Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-22/2025 28.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Müdafiəçi X2 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində valideynlərinin mülkiyyətində olan yaşadığı Kürdəmir şəhəri H,Əliyev prospektində yerləşən nömrəsiz fərdi yaşayış evinin özünə aid yataq otağında xx.xx.2009cu il təvəllüdlü, yəni 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə, heç bir zor tətbiq etmədən, eləcə də zor tətbiq etmə hədəsi olmadan ailə qurmaq məqsədi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər etmiş, daha sonra təkrarən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yenidən valideynlərinin mülkiyyətində olan yaşadığı Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən nömrəsiz fərdi yaşayış evinin özünə aid yataq otağında evlənmək məqsədi ilə Zərərçəkmiş şəxs razılığı ilə, heç bir zor tətbiq edilmədən, eləcə də zor tətbiq etmə hədəsi olmadan təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığını pozmuş, axırıncı dəfə isə təkrarən 2024-cü ilin aprel ayının əvvəllərində həmin yerdə eyni niyyətlə Zərərçəkmiş şəxs razılığı əsasında, heç bir zor tətbiq edilmədən, eləcə də zor tətbiq etmə hədəsi olmadan təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir şəhəri H.Əliyev prospektində nömrəsiz evdə yaşayır, Zərərçəkmiş şəxs ilə təxminən 2023-cü ilin əvvəllərində hazırlıq kursuna gedən zaman küçədə tanış olmuş, həmin vaxtdan da Jalə ilə mütəmadi olaraq telefonla danışmış, Kürdəmir rayonu ərazisində görüşüb söhbət etmiş və biri birilərinə qarşı sevgi hissləri yaranmışdır. 2023-cü ilin noyabr ayında söhbət zamanı Jalə ona evdə heç kim olmayan zaman onunla görüşüb cinsi əlaqədə olacaqları barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminə 14 radələrində, ailə üzvləri Bakı şəhərində olduğuna görə, Jalə ilə görüşüb onu Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən nömrəsiz evlərinə aparmış və qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Bunda sonra, xx.xx.2023-cü il tarixdə saat təxminən 15-16 radələrində yaşadığı evdə heç kim olmadığından, Jalə ilə Kürdəmir şəhəri Osman Mirzəyev küçəsində görüşüb onu yaşadığı evə aparmış, yataq otağında onunla cinsi əlaqədə olmuş, qızlıq pərdəsini pozmuşdur. Jalə mətbəx otağına keçərək qan ləkələri olan yataq dəstini paltaryuyan maşına atıb yumuşdur. Yataq dəsti yuyulana kimi birlikdə çay içmişlər. Biraz keçəndən sonra Jaləni aparıb evlərinə qoymuşdur. Sonra isə Jalə ilə mütəmadi olaraq telefon əlaqəsi saxlayıb parkda və küçədə görüşmüşlər. Jalə ilə WhatsApp-da intim mesajlarla danışmışlar. Bundan sonra Jaləyə bir neçə dəfə cinsi əlaqədə olmağı təklif etsə də o müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Sonuncu dəfə Jalə ilə telefonda danışarkən yenidən cinsi əlaqədə olmaq barədə razılığa gəlmişlər. Buna görə 2024-cü ilin aprel ayının əvvəllərində görüşüb onunla birlikdə idarə etdiyi avtomobillə yaşadığı evə getmiş və evdə yenidən təbii yolla cinsi əlaqədə olmuşlar. Hazırda Zərərçəkmiş şəxs ilə nişanlanıb, yetkinlik yaşına çatandan sonra el adəti üzrə toy edib ailə həyatı quracaqlar. Hazırda Jalənin və ailəsinin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alınmasını məhkəmədən xahiş etdi Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, valideynlərinin nikahları 2022-ci ilin iyun ayında məhkəmə qaydasında ləğv edilmiş, məhkəmənin qərarına əsasən bacıları ilə anasının yanında qalmışlar, hazırda Kürdəmir şəhərində kirayədə yaşayırlar. Birinci sinifə Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən Köhnəbazar kənd orta məktəbində başlamış və 3-cü sinifə qədər orada oxumuşdur. 3-cü sinifə Kürdəmir şəhəri 6 saylı tam orta məktəbdə davam etmiş və 5-ci sinifə qədər həmin məktəbdə təhsil almış, 5-6-cı sinifləri Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə davam etmiş, daha sonra valideynləri boşandıqdan sonra digər evə köçdükləri üçün Kürdəmir şəhər 6 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda həmin məktəbin 8-ci sinifində oxuyur. Bacısı Gülay və Nuray da həmin məktəbdə oxuyurlar. Gülay 3-cü sinifdə, Nuray isə 6-cı sinifdə oxuyur. Anası isə Kürdəmir şəhərində “Efi” ticarət mərkəzində satıcı işləyir. 14 may 2024-cü il tarixdə bacısı Gülayı məktəbdən götürmək üçün gedərkən anasının sevgilisi Samir Şirəliyev küçədə maşını onun yanında saxlayaraq “axşam vaxtı küçədə nə gəzirsən” deyə soruşaraq maşına oturmasını bildirmişdir. Ondan çəkindiyindən maşına oturmuşdur. Samir maşını məktəbə doğru sürərək bacısını məktəbdən götürüb evə aparmaq niyyətində olmuşdur. Həmin vaxtı sevgilisi Orxan da uzaqdan küçə ilə arxasıyca gələrək nəzarət etmişdir. Maşına mindiyini görən Orxan Samirin maşınını saxlatdırmış, Samir maşından düşərək Orxanla söhbət etməyə başlamışdır. Həmin anda maşından düşərək qaçıb “Gilə market” adlı ərzaq mağazasının qarşısına gələrək orada olan taksilərdən birinə əyləşib evinə-anasıgilə gəlmişdir. Evdə anasından Samirin onun dalınca gəldiyini deyəndə ona göz-qulaq olmasını Samirə tapşırdığını bildirmişdir. Növbəti gün DİN-102 mərkəzi zəng xidmətinə zəng edərək Samirin onu maşına əyləşdirib aparması barədə məlumat vermişdir. Daha sonra isə atası Mahirə zəng edib onu aparmasını bildirmiş və atası gəlib onu aparmışdır. Kürdəmir rayon Qarasaqqqal kənd sakini Təqsirləndirilən şəxs valideynləri boşandıqdan sonra təxminən 2022-ci ilin iyunaylarında tanımışdır. Həmin vaxt repitetor yanına hazırlığa gedəndə Orxan onu görüb bəyənmiş, daha sonra “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə yazaraq tanış olmuşdur. Onunla hazırda arasında sevgili münasibətləri var, onu sevir, o da onu sevir. Orxanla arasında olan münasibətdən anasının da məlumatı vardır. Həmin ərəfələrdə xalası qızı Çinarə sevgilisi Orxana yazaraq guya onun qız uşağı olmadığını bildirərək onu ləkələməyə çalışmışdır. Orxan qız uşağı olub-olmadığını soruşanda ona daha əvvəl heç kimlə cinsi əlaqədə olmadığını, bəkarətini qoruduğunu bildirməsinə baxmayaraq Orxan ona tam inanmamışdır. Orxanla söhbət edən zaman birlikdə cinsi əlaqdə olmaq barədə razılaşmışlar. Təxminən xx.xx.2023-cü il tarixdə günorta saatlarında Orxanla görüşərək onların Kürdəmir şəhəri “dörd yol” adlanan ərazidə yerləşən fərdi yaşayış evinə aparmışdır. Həmin vaxt onlarda başqa heç kim olmamışdır. Görüş zamanı Orxanla öz razılığı ilə onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan təxminən 1 həftə sonra yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Orxanla görüşərək onların evinə getmişlər. Həmin vaxt onlarda başqa heç kim olmamışdır. Görüş zamanı öz razılığı ilə Orxanla təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə zamanı cinsiyyət orqanından qan gəldiyini görən Orxan onun həqiqətən qiz uşağı olduğuna inanmışdır. Onunla cinsi əlaqədə olmağa razı olmasının əsas səbəbi Orxanı inandırmaq olmuşdur. Bundan təxminən 1 ay sonra Orxanın xalası Nəsibə onları Kürdəmir rayonu Qarasaqqal kəndinə öz evlərinə qonaq çağırdığından Orxanla birlikdə oraya getmişlər. Qonaqlıqdan çıxdıqdan sonra həmin kənddə Orxanın qardaşı Elvinin evinə getmişlər. Həmin vaxt Elvin və ailəsi evdə olmamasından istifadə edərək Orxanla öz razılığı ilə ikinci dəfə təbii yolla cinsi əlaqədə olmuşlar. Orxan ona 18 yaşı olan zaman evlənəcəklərini bildirdiyinə inanaraq özünü ona təslim etmişdir. Yalnız sevgilisi Orxanla cinsi əlaqədə olmuş, başqa heç kimlə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs və ya digər hər hansı şəxs tərəfindən heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olması barədə hər hansı şəxsə məlumat verməmişdir. Hazırda yaşları az olduğu üçün ailə həyatı qura bilməmişlər, yetkinlik yaşına çatanda ailə həyatı quracaqlar, bununla bağı öz aralarında nişan yiğincağı etmişlər. O.Xankişiyevə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X11 ifadəsində göstərdi ki, Jalə onun qızıdır, Təqsirləndirilən şəxs tanıyır. Qızı Jalə ilə Orxanın cinsi əlaqədə olmalarını və qızının qizliq pərdəsinin açıldığını bilir. Bir müddət əvvəl O.Xankişiyevin ailəsi onlara elçi gələrək qızı Jaləni istəmişlər, aralarında razılıq olandan sonra nişanlanmışlar. Hazırda uşaqlar yetkinlik yaşına çatmadıqları üçün toy edə bilmirlər, lakin yetkinlik yaşına çatanda toy edəcəklər. O.Xankişiyevə qarşı heç bir şikayətləri və tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonunun Qarasaqqal kəndində qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə Kürdəmir şəhəri H.Əliyev prospektində təzə inşa etdikləri evdə yaşayırlar, Orxan onun oğludur, Zərərçəkmiş şəxs ilə sevgili olduqlarını sonradan bilib, Jaləni və onun ailəsini tanıyır, onlarla ədavəti və düşmənçiliyi yoxdur.Orxanla Jalənin bir neçə dəfə cinsi əlaqədə olmasını sonradan bilib. Bundan sonra Jalənin ailəsinin yanına gedərək elçilik etmiş, aralarında nişan yiğincağı keçirmişlər. Hər ikisinin yaşı az olduğu üçün 18 yaşına çatanda ailə həyatı quracaqları barədə razılıq əldə etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Məhkəmə tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 244 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində o cümlədən cinsiyyət üzvü və arxa keçəçək nahiyyələrində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. J.M.Mövlaının arxa keçəçək nahiyyəsində qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir. Arxa keçəcək nahiyyəsində aşkar olunmuş əlamətlər özü tərəfindən və ya qəbizlik nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. - məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 578 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri: praktiki olaraq özünün fikirlərini müdafiyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazid hərəkətlərdən əvvəl, baş vemiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətərindən,intelektual inkişafı və emosioanal halından asılır olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixi və psixoloji vəziyyətində hər hansı bir pozuntu müşahidə edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs psixi inkifaşını nəzərə alaraq o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Zərərçəkmiş şəxs qəlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə müyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. -məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 577 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. O xroniki psixi xəstəlikdən, psixi fəaliyyətinin müvəqqəti pozulmasından kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs hazırda da istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti poulmasından, kəmağıllıq və sair psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və sair psixi xəstəlikdən əzab çəkmir. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. - məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2437 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi- psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Fərdi-psixoloji xüsusiyyətlərində yeniyetmə yaş dövrünə məxsus - sərbəstliyə və müstəqilliyə can atmaq, nümayişkaranəlik, tez qərar vermək kimi xüsusiyyətlər aşkar olunur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərdən əvvəl psixi- emosional vəziyyəti norma daxilində olmuşdur. Baş vermiş hadisə zamanı psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazırda psixi-emosional durumu norma daxilindədir. X20 yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. X13 psixi vəziyyətində hər hansı neqativ yönümlü dəyişiklik aşkar olunmadı. X13 əqli inkişafında gerilik əlamətləri müəyyən edilmədi. X20 əqli və psixi inkişafı nəzərə alınmaqla onunla yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə billərdi. X14 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyililik müəyyən olunmadı. - xx.xx.2024-cü il tarixli Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində X5 Kürdəmir şəhəri ərazisində idarə etdiyi Mersedes E 230 markalı ** FM *** qeydiyyat nişanlı avtomobildə tanışı Qanuni nümayəndəının himayəində olan xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxalaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etməsi faktı təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası CM-nin 153-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2024-cü il tarixdə saat 20 radələrində X5 tanışı Qanuni nümayəndəının himayəində olan xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qıznı sonuncunun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə oğurlaması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. -Məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 218 nömrəli rəyində göstərilmişdir ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-808/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmurlar. - əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Jalə Mövlayeva və Orxan Xankşilinin yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X1, onlar arasında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs Jalə Mövlayeva ilə evlənmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektikdə yerləşən nömrəsiz evdə ilk dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İkinci dəfə Təqsirləndirilən şəxs Jalə Mövlayeva ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektikdə yerləşən nömrəsiz evdə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Üçüncü dəfə isə Təqsirləndirilən şəxs Jalə Mövlayeva ilə 2024-cü ilin aprel ayının əvvəllərində Kürdəmir şəhəri H.Əliyev prospektikdə yerləşən nömrəsiz evdə dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs Jalə Mövlayeva ilə təbii və qeyri təbii yolla cinsi əlaqədə olarkən Zərərçəkmiş şəxs qarşı pisixi və fiziki zor tətbiq edən olmamışdır, öz irdaəsi lehinə Təqsirləndirilən şəxs ilə cinsi əlaqəyə girmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs başqa heç kim cinsi əlaqəyə girməmişdir. - Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, yaşadığı evə gedərək, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir. - Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir şəhəri H,Əliyev prospektində yerləşən nömrəsiz evə gedərək, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğu yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir. -Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. - zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, qızının onunla nişanlı olduğunu, Orxan barəsində heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.2003-cü ildə anadan olmaqla yetkinlik yaşına çatmış X9, onun üçün aşkar surətdə 14 yaşına çatmayan, xx.xx.2009-cu ildə anadan olmuş Zərərçəkmiş şəxs ilə ümumilikdə üç dəfə sonuncunun öz razılığı və istəyi ilə bir dəfə anal dəlik vasitəsi ilə qeyri-təbbi yolla və iki dəfə təbii yolla cinsi əlaqəni təsdiq edən qəsdən seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs X6 əməlində CM-nin 152.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən X6 əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X6 CM-nin 152.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi özünün ifadəsi, zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam təsdiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlinə dair gəldiyi nəticənin ibtidai araşdırma orqanının iş materiallarına, o cümlədən sübutların məcmuyuna və işin faktiki hallarına tam uyğun olmasını nəzərə alır, sübutları CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirməklə onun təqsirini müəyyənləşdirir. Məhkəmə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, təqsirləndirilən şəxsin özü və müdafiəçisi tərəfindən əməlin tövsifi və təqsirlilik məsələsi mübahisə doğurmur, lakin təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməməsi, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi xahiş olunur, yaxud təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi xahiş edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzasının təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-nin 59.2-ci maddəsi). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Təqsirləndirilən şəxs X7 cəza təyin edərkən məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.12-ci maddəsində göstərilən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən təqsirini səmimi etirafını və peşmançılığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan heç bir şikayətinin və tələbinin olmamasını, notariat qaydasında təsdiq edilmiş ərizələr təqdim etməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, törətdiyi əməldə zərərçəkmiş şəxsin də istəyi olmuş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən narazı və şikayətçi olmamış, əksinə həmin əmələ görə cəza almasının əleyhinədir. Onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə o qənaətdədir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlin zərərçəkmiş şəxsin də istəyinin olması, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən narazı və şikayətçi olmaması, əksinə həmin əmələ görə cəza almasının əleyhinə olmaları, və həmin əməlin təkrar edilməməsi və əsasən də zərərçəkmiş şəxs istəmədiyi halda belə hərəkətlərin baş vermədiyi onun cəza çəkmədən islah olunması üçün ciddi əsasdır və bu hallara əsasən təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzanın şərti hesab edilməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla, təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilmədən də islah olunmasına və cəzanın məqsədinə xidmət edəcəkdir. Yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə məhkəmənin gəldiyi nəticə cinayət işində olan və məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, məhkəmə hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar barədə gəldiyi nəticə CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-nin 139.0.5-ci maddəsinin tələbinə uyğundur. Məhkəmə cəza məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin nəzərdə tutulduğu CM-nin 152.1-ci maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulmamışdır. Ona görə məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi əsaslı hesab edir. Lakin məhkəmənin fikrincə, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi, xüsusən də təqsirləndirilən şəxsin həmin əməli törətməsinin zərərçəkmiş şəxsin də istəyi olması, zərərçəkmiş şəxsin və nümayəndəsinin bu hadisə ilə bağlı əvvəldən və indi də təqsirləndirilən şəxsdən narazı və şikayətçi olmaması, əksinə həmin əmələ görə cəza almasının əleyhinə olmaları və bütövlükdə CM-də cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, o cümlədən 70-ci maddə təqsirləndirilən şəxsə həmin cəzanın şərti olaraq tətbiq edilməsinə imkan verir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini unutmayaraq onun cəza çəkmədən də islah olunmasını mümkün sayır. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə haqqında CM-nin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmənin fikrincə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab etməsi CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), CM-nin təqsirə görə məsuliyyət (CM, maddə 7) və ədalət (CM, maddə 8) prinsiplərinə cavab verir. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Bu səbəblərdən məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab etməyi qanuni və əsaslı hesab edır. İşdən göründüyü kimi zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmamış və yoxdur, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs mehriban olmuş, ittiham verilən əməllə bağlı heç vaxt münasibətləri pozulmamışdır. Azərbaycan Respublikasının cinayət qanunu, cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, cinayət qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmə Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, qeyd olunmalıdır ki, cəza təyini ilə bağlı qanunvericiliyin mənasına görə cəzanın məqsədinə nail olmağın yolu CM-nin 58.3-cü maddəsində nəzərdə tutulan cəza təyinetmənin meyarlarına əməl edilməsindən keçir. Həmin meyarlara görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzanı real çəkmədən islah olmasının mümkünlüyü təkcə cəzanı yüngülləşdirən ayrı-ayrı hallardan və ya belə halların məcmusundan asılı deyil. Cəzanı yüngülləşdirən hallar adından göründüyü kimi cəzanın yüngülləşməsinə xidmət edir. Bu hallar həm məcmu halında, həm də ayrı-ayrılıqda məhkumun cəzanı real çəkmədən islah olunmasına əsas verə də bilər, belə əsasa zəmin yaratmaya da bilər. Həmçinin, məhkəmənin fikrinə görə təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən də islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasa malik aktiv davranışı nəzərdə tutur. Hazırki iş üzrə bu hal özünü onda göstərir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin istəyi olmadan öz cinayət əməlini heç vaxt icra etməmiş, sonradan da tam dayandırmış, əvvəl olduğu kimi onların hər ikisi və ailə üzvləri bir yerdə mehriban yaşamaqda davam etmişlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, sınaq müddəti ərzində məhkumun üzərinə müəyyən vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, X6 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə tapşırılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalıdır. İşdə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. X6 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi X8 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydadada fəaliyyət göstərən vəkil X3 90 manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 01 bir il 6 ay sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulsun. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İşdə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-22/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-22/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver