Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-21/2025 11.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respubliakası Vəkillər Kollegiyasının üzvü, vəkil, Müdafiəçi2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2024-cu il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəza çəkən, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vahid niyyətlə etibardan sui istifadə etmə və aldatma yolu ilə xx.xx.1952-ci il təvəllüdlü Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs 4500 manat pul müqabilində nəvəsi Şahid X6 Akademiyasında imtahan nəticələrinin düzəldəcəyini yalandan vəd edib, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi 21 “Grandmart” mağazasında yerləşən “Milion” aparatı vasitəsi onun “Kapital bank”a məxsus 4169 7414 0778 3925 saylı kart hesabına göndərdiyi 3000 manat pulu, xx.xx.2024-cü il tarixdə 18 radələrində ünvan 1 ünvanında yerləşən “Mpay” aparatı vasitəsi ilə onun “Kapital bank”a məxsus 4169 7414 0778 3925 saylı kart hesabına göndərdiyi 1000 manat pulu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən M.F.Axundov bağında Narınc İslamovun nəvəsi Şahid aldığı 200 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Xırdapay kəndində X1 aldığı 300 manat pulu ələ keçirərək, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 4500 manat, maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, habelə sair iş materiallarında olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X2 onunla qonşudur. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2024-cü ilin iyun ayında ona 4500 manat pul lazım olmuşdur.Həmin vaxt qonşusu Narıncla küçədə rastlaşmışdır.. X3 oxuyan nəvəsi Mürsəli soruşmuş, Narınc Mürsəlin xəstəliyi ilə əlaqədar imtahanlarda iştirak etmədiyindən kəsildiyini demişdir. O, Narınca imtahan nəticələrini düzəldə biləcəyini demişdir. Təxminən bir müddət sonra Narınca zəng etmiş, ona 4500 manata Mürsəlin imtahanın nəticələrini düzəldə biləcəyini demişdir. Narınc onunla razılaşmışdır. 22 iyun 2024-cü il tarixdə Narınca onun verdiyi kart hesabına 3000 manat pul göndərmişdir. Qalan pulu da qısa zaman ərzində göndərəcəyini demişdir. 27 iyun 2024-cü ildə Narınca zəng etmiş, ondan qalan 1500 manat pulu göndərməsini istəmişdir. Narınc 1500 manat pulunun olmadığını, lakin 1000 manat göndərəcəyini demişdir. Qalan pulu da sonra verəcəyini demişdir. O Narıncla razılaşmışdır. Narınc ona 1000 manat pul göndərmişdir. Sonra o qalan pulu almaq üçün bir necə dəfə Narıncla danışmış, Narınc da pulu olanda verəcəyini demişdir. 25 iyul 2024-cü il tarixdə Bakı şəhərində “M.F.Axundov” adına bağda Narıncın nəvəsi Mürsəllə rastlaşmış, ondan imtahanlarının düzəldilməsi üçün qalan pulu verməsini istəmişdir. Mürsəl də ona qalan puldan 200 manat vermişdir. 09 sentyabr 2024-cü ildə Narıncın Kürdəmir rayonu, Xırdapay kəndində yaşadığı evə getmişdir. Narıncdan qalan 300 manatı istəmiş, Narınc da qalan 300 manat pulu ona vermişdir. Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat pul almışdır. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Narınc İsmayılovadan aldığı pulu qaytaracaqdır. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşudur, onunla münasibəti əvvəllər yaxşı olmuşdur. Şahid Hafıs oğlu nəvəsidir. Mürsəl Bakı şəhərində Azərbaycan Dövlət Neft Akamediyasında təhsil alır. 2024-cü ilin yanvar ayında Mürsəl imtahanların bir hissəsini xəstəliyi ilə əlaqədar verə bilməmiş və kəsilmişdir. Vasif onun evinə gələrək imtahan nəticələrini düzəldə biləciyini demişdir. O da razılaşmışdır. Vasif əvvəlcədən 3000 manat pul istəmişdir. O da Vasifin verdiyi karta 3000 manat pul göndərmişdir. Sonra Vasifin tələbi ilə onun kartına 1000 manat pul göndərmiş, nəvəsi Mürsəl vasitəsilə 200 manat , sonra isə evində Vasifə 300 manat pul vermişdir.Vasif nəvəsinin imtahan nəticələrini düzəltməmiş və pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 4500 manat pul vermişdir. O, mülki iddiasını müdafiə edərək, təmin edilməsini və ona vurulmuş 4500 manat ziyanın təqsirləndirilən şəxsdən alınıb qaytarılmasını xahiş etdi. Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşudur, onunla münasibətləri əvvəllər yaxşı olmuşdur. O, Bakı şəhərində Azərbaycan Dövlət Neft Akamediyasında təhsil alır. 2024-cü ilin yanvar ayında o, imtahanların bir hissəsini xəstəliyi ilə əlaqədar verə bilməmiş və kəsilmişdir.Vasifin də bu barədə məlumatı olmuş və nənəsi Narıncın evinə gedərək imtahan nəticələrini düzəldə biləciyini demişdir. Nənəsi Narınc da Vasiflə razılaşmışdır. Vasif əvvəlcədən 3000 manat pul istəmişdir. O da Bakı şəhərində Vasifin verdiyi kart hesabına 3000 manat, sonra isə Vasifin tələbi ilə 1000 manat pul göndərmişdir. Vasifə daha sonra 200 manat pul vermişdir. Həmin pulları ona nənəsi Narınc vermişdir ki, Vasifə versin. Sonuncu dəfə nənəsi Kürdəmir rayonu Xırdapay kəndində yerləşən yaşadığı evdə Vasifə 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 4500 manat pul verilmişdir. Təqsirləndirilən şəxs verilən pullar nənəsi Narıncın pensiyadan yığaraq topladığı pul olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə olan digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Kərimov X4 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 976 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir nəfər azyaşlı uşaq var. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işdə olan sənədlərlə tam sübuta yetirilir. Göstərilən əsaslara və hallara görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi tövsif edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Məhkəmə toplanmış sübutları ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər az yaşlı uşaq olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və sonrakı davranışını, zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini, eləcə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmasını və bununlada cəmiyyətdən tam təcrid edilmədən cəzanın onun islah olunmasına kifayət etmədiyini nəzərə alaraq, ona CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməsini ədalətli, təqsirləndirilən şəxsin islah olunması və cəzanın digər məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-76/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsrləndirildiyi cinayət əməlini qeyd olunan hökm çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz . Qeyd olunan hüquq normaları baxımından məhkəmə hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-76/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 06 mart 2024-ci il tarixdən 08 mart 2024-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş, həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 15 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə verərək mülki iddiaçı kimi tanınmasını xahiş etmiş, Təqsirləndirilən şəxs dıləduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyana görə 4500 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianı və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, zərər çəkmiş şəxsin mülki iddiası tam əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, digər tədqiq olunmuş sübutlarla təsdiq olundu ku, Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə mülki iddiaçı Zərərçəkmiş şəxs 4500 manat ziyan dəymişdir. Odur ki, mülki iddia əsaslı olduğundan tam təmin edilməli, həmin məbləğ təqsirləndirilən şəxsdən alınaraq mülki iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. 354.2. Mülki iddia təmin edildiyi halda hökm qanuni qüvvəyə minənədək iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişdirsə, məhkəmə həmin tədbirləri görmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)- 76/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə ona qəti olaraq 03 (üç ) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-ninj 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 mart 2024-ci il tarixdən 08 mart 2024-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 4500 manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)- 76/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkməsi hökm qanuni qüvvəsini alanadək nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-21/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-21/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver