Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-21/2023 11.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin və psixotrop maddələrin siyahısı”na daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,80 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində əldə etdiyi narkotik vasitənin 2,87 qram çəkidə olan hissəsini Kürdəmir şəhəri Bakı prospektində yerləşən X11 Kompleksində tanışı Şahid2 heç bir mənfəət əldə etmədən, təmənnasız, pulsuz olaraq pay qismində vermiş, Şahid2 ondan əldə etdiyi narkotik vasitənin 1,47 qram çəkidə olan hissəsini tanışı Şahid1 heç bir mənfəət əldə etmədən, təmənnasız, pulsuz olaraq pay qismində vermiş, həmin günü saat 13 radələrində Şahid1 Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Bakı prospektində saxlanılaraq RPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,47 qram narkotik vasitə qurudulmuş marixuana, tədbirlərin davamı olaraq Şahid2 Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Bakı prospektində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ ön cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,40 qram narkotik vasitə qurudulmuş marixuana, həmin günü saat 17 radələrində tədbirlərin davamı olaraq, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Kürdəmir şəhəri Bakı prospektində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ ön cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,93 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, 2020-ci ildə İİ Qarabağ Müharibəsində iştirak etmiş, müharibədə travmaları əmələ gəlmişdir. Müharibədə çox gərginlik olduğundan orada ilk dəfə narkotik vasitə olan marixuana qəbul etmiş və bir növ narkotik vasitədən asılı vəziyyətə düşmüşdür. Müharibə bitdikdən sonra, “Vətən uğrunda”, “Ağdamın azad olunması uğrunda” və “Xocəvəndin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir. Müharibədən sonra psixoloji olaraq travmalar əmələ gəldiyinə görə, narkotik vasitə qurudulmuş marixuana çəkərək rahatlaşmışdır. 2022-ci ilin sentyabr ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində balıq tutarkən orada bir ədəd yabanı halda bitən çətənə kolunu görmüşdür. Həmin çətənə kolunu dərib, sellofana yığaraq yaşadığı evə gətirib həyətdə olan dama sərib qurutduqdan sonra gizlətmişdir. Kötüyünü isə su kanalına atmışdır. Qurutduğu marixuananı hissə-hissə götürüb istifadə etmişdir. Sonuncu qalan hissəsini isə kibrit qutusunda qoyub, istifadə etmək üçün üzərində olan şalvarın cibinə qoymuşdur. Şahid2 uzun illərdir ki tanıyır, onunla münasibəti normaldır, Zamiq hazırda X7 yunan roma güləşi ilə məşğul olur. Təxminən 8 gün əvvəl Zamiqin qonağı gəldiyinə görə, yaxınlaşaraq 19 manat borca pul istəmişdir. Üstündə pul olduğuna görə ona həmin pulu vermiş, Zamiq bir həftəyə pulu qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında X7 hovuzda olarkən tanışı, həmin kompleksdə idmanla məşğul olan Zamiq yaxınlaşaraq onun üçün nəşə tapmasını istəmişdir. Üstündə olan nəşənin bir hissəsini kibrit qutusuna ayırıb ona vermişdir. Qalan nəşəni isə özündə saxlamışdır. Zamiqə nəşəni pulsuz olaraq, heç bir təmənna güdmədən və heç bir mənfəət əldə etmədən vermişdir. Zamiq nəşəni götürəndən sonra kompleksin içərisinə girmişdir. Yadına Zamiqin ona olan borcu düşmüş, geri qayıdıb Zamiqdən borcunu nə vaxt verəcəyini soruşmuşdur. Zamiq də hazırda pulu olduğunu deyib cibindən 19 manatı çıxarıb ona olan borcunu qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat 10.00 radələrində Kürdəmir şəhəri “Dörd Yol” adlı ərazidə Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra şəxsi axtarışa başlanılmışdır. Bundan sonra üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Üzərində narkotik vasitə qurudulmuş marixuananın olduğunu polis əməkdaşlarının öyrəndiyini bildiyinə görə, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etriaf etmişdir. Əynində olan qış gödəkçəsinin qabaq sağ ön cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılmış, üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş “Redmi “markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 ədəd kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürləndi. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni Sor-Sor kəndində balıq tutarkən yabanı halda bitən çətənə kolunu dərib qurudaraq saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə narkotik vasitə qurudulmuş marixuanası yoxdur. Zamiq 19 manat borcu olduğuna görə həmin borcu qaytarmışdır. Narkotik vasitəni ona verməsi müqabilində o ona heçnə verməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını və ilk dəfə cinayət əməlini törətməsini nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müəvvkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri E,Mikayılov küçəsi ev 31-də yaşayan Şahid1, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Şahid2 və Kürdəmir rayonu Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Kürdəmir şəhəri Bakı prospektində X8 Kərimov saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Şahid1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X5 ilə təmin edilmişdir. Şahid1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Şahid1 yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Allahverdi Osmanov tərəfindən Şahid1 üzərinə şəxsi axtarış aparılsa da başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şahid1 təqdim etdiyi kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zamanı içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan sonra Allahverdi Osmanov tərəfindən Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Şahid2 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X9 ilə təmin edilmişdir. Şahid2 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Şahid2 yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan boz rəngli şalvarın sağ cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Allahverdi Osmanov tərəfindən Şahid2 üzərinə şəxsi axtarış aparılsa da başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şahid2 təqdim etdiyi büküm müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zamanı içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan sonra Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Asif Nuihiyev ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X6 ilə təmin edilmişdir. Asif Nuihiyev üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Asif Nuihiyevə yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Asif Nuihiyev üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində ki qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Asif Nuihiyev təqdim etdiyi kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zamanı içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür.Şahid1 rayon sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Şahid1 ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Şahid1 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Şahid2 ilə hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Şahid2 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir.Şahid2 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qimində dindirilmiş şahidlər Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 anoloji ifadə verərək Şahid3 ilə eyni məzmunda ifadə evrib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclasınını vaxtı və yeri bardə Şahid2 lazimiq aydada məlumat verilməsinə baxmayaraq, o, məhkməyə ərizə göndərərk ximəti vəzifəsi ilə əlaəqdar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir.Məhkəmə məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, peşəkar yunan roma güləşi ilə məşğul olur. Şahid1 uzun illərdir ki tanıyır. Onunla bir məhlədə böyümüşdür. Təqsirləndirilən şəxs isə təxminən 2 aydır ki tanıyır. Kürdəmir şəhər İdman kompleksində məşq edir, Asif isə orada hovuza nəzarət edir. Asiflə eləcə də tanış olmuşdur. Təxminən xx.xx.2022-ci il tarixdə idmançı dostları Kürdəmir rayonundan keçdiklərinə görə zəng edərək, görüşüb çay içmək istədiklərini demişlər. Həmin vaxt üstündə pulu olmadığına görə Asifə “qonaqlarım gəlir, mənə 20 manat borca pul ver, 2-3 günə borcu qaytaracam”demişdir. Asifdə ona 20 manat verib pulunun olmadığını, tez bir zamanda qayatarmasını demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Heydər zəng edərək onun üçün qurudulmuş marixuana tapmasını istəmişdir. Heydərə maraqanıb tapa bilsə hə yox deyəcəyini demişdir. Səhəri günü yəni xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Asiflə İdman kompleksində görüşmüşdür. Asifə özü üçün nəşə verməsini xahiş etmişdir. Asif də üzərində olan bir ədəd kibrit qutusunda olan marixuananı ona vermişdir. Kibrit qutusunu götürüb getmək istəyəndə, Asif ona” bəs borcunu nə vaxt qaytaracaqsan, sənə demişdim axı ki mənim maddi durumum aşağıdır”demişdir. Buna görə də üstündə olan 19 manatı çıxarıb borcundan Asifə vermişdir. Asifdən aralanıb gedəndə, həmin kibrit qutusunun üzərindən biraz götürüb kağız bükümə qablaşdırıb üzərində istifadə etmək üçün saxlamışdır. Heydərə zəng edib dediyi narkotik vasitəni təşkil etiyini gəlib kompleksin qarşısından götürməsini demişdir. Heydər də tanımadığı ağ rəngli priora markalı taksi ilə yanına gəlmişdir. Heydər maşından düşüb yanına gəlmiş, bir ədəd kibrit qutusunda olan marixuananı göstərib ona vermişdir. Heydər aralanmaq istəyərkən qəfildən polis əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Üzərilərində narkotik vasitə saxlamaqlarında şübhəli olduqlarını bildirib RPŞ-nə dəvət etmişlər. Heydərlə onlara etiraz etməyib onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra şəxsi axtarışa başlanılmış, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Üzərində narkotik vasitə qurudulmuş marixuananın olduğunu polis əməkdaşlarının öyrəndiyini bildiyinə görə, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Əynində olan şalvarın qabaq sağ ön kiçik cibində saxladığı kağız bükümdə olan marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş və bir ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş alışqan özünə qaytarılmışdır. Bundan sonra üzərində axtarış aparılmış, üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. 01 ədəd büküm müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Üzərindən aşkar edilmiş qurudulmuş marixuananı tanışı Şahid1 üçün Təqsirləndirilən şəxs əldə etmişdir. Bir hissəsini özü üçün götürmüş, kibrit qutusunda olan marixuananı isə Heydərə vermişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə narkotik vasitə qurudulmuş marixuanası yoxdur. Şahid1 ona zəng edərək onun üçün narkotik vasitə qurudulmuş marixuana almasını istəmişdir. Asifə zəng edərək narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu demişdir. Asiflə xx.xx.2022-ci il tarixdə X7 görüşüb ondan bir kibrit qutusu marixuana götürmüşdür. Həmin kibrit qutusunun üzərindən bir büküm özü götürmüş, qalanını isə Heydərə vermişdir. Heydərə narkotik vasitəni təmannasız vermişdir. Heydər onun Asifdən narkotik vasitə götürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin müqabilində heç nə verməmişdir. Asif həmin narkotik vasitəni pulsuz təmənnasız, pay qismində vermişdir. Asifə 20 manat borcu olmuşdur. Asif ona narkotik vasitəni pulsuz verəndən sonra, ondan borcunu nə vaxt qaytaracağını soruşmüş, həmin vaxt üstündə 19 manat olduğuna görə, borcunu qaytarmışdır. Təqsirləndirilən şəxs 19 manat pul müqabilində qurudulmuş marixuananı aldığını qərəzli olaraq şəxsi axtarış zamanı bildirmişdir. Çünki, Heydərlə onu Asifin polislərə satdığını düşünmüşdür. Buna görə də onun barəsində elə bildirmişdir. Lakin həqiqətdə isə Asif narkotik vasitəni pulsuz pay qismində vermişdir. Məhkəmə iclasınını vaxtı və yeri bardə Şahid1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkməyə ərizə göndərərk xidməti vəzifəsi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan arada bir istifadə edir. Şahid2 uzun illərdir ki tanıyır. Onunla əvvəl eyni məhlədə böyümüş və baxçayada birlikdə getmişdir. xx.xx.2022-ci il tarixdə könlünə nəşə çəkmək düşmüşdür. Buna görə də həmin günü saat 23 radələrində özünə məxsus ***-***-**-** saylı nömrənin vatsapı ilə Zamiqə məxsus ***-***-**-** nömrəsinə zəng edib narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Səhəri günü səhər saatlarında Zamiqə zəng vurub nəşə tapıb tapmamasını soruşmuş, Zamiq də nəşə təşkil etdiyini, İdman Kompleksinin qarşısına gəlib götürməsini demişdir. Tanımadığı taksi sürücüsünə yaxınlaşıb, İdman kompleksinin yanına aparmasını istəmişdir. Həmin günü saat təxminən 13 radələrində Zamiqin işlədiyi İdman Kopmleksinin qarşısına getmişdir. Zamiq içəri girib təxminən 4-5 dəqiqə sonra gəlmiş, və ona marixuananı göstərmiş, üzərindən bir büküm də ozü istifadə etmək üçün götürdüyünü demişdir. Zamiqdən aralaşıb getmək istəyəndə onlara polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, Zamiqlə onu RPŞ-nə dəvət etmişlər. Zamiqlə birlikdə etiraz etməyib onlarla birlikdə RPŞnə gəlmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra şəxsi axtarışa başlanılmışdır. Bundan sonra üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Üzərində narkotik vasitə qurudulmuş marixuananın olduğunu polis əməkdaşlarının öyrəndiyini bildiyinə görə, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd içərisində yaşıl rəngli kütlə olan kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmış, üzərindən bir ədəd ətir aşkar edilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş ətir isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 01 ədəd kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Əvvəllər də, narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Zamiq onun üçün əldə etmişdir. Zamiq onun üçün kimdənsə və hardansa həmin narkotik vasitəni tapıb gətirib vermişdir. Bunun müqabilində isə Zamiqə heçnə verməmiş, Zamiq ona həmin kütləni pulsuz, təmənnasız gətirib vermişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə narkotik vasitə qurudulmuş marixuanası yoxdur. Zamiqin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı kimdən və haradan əldə etməsini bilmir. Təqsirləndirilən şəxs tanımır. İlkin olaraq qorxduğuna görə və məsuliyyətdən yayınmaq üçün narkotik vasitəni yalandan Zamiqdən pulla aldığını şəxsi axtarış zamanı bildirmişdir. Lakin həqiqətdə isə o narkotik vasitəni pulsuz, pay qismində təmənnasız vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1323 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) -”Şahid1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,47 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - ”Şahid2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,40 qram olan kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -”Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,93 qram olan kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda aşkar olunan marixuana, Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə aşkar olunan marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan marixuana eyni tərkiblidir. Marixuananın ümumi təmiz çəkisi – 5,08 qram, tədqiqata sərf edildi 0,6 qram (hər ob- 0,02 qrqam), qalıq-5,74 qram qalmışdır. (bax iş vər. 108-110) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 156 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. narkomaniya xəstəliyindən məcburi müalicə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(bax iş vər.177) İş materiallarında olan “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 35 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 168) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 166-167) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəiyinin xx.xx.2023-cü il tarixli, 126 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. (bax iş vər. 181) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Atakişili kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.182) İş materallarına əlavə edilmş 79249 nömrəli vəqsiqənin surətinən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Mühariibəsi X2 üzvüdür. (bax iş vər.183) İş materialalrına əlavə edilmiş İ-56312 nömrəli Azərbaycan Respubliaksı Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. (bax iş vər.184) İş materialalrına əlavə edilmiş İ-5277 nömrəli Azərbaycan Respubliaksı Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. (bax iş vər.185) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.30-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.78-79) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 156-157) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəməbioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, onun müstəsna xidmətlərini, yəni Vətən Müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı” və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə, saat 12.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs prfofilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə qurudulmuş marixuananın 2,91 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, 31,95 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Atkişili kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nuhiyev X10 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan qurudulmuş marixuananın 2,91 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-21/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-21/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver