Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-25/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri Bakı prospektində avtomobil yolunun kənarında saxlanılmış Kürdəmir rayonu Xırdapay kənd sakini, xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus olan “Ford Tranzit” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna açıq qapıdan daxil olub orada olan açarla mühərriki işə salaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən “Bayraq Meydanı”nın qarşısında avtomobili yolun kənarında olan beton arakəsməyə çırparaq yol nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilə ümumilikdə 938 (doqquz yüz otuz səkkiz) manat maddi ziyan vurmuş, sonra Kürdəmir rayonu Çöhranlı kəndi istiqamətində hərəkətdə olarkən həmin kəndin ərazisində mühərrik nasazlıq səbəbindən söndüyünə görə hərəkətini davan etdirə bilməyib avtomobili yol kənarında saxlayaraq düşüb həmin ərazidən uzaqlaşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərdi ki, fərdi əməklə məşğuldur, Zərərçəkmiş şəxs tanımır, ona qarşı heç bir ədavəti, düşmənçiliyi yoxdur, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Yevlax şəhərindən yaşadığı evdən çıxıb şəhər ərazisində bazarın yaxınlığında kafedə bir qədər spirtli içki araq içdikdən sonra Bakı şəhərinə getmək üçün Yevlax şəhər avtovağzalından mikroavtobusa minmiş, Kürdəmir şəhəri ərazisidə mikroavtobus saxlayanda yerə düşmüş, Kürdəmir şəhəri Bakı prospekti ərazisində yerləşən kafedə spirtli içkiq qəbul etmiş, saat 17 radələrində kafedən çıxıb kafenin qarşısından keçən avtomobil yolunun digər tərəfinə keçərək orada dayanmış halda olan qırmızı rəngli Ford Tranzit markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq fikrinə düşmüş, həmin avtomobilə yaxınlaşıb avtomobilin sərnişin tərəfdən açıq qapısını açaraq oradan avtomobilin salonuna daxil olmuş, işəsalma mexanizmi üzərində olan açarla avtomobilin mühərrikini işə salıb avtomobili hərəkətə gətirib idarə edərək Bakı şəhəri istiqamətində getmiş, irəlidə yolun sağ hissəsində olan bayraq meydanı parkının qarşısında idarəetməni itirərək avtomobili yolun sağ kənarında olan beton maneəyə çırparaq zədələmiş, ancaq hadisə yerində dayanmadan hərəkətini davam etdirib bir az irəli getmiş, avtomobilin mühərriki ondan asılı olmayan səbəblərdən sönmüş, işə sala bilməmiş, avtomobildən yerə düşmüş, həmin vaxt avtomobilin salonunda qırmızı qutuda olan bir ədəd açar dəstini, bir dəst avtomobil ehtiyyat hissəsi ressor rezinləri və avtomobilin salonunda olan maqintafonu götürüb oğurlamaqla avtomobildən düşüb çıxıb getmiş, bir az sonra polis əməkdaşlarının gəldiyini görüb polislərin diqqətini çəkməməsi üçün oğurladığı əşyaları həmin ərazidə yolun kənarına tullamış, polis əməkdaşları onu saxladıqdan sonra onlara avtombili qaçırdığını demiş, eləcədə avtomobildən oğurladığı əşyalardan ikisinin yəni açar dəstinin və maqintafonun yerini müəyyən edib göstərmiş, ancaq ehtiyyat hissəsi olan ressor rezinlərinin yerini müəyyən edib tapa bilmədiyi üçün təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində hadisə baş verən zaman yanında eləcədə ətrafda heç kimin olmadığını, avtomobili qaçırmaqda talama məqsədinin olmadığını, avtomobili tək qaçırdığını, bu hadisədə ona heç kimin köməklik etmədiyini, həmçinin hadisədən qabaq bu hadisə barədə heç kimin məlumatının olmadığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onunla düşmənçilik ədavəti yoxdur, özünə məxsus Ford Tranzit markalı ** BH *** dövlət qeydiyyat nişanlı qırmızı rəngli minik avtomobili vardır, avtomobili müvafiq kateqoriya sürücülük vəsiqəsi ilə idarə edir, avtomobili xx.xx.2022-ci il tarixdə 14.900 manata alımışdır. Həmin avtomobili xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri Bakı prospektində Kürdəmir Olimpiya idman kompleksinin yaxınlığında yolun kənarında saxlamış, avtomobilinin qapıları bağlanmadığı üçün qapıları açıq qoyaraq yolun digər tərəfində yerləşən avtomobil təmir sexində usta işləyən Rəşad(el arasında Vəli deyilir) ilə birlikdə sonuncunun avtomobili ilə Hacıqabul rayonu Padar kəndində getmiş, yolun kənarında saxladığı avtomobili isə nəzarət etməsi üçün avtomobil təmiri sexində işləyən tanışı Mərahimə tapşırmışdır. Təxminən saat 19 radələrində qayıdıb gəldikdə avtomobilinin yerində olmadığını görüb Mərahimdən avtomobilinin yerini soruşmuş, Mərahim isə avtomobilin yerində olmadığını həmin vaxt öyrənmiş və dərhal oradakı mağazada olan nəzarət müşahidə kamerasının yaddaşına baxdıqda bir nəfər naməlum şəxsin avtomobilin salonuna sərnişin üçün nəzərdə tutulmuş qapıdan daxil olaraq avtomobili hərəkətə gətirib idarə edərək Bakı şəhəri istiqamətində getdiyini görmüş, Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, avtomobilini qaçırmış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinı cəlb edilməsini xahiş etmiş, polis əməkdaşları bir az sonra avtomobilini Kürdəmir rayonu Çöhranlı kəndi ərazisində aşkar etmişlər, bundan sonra həmin naməlum şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını bilmiş və Təqsirləndirilən şəxs ona məxsus avtomobili qaçırıb Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkət edərək Kürdəmir rayonu bayraq meydanı qarşısında avtomobil yolunun kənarında olan beton arakəsməyə çırparaq zədələdiyini, sonra isə hərəkətini davam etdirərək Kürdəmir rayonu Çöhranlı kəndi istiqamətdə getdiyini, kəndin yaxınlığında avtomobil yolun sağ kənarına yol çiyninə çıxaraq bir tərəfi yoldan aşağı düşüb çəpləşdiyi üçün avtomobil yanacaq çatışmamazlığı səbəbindən söndüyünü, həmin şəxs avtomobilin salonunda oturacağın altında olan qırmızı rəngli qutuda dəyəri təxminən 35.0 manat olan bir dəst açarı, dəyəri təxminən 32.0 manat olan Ford Tranzit markalı avtomobilin dörd ədəd ressor rezinlərini və cihazlar panelində olan bir ədəd işlək vəziyyətdə dəyəri təxminən 15.0 manat olan “Pioner” markalı maqintafonu götürərək avtomobildən düşüb getməklə həmin əşyaları oğurladığını, həmçinin avtomobilin mühərrikini işə salmaq üçün olan açarını yaxınlıqdakı su hövzəsinə tulladığını öyrənmiş, polis əməkdaşları həmin şəxsi müəyyən etdikdən sonra onun Yevlax şəhər Nizami prospekti mənzil 224-də yaşayan Təqsirləndirilən şəxs olmasını bilmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs ona məxsus “Ford Tranzit” markalı avtomobili qaçırarkən avtomobilə ümumilikdə 938 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs Yolçu ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də Yolçuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Yolçu barəsində olan cinayət üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsla barışmasını və Yolçunun ona vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində didnirlmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir şəhəri Bakı prospektində qardaşı X4 avtomobil ehtiyyat hissələri mağazası və avtomobil yağdəyişmə sexi vardır, hərdən həmin sexə gedərək orada işlərə köməklik edir. Zərərçəkmiş şəxs tanışıdır. xx.xx.2022-ci il tarixdə qardaşının işi olduğu üçün mağaza və yağdəyişmə yerini ona tapşırıb getmiş, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs yanına gəlmiş, sexin qarşısından keçən avtomobil yolunun digər tərəfində yolun kənarında saxladığı özünə məxsus avtomobili göstərib avtomobilə nəzarət etməsini deyib Şahid2la birlikdə çıxıb getmişdir. Onlar getdikdən sonra işləri ilə məşğul olmuş, həmin gün saat 19 radələrində Asim Rəşad ilə qayıdıb gəlmişlər, həmin vaxt yağdəyişmə sexində avtomobil yağı dəyişməkdəymiş, Asim ondan avtomobilin harda olduğunu soruşduqda ona avtomobilin harda olmasını bilmədiyini deyərək birlikdə avtomobil ehtiyyat hissələri mağazasında olan nəzarət müşahidə kamerasına baxmışlar, görüntüdə naməlum şəxsin X15 markalı avtomobilinə sərnişin qapısından daxil olaraq avtomobilin mühərrikini işə salaraq sürüb Bakı şəhəri istiqamətində çıxıb getdiyi görünmüş, ancaq həmin şəxsin kim olmasını bilməmiş, həmin şəxs tək olmuş, yanında eləcədə avtomobili qaçıran zaman ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir şəhəri Bakı prospektində qardaşı X4 avtomobil ehtiyyat hissələri mağazası və avtomobil yağdəyişmə sexi vardır, hərdən həmin sexə gedərək orada işlərə köməklik edir. Zərərçəkmiş şəxs tanışıdır. xx.xx.2022-ci il tarixdə qardaşının işi olduğu üçün mağaza və yağdəyişmə yerini ona tapşırıb getmiş, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs yanına gəlmiş, sexin qarşısından keçən avtomobil yolunun digər tərəfində yolun kənarında saxladığı özünə məxsus avtomobili göstərib avtomobilə nəzarət etməsini deyib Şahid2la birlikdə çıxıb getmişdir. Onlar getdikdən sonra işləri ilə məşğul olmuş, həmin gün saat 19 radələrində Asim Rəşad ilə qayıdıb gəlmişlər, həmin vaxt yağdəyişmə sexində avtomobil yağı dəyişməkdəymiş, Asim ondan avtomobilin harda olduğunu soruşduqda ona avtomobilin harda olmasını bilmədiyini deyərək birlikdə avtomobil ehtiyyat hissələri mağazasında olan nəzarət müşahidə kamerasına baxmışlar, görüntüdə naməlum şəxsin Asimin “Ford Tranzit” markalı avtomobilinə sərnişin qapısından daxil olaraq avtomobilin mühərrikini işə salaraq sürüb Bakı şəhəri istiqamətində çıxıb getdiyi görünmüş, ancaq həmin şəxsin kim olmasını bilməmiş, həmin şəxs tək olmuş, yanında eləcədə avtomobili qaçıran zaman ətrafda heç kim olmamışdır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxayaraq, o, məhkəməyə teleqram göndərərək xidməti vəzifəsi ilə əlaqədar rayon ərazisindən kənarda olduğunu bildirmiş və ibitdai istintaqda verdiyi ifadəsini təsdiiq etdiyini gösrtərmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir RPŞ-nın PPXB-nın polis nəfəri polis serejantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman Kürdəmir rayonu Xırdapay kənd sakini Zərərçəkmiş şəxs Kürdəmir şəhəri Bakı prospektində avtomobil yolunun kənartında saxladığı özünə məxsus olan Ford Tranzit markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında hadisə baş vermiş yerdə olan nəzarət müşahidə kamerasında olan görüntüyə baxdıqda, görüntüdə bir nəfər şəxsin Zərərçəkmiş şəxs məxsus Ford Tranzit markalı avtomobili qaçırmasını aşkar etmiş, həmin tarixdə saat 23 radələrində Kürdəmir rayonu Çöhranlı kəndinə gedən avtomobil yolunda görüntüdə əks olan şəxsin əlamətlərinə bənzər bir nəfər şəxsin piyada hərəkətdə olmasını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə soruşduqda həmin şəxs özünü narahat və qeyri-səmimi apararaq qaçmağa cəhd göstərmiş, buna görə də həmin şəxsi Kürdəmir RPŞ-na gətirmiş, polis şöbəsində həmin şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması aşkar olunmuşdur. Müdafiəçinin şifahi vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Aruz Əliyev ifadəsində göstərdi ki, o, X3 İdarəsində mühafizəçi işləyir. Təqsirləndirilən şəxs tanımır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında hava qaralan vaxtı xidmətdə olarkən bir nəfə üzü saqqalı bir nəfər onlara yaxınlaşaraq onlardan benzin istəyərək ona pul uzatmış, o, isə onların benzin satmadığını deyərək dərhal komandirə məlumat vermişdir. Həmin şəxs Yevlaxa getmək istədiyini onlara demişdir. Bundan sonra həmin şəxs oradan uzaqlaşıb gedənə kimi dayandıqları yerdən onları müşahidə etmişlər. Müdafiəçinin şifahi vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, X3 İdarəsində komandir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə o, xidmətdə olarkən mühafizəçi Aruz Əliyev bir nəfər şəxsin obyektdə yaxınlaşıb ondan yancaq istədiyini demiş, o, isə həmin şəxsin bir qədər gecikdirməsini Aruz tapşırmış və bir az sonra da öz də gəlib həmin yerə yəni Kürdəmir rayonunu Çöhranlı kəndi ərazisində olan posta yaxınlaşmışdır. Hava qaranlıq olduğu üçün həmin şəxsin üzünü tam görə bilməmiş və ondan nə istədiyini soruşmuş, o, da yanacaq istədiyini və Yevlax rayonuna getmək istədiyini bildirmişdir. Onlar da yanacaq satmadıqlarını deyərək ona ərazidən uzaqlaşmasını tələb etmişlər. Həmin şəxs də oradan uzaqlaşmışdır. Müdafiəçinin şifahi vəsatətinə əsasən məhkəmə iclasına şahid qismində dəvət edimiş X8 iofadəsində göstərdi ki, xidmətdə olan zaman “Ford Transit” markalı avtomobilin qaçırılması barədə onlara məlumat verilmiş və onlar da avtomobilin axtarışına çıxmışlar. Kürdəmir ayonunun Çöhranlı kəndi ərazisində qeyd edilən avtomobilin dayandığını görüb oraya yaxınlaşmışlar vəqaçırılan avtomobili evakuatorla Kürəmir RPŞ-nə gətirmişlər.Onlar həmin şəxsi görməmişlər. Müdafiəçinin şifahi vəsatətinə əsasən məhkəmə iclasına şahid qismimndə dəvət edilmiş X1 Elşad Həmzə oğlu illə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş BD seriyalı 234853 X7 Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FOR TRANSİT” markalı, vaqon tipli, mühərrik nömrəsi SİL-Ş-NÖM- Z, ban nömrəsi WFOHXXGBVHWL40222, Qırmızı rəngli , 8+1 yerli , mühərrik həcmi 2500 olan avtomobil Zərərçəkmiş şəxs məxsusdur. (bax iş vər.06) İş materiallarında olan 06 nömrəli, xx.xx.2022-ci il tarixli Küdəmir şəhər Avtomobillərə Texniki Xidmət Məntəqəsinin ziyan aktından görünür ki, “FORD TRANSİT” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 938 manat maddi ziyan dəymişdir.(bax iş.vər 33) İş materiallarına əlavə olunmuş Yevlax RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Yevlax şəhəri, Nizami prospekti, 224-də yaşayır. (bax iş vər.93) İş materiallarında olan və Yevlax rayon İHB-nın şəhər İnzibati Ərazi Dairəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 94) İş materiallarına əlavə edilmiş “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-82/2-59/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX-nin psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır.(bax iş vər.57-59) İş materialalrına əlavə edilmiş Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyində göstərilmişdir ki, 1. Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı bir ruhi əsəb xəstəliyi keçirməmişdir, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə(şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, cinayətin əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur.
2. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir.
3. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur.
4. Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi- əsəb xəstəliyi keçirmir, onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur.
5. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (keçirməmişdir)
6. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər(həyəcan və.s) olmamışdır.(bax iş vər.139-141) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-52/2023 saylı məktubunda göstərilir ki, Kürdəmir RPŞ-nin xx.xx.2022-ci il tarixli,171-27615-1222 nömrəli məktub vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndi ndə yaşayan Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması faktı iə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olduğu, təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat blankında olan şəxslərin və təqdim edilmiş şəxsin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi(ADİS-in məlumat blankına Nəsimi RPİ-dən daxil olmuş) xx.xx.1981-ci ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc(sağ qabaq fara), böyük barmağı(oğurlanmış açar dəstinin qutusu üzərindən) və sol əlinin ovuc (maşının şüşəsi üzərindən) əksi ilə enilik müəyyən edildimişdir.(bax iş vər.49) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-52/2023 saylı məktubunda göstərilir ki, xx.xx.2022-ci i tarixdə J\Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması faktı üzrə hadisə yerindən götürülmüş 02 ədəd polietilen parçası Kürdəmir RPŞ-nin xx.xx.2022-ci il tarixli,171-27616-1222 N-li məktubu ilə tədqiqata təqdim edilmiş, aparaılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 02 ədəd poietilen parçası üzərində olan bioloji mənşəli matüeriallar Təqsirləndirilən şəxs(xx/xx/1981 Yevlax r) Kürdəmir RPŞ-nin xx.xx.2022-ci il tarixli,171- 27611-1222 N-li məktubu ilə) məxsusdur. (bax iş vər 54) İş materialalrına əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertinin xx.xx.2023-cü il tarixli 9/327 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Pioner” markalı maqintafon və bir dəst açarın istifadədə olmaları nəzərə alınmaqla 2022ci ilin dekabr ayına olan orta bazar qiymətləri müvafiq olaraq 80 manat və 10 manat olmaqla ümumi dəyərləri 90.0 manat müəyyən edilir. Qərarda göstərilən istehsal ili 1998-ci il olan “Ford Tranzit” markalı minik avtomobilinin arxa ressoru müəyyən edilmədiyi və haqqında kifayət qədər məlumat olmadılğı üçün haqqında qiymətləndirmə aparmaq mümkün olmamışdır. (bax iş vər.128-130) İşə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (bax iş vər. 60-61). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri Bakı prospektində avtomobil yolunun kənarında saxlanılmış Kürdəmir rayonu Xırdapay kənd sakini, xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus olan “Ford Tranzit” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna açıq qapıdan daxil olub orada olan açarla mühərriki işə salaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən “Bayraq Meydanı”nın qarşısında avtomobili yolun kənarında olan beton arakəsməyə çırparaq yol nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilə ümumilikdə 938 (doqquz yüz otuz səkkiz) manat maddi ziyan vurmuş, sonra Kürdəmir rayonu Çöhranlı kəndi istiqamətində hərəkətdə olarkən həmin kəndin ərazisində mühərrik nasazlıq səbəbindən söndüyünə görə hərəkətini davan etdirə bilməyib avtomobili yol kənarında saxlayaraq düşüb həmin ərazidən uzaqlaşmışdır. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Yolçu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı hec bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübutlar –Zərərçəkmiş şəxs məxsus “Ford Tranzit” markalı **-BH-*** dövlət qeyiyyat nişanlı avtomobilin və avtomobildən oğurlanmış 01 ədəd “Pioner” markalı maqintafon və 01 ədəd qırmızı rəngli qutuda olan bir dəst açarların sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat Təqsirləndirilən şəxs tutularaq X5, KOD- 210005 VÖEN-**********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN-**********, AZ34ÇTRE******************** nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə qərar çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçinz 60 manat ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus “Ford Tranzit” markalı **-BH-*** dövlət qeyiyyat nişanlı avtomobilin və avtomobildən oğurlanmış 01 ədəd “Pioner” markalı maqintafon və 01 ədəd qırmızı rəngli qutuda olan bir dəst açarların sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə (X5, KOD-210005 VÖEN-**********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN-**********, AZ34ÇTRE******************** nömrəli hesaba) keçirilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi göstərdiyi hüquqi yardımla bağlı 10 saata görə, hər iş saatı üçün 06 (altı) manat hesablanmaqla,cəmi 60 (altmış) manat pul vəsaiti dövlət büdcəsi hesabından ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir.
Sədrlik edən Müseyib Bayramov