Məhkəmə qərarları › İş №1(041)-21/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-21/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-21/2024 09.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi,Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 1993-cü ildə Kürdəmir rayonu, Çölqubalı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çölqubalı kəndində yaşayan- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə xx xxxx 1990-cı ildə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində ictimai yer olan Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Dan Ulduzu” şadlıq sarayında Kürdəmir raonu Şahsevən kənd sakini X2 toy məclisində iştriak edən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə heç bir əsaslı səbəb olmadan müsiqi sifarişi üstündə mübahisə etməklə nalayiq söyüşlər söyüb səs-küy salmış, Təqsirləndirilən şəxs2la şadlıq sarayının zalında, sonra isə həyətində dalaşmış, ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan hərəkətlər etməklə şadlıq sarayında olan qonaqların istirahətini pozmuş, habelə onun bu kimi hərəkətlərinə görə şadlıq sarayının zalına, həyətinə toplanmış qonaqlara məhəl qoymadan sakitləşməmiş və öz qərəzli, davranış qaydalarına zidd olan hərəkətlərini davam etdirməklə, yumruq və başı ilə Təqsirləndirilən şəxs2 qəsdən bir neçə dəfə vurub ona burun və sol gözaltı nahiyələrində qançırla müaşyət edilən, sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində ictimai yer olan Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Dan Ulduzu” şadlıq sarayında Kürdəmir raonu Şahsevən kənd sakini X2 toy məclisində iştriak edən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə heç bir əsaslı səbəb olmadan müsiqi sifarişi üstündə mübahisə etməklə nalayiq söyüşlər söyüb səs-küy salmış, Təqsirləndirilən şəxs1la şadlıq sarayının zalında, sonra isə həyətində dalaşmış, ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan hərəkətlər etməklə şadlıq sarayında olan qonaqların istirahətini pozmuş, habelə onun bu kimi hərəkətlərinə görə şadlıq sarayının zalına, həyətinə toplanmış qonaqlara məhəl qoymadan sakitləşməmiş və öz qərəzli, davranış qaydalarına zidd olan hərəkətlərini davam etdirməklə, yumruqla Sərxan Məmmədovu qəsdən bir neçə dəfə vurub fiziki ağrılar yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Elşad Qurbanovu tanıyır, münasibətləri normal olmuş və aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində “Dan Ulduzu” şadlıq sarayında Şahsevən kənd sakini Səməndər Həbibovun toy məclisi olmuş və o da ailə üzvləri ilə birlikdə həmin toy məclisində iştirak etmişdir. Saat 18 radələrində toy məclisi başa çatmış və qonaqlar gedən vaxt Təqsirləndirilən şəxs2 musuqu sifarişi üsündə onunla mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə ona kobud, nalayiq formada cavab vermiş və zalda onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olan zaman Təqsirləndirilən şəxs2 onu yumruqla bir neçə dəfə vurmuş və o, da cavab olaraq onu yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra zalda olan və adlarını bilmədiyi adamlar onları ayırmışalr. Bundan sonra Təqsirləndirilən şəxs2la mübahisəsi şadlıq sarayının həyətində davam etmiş, Təqsirləndirilən şəxs2 onu nalayiq ifadələrlə təhqir etdiyi üçün başı ilə onun sifət nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri normal olmuş və aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində “Dan Ulduzu” şadlıq sarayında Şahsevən kənd sakini Səməndər Həbibovun toy məclisi olmuş və o da ailə üzvləri ilə birlikdə həmin toy məclisində iştirak etmişdir. Saat 18 radələrində toy məclisi başa çatmış və qonaqlar gedən vaxt sərxoş olmuş və o, müsiqi sifariş vermiş, Sərxan isə toy məclisinin qurtardığını ona demiş və aralarında mübahisə olmuşdur. Mübahsiə zamanı onlar əlbəyaxa olmuş və Təqsirləndirilən şəxs1 yumruqla bir neçə dəfə onu vurmuş, o, da cavab olaraq Sərxanı vurmuşdur. Bundan sonra zalda olan və adlarını bilmədiyi adamlar onları ayırmışalr. Onun Təqsirləndirilən şəxs1la mübahisəsi şadlıq sarayının həyətində davam etmiş, Təqsirləndirilən şəxs1 onu nalayiq ifadələrlə təhqir etdiyi üçün başı ilə onun sifət nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində “Dan Ulduzu” şadlıq sarayında Şahsevən kənd sakini Səməndər Həbibovun toy məclisi olmuş və o da həmin toy məclisində iştirak etmişdir. Saat 18 radələrində toy məclisi başa çatmış və qonaqlar gedən vaxt Təqsirləndirilən şəxs2 sərxoş olmuş və o, müsiqi sifariş vermiş, Sərxan isə toy məclisinin qurtardığını ona demiş və aralarında mübahisə olmuşdur. Mübahsiə zamanı onlar əlbəyaxa olmuş və Təqsirləndirilən şəxs1 yumruqla Elşadı vurmuş, Elşad da Sərxanı vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 mübahisəsi şadlıq sarayının həyətində davam etmiş, onlar biri-birilərini vurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində “Dan Ulduzu” şadlıq sarayında Şahsevən kənd sakini Səməndər Həbibovun toy məclisi olmuş və o da həmin toy məclisində iştirak etmişdir. Saat 18 radələrində toy məclisi başa çatmış və qonaqlar gedən vaxt Təqsirləndirilən şəxs2 sərxoş olmuş və o, müsiqi sifariş vermiş, Sərxan isə toy məclisinin qurtardığını ona demiş və aralarında mübahisə olmuşdur. Mübahsiə zamanı onlar əlbəyaxa olmuş və Təqsirləndirilən şəxs1 yumruqla Elşadı vurmuş, Elşad da Sərxanı vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 mübahisəsi şadlıq sarayının həyətində davam etmiş, onlar biri-birilərini vurmuşlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, “Dan Ulduzu” şadlıq sarayında inzibatçı işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kənd sakini X1 toy məclisi olmuş, saat 18 radələrində toy bitən vaxt adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 biri-biriləri ilə əlbəyaxa olduqlarını görmüşdür. Onlar Əlbəaxa olan vaxt biri-birilərini vurduqlarını görmüşdür. Həmin vaxtı orada olan qonaqlar Sərxan və Elşadı ayırmış və bundan bir az sonra da şadlıq sarayında təkrar onların əlbəyaxa olaraq dava etdiklərini görmüşdür. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 582 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (bax iş vər. 77-78) İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 583 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən olunmuş xəsarətlər - burun və sol gözaltı nahiyələrində qançırın küt əşya təsirindən törədiyi, xx.xx.2023-cü il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığa zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilmədiyi göstərilmişdir. (bax iş vər. 79-80) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 84) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 83) İş materiallarına əlavə eldilmiş Kürdəmir RİHB-nın Ərəbqubalı kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 563 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir uşağı vardır. (bax iş vər. 47) İş materiallarına əlavə eldilmiş Kürdəmir rayon İHB-nin Ərəbqubalı İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 Mürsəl oğluna verilmiş xəsiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 48) İş materiallarına əlavə eldilmiş Kürdəmir RİHB-nın Topalhəsənli kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1344 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşaqları vardır. (bax iş vər. 42) İş materiallarına əlavə eldilmiş Kürdəmir rayon İHB-nin Topalhəsənli İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş xəsiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 43) Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqalrı cinayət əməli özlərinin etirafı və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq AR CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Onlar həmin maddə ilə təqsirlidirlər və onlara təqsirləndirildikləri maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmələrini, himayələrində azyaşlı uşaqlarının olmasını, əməllərindən səmimi peşiman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, barələrində şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onalrın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Çölqubalı kəndində, Təqsirləndirilən şəxs2 isə Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində olan hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Kürdəmir rayonun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində olan hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Çölqubalı kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablan. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Təqsirləndirilən şəxs2 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablan. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar