Məhkəmə qərarları › İş №1(041)-23/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-23/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-23/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X17 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kürdəmir rayonunda fərdi qaydada vəkillik fəaliyyəti göstərən Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 nəfər azyaşlı uşaq olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şamaxı rayonu, Laləzar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər yaşadığı Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fermadan, 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayınadək olan dövrdə çoban işlədiyi zaman sonuncunun ona etibar edərək baxması üçün təhvil verdiyi 218 baş xırdabuynuzlu heyvanın ümumi dəyəri 11000 manat olan 44 başını vahid niyyətlə qəsdən talamış, yəni etibar edilmiş özgə əmlakını mənimsəmiş və israf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bildi və göstərdi ki, o, Şamaxı rayonu, Laləzar kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayının sonlarınadək Kürdəmir rayonu Mollakənd kəndində Zərərçəkmiş şəxs məxsus fermada çoban işləmişdir və Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlara baxmış, Elçin ona heyvanlarına baxmağı üçün aylıq 600 manat pul vermişdir. 2023-cü ilin sonlarında heyvanlar arasında xəstəlik yaranmışdı. Həmin müddətdə o, bu barədə Zərərçəkmiş şəxs özünə də məlumat verdiyi üçün Elçin heyvanların müalicəsi üçün iynədərman da alıb gətirmiş, həmin vaxt Zərərçəkmiş şəxs məxsus təxminən 30 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. O, bu barədə Zərərçəkmiş şəxs qabaqcadan məlumat verdiyi üçün Elçin onu başa düşdüyünü, ölən heyvanlara görə heç bir tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fermaya gəldiyi vaxt heyvanları saymışlar. Fermada 97 baş ana qoyun, 57 baş ana keçi, 44 baş çəpiş, 20 baş quzu olmaqla ümumilikdə 218 baş xırda buynuzlu heyvan olmuşdur. Heyvanları saydıqdan bir neçə gün sonra, heyvanların bəzilərində qarın ağrısı olduğu üçün o, heyvanlara iynə vurmağa başlamış, lakin heyvanlara iynə vurmuş, bu barədə Elçinə deməmiş, qoyunun 12 başı ölmüşdür. Sonra 5 qoyun, 2 keçi, 4 çəpiş xəstəlikdən tələf olmuşdur. O, həmin heyvanların sayımını apardıqdan sonra 23 baş heyvanın olmadığını görmüş, bu barədə Zərərçəkmiş şəxs məlumat verməmişdir. Əmisi Əlbabaya olan borcunu qaytarmaqdan ötrü Zərərçəkmiş şəxs məxsus 5 baş xəstə çəpişi təcili ucuz qiymətə yəni, 500 manata satıb borcunu ödəmişdir. Bu barədə Zərərçəkmiş şəxs məlumat verməmiş, Elçinə cəmi 3 qoyunun xəstəlikdən öldüyünü demişdir. 22 aprel .2024-cü il tarixdə Zərərçəkmiş şəxs fermaya gəldikdə yenidən sayım aparmışdır. Bu vaxt o fermada olmamış, Zərərçəkmiş şəxs ona zəng edərək 25 baş qoyunun əksik olduğunu demiş, o, da Elçinə heyvanların xəstəlikdən tələf olduğunu demişdir. O, Elçinə tələf olmuş qoyunların pulunu şdəyəcəyini bildirmiş, Elçin onunla razılaşmışdır. Bundan 2 gün sonra Elçinin heyvanlarından bir neçəsi, yəni 3 baş qoyun, 2 keçi, 1 quzu və 5 çəpiş xəstəlikdən fermada tələf olmuş, 11 baş heyvanı isə o, heyvanları başsız qoyub getdiyi üçün itmiş, sonra tapa bilməmişdir. Elçin yenidən fermaya gəlmiş, bir də sayım aparmışlar sayıma görə Elçinə məxsus 22 baş heyvan yerində olmamışdır. Zərərçəkmiş şəxs ona məxsus 44 baş heyvanın talanması ilə bağlı polis şöbəsinə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, dəymiş zərəri tam ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Kürdəmir rayonu, Mollakənd kəndində icarə müqaviləsi əsasında istifadə etdiyi 150 hektar torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olur. Həmin fermada özünə məxsus xırda buynuzlu heyvanlar vardır. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayının sonlarınadək ona məxsus fermada çoban işləmiş və ailəsi ilə birlikdə həmin fermada yaşayırdı. Təqsirləndirilən şəxs aylıq 600 manat pul vermiş, Təqsirləndirilən şəxsla arasında ədavəti və düşmənçiliyi olmamışdır. O, Bakı şəhərində yaşasa da, arabir Kürdəmir rayonuna gələrək öz fermama baş çəkimişdir. 2023-cü ilin dekabr ayında xırda buynuzlu heyvanları arasında çiçək xəstəliyi düşmüş, bu barədə Ramil ona bildirmiş və həmin vaxtda sonuncuya iynə-dərman almış, həmin dövrdə Ramilin deməsinə görə 30 baş xırda buynuzlu heyvanı tələf olmuşdur. Ramil həmin heyvanlardan bir neçəsinin şəklini ona göstərmiş, bundan sonra o, Ramili başa düşdüyünü və 30 baş heyvanın tələf olmasına görə ondan heç nə tələb etmədiyini bildirmişdir. Bu xəstəlik heyvanlar arasında 2024-cü ilin fevral ayınadək davam etmişdir. Həmin dövrdə də arabir bir neçə heyvan tələf olması barədə Ramil ona bildirmiş, 2024-cü ilin mart ayında heyvanlara peyvənd vurulmuş, bundan sonra Ramil ona heyvanların tam sağaldığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə fermaya gəldiyi vaxt heyvanların sayımını aparmış. Fermada 97 baş ana qoyun, 57 baş ana keçi, 44 baş çəpiş, 20 baş quzu olmaqla ümumilikdə 218 baş xırda buynuzlu heyvan olmuşdur. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhərindən Kürdəmir rayonu Mollakənd kəndindəki fermama gəlmiş, Ramilə heyvanları saymağı təklif etmiş, Ramil də ona 3 baş qoyunun öldüyünü deyərək, hazırda işləməkdən ötrü başqa ferma tapdığını, həmin gün ora getməli olduğunu deyərək sabahı gün heyvanları saymaqlarını təklif etmiş və o da razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, yenidən fermaya gəlmiş. Ramil fermada olmamış, o, sonuncuya zəng etdiyi vaxt Ramil yenə başqa yerdə olduğunu deyərək heyvanları saymağa gəlməmişdir. Bundan sonra o, heyvanları özü Ramilin arvadl Gülmirənin iştirakı ilə saymış və 97 baş ana qoyundan 17 başının, 57 baş keçidən 2 başının, 44 baş çəpişdən 9 başının yerində olmadığını görmüş Ramilə zəng edib bunun səbəbini soruşduqda sonuncu ona heç nə deməmişdir. O, da qeydiyyatını aparıb fermadan çıxıb getmişdir. Ramil xx.xx.2024-cü il tarixdə fermadan ailəsi ilə birlikdə bütün əşyalarını da çıxarıb getmişdir. xx.xx.2024-cü il tarixdə o, yenidən Kürdəmir rayonuna gəlmiş, xx.xx.2024-cü il tarixdə yenidən fermaya qalan heyvanları Ramildən təhvil almaqdan ötrü gəlmişdir. Ramil ona bir baş heyvanı itirdiyini demişdir. O, da bundan sonra Ramillə birlikdə ərazini gəzib həmin heyvanı axtaran zaman ərazidə 8 baş heyvanın meyitini ərazidə görmüşdür. Ramil ona heyvanları başsız buraxdığını, ona görə ərazidə vəhşi heyvanlar tərəfindən öldürüldüyünü bildirmişdir. Ərazidən fermaya qayıtdıqdan sonra heyvanların sayımını aparmaq istədikdə Ramil vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya getməli olduğunu deyərək taksi çağırıb çıxıb getmişdir. O, Ramilə bir neçə dəfə zəng etsə də, Ramil cavab verməmişdir. Bundan sonra o, əsəbiləşib Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. O da polisə şikayət etdikdən sonra Ramil qayıdıb fermaya gəlmiş və heyvanların sayımını aparmışlar. Heyvanları saydıqda 72 baş ana qoyun, 52 baş ana keçi, 19 baş quzu və 25 baş çəpiş olmaqla ümumilikdə 168 baş heyvan qalmışdır. xx.xx.2024-cü il tarixdə sayıb təhvil verdiyi 218 baş heyvandan 50 başı əksik olmuşdur. O, Ramilin ona xəstəlikdən tələf olduğunu dediyi heyvanları hesabdan çıxaraq sonuncunun ona məxsus 44 baş heyvanı, yəni 22 baş ana qoyunu, 4 baş ana keçini, 17 baş çəpişi və 1 baş quzunu talaması barədə rayon polis şöbəsinə şikayət etmişdir. Heyvanların sayımını apardıqdan sonra Ramillə birlikdə akt tərtib edib ona imzalatmışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin təqsirləndirilən şəxs R.G.Zülfüarov tərəfindən ona dəyən maddi ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərərək bu barədə ərizəsini təqdim etmişdir. Şahid1 oğlu ifadəsində göstərdi ki, o, 1981-ci ildən baytar kimi fəaliyyət göstərir. 2021-ci ilin noyabr ayında özəl baytarlıq fəaliyyəti ilə məşğul olur. Kürdəmir rayonu Carlı, Quşlar, Mollakənd və Türkəli kəndlərində xidmət göstərir. Elçin Məmmədovu və Təqsirləndirilən şəxs tanımır, həmin şəxslərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun fəaliyyəti xidmət göstərdiyi kəndlərdə yaşayan iri buynuzlu, xırda buynuzlu, təkdırnaqlı heyvanlara sahibi olan itlərin vaksinasiyasını həyata keçirməkdən ibarətdir. Dövlət tərəfindən baytarlıq idarəsinə ayrılmış vaksinlər qaimə əsasında ona təhvil verilir. Təqsirləndirilən şəxs Kürdəmir rayonu Mollakənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermada qoyun saxlamasından məlumatı yoxdur. Həmin heyvanların vaksinasiyasını aparmamışdır. Təqsirləndirilən şəxs bu barədə ona müraciət etməmişdir. 2023-cü ildən 2024-cü ilin may aylarınadək Təqsirləndirilən şəxs Mollakənd kəndində saxladığı heyvanların ölməsindən xəbəri yoxdur. Şahid4 ifadəsində göstərdi ki, o, 2019-cu ildə bələdiyyə seçkilərində iştirak edərək Kürdəmir rayon Mollakənd bələdiyyəsinin üzvü seçilmiş, 2022-ci ilin aprel ayının 4-dən Mollakənd kənd bələdiyyəsinin sədri vəzifəsində çalışır. Bundan əvvəl həmin bələdiyyənin üzvü, daha əvvəllər isə 2005-2015-ci illərdə həmin kəndin icra nümayəndəsi vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun qohumudur. Elçin 2011-ci ildən Kürdəmir rayonu, Mollakənd kəndində icarə müqaviləsi əsasında istifadə etdiyi 150 hektar torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olur. Həmin fermada özünə məxsus xırda buynuzlu heyvanları vardır. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayının sonlarınadək ona məxsus fermada çoban işləyirdi və ailəsi ilə birlikdə həmin fermada yaşayırdı. Elçin fermaya gəlmədiyi vaxtlar, Elçin ondan fermaya gəlməsini və heyvanların sayımını aparmasını istəmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Elçin fermaya gəlib heyvanların sayımını aparan zaman toplam fermada 218 baş heyvanı olmuşdur. 2024-cü ilin aprel ayında o da bir neçə dəfə Zərərçəkmiş şəxs məxsus fermaya baş çəkmiş, hər hansı ehtiyacın olub-olmadığını soruşanda Ramil ona hər şeyin qaydasında olduğunu bildirmişdir xx.xx.2024-cü il tarixdə Elçin ona zəng edərək fermada olan Elçinə məxsus 218 baş xırdabuynuzlu heyvandan 25 başını, xx.xx.2024-cü il tarixdə isə daha 22 baş xırdabuynuzlu heyvanının olmadığını, Ramilin həmin heyvanların xəstəlikdən öldüyünü bidlirdiyini demişdir. Həmin vaxt, onlar kənd sakinləri arasında soraqlaşma aparmışlar, lakin nə kənd sakinləri nə də yaxın fermada yaşıyan şəxslər yaxın ətrafda başsız heyvnlara nə də heyvan cəsədləri ilə qarşılaşmadıqlarını bildirmişlər. Şahid2 Ağalı qızı ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayının sonlarınadək Kürdəmir rayonu, Mollakənd kəndində Zərərçəkmiş şəxs məxsus fermada iki azyaşlı övladı və əri Ramil ilə birgə yaşamışdır. Ramil Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanlara baxmışdır. O, həmin heyvanları otarmamış və həmin heyvanların alqı-satqısında iştirak etməmişdir. Elçin əri Ramilə aylıq 600 manat pul vermişdir. Zərərçəkmiş şəxslə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs özü Bakı şəhərində yaşasa da, 10 gündən bir öz fermasına gələrək heyvanların hesabını aparmışdır. 2024-cü ilin əvvəllərindən heyvanlar arasında xəstəlik yaranmışdı və həmin müddətdə Ramil bu barədə Zərərçəkmiş şəxs özünə də məlumat vermişdi. Bu səbəbdən Elçin heyvanların müalicəsi üçün iynə-dərman da alıb gətirmişdi. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fermaya gəldiyi vaxt heyvanları saymışlar, fermada 97 baş ana qoyun, 57 baş ana keçi, 44 baş çəpiş, 20 baş quzu olmaqla ümumilikdə 218 baş xırda buynuzlu heyvan olmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fermaya gəldikdə yenidən sayım aparmış, Zərərçəkmiş şəxs fermaya gələn gün əri femada olmamışdır. Elçin heyvanları onun iştirakı ilə saydıqdan sonra 25 baş heyvanın olmadığını görüb Ramilə zəng etmiş və səbəbini öyrənəndə Ramil hazırda uzaqda oduğunu və dəymiş zərəri ödəyəcəyini bildirmişdir. O, Ramildən həmin heyvanların harda olduğunu soruşanda Ramil ona xəstəlikdən tələf olduqlarını demişdir. Elçin xx.xx.2024-cü il tarixdə yenidən fermaya gəlmişdir. Ramil ona bir neçə heyvanı itirdiyini bildirmişdir. Elçin birlikdə Ramil fermanın ərazisini gəzəndə 5 baş qoyunun, 3 baş çəpiş, 1 baş keçinin ölüb sahədə qaldığını görmüş, bundan sonra Elçin əsəbiləşərək Ramil barəsində şikayət edəcəyini demişdir. Daha sonra fermaya gəlib bir də sayı aparmış, sayıma görə Elçinə məxsus 20 baş heyvan yerində olmamşıdır. Daha sonra Ramil qalan heyvanları Elçinə təhvil vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ərinin Elçinə məxsus 44 baş heyvanı talaması ilə bağlı rayon polis şöbəsinə şikayət etmişdir. Şahid2 əlavə olaraq ifadəsində göstərmişdir ki, əri heyvanların ölməsi barədə Elçinə məlumat verməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun dostudur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxslə birlikdə Kürdəmir şəhərinə gəlmiş, həmin tarixdə də tarixdə Zərərçəkmiş şəxslə birlikdə Elçinə məxsus heyvanlara baxmaqdan ötrü Mollakənd kəndində yerləşən fermaya getmişlər. Həmin vaxt Ramildə fermada olmuşdur. Elçin Ramilə heyvanları saymağı təklif etmiş, Ramil də ona 3 baş qoyunun öldüyünü deyərək, hazırda işləməkdən ötrü başqa ferma tapdığını, həmin gün ora getməli olduğunu deyərək sabahı gün heyvanları saymağlarını təklif etmişdir. xx.xx.2024-cü il tarixdə onlar yenidən fermaya gəlmişlər, lakin Ramil fermada olamamışdır. Elçin ona zəng etdiyi vaxt Ramil yenə başqa yerdə olduğunu deyərək heyvanları saymağa gəlməmiş, onlar heyvanları Ramilin arvadı Gülmirənin iştirakı ilə saymışlar və 97 baş ana qoyundan 17 başının, 57 baş keçidən 2 başının, 44 baş çəpişdən 9 başının yerində olmadığını görmüşlər. Ramilə zəng edib bunun səbəbini soruşduqda sonuncu Elçinə heç nə deməmişdir. xx.xx.2024-cü il tarixdə o, yenidən Elçinlə Kürdəmir rayonuna gəlmiş, xx.xx.2024-cü il tarixdə Ramildən yerdə qalan heyvanları təhvil almaqdan ötrü fermaya gəlmişlər. Ramil Elçinə bir baş heyvanı itirdiyini demişdi. O və Elçin Ramillə birlikdə ərazini gəzib həmin heyvanı axtaran zaman ərazidə 8 baş heyvanın meyitini görmüşlər. Ramil onlara heyvanları başsız buraxdığını, ona görə ərazidə vəhşi heyvanlar tərəfindən öldürüldüyünü bildirmişdir. Ərazidən fermaya qayıtdıqdan sonra heyvanların sayımını aparmaq istədikdə Ramil vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya getməli olduğunu deyərək taksi çağırıb çıxıb getmişdir. Onlar Ramilə bir neçə dəfə zəng etsə də, Ramil cavab verməmiş, bundan sonra Elçin əsəbiləşib Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə olan digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş: -Şamaxı rayon İHB-nın Quşçu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 5- 75-38/2-365/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər 2010-cu il təvəllüdlü X10, 2011-ci il təvəllüdlü X8 və 2018-ci il təvəllüdlü X11 adlı uşaqları vardır. - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-917/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliknika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. -X1 Sistemindən əldə olunmuş məhkumluq sorğusuna cavabdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(046)-51/2023 saylı hökmü ilə Azərbaycan respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7241 saylı ekspert rəyindən görünür ki, 44 adda xırdabuynuzlu heyvanların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8750,00 manat müəyyən edilir. - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. - xx.xx.2024-cü il tarixli Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu xx.xx.2024-cü il tarixdə, saat 18.30-da tutulmuşdur. - xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18.15-də Kürdəmir RPŞ-nin X9 azad edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-87/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək 28 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablanmışdır. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-93/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətikan tədbiri ilə əvəz edilmişdir . -Şamaxı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 135/5 nömrəli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 3 ay 6 gün müddətini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 1 il 8 ay 24 gün təşkil edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışaraq onu vurduğu maddi zərəri tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəl mülkiyyət əleyhinə cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddətdə hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, cərimə və azadlığın məhdudlaşdırılması cəzalarından hər hansı birinin təqsirləndirilən şəxsə yenidən təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından yeterli hesab edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olunması baxımından qanuni, əsaslı və ədalətlidir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(046)-51/2023 saylı hökmü ilə Azərbaycan respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 1 il 3 ay 6 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 1 il 8 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1. və 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 24 günü azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 10 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə qeyd etməlidir ki, X6 məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulmuş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə onun barəsində 28 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü ildən hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(041)-93/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, X2 məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında saxlandığı 28 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri gələcəkdə hökmün icrasının təmin edilməsi məqsədi ilə həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddəsinə əsasəmn, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrumetmə cəzasının çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisələridir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1,197.1.2 və 197.1.4-cü maddələrinə əsasən, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş və mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ekspertizanın keçirilməsi üçün müəyyən edilmiş 50 manat ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi məhkəmədə cinayət işinə baxılan müddətində 15 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün hər iş saatı 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 90 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 345-347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası 68.1.1-1-ci maddəsinə əsasən, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 24 günü azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 10 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddətin və xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 28 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq ona qəti olaraq 02(iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət nəfinə ( AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X4, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 90 manat ödənilsin.A Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar