Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-23/2023 28.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə 12 avqust 1965-ci ildə Kürdəmir rayonu, Şıxımlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olan və yaşayan- Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində yaşadıqları Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən fərdi yaşayış evində oğlu Zərərçəkmiş şəxs ona mütəmadi spirtli içkilər qəbul etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə və dava-dalaş zamanı oğlu Zərərçəkmiş şəxs sifət nahiyəsinə təpiklə iki dəfə qəsdən vuraraq ona üst çənədə İ kəsici dişin sınması, İİ kəsici dişin laxlaması, dilin əzilmişcırılmış yarası, burunun sıyrıqları ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Vəlixan onun oğludur. Özü spirtli içkilərə myilli olduğu üçün evlərində dəfələrlə mübahisə olmuş və arvadı Tahirə ilə mübahisə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadıqları Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən evlərində olarkən arvadı Tahirə onunla mübahisə edərkən, oğlu Vəlixan da onu tənbeh etdiyinə görə Vəlixanla da aralarında mübahisə olmuş, həmin vaxtı o eyvanda, Vəlixan isə pilləkəndə olmuşdur. Mübahisə zamanı o, təpiklə 2 dəfə Vəlixanın sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. O, Vəlixan ilə barışmaq istəsə də Vəlixan onunla barışmamışdır. Əməlindən peşmadır. İlk dəfədir ki, cinayət məsuliyyıətinə cəlb edilir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Kamil spirtli içkiyə meyilli olduğu üçün daima evlərində mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində atası Kamil sərxoş olduğu üçün anası Tahirə irad bildirmiş, o, da atası Kamilə iradını bildirəndə eyvanda olanda atası təpiklə 2 dəfə onun sifət nahiyəsinə vuraraq onun 2 dişini sındırmışır. Onlar barışmamışlar. O, atası Kamillə barışmaq istəmir, ona dəymiş ziyan ödənilməmişdir. O, atası Kamilə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kamil onun əri, Vəlixan isə oğludur. Kamillə münasibətləri normal deyildir. Belə ki, Kamil spirtli içkiyə meyilli olduğu üçün daima evlərində söz-söhbətləri olmuş dəfələrlə Kamil barəsində polis şöbəsinə şikayət etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində Kamil sərxoş evə gəlmiş və o, Kamilə iradını bildirmiş və aralarında mübahisə olmuşdur. Həmin vaxtı Vəlixan da onların yanında, pilləkəndə oturaraq atası Kamilə iradını bildirəndə Kamil təpiklə 2 dəfə Vəlixanın sifət nahiyyəsinə vuraraq Vəlixanın 2 dişini sındırmışdır. Bundan sonra Vəlixan Kürdəmir RPŞ-nə gedərək atası Kamilin onu döyməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 458 nömrəli aktından görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: Sol almacıq nahiyəsinin yarası,sol gözaltı nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlərdən almacıq nahiyəsinin yarası kəsici alətin təsirindən törənmişdir, sol gözaltı nahiyəsinin yarası küt alət təsirindən törənmişdir,törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta-yəni 05.09.22-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə - Sol almacıq nahiyəsinin yarası sağlamlığın qısa müddət pozulmasna səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sol gözaltı nahiyənin qançırı sağlamlğa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (bax iş vər. 49-50) İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 48 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət- üst çənədə İ kəsici dişin sınması, İİ kəsici dişin laxlaması, dilin əzilmiş-cırılmış yarası, burunun sıyrıqlarının küt əşya təsirindən törəməsi, kənar şəxs tərəfindən yerinə yetirilə bilməsi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (bax iş vər.38-39) İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə X7 Şəxs Kürdəmir rayon X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2- 73/2023 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Şıxımlı kənd sakini xx.xx.1965-ci il təvəllüdlü Səmədov X5 rayon X4 X6 şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər.30) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 220 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər vardır. (bax iş vər. 12) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, mənfi xarakterizə olunur, onun haqqında ailə üzvləri tərəfindən nümayəndəliyə dəfələrlə şikayət olunduğu, kəndin ictimai işlərində iştirak etmədiyi göstərilmişdir. (bax iş vər. 11) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 40) Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəlri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 14 radələrində yaşadıqları Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən fərdi yaşayış evində oğlu Zərərçəkmiş şəxs ona mütəmadi spirtli içkilər qəbul etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə təpiklə iki dəfə qəsdən vuraraq ona üst çənədə İ kəsici dişin sınması, İİ kəsici dişin laxlaması, dilin əzilmiş -cırılmış yarası, burunun sıyrrıqları ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etmyə cəhd etməsini, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Səmədov X5 rayonu Şıxımlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi X3 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 30 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 05 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 30 (otuz) manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-23/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-23/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver