruşanda, Möhübbət ona “bir yer var, orada çoxlu sayda toyuqlar var, gedək toyuqları oğurlayaq “demişdir. Möhübbətlə razılaşmasa da, Möhübbət ona narahat olmamasını, tutulsalar onu qurtaracaq, və oğurluq etdikdən sonra isə ona 20 manat pul verəcək” demişdir. Möhübbətlə razılaşmış, həmin gün saat 23 radələrində gedəcəklərini demişdir. Həmin gün saat 23 radələrində Möhübbət otelə gələrək onu yuxudan durğuzmuş, əynini geyinib onunla birlikdə getmişdir. Möhübbətin əlində bir neçə boş kisə olmuşdur. Təxminən piyada 20-25 dəqiqə gedəndən sonra Kürdəmir şəhərində olan, ümumi ərazisi dəmir hasarla əhatələnmiş, bir mərtəbəli evin yaxınlığına gəlmişlər. Həmin evin işiqları sönülü olmuşdur. Möhübbət ona hasardan keçmək üçün kömək etdiyinə görə, həyətə düşüb qapını Möhübbət üçün açmışdır. Möhübbət həyətə daxil olaraq əlində ki kisələri ona verib dəmir torla əhatə olunmuş toyuq hinini göstərib, orada olan toyuqları kisələrə doldurmasını istəmişdir. Möhübbət kisələri ona verdikdən sonra, özü küçəyə çıxmışdır ki nəzarət etsin. Daş mişarla hörülmüş toyuq hininin qapısının üstündə olan ipi açıb içəri daxil olaraq əlində olan 6 ədəd kisəyə 80 ədəd toyuqları yığmışdır. Üç dəfəyə həmin kisələri küçəyə yəni oğurluq etdiyi yerdən təxminən 200-300 metr məsafədə Möhübbətin yanına gətirib yığmışdır. Bundan sonra qapını arxadan bağlayıb hasardan küçəyə atlanıb Möhübbətin yanına gəlmişdir. Möhübbət ona “toyuqlar burada qalsın, sabah gəlib götürərik” demişdir. Səhəri günü Möhübbət onu oteldən durğuzub xatırlamadığı taksi ilə bilikdə həmin yerə gedib toyuqları götürüb bazara gəirib 2-3-4-5 manata satmışlar, əldə olunan bütün pulları Möhübbət özü yığmış, sonda isə ona 20 manat pul vermişdir (i.v. 157); Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 781 nömrəli arayış və xx.xx.2024-cü il tarixli xasiyyənaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ailə üzvü anası- 1965-ci il təvəllüdlü X3 ibarətdir. Onun barəsində şəhər icra nümayəndəliyinə təqsirləndirici heç bir şikayət daxil olmamışdır (i.v.96-97); Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 973 nömrəli arayış və xasiyyənaməsindən görünür ki, Kərimov X1 rayonu, Atakişili kəndində yaşayır, ailə tərkibi arvadı- xx.xx.1990-il təvəllüdlü S.S.Kərimova, oğlu- xx.xx.2013-cü il təvəllüdlü M.M.Kərimli, oğlu- xx.xx.2016-cı il təvəllüdlü H.M.Kərimlidən ibarətdir. Onun barəsində şəhər icra nümayəndəliyinə təqsirləndirici heç bir şikayət daxil olmamışdır (i.v.154); Məhkəməyə təqdim etdiyi ərizəsindən Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu ona dəymiş ziyanı tam ödəmişdir. Heç bir şikayət və tələbi yoxdur. Barışmışlar. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş həmin tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1 Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncəyə, qeyri-insani rəftara və digər qanunsuz hərəkət və davranışlara məruz qalması barədə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə iş üzrə zərərçəkmiş şəxs Şahid2 təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 söhbət zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oteldə istirahət edərkən müdirinin qayını Möhübbət onu küçəyə çağırmışdır. Möhübbətlə söhbət edərkən, Möhübbət ona iş olduğunu gedib onu görməyi təklif etmişdir. Möhübbətdən nə iş olduğunu soruşanda, Möhübbət ona “bir yer var, orada çoxlu sayda toyuqlar var, gedək toyuqları oğurlayaq “demişdir. Möhübbətlə razılaşmasa da, Möhübbət ona narahat olmamasını, tutulsalar onu qurtaracaq, və oğurluq etdikdən sonra isə ona 20 manat pul verəcək” demişdir. Möhübbətlə razılaşmış, həmin gün saat 23 radələrində gedəcəklərini demişdir. Həmin gün saat 23 radələrində Möhübbət otelə gələrək onu yuxudan durğuzmuş, əynini geyinib onunla birlikdə getmişdir. Möhübbətin əlində bir neçə boş kisə olmuşdur. Təxminən piyada 20-25 dəqiqə gedəndən sonra Kürdəmir şəhərində olan, ümumi ərazisi dəmir hasarla əhatələnmiş, bir mərtəbəli evin yaxınlığına gəlmişlər. Həmin evin işiqları sönülü olmuşdur. Möhübbət ona hasardan keçmək üçün kömək etdiyinə görə, həyətə düşüb qapını Möhübbət üçün açmışdır. Möhübbət həyətə daxil olaraq əlində ki kisələri ona verib dəmir torla əhatə olunmuş toyuq hinini göstərib, orada olan toyuqları kisələrə doldurmasını istəmişdir. Möhübbət kisələri ona verdikdən sonra, özü küçəyə çıxmışdır ki nəzarət etsin. Daş mişarla hörülmüş toyuq hininin qapısının üstündə olan ipi açıb içəri daxil olaraq əlində olan 6 ədəd kisəyə 80 ədəd toyuqları yığmışdır. Üç dəfəyə həmin kisələri küçəyə yəni oğurluq etdiyi yerdən təxminən 200-300 metr məsafədə Möhübbətin yanına gətirib yığmışdır. Bundan sonra qapını arxadan bağlayıb hasardan küçəyə atlanıb Möhübbətin yanına gəlmişdir. Möhübbət ona “toyuqlar burada qalsın, sabah gəlib götürərik” demişdir. Səhəri günü Möhübbət onu oteldən durğuzub xatırlamadığı taksi ilə birlikdə həmin yerə gedib toyuqları götürüb bazara gəirib 2-3-4-5 manata satmışlar, əldə olunan bütün pulları Möhübbət özü yığmış, sonda isə ona 20 manat pul vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun oğurluq əməlini Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun tək törətməsi barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi Təqsirləndirilən şəxs1 istintaq ifadəsi, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokol, iş üzrə zərərçəkmiş şəxs Şahid2 təqdim etdiyi videogörüntü və digər iş materialları ilə təkzib edilir, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq birgə oğurluq əməlini törətdiklərini ibtidai istintaqda verdiyi ilkin ifadəsində, həmçinin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində özünün sərbəst formada Təqsirləndirilən şəxs2la birgə oğurluğu necə, nə vaxt, hansı şəraitdə törətdiklərini hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin ibtidai istintaqda təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 sərbəst formada qeydə alınmış audio- video yazısından müəyyən edilir ki, o, oğurluğu Təqsirləndirilən şəxs2la necə, hansı şəraitdə, törətdiklərini bir daha etiraf edir. Bundan əlavə iş materilları ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş 800 manat maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Bu Təqsirləndirilən şəxs2 oğurluğu Təqsirləndirilən şəxs1la birgə törətdiyini bir daha sübut edir. Həmçinin Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqə və digər qeyriinsani hərəkətlərə məruz qalmasını göstərsə də, lakin məhkəmə istintaqı zamanı göstərilən hallar öz təsdiqini tapmamışdır. Onun Təqsirləndirilən şəxs2la oğurluq etməməsi barədə məhkəmə iclasında göstəridyi xüsusatlar iş materialları ziddiyyət təşkil etdiyindən sübut kimi qəbul olunmamalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırki cinayət işinin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində yaşayır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında törətdiyi cinayət əməlini tamamilə etiraf edib səmimi peşmançılıq hissi keçirmiş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əcnəbi vətəndaş olmaqla, onun əməlində cəzası yüngülləşdirən kifayət qədər hallar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3cü bəndinə əsasən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normaların ümumiləşdirilmiş təhlilindən məlum olur ki, qanun norması hazırki vəziyyətdə Təqsirləndirilən şəxs1 əcnəbi vətəndaş olması səbəbindən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qadağan edir. Digər tərəfdən cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən kifayət qədər halların olması özlüyündə Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər cəza – azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində mövcud olan cəzanı yüngülləşdirən halların məsmusu (şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsi, əvvəllər məhkum edilməməsi, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması), Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və ona maddənin sanksiyasında müəyyən edilən cəzalarda daha yüngül cəza növü təyin edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı uşağın olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanı ödəməsini (CM-nin 59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların məsmusu Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hal hesab edilərək, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 cərimə cəzası təyin edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonunun Atakişili kəndində yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslərdən birgə qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 tərəfindən həyata keçirilmiş, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 34 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 hər birinə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 254 (iki yüz əlli dörd) manat (29 aprel 2025-ci il tarixə kimi 24 saat vaxt görə 144 manat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 10 saat vaxta görə 110 manat olmaqla) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun 11 iyul 2024-ci il tarixdən 12 iyul 2025-ci il tarixədək, həbsdə olduğu – cəmi 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 Bəxtəvər oğluna qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 Bəxtəvər oğluna elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki idda və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 Bəxtəvər oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəxtəvər oğluna 29 aprel 2025-ci il tarixə kimi 24 saat vaxta görə 144 manat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 10 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən 110 manat olmaqla, cəmi 34 (otuz dörd) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və Müdafiəçi4 hər birinə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 254 (iki yüz əlli dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Hakim Rahid Mehdiyev