Məhkəmə qərarları › İş №1(041)-23/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-23/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-23/2024 16.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir şəhəri, M.Hadi küçəsi, ev 24-də qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, X.Qənbərov küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonlarında, yaşadığı evin həyətində xeyli miqdarda cəmi 09 (doqquz) ədəd, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda həmin bitkilərin yarpaqlarının bir hissəsini qanunsuz olaraq toplayaraq qurutmaqla, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 7.02 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-ci il tarixdə saat 10:30-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılıq ərizəsi əsasında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahəsindən xeyli miqdarda 09 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 5000.0 qram çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, həmin gün Kürdəmir rayon polis şöbəsinə gətirilib, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli payız gödəkcəsinin sol iç cibindən 01 ədəd kağız bükümdə, xeyli miqdarda təmiz çəkisi 7,02 qram, yaşadığı evin həyətində qanunsuz kultivasiya etdiyi çətənə (kannabis) bitkiləri ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götrülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilir. Kürdəmir şəhəri M.Hadi küçəsi ev 24-də qeydiyyatda olmaqla, Kürdəmir şəhəri şəhid X.Qənbərov küçəsində ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, evli 2 azyaşlı uşağının olduğunu, 4-5 ildir ki qurudulmuş marixuanadan istifadə etdiyini, təxminən 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Kürdəmir şəhəri Dörd Yol deyilən ərazidə çətənə tumlarını tapdığını, həmin çətənə tumlarını cari ilin may ayının sonlarında yaşadığı evin həyətində əkmək qərarına gəldiyini, buna görə də tumları topa şəkilində torpağa ataraq mütəmadi sulamağa başladığını, həmin tumlardan topa şəkilində çətənə kolları yetişməyə başladığını, mütəmadi olaraq yetişməsi üçün su və peyin verdiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında suladığını, bitkilər yetişdiyinə görə xx.xx.2023-cü il tarixdə yarpaqlarından və qozalarından dərib, kağızın arasına qoyub qurudub istifadə etməyə başladığını, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində yaşadığı evdə olan zaman qapılarının döyüldüyünü, qapını açanda polis əməkdaşlarını gördüyünü, polis əməkdaşlarının özlərini təqdim edərək barəsində qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbilərinin keçirilməsi haqqında qərarla tanış etdiklərini, çətənə kolu əkib becərdiyini polis əməkdaşlarının bilməsini başa düşdüyünü, buna görə də, cəzasının yüngülləşməsi üçün özü səmimi etiraf edərək yaşadığı evin həyətində çətənə kolu əkib becərdiyini etiraf etdiyini, bundan sonra videoçəkiliş başlandığını, yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirdiyini, bundan sonra göstərməsinə əsasən polis əməkdaşları həyətinə daxil olduqlarını, çətənə bitkiləri əkdiyi yeri göstərdiyini, həmin bitkilərə aqronom baxış keçirib çətənə bitkiləri olmasının müəyyən edildiyini, aqrotexniki qaydada qulluq olunaraq dibləri boşaldılıb su verildiyini, bundan sonra həmin bitklər torpaqdan kötükləri qarışıq çıxarıldığını, qablaşdırılaraq üzəri yazılandan sonra möhürlənərək götürüldüyünü, bundan sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəldiyini, RPŞ-yə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah olunduğunu, təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra seçdiyi vəkil Müdafiəçi ilə təmin edildiyini, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və predmet, narkotik vasitə varsa təqdim etməsi ona təklif edildiyini, üzərində xx.xx.2023-cü il tarixdə dərdiyi marixuanadan qaldığına görə, həmin marixuananı çıxarıb təqdim etdiyini, həmin kağız bükümə müstəntiq tərəfindən baxış keçirilərək içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildiyini, yaşadığı evin həyətindən aşkar edilmiş, 09 ədəd çətənə kolunun ona məxsus olduğunu, ona heç kim köməklik göstərmədiyini, həmin çətənə kollarını 2023-cü ilin may ayının sonlarında əkdiyini, yaşadığı evin həyətindən aşkar edilmiş 09 ədəd bitkəri istifadə etmək məqsədi ilə əkdiyini, həmin bitkilərə özü qulluq edib torpağını boşaldıb su verdiyini, çətənə kolunun ona məxsus olduğunu, satmaq məqsədi olmadığını, heç bir cinayət əməli törətmədiyini, telefonun üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Kürdəmir RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Kürdəmir şəhəri şəhid X.Qənbərov küçəsində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması saxlaması, qəbul etməsi və narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2023-ci il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri şəhid X.Qənbərov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedib küçə qapısının qarşında dayanıb, Təqsirləndirilən şəxs cağırdıqlarını, İlqar yaşadığı evin küçə qapısını açdıqdan sonra ona narkotik vasitələrin qanunsuz dövrüyəsində və əkib becərilməsində şübhəli olduğunu bildirdiklərini, İlqardan narkotik vasitə əkib əkmədiyi soruşulduğunu, həmin zaman İlqarın narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini dediyini, bundan sonra İlqarın razılıq ərizəsi əsasında onun yaşadığı evin həyətyanı sahəsinə daxil olduqlarını, İqlar Musatafayevin göstərməsinə əsasən hərəkət etdiklərini, İlqarın həyətyanı sahəsində torpaqa əkilmiş 09 ədəd çətənə bitkilərinə bənzər bitkiləri göstərdiyini, bundan sonra torpaqda olan çətənə bitkilərinə bənzər bitkilərin müstəntiq tərəfindən torpaqdan çıxarıldığını, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olmasını bildirdiyini, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulandığını, diblərinin boşaldıldığını, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edildiyini, bitkilərin müstəntiq tərəfindən qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalandığını və DİN-in zərflər üçün möhürü ilə möhürləndiyini, bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə gətirildiyini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təqdim etməsi bildirildiyini, bundan sonra İlqar Musatafayevin üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib payız gödəkcəsinin sol iç cibindən 01 ədəd kağız büküm çıxararaq təqdim etdiyini,bundan sonra təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrildiyini, üzərindən 03 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd kirbit və 01 ədəd “Samsung” markalı telefon aşkar olunduğunu, 03 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd kirbit qutusuna baxış keçrilərək iş üçün əhəmiyyət kəsb etmədiyindən İlqar Musatafayevə verildiyini, üzərində aşkar olunan 01 ədəd qara rəngli ekranı çatlaq vəziyyətdə olan “Samsung” markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürüldüyünü, bundan sonra 01 ədəd kağız büküm qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən yazıldığını və ekspertizaya təqdim olunacağı bildirdiyini, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, ona qarşı heç bir zor və güc tətbiq edilmədiyini, həmin şəxsin narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasada lakin onun narkotik tərkibli bitkilər əkməsi barədə məlumatlar daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ CAB-nin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi.

1. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/958 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində “.. Təqsirləndirilən şəxs” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 09 (doqquz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 5000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.

2. Tədqiqata təqdim olunmuş üzərində”...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 7,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.

3. Aqranom rəyinə əsasən təqdim olunmuş 09 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş 09 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (bax iş vər. 50-54) Çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkisi-5000, qram, tədqiqata sərf edildi-0,90 qram (hər ob-0,1 qram), qalıq 4999,10 qram qalıq qalmışdır. Marixuananın təmiz çəkisi – 7,02 qram, tədqiqata cəmi 0,02 qram sərf edildikdən sonra 7,0 qram qalıq qalmışdır. İş materiallaına əlavə edilmiş Kürdəmir rayonu X6 X1 verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 09 ədəd torpağa əkilmiş bitkilər, tərkibində narkotik maddələr olan çətənə bitkiləridir. Həmin bitkilərin hamısına aqrotexniki qaydada qulluq edilərək dibləri boşaldılmış, peyin və su verilmişdir. Həmin bitkilər müxtəlif ölçülərdə olmaqla 130 santimetrdən 150 santimetrə qədərdir. (bax iş vər.20) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı yoxdur. Nakoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 113) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 80-81) İş materiallarına əlavə edilmiş TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞdən daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-49/2-786/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər .122) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1343/1 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərdən ibarət tərkibdə ailə üzvləri vardır və onlardan 2-si azyaşlıdır. (bax iş vər. 108) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə xarakterizə olunur. (bax iş vər. 109) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-ci il tarixdə saat 12:30-da tutulmuşdur. (bax iş vər. 25) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməklə MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-ci il tarixdə saat 09:30-da MSY-dən azad edilmişdir. (bax iş vər. 70-71) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Plenumun 02 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, “Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaş-xaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşaqların olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını və həmin cəzaları AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsnə əsasən cinayətlərin məcmuyuna cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün bir gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan çətənə bitkilərinin ekspertiza tədqiqatındn sonra qalığı 4999,10 qram və 7 qram qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqıneda iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həb edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 234.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 237.1-ci maddəsinə əsasən 09 ay müdddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün bir gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümüumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqıneda iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan çətənə bitkilərinin ekspertiza tədqiqatındn sonra qalığı 4999,10 qram və 7 qram qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə və yaşayış evinə baxış keçirilməsi barədə 2 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar