Məhkəmə qərarları › İş №1(041)-25/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-25/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-25/2024 30.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respubliaksı Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2, zərərçəkmiş şəs Zərərçəkmiş şəxs2 Firidun oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi Şahid4 Bağı oğlunun iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Cəlilabad rayonu Andreyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.1972-ci il təvəllüdlü Kürdəmir şəhəri, Xanlar küçəsi ev 28-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 Firidun oğlunun etibarından sui istifadə edərək onu əlilliyin bərpa etdirəcəyinə yalandan vədlər verib aldadaraq tanışı Şahid3 vasitəsi ilə 2022-ci ilin iyun ayı ərzində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində “Araz” marketdə yerləşən “Million” aparatı vasitəsilə ilə arvadı Şahid2 məxsus bank kartı hesabına göndərdiyi 1200 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən xx.xx.1967-ci il təvəllüdlü Kürdəmir rayonu Qağacılı kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək onu əlilliyin bərpa etdirəcəyinə yalandan vədlər verib aldadaraq tanışı Şahid3 vasitəsi ilə 2022-ci ilin noyabr ayı ərzində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində “Araz” marketdə yerləşən “Million” aparatı vasitəsilə ilə arvadı Şahid2 məxsus bank kartı hesabına göndərdiyi 2500 manat pulu alıb ələ keçirərək zərərçəkmiş B.Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs onlayn vasitəsi ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Cəlilabad rayonunda fəhlə işləmişdir. Şahid2 Adığözəl qızı arvadı, Şahid1 isə bacısı oğludur. Onlara məxsus bank kartları onun istifadəsindədir. Cəlilabad rayonu ərazisində bir neçə şəxsə qarşı dələduzluq etdiyinə görə Cəlilabad RPŞ-nin İstintaq bölməsində təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Lənkəran Ağır Cinayətlər məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Kürdəmir rayon sakini Rəfail Qədirovu 2021-ci ilin may ayından tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Bakı şəhərində olan zaman ona yalandan təqaüd bərpası işinə baxdığını, lazım olarsa ona müraciət etməsini demişdir. Rəfaillə tez tez əlaqə saxlayıb hal əhval tutmuşdur. xx.xx.2022-ci il tarixdə Rəfail zəng edərək tanışı Zərərçəkmiş şəxs2 əlilliyinin bərpa etdirmək lazım olduğunu,ona bərpa etdirə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin zaman maddi imkanı yaxşı olmadığından Rəfaili aldatmaq qərarına gəlmişdir. Rəfailə köməklik edə biləcəyini demişdir. Bunun üçün nə lazım olduğunu soruşanda ona 3000 manat pul lazım olduğunu demişdir. Rəfail danışıb sağollaşmışdır. Təxminən saat 16 radələrində Rəfail zəng edib Mübarizin 3000 manat pulu olmadığını lakin 1200 manatı olduğunu demişdir. Ona həmin pulu tam xatırlamasa da arvadı Şahid2 məxsus “Kapital” banka aid olan bank kartına göndərməyini istəmişdir. O da “Million” aparatı vasitəsi ilə pulu Şahid2 məxsus bank kartına göndərmişdir. Həmin kartda olan pulu Cəlilabad rayonunda “Kapital” bankın qarşısında olan banka məxsus bankomatdan çıxarmışdır. Həmin zaman maddi imkanı yaxşı olmadığından öz şəxsi ehtiyacları üçün xərcləmiş və Rəfailə vəd etdiyi kimi Mübarizin təqaüdünü düzətməmişdir. Bunun üçün də heç bir iş görməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Rəfail Qədirov zəng edib Zərərçəkmiş şəxs1 adlı tanışı olduğunu və onun kəsilmiş olan təqaüdünü bərpa etdirməsinə kömək göstrəməyini xahiş etmişdir. Ona həmin təqaüdün bərpası üçün 2500 manat pul lazım olduğunu demişdir. Rəfail də pul düzələndə xəbər edəcəyini demişdir. Bundan sonra onunla sağollaşmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə Rəfail zəng edib Zərərçəkmiş şəxs1 2500 manat pulunun hazır olduğunu deyib ona bank kartı göndərməsini istəmişdir. Ona bacısı oğlu Şahid1 bank kartının şəklini göndərmişdir. Lakin sonradan ona arvadı Kəmalə Adıgözəl qızına məxsus “Kapital” banka aid olan bank kartına göndərməsini istəmişdir. Rəfail həmin gün 2500 manat pulu bank kartına göndərmişdir. Həmin zaman maddi vəziyyəti pis olduğundan, kartda olan pulu Cəlilabad rayonunda “Kapital” bankın qarşısında olan həmin banka məxsus aparatda çıxarmışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yenidən Rəfailə vəd etdiyi kimi Zərərçəkmiş şəxs1 təqaüdünü bərpa etməmişdir. Zərərçəkmiş şəxs2 tanımır onunla heç bir əlaqəyə girməmiş, bu barədə Rəfail Qədirov telefonla danışıb deyib və Rəfailin vasitəsi ilə pulu əldə etmişdir. Rəfail Qədirov ona inanıb etibar etmişdir. Rəfailin vasitəsi ilə Zərərçəkmiş şəxs2 aldadıb 1200 manatı əldə etmişdir. Əldə etdiyi puldan isə Rəfail Qədirova heç nə verməmişdir. Zərərçəkmiş şəxs1 tanımır, onunla heç bir əlaqəyə girməmiş, bu barədə Rəfail Qədirov telefonla danışıb deyib və Rəfailin vasitəsi ilə pulu əldə etmişdir. Rəfail Qədirov ona inanıb etibar etmişdir. Rəfailin vasitəsi ilə Zərərçəkmiş şəxs1 aldadıb 2500 manatı əldə etmiş, əldə etdiyi puldan isə Rəfail Qədirova heç nə verməmişdir. Kəmalə və Elçinin dələduzluq etməsindən xəbərləri olmayıb, onlar heç bir kömək göstərməmişlər. Rəfail Qədirovu aldadıb digər istifadəsində olan mobil nömrələri verib ona həmin şəxslərin Yusif və digər həkimlər olduğunu deyib onlarla əlaqə saxlamasını demişdir. Lakin həmin şəxslər özüdür, Rəfailə həkim nömrələri kimi verdiyi nömrələrlə əlaqə saxladıqda özünü həkim kimi təqdim edib onunla danışmışdır. Arada bir isə səsini incəldib qadın səsi kimi Rəfaillə danışmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində dəymiş ziyanın tam ödənildiyini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Firidun oğlu ifadəsində göstərdi ki, o, 2016-cı ildən 2-ci qrup əlildir. Lakin 2021-ci ildə 2-ci qrup olan əlilliyi ləğv olunmuş və təqaüd ala bilməmişdir. Bu müddət ərzində bir neçə dəfə həkim müayinəsindən keçmiş, lakin əlilliyini bərpa edə bilməmişdir. 2022-ci ilin iyun ayında Kürdəmir rayon mərkəzi xəstəxananın qarşısında Rəfayıl Qədirovla tanış olmuşdur. Söhbət zamanı Rəfayıl Qədirov “ 2-ci qrup əlilliyini bərpa edəcəyini və təqaüd ala biləcəyini demişdir. Rəfayıl Qədirov demişdir ki, əlilliyini bərpa etmək üçün 1200 manat pul lazımdır. Bundan 3-4 gün sonra Rəfayılla görüşmüş və ona öz şəxsiyyət vəsiqəsini və 1200 manat pulu vermişdir. Bundan 2 gün keçdikdən sonra mobil telefonuna mesaj gəlmişdir ki, guya əlilliyi bərpa olunub. Lakin gedib mərkəzi xəstəxanadan öyrənmişdir ki, əlilliyi bərpa olunmamışdır. Rəfayıl Qədirovun onu aldatdığını və pulunu ələ keçirdiyini öyrənmişdur. Bundan sonra Rəfayıldan pulunu tələb etməyə başlamış, lakin o, müxtəlif yalan bəhanələr gətirərək pulunu qaytarmamışdır. 2022-ci ilin iyun ayında X7 şəhəri, mərkəzi xəstəxananın qarşısında özünün 2-ci qurup əlilliyini bərpa etmək üçün 1200 manat pul vermişdir. Dəfələrlə ondan pulunu istəsə də bu günə qədər o, pulunu qaytarmamışdır. Rəfayıl Qədirova 1200 manat pulu verəndə yanlarında heç kim olmamışdır. O, Asif Qasımovu tanımır və ona pul verməmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərdi ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 atasıdır və hazırda atası əsəb xəstəsidir, açıq ürək əməliyyatı keçirmişdir. Bakı şəhərində müalicə olunur. 2022-ci ilin noyabr ayında atası Zərərçəkmiş şəxs1 Kürdəmir rayon mərkəzi xəstəxanasının qarşısında Rəfael Qədirovla tanış olmuşdur. Söhbət zamanı Rəfael Qədirov atası Zərərçəkmiş şəxs1 söz vermişdir ki, onun təqaüdünü bərpa edəcək və atasından 2500 manat pul istəmişdir. Bu söhbətin səhərisi günü atası Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 2500 manat pulu xəstəxananın qarşısında Rafaelə vermişdir. Həmin gün saat 16 radələrində Rəfael atasına zəng vurub “Bakı şəhərindəyəm və sənin təqaüdünü 5 illik yoxsa ömürlük yazdırım, əgər ömürlük istəyirsənsə əlavə 1000 manat pul verəcəksən” demişdir. Atası Zərərçəkmiş şəxs1 da onunla razılaşıb, lakin bundan sonra təqaüdün bərpa olunması barədə atasına heç bir məlumat gəlməmişdir. Sonra isə Rəfaelin onları aladatdığını başa düşüb pulu geri istəmişlər. Rəfael isə hər dəfə bir bəhanə gətirərək bu günə qədər pulu qaytarmamışdır. 2500 manat pul atası Zərərçəkmiş şəxs1 məxsusdur. Zərərçəkmiş şəxs1 əvvəllər Rəfael Qədirovla heç bir tanışlığı, əlaqəsi olmamışdır. Onlar Təqsirləndirilən şəxs tanımamışlar. Hazıra onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs əridir. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Kürdəmir rayon sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Rəfail Qədirovu tanımır. Onlarla heç bir əlaqəsi olmamış Akif Cəlilabad rayon sakinlərinə qarşı dələduzluq etdiyinə görə hazırda həbsdədir, cinayət işi isə baxılması üçün Lənkəran Ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Özünə məxsus Kapital Bankına aid plastik kart öz adına olsa da həmin kartı Akif isitfadə etmişdir. Həmin kartdan özü istifadə etməmişdir. Karta gələn pulların kim tərəfindən nə qədər göndərildiyini bilməmişdir. Həmin karta köçən bütün pulları isə əri Akif özü götürüb xərcləmişdir. Akif evdə olanda da bir neçə şəxslə qadın səsi ilə danışmışdır. Sonradan ondan niyə belə danışdığını soruşanda o heç bir cavab verməyib əsəbləşmişdir. Sonradan isə Akifin dələduzluqla məşğul olduğunu və insanları aldatmaq üçün qadın səsi ilə və səs tonunu dəyişib başqa bir adam kimi danışdığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma dayısıdır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Kürdəmir rayon sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Rəfail Qədirovu tanımır. Onlarla heç bir əlaqəsi olmamışdır. Özünə məxsus Kapital Banka aid plastik kart adına olsa da həmin kartı Akif isitfadə etmişdir. Həmin kartdan istifadə etməmişdir. Həmin karta gələn pulların kim tərəfindən nə qədər göndərildiyini bilmir. Həmin karta köçən bütün pulları isə dayısı Akif özü götürüb xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2021-ci ildə Təqsirləndirilən şəxsla Bakı şəhərində tanış olmuş, həmin vaxtda Akif təqaüdlərin bərpası işinə baxdığını demişdir, Sosial Müdafiə Nazirliyində onun adamı olduğunu və həmin adam vasitəsi ilə təqaüd düzəldə biləcəyini, qohum əqrabasında elə bir təqaüdü kəsilən olarsa onlara da kömək edə biləciyini demişdir. Buna görə də Akifin telefon nömrəsini götürmüşdür. Zərərçəkmiş şəxs2 tanıyır və ona qarşı heç bir ədavəti yoxdur. 2022- ci ilin iyun ayında Kürdəmir şəhəri Təzə Bazar adlanan yerdə Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs2 2-ci qrup əlilliyinin deyib ləğv edildiyini və ona köməklik edə biləcəyini soruşmuşdur. Ona əlilliyini bərpa etməyə kömək edəcəyini demiş, Zərərçəkmiş şəxs2 onun telefon nömrəsini götürmüşdür. Akifə məxsus hazırda xatırlamadığı nömrəyə zəng edib Mübariz adlı tanışının olduğunu onun təqaüdünün bərpa edilməsi üçün kömək göstərməsini xahiş etmişdir. Həmin gün saat 16 radələrində Mübariz zəng edərək görüşmək istəmişdir. Kürdəmir rayon Mərkəzi xəstəxanasının qarşısında Mübarizlə görüşmüşdür. Mübariz əliliyinin bərpası üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Mübariz onun telefonu ilə Akif adlı şəxslə danışmış onlar danışdıqdan sonra Akif Mübarizdən işin həlli üçün 3000 manat pul istəmişdir, lakin Mübariz pulunun olmadığını Akifə demişdir. Akiflə Mübariz 1200 manata razılaşdıqdan sonra Mübariz ona 1200 manat pul vermişdir. Akifə təkrar zəng edərək pulun onda olduğunu dedikdə o Bakı şəhərində həkim işləyən Yusif adlı həkimlə danışmasını deyib və bir başqa nömrə vermişdir. Həmin nömrəyə zəng edəndə Akifin nömrəni verdiyini bildirib özünü təqdim etmişdir. Həmin Yusif adlı şəxs isə ona Akiflə danışdığı pulu Akifin özünə göndərməsini demişdir. Akifin göndərdiyi kart hesabına 1200 manat pulu göndərmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs2 əlilliyi bərpa olunmamış və o, pulunu tələb etməyə başlamışdır. Lakin onun pulunu qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında Kürdəmir rayon mərkəzi xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs1 təqaüdünün kəsildiyini demişdir. Ona kəsilmiş olan təqaüdünü bərpa edən tanışının olduğunu və təqaüdün bərpası üçün 2500 manat pul lazım olduğunu demişdir. Bundan sonra Həmid razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Kürdəmir rayon Mərkəzi xəstəxanasının qarşısında Həmidlə görüşüb 2500 pulu ondan almışdır. Həmin pulu Yusif adlı şəxslə danışıb onun arvadı olan Kəmalənin bank kartına göndərmişdir. Sonra Yusif zəng edib Həmidin təqaüdünü 5 il müddətli və ömürlük etmək mümkün olduğunu bunun üçündə əlavə 1000 manat lazım olduğunu demişdir. Həmin pulu da təqaüd düzəldikdən sonra verəcəyini demişdir. Həmiddə razılaşmışdır. Lakin Həmid həmin pulu göndərməmişdir. Təqsirləndirilən şəxsla Bakı şəhərində 2021-ci ildə tanış olmuş, həmin vaxtda Akif təqaüd bərpası işinə baxdığını demişdir. Onun adamı olduğunu və həmin adam vasitəsi ilə təqaüd düzəldə biləcəyini demişdir. Yusif adlı şəxs Sumqayt şəhərində həkim işləyir. Həmin şəxslə telefon əlaqəsi yaratmış, lakin onu görməmişdir. X8 adlı qadınla da tanış etmişdir təqaüd bərpası üçün də həmin qadınla dəfələrlə telefon əlaqəsi yaratmışdır. Lakin onların üzünü görməmişdir. Zərərçəkmiş şəxs2 aldığı 1200 manat pulu Yusif adlı şəxslə danışdıqdan sonra onun göndərdiyi MirŞahid1 adına “Kapital” banka məxsus karta Kürdəmir rayonu mərkəzi xəstəxanasının qarşısında olan “Araz” marketin içərisində olan “Million” aparatı vasitəsi ilə göndərmişdir. Zərərçəkmiş şəxs1 aldığı 2500 manat pulu Yusif adlı şəxslə danışdıqdan sonra onun göndərdiyi Kəmalə adlı şəxsin “Kapital” banka məxsus olan kart hesabına Kürdəmir rayonu Mərkəzi xəstəxananın qarşısında olan “Araz” marketin içərisində olan “Million” aparatı vasitəsi ilə göndərmişdir. Akifin dələduzluq etməsindən məlumatı olmamışdır. Həmçinin Mübariz və Həmiddən aldığı pullardan qazanc və mənfəət əldə etməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon İHB-nın Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 199) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 153-154) İş materiallarına əlavə edilmiş Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)- 48/2023 saylı qərarıdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmişdir. (bax iş vər,75-78) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.2ci maddəsi ilə başlanılmış ********** nömrəli cinayət işinin ibtidai istintaqı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunana qədər dayandırılmışdır. (bax iş vər, 60-61) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.2ci maddəsi ilə başlanılmış ********** nömrəli cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaqın davam etdilməsi üçün icraata qəbul edilmişdir. (bax iş vər 64-65) Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilərkən onlar Təqsirləndirilən şəxs tanımadıqlarını pulu Rəfail Qədirova verdiklərini göstərmişlər. Cinayət işi materiallarında əlavə edilmiş ərizələrdə, izahatlarda və digər prosessual sənədlərdə həmçinin məhkəmə istintaqında Rəfail Qədirov qeyd edilən şəxslərdən pul alaraq Təqsirləndirilən şəxs çatdırmışdır. Həmin pullar Rəfail Qədirova könüllü təqdim edilmişdir. Rəfail Qədirov göstərilən məsələlərlə bağlı heç bir qazanc və mənfəət əldə etmədiyini, Təqsirləndirilən şəxs dələduzluq etməsindən məlumatı olmadığını göstərmişdir. İş materiallarına olan sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2023-ci il tarixli qərardan görünür ki, X2 əməlində AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir.(bax. iş. vər.160-168 ) Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq AR CM-nin 178.2.2-ci maddəsi ilə tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdəıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsnın şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə onun maddi və əmlak vəziyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsdə müvafiq hesab edir və hesab edir ki, cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəzanın əvvəli həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-48/2023 saylı qərarı ilə barəsində seçilmiş “həbs qətimkan” qətimkan tədbiri nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkmədə hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və başqa iş üzrə həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, ekspert və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 10 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Qubad qızına 60 (altmış) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar