Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-24/2025 04.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti göstərən Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1998-cü il tarixdə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, cəzanı tam icra etmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa mяlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 11.01 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evin həyətindəki yardımçı tikilinin içərisindəki çəndə saxlamış, 28 iyul 2024-cü il tarixdə, saat 01:30 radələrində Kürdəmir rayon Polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətdəki yardımçı tikilinin içərisində çəndə gizlədilmiş 01 ədəd polietilen torbada təmiz çəkisi - 3.60 qram, həmin polietilen torbada olan 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3.76 və 0.95 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi -2.70 qram, xeyli miqdarda ümumi çəkisi – 11.01 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bildi və göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan hərdən istifadə edir. 2024-cü ilin mart ayında yaşadığı Kürdəmir rayonu, Pirili kəndi ərzisində çöl sahəsində 02 ədəd çətənə bitkisi əkib yetişdirmiş, həmin bitkilər yetişdikdən sonra yarpaqlarını dərib qurutmuş, budaqlarını və kök hissəsini isə çöl sahəsində yandırmış, dərib yaşadığı evə gətirdiyi narkotik vasitə qurudulmuş marixuananın bir hissəsinin istifadə etmiş, qalan hissəsini isə yaşadığı evin həyətindəki yardımçı tikilinin içərisindəki çəndə buğdanın altında saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları həyətin qapısını döymüşlər, qapını açmış, onlar özlərini təqdim edərək, ona narkotik vasitələrin qanunsuz dövriyəsində həmçinin yaşadığı evin həyətində saxlaması barədə məlumatları olduğunu bildirib, onu əməliyyat-axtarış tədbir ilə tanış etmişlər. Bundan sonra onlara yaşadığı evin həyətindəki yardımçı tikilidə narkotik vasitə qurudulmuş marixuana saxladığını və həmin vasitəni təqdim edə biləcəyini demiş, sonra razılıq ərizəsi əsasında videoçəkliş vasitəsi ilə həyətə daxil olmuşlar. Onun göstərməsinə əsasən həyətyanı sahəsində yerləşən yardımçı tikliyə daxil olmuşlar, tikilinin içərisində dəmir çəlləyin içərisində olan arpanın altında gizlətdiyi 01 ədəd polietilen torbanı çıxarıb təqdim etmişdir. Həmin torbaya baxış keçirilmiş, içərisində 04 ədəd siqaret dənəsi, 02 ədəd kibrit qutusunda və 01 ədəd yarım kibrit qutusunda, eləcədə həmin polietilen torbanın içərisində açıq halda qurudulmuş marixuana müəyyən edilmiş, bundan sonra 01 ədəd polietilen torba içərisində olan kütlələrlə birlikdə qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. O, heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən səmimi peşman olduğunu, bir daha cinayət əməli törətməyəcəyi barədə söz verdiyini bildirdi. Şahid1 oğu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman o, Kürdəmir RPŞ-də X2 əməliyyat müvəkkilli vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Firkət oğlunun qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş məxfi əməliyyat məlumatı olmuş, bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu, Pirili kəndində yerləşən fərdi yaşayış evinin küçə qapısına gəlmişlər. Həmin ünvanın giriş qapısı döyülmüş, giriş qapısını Təqsirləndirilən şəxs özü açmış, özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək, ondan yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Turaldan həmin vasitəni təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılıq verərək baxış keçrilməyinə etirazı olmadığını bildirdi. Ardınca Təqsirləndirilən şəxs göstərməsinə əsasən evin həyətyanı sahəsi ilə hərəkətə başlanmış, Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən göstərdiyi yardımçı tikilini göstərmiş, həmin tikiliyə daxil olunmuş, Tural tikilidə olan dəmir çənin içərisində buğdanın altında gizlədilmiş 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilmiş, torbada olan 04 ədəd siqaret dənəsi, 02 ədəd kibrit qutusunda, 01 ədəd yarım kibrit qutusunda və həmin polietilen torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılmış, imzalanmış və möhürlənmişdir. Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş : -Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi-3.60 qram, həmin polietilen torbada olan 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkisi 3.76, 0.95 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi 2.70 qram, ümumi çəkisi 11.01 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 04 ədəd siqaret dənəsində ayrı-ayrılıqda təmiz çəkisi 0.22 qram, 0.20 qram və 0.26 qram ümumi çəkisi 0.95 qram olan qəhvəyimtil rəngli bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. Marixuananın ümumi təmiz çəkisi-11.01 qram, tədqiqata sərf edildi - 0,08 qram(hər.ob-0,02 qram), 10,93 qram qalmışdır. Qəhvəyimıtıl rəngli kütlələrin ümumi çəkisi- 0,95 qram,tədqiqata sərf edildi-0,08 qram(hər.ob-0,02 qram),0,87 qram qalıq qalmışdır. - Ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 1871 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-781/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X6 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 17-1/2-22/186304-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş, 2000 manat cərimə cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2024-ci il tarixdə tam icra etmişdir. Məhkumluğu götürülməmiş və ödənilməmişdir. -Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 243 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Pirili kəndində yaşamaqla himayəsində xx.xx.2024-cü il təvəllüdlü bir nəfər azyaşlı uşaq var. - Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01.30-da-də şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20.45-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 4-ci bəndində göstərilir ki, arkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetinni xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddəsin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddənin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşaq olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərindən və cinayət qanunu normasının izahı ilə bağlı Ali Məhkəmə Plenumunun qərarında nəzərdə tutulan müddəalarından görünür ki, cinayət törətməkdə təqsiri olan şəxsə cəza təyin edilərkən aşağıdakılar mütləq nəzərə alınmalıdır : - Qəsdin obyekti, təqsirin forması və cinayətin ağırlıq dərəcəsi (cinayətin xarakteri); -Cinayətin nəticəsinin ağırlığı, törədilməsi üsulu, vurulmuş zərərin həcmi və s. (cinayətin ictimai təhlükəlilk dərəcəsi); - Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; - Təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar; - Cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (cəzanın məqsədi). Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş, 2000 manat cərimə cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2024-ci il tarixdə tam icra etmişdir. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göstərilən hüquq normalarına əsasən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş, 2000 manat cərimə cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2024-ci il tarixdə tam icra etmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətsə də, onun törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğundan və eləcə də, o əvvəl cərimə cəzasına məhkum olunmuş şəxs olduğundan onun hazırkı hərəkətləri cinayətin residivini yaratmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01.30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 20.45-də Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.4, 132.1.6 və 132.1.7-ci maddələrinə əsasən İş üzrə maddi sübutlar- Kürdəmir rayon Polis şöbəsində saxlanılan 10,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı videogörüntülərin qeydə alındığı 02 ədəd disk cinayət işi materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-ci maddəsinə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlır məhkəmə məsrəfinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarından görünür ki, məhkəməyədək keçirilmiş ekspertiza üçün xərc 31,95 manat təşkil etmişdir. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, ekspertiza xərci olaraq 31,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 90 manat ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 04 gün müddət təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti olaraq 01( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu, Pirili kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut -Kürdəmir rayon Polis şöbəsində saxlanılan 10,93 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Maddi sübut - 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə eksperttiza xərci 31,95 ( otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə (AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat, hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən : Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-24/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-24/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver