Məhkəmə qərarları › İş №1(041)-22/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-22/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-22/2023 31.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndi rilən şəxs Təqsirləndirilən şəxs (X21) və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X14 və tərcüməçi X1 iştirakı ilə xx.xx.1968-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan- Təqsirləndirilən şəxs (X23) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydəır Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (X23) oğlu 02 fevral 2021-ci il tarixdə saat 08.00 radələrində ayıq həmçinin gümrah halda, texniki cəhətdən saz və yüksüz vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyası Moskva şəhəri Vernadski prospektinin 111 №-li ünvanda, prospektin Troparyovskaya küçəsi istiqamətindən 26 ünvan 3nə doğru 50-55 km/saat sürətlə birinci hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” X13 8 maddisənin 1-ci hissəsinin, 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin etməli, yolda nəqliyyat vasitəsinin hərəkətinin intensivliyini və yol şəraiti nəzərə almalı, diqqətini daima dəyişən yol şəraitindən ayırmamalı, etdiyi manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, diqqətini yoldan ayırdığı üçün əks istiqamətdən 5 km/saat sürətlə “Liaz” markalı EK 435 77 rus dövlət qeydiyyat nişanlı avtobusun dönmə əməliyyatı aparmasına vaxtında fikir vermədiyindən, həmin avtobusun yolda nəzərdə tutulan üç zolaqlı hərəkət hissəsinin birinci zolağına artıq dönmə əməliyyatını başa çatdırıb hərəkət zolağında düzünə hərəkət etməsini görüb, idarə etdiyi nəqliyyat vasitəsini dayandırmaq əvəzinə, nəqliyyat vasitəsini sağa manevr etdirərək, yolun sağ çiyin üstə səkinin üzərində quraşdırılmış Moskva şəhər 403 saylı işıqlandırma idarəsinə məxsus işıq dirəyinə vurmuş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə sərnişin qismində olmuş zərərçəkmiş şəxs 13 aprel 1966-cı ildə Rusiya Federasiyası Belqorod şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, subay, hazırda həkim-terapevt işləyən, ehtiyatda olan tibb xidməti mayoru, əvvələr məhkum olunmamış, Rusiya Federasiyası Moskva şəhəri, Şerbinka rayonu Teatralanaya küçəsi ev 6, mənzil 16-da yaşayan Zərərçəkmiş şəxs çiyin sümüyünün cərrahi boynunun 20 dərəcəyədək yerdəyişən qapalı sınığı, təpəciyin aralanması, ənsə nayihənin dərialtı hematoması kimi, sonuncunun sağ yuxarı ətrafın funksiyasının 30 faizdən çoxunun daimi dayanıqlı itirilməsi ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (X23) oğlu özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, faktiki olaraq Moskva şəhərində Solntsevski prospekti ev 26, mənzil 32 ünvanda yaşamışdır. Rus və azərbaycan dillərini sərbəst, həmçinin rus və azərbaycan dillərində yazıb oxuya bilir. Moskva şəhərində 2007-ci ildən yaşamış, buna görə də rus dilini tam həcmdə bilir. Onunla birgə həyat yoldaşı X15 və xx.xx.2011-ci il təvəllüdlü qızı X18 yaşayırmış. Onun doğum haqqında şəhadətnaməsində “ata” adında qeyd edilməmişdi. Lakin qızını doğulduğu gündən özü böyüdür. 02 fevral 2021-ci il tarixdə saat 08.00 radələrində ayıq və gümrah vəziyyətdə texniki cəhətdən saz olan “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən təhlükəsizlik kəmərini bağlamış və idarə etdiyi avtomobildə yaxın fara işıqlarını yandırmışdır. İdarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında sərnişin qadın oturmuşdur. Həmin qadında təhlükəsizlik kəmərinı bağlamışdı. İdarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobildə başqa sərnişin və ya yük olmamışdır. Yolda diqqətlə yola baxmış, diqqəti heç nəyə yayındırmaşdır. İdarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobillə Vernadski prospekti ilə Troparyovskaya küçəsindən 26 ünvan 3ndə marşrut nəqliyyat vasitələri üçün ayrılmış birinci zolaqla saatda 50-55 km/saat sürətlə düzxətli trayektoriya ilə hərəkətdə olarkən, həmin vaxt Vernadski prospekti tərəfdən digər nəqliyyat vasitələri saatda təxminən 5 km/saat sürətlə hərəkətdə olmuşdur. Belə ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin axını sıx və yolda tıxac olmuşdur. Görməsini heç nə məhdudlaşdırmamış, yol örtüyündə heç bir maneə olmamışdır. O marşrut nəqliyyat vasitələri üçün ayrılmış zolaqla hərəkətdə olarkən, həmin zolaq, yəni yolun hərəkət hissəsinin sağ kənarından birinci zolaq boş olmuşdur. Vernadski prospekti, 111 saylı evin yaxınlığında saatda təxminən 50-55 km/saat sürətlə hərəkət edərkən 5 metr məsafə qalmış üçüncü zolaqdan onu tərəfə dönən sərnişin avtobusunu görmüşdür. Avtobusun onun hərəkət zolağına çıxmazdan əvvəl necə döndüyünü bilmir, sonuncu an, yəni avtobusun onun zolağına çıxdığı zaman görmüşdür, çünki avtomobil axını sıx olmuşdur. İdarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil avtobusa qədər olan məsafə təxminən 5 metr olmuş və toquuşma baş verməməsi üçün təcili əyləci basmaq üçün tədbirlər görsə də, lakin yol sürüşkən olduğundan, avtobusla toqquşmanın qarşısını almaq üçün sükanı sağ tərəfə döndərmiş, nəticədə idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil, yolun kənarında olan 403 saylı işıq dirəyi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra, idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin qadın sağ əlində ağrı olduğunu bilmişdir. Hadisə zamanı özü əməliyyat xidmətlərinə zəng etməmişdir. O, zərərçəkmiş şəxsə dəymiş olan ziyanı ödəməmişdir. Təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs (X23) oğlu ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuşdur. Himayəsində yetkinlik yaşına çatmayan övladı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan övladı olmasını nəzərə almaqla barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı səhhəti və maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildimiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərərk məhkəməyə təqdim ediyi mülki iddiasının baxılmamış saxlanmasını, mülki iddiasını tibbi sənədlərlə birgə təqdim edəcəyini xahiş etmişdir. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, narkoloji və psixonevroloji dispanser uçotunda yoxdur, cinayət məsuliyyətinə əvvəllər cəlb edilməmiş, faktiki olaraq qeydiyyatda olduğu yer üzrə yaşayır.02 fevral 2021-ci il tarixdə saat 08.00-da sərnişin kimi tanımadığı şəxsin idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ sərnişin oturacağında oturmuşdur. Həmin “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil “Yandex taksi” tətbiqi vasitəsi ilə sifariş etmişdir. Hərəkət marşrutu Moskva şəhərinin Şerbinka rayonu Teatralnaya küçəsi ev 6 ünvanından Vernadski prospekti ev 6 ünvanına qədər olmuşdur. Hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamışdır. “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil 02 fevral 2021-ci il tarixdə videoregistratorla təchiz edilib-edilmədiyini bilmir. Günün işıqlı vaxtı olmuşdur. Həmçinin yağmursuz hava şəraiti olmuş, yol örtüyü quru olmuş, yol buzdan təmizlənmiş, yolda oyuq və çuxur olmamışdır. Sürücünün hərəkət istiqamətində görmə təxminən 300 metr olmuş, həmçinin sürücüyə maneə yaradan olmamışdır. Tanımadığı şəxs, yəni sonralar bildiyi lakin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Moskva şəhəri Vernadski prospektinin Troparyovskaya küçəsi istiqamətindən 26 ünvan 3nə hərəkət etmək üçün nəzərdə tutulan üç zolaqlı hərəkət hissəsinin birinci zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil düzxətli trayektoriya ilə hərəkətdə olmuş və sürücünün məhdudlaşan maneə olmamışdır. “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil marşrut nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqla hərəkətdə olmuşdur. Moskva şəhəri Vernadski prospekti 111 nömrəli ünvanı yaxınlığında təxminən 50-60 km/saat sürətlə hərəkət olarkən “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kəskin şəkildə əyləci basmış və avtomobili sağa doğru manevr etmişdir. Bu zaman yolun sağ kənardan birinci zolaqla Vernadski prospektinin hərəkət hissəsindən “Liaz” markalı avtobus dönməni başa çatdırmışdır. “Liaz” markalı avtobusun dövlət qeydiyyat nişanını xatırlamır. “Liaz” markalı avtobusun ön və arxa hissəsi artıq tam olaraq birinci zolaqda olarkən, “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobildən həmin “Liaz” markalı avtobusa qədər məsafə təxminən 2 metr olmuşdur. “Liaz” markalı avtobus Vernadski prospektinin 26 Bakı komissarları küçəsindən Troparyovskaya küçəsi istiqamətinə hərəkət etmək üçün dönmə əməliyyatı aparmışdır. “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetmədən fikiri yayındığı üçün, dönən avtobusu vaxtında görməmiş, nəticədə də toqquşma baş vermişdir. “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əyləci kəskin şəkildə basdıqından, eyni zamanda sükanı sağa doğru döndərdikdən sonra, avtomobili yolun kənarında olan işıq dirəyinə vurmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində sağ qolundan zədə almış, çünki sürücü sağa manevr edərkən sağ əli ilə sağ tərəfdə olan tutacaqdan tutmuşdur. “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü toqquşmadan sonra heç bir təcili xidmət əməkdaşlarını çağırmamış, ona köməklik göstərməmişdi. Toqquşmadan sonra avtomobildə təhlükəsizlik yastıqları açıldığı üçün, salonda pis qoxu olduğundan sürücüdən avtomobilin salonuna təmiz hava daxil olmaqdan ötrü, avtomobilin qaplarını açmasını xahiş etmiş və sürücü avtomobilin qaplarını açmışdır. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəldikdə, onu Moskva şəhər klinik xəstəxanasına aparmışlar. Hadisə barədə şəxsən operativ xidmətlərə zəng etmişdir. Hadisə zamanı “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vaxtaşırı mobil telefona fikiri yayındığı üçün, diqqəti yoldan yayınmışdır. İbtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmaq hüququ izah olunmuş və hüquqları ona aydındır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs (X23) oğlu onun əridir. Onlar 2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində Solntsevski prospekti ev 26, mənzil 32 ünvanında yaşayırdıalr.Onların xx.xx.2011-ci il təvəllüdlü qızı Nərmin adlı qızları vardır. O, özü bilavasitə hadisənin baş verməsini görməmişdir. Sakit evə gəldikdən sonra yol nəqliyyat hadisəsi törətdiyini və arxa oturacaqda əyləşən sərnişinin xəsarət aldığını demişdir. O, hadisənin necə və hansı şəraitdə baş verməsindən heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş Moskva şəhər dövlət büdcə səhiyyə müəssisəsi Moskva şəhər Səhiyyə Departamentinin məhkəmə-tibbi ekspertiza bürosu 1 №-li bədən xəsarətləri ekspertizası şöbəsinin ********** №-li məhkəmə-tibbi ekspert rəyində göstərilir ki, ekspertin sərəncamına verilmiş tibbi sənədlərdə qeyd edilən məlumatlara, əlavə tədqiqatlara əsasən işin hallarını, ekspertin qarşısında qoyulan sualları nəzərə alaraq aşağıdakı nəticəyə gəlinmişdir: xx.xx.2021-ci il tarixdə saat 09.20-də Zərərçəkmiş şəxs Moskva şəhər N.İ.Piroqov adına 1 saylı ŞKX-na daxil olarkən, sonra isə Moskva şəhər S.S.Yudin adına ŞKX-na müraciət edərkən 13.04. 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs birləşmiş zədə kompleksində aşağıdakı bədən xəsarətləri aşkar edilmişdir: “çiyin sümüyünün cərrahi boynunun 20 dərəcəyədək yerdyişən sınığı, təpəciyin aralanması; ənsə nayihənin dərialtı hematoması. Həmin zədə bərk küt predmetlərin təsirindən qərarda göstərilən müddətdə yaranmış (tibbi yardım üçün müraciət zamanı müayinənin məlumatlarını, zədənin kliniki və rengenoloji, intraəməliyyat mənzərəsini, müşahidə dinamikasında kliniki-instrumental məlumatları nəzərə alaraq) Rusiya Federasiyası Səhiyyə və sosial inkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194 nöməli əmri ilə təsdiq edilmiş “İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin təyin edilməsinin tibbi meyarlarnın 6.11.1-ci bəndinə görə nəticəsindən və tibbi yardımın göstərilməsindən (göstərilməməsindən) asılı olmayaraq ümumi əmək qabiliyyətliliyin xeyli davamlı (30 faizdən çox) itirilməsi əlamətinə görə sağlamlığa ağır zərər vurulması kimi tövsif edilir. Qoyulmuş “2-ci mərhələ hipertoniya. ÜDX riski 2-ci mərhələ” diaqnozu müstəqil xroniki xəstəlik olmaqla baxılan hadisə ilə bağlı deyil və məhkəmə-tibbi qiymətləndirilməsi tələb olunmur. Alkoqol (narkotik və ya başqa toksiki maddələrin) sərxoşluğu vəziyyətinin müayinə aktı, habelə etil spirtinin və narkotik(dərman) maddələrə dair qanın və orqanizmin digər bioloji mühütlərinin kimyəvi-toksikoloji nəticələr kartın surətində yoxdur. (bax 1 cild iş vər 64-68, cild2, iş vər 55-62). İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Moskva şəhəri üzrə Rusiya DİN Bİ-nin DYHTM-nin YPX-nin 5-ci AİB-nın YPX ** MA ***2927 nömrəli alkoqol sərxoşluğu vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur. (bax cild 1 iş vər.37-38, cild 2,iş vər. 30) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax cild 3, iş vər 39-44) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” X27ndən daxil olan xx.xx.2021-ci il tarixli 663 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. (bax cild 1, iş vər.173,cild 2,iş vər.154) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X12 X27 Kürdəmir rayon Şöbəsinin ekspertizasının xx.xx.2022-ci il tarixli ********** №-li rəyin nəticəsində göstərilmişdir ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxsnn bədənində aşağıdakı xəsarət müəyyən edilmişdir, “çiyin sümüyünün cərrahi boynunun 20 dərəcəyədək yerdyişən qapalı sınığı, təpəciyin aralanması; ənsə nayihənin dərialtı hematoması. Qeyd olunan xəsarətlər müxtəlif şəraitdə eləcədə Zərərçəkmiş şəxs adına tərtib olunmuş rəydə göstərildiyi kimi avtomobil qəzası zamanı minik avtomobilinin salonun içərisində sərnişin qismində olarkən salonun küt hissələrinin təsirindən törənməsi mümkündür,törənmə müddəti qərarda göstərilən vaxta-yəni 02.02.21ci il tarixinə uyğun ola bilər. Ağırlıq dərəcəsinə görə-sağ yuxarı ətrafın funksiyasının 30%dən çoxunun daimi dayanıqlı itirilməsinə səbəb olduğu üçün sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. (bax cild 3,iş vər.50-56) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2022-ci il tarixli 8/3379 saylı rəyində qeyd edilmişdir ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin (Rusiya Federasiyasının «Yol hərəkəti qaydaları»nın müvafiq olaraq 8-ci maddəsinin 1-ci hissəsinin, 10-cu maddəsinin 1-ci hissəsinin) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (bax cild 3,iş vər.83-86) Təqsirləndirilən şəxs (X23) oğlunun məhkəməyə təqdim etdiyi AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun xx.xx.2011-ci il təvəllüdlü Nərmin adlı qızı vardır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs (X23) oğlu 02 fevral 2021-ci il tarixdə saat 08.00 radələrində ayıq həmçinin gümrah halda, texniki cəhətdən saz və yüksüz vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyası Moskva şəhəri Vernadski prospektinin 111 №-li ünvanında, prospektin Troparyovskaya küçəsi istiqamətindən 26 ünvan 3nə doğru 50-55 km/saat sürətlə birinci hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” X5 8 maddisənin 1-ci hissəsinin, 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin etməli, yolda nəqliyyat vasitəsinin hərəkətinin intensivliyini və yol şəraiti nəzərə almalı, diqqətini daima dəyişən yol şəraitindən ayırmamalı, etdiyi manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, diqqətini yoldan ayırdığı üçün əks istiqamətdən 5 km/saat sürətlə “Liaz” markalı EK 435 77 rus dövlət qeydiyyat nişanlı avtobusun dönmə əməliyyatı aparmasına vaxtında fikir vermədiyindən, həmin avtobusun yolda nəzərdə tutulan üç zolaqlı hərəkət hissəsinin birinci zolağına artıq dönmə əməliyyatını başa çatdırıb hərəkət zolağında düzünə hərəkət etməsini görüb, idarə etdiyi nəqliyyat vasitəsini dayandırmaq əvəzinə, nəqliyyat vasitəsini sağa manevr etdirərək, yolun sağ çiyin üstə səkinin üzərində quraşdırılmış Moskva şəhər 403 saylı işıqlandırma idarəsinə məxsus işıq dirəyinə vurmuş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə sərnişin qismində olmuş zərərçəkmiş şəxs 13 aprel 1966-cı ildə Rusiya Federasiyası Belqorod şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, subay, hazırda həkim-terapevt işləyən, ehtiyatda olan tibb xidməti mayoru, əvvələr məhkum olunmamış, Rusiya Federasiyası Moskva şəhəri, Şerbinka rayonu Teatralanaya küçəsi ev 6, mənzil 16-da yaşayan Zərərçəkmiş şəxs çiyin sümüyünün cərrahi boynunun 20 dərəcəyədək yerdəyişən qapalı sınığı, təpəciyin aralanması, ənsə nayihənin dərialtı hematoması kimi, sonuncunun sağ yuxarı ətrafın funksiyasının 30 faizdən çoxunun daimi dayanıqlı itirilməsi ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs (X23) oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs (X23) oğlunun törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edili ki, hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs (X23) oğlunun törətdiyi cinayət əməli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərə aid deyildir. Onun öhdəsində (himayəsində) 1 yetkinlik yaşına çatmayan övladı olduğundan bu Qərarın 9.2.1 və 1.16-cı bəndlərində göstərilən şəxslərin dairəsindədir və hazırda məhkəməyə onun barəsində amnistiya aktının tətbiq edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinin məzmununa görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X23) oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1 və 1.16-ci bəndləri tətbiq edilməklə iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs (X23) oğlu həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs (X23) oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi və məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “Hundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Rusiya Federasiyası Moskva şəhəri Solncev prospekti ev 19 mənzil 151-də yaşayan X8 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs (X23) oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs (X23) oğlunun məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə qərar çıxarılmışdır. Müdafiəçi Təqsirləndirilən şəxs (X23) oğlunun hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs (X23) oğlunun məhkəmə iclaslarında tərcüməçi kimi iştirak etmiş X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 195-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına tərcüməçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə qərar çıxarılmışdır. Müdafiəçi Təqsirləndirilən şəxs (X23) oğlunun hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 195.1.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs (X23) oğlunun müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X10 isə 180 manat, tərcüməçi X3 da 180 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs (X23) oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət üzrə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1 və 1.16-ci bəndləri tətbiq edilməklə iş üzrə icraata xitam verilsin və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs (X23) oğlu həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs (X23) oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs (X23) oğlundan 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - X7, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİFT-BİK CTREAZ22, VÖEN-**********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut olan “Hundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Rusiya Federasiyası Moskva şəhəri Solncev prospekti ev 19 mənzil 151-də yaşayan X8 təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, vəkil X11 göstərdiyi hüquqi yardımla bağlı 30 saata görə, hər iş saatı üçün 06 (altı) manat hesablanmaqla, cəmi 180 (bir yüz səksən), tərcüməçi X3 göstərdiyi tərcümə xidmətə görə,hər iş saatı üçün 06 manat hesablanmaqla, cəmi 180 (bir yüz səksən) manat pul vəsaiti dövlət büdcəsi hesabından ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar