Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-26/2023 12.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq NƏ-1264 nömrəli 7.62 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə silah zavodunda istehsal olunmuş, odlu, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı AKM modelli Kalaşnikov konstruksiyalı bir ədəd avtomatı, 7.62*39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd darağı və keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62*39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 24 ədəd ştat patronları əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silah komplekt hissəsi və patronlarla birlikdə yaşadığı Kürdəmir şəhəri, S.Şıxalıyev küçəsində yerləşən 36 saylı evin birinci mərtəbəsində yerləşən otağın döşəməsinin üzərinə sərilmiş örtüyün altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında tək yaşayır, zibil yeşiklərindən topladığı metalları satmaqla dolanır. Bir müddət əvvəl dəmir yolu xəttinin yaxınlığında yerləşən zibil yeşiyini axtararkən 01 ədəd ağ rəngli kisə diqqətini çəkmiş, kisənin içərisinə baxdıqda 01 ədəd “Kalaşnikov” avtomatına bənzər silah və içərisində patronlar olan 01 ədəd avtomat darağı olduğunu görmüş, torbanın ağzını bağlayıb yaşadığı evə gətirərək evin birinci mərtəbəsində olan otaqda saxlamışdır. xx.xx.2023-ci il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin istifadə etməsində şübhəli olduğunu bildirmiş və onu Kürdəmir RPŞ-yə aparmışlar. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz prediment aşkar edilməmiş, sorğu-sual zamanı könüllü olaraq polis əməkdaşlarına yaşadığı ünvanda 01 ədəd avtomat silahı və içərisində patronlar olan 01 ədəd patron darağı olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək evin 1-ci mərtəbəsində yerləşən otaqda ağ rəngli kisədə gizlətdiyi 01 ədəd avtomat silahını və 01 ədəd avtomat silaha məxsus darağı polis əməkdaşlarına təqdim etmiş, həmin silahı 10 gün əvvəl dəmir yolunun kənarından metal yığarkən zibil qutusunun içərisindən tapdığını və metal qəbulu məntəqəsinə satmaq üçün evində saxladığını bildirmişdir. Həmin silah patronlarla birlikdə qablaşdırılaraq üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Silahı taparkən dərhal polis şöbəsinə məlumat verməli olduğunu və həmin silahın evində saxlamağın cinayət olmasını bilməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs şəhər sakini və narkotik istifadəçisi kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduğu üçün bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq Kürdəmir RPŞ-nə aparılmış, videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərində qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sual-cavab zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda 01 ədəd avtomat silahı və içərisində patronlar olan 01 ədəd patron darağı olduğunu bildirmiş və bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evin 1-ci mərtəbəsində yerləşən otaqda olarkən Təqsirləndirilən şəxs döşəmənin üzərində olan örtüyü qaldıraraq 01 ədəd ağ kisəni götürüb içərisindən 01 ədəd avtomat silahı və 01 ədəd avtomat silaha məxsus darağı çıxarıb onlara təqdim etmişdir. Baxış keçirilərkən silahın “Kalaşnikov” markalı avtomata bənzər silah olduğu, həmin silaha məxsus daraq və içərisində 24 ədəd patron olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi silahı 10 gün əvvəl dəmir yolunun kənarından metal yığarkən zibil qutularının kənarından tapmış və metal qəbulu məntəqəsinə satmaq üçün evində saxlamışdır. Sözü gedən silah, həmin silaha məxsus daraq və 24 ədəd patron bir ədəd boş kisədə qablaşdırılaraq üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmış və üzəri “Azərbaycan Respublikası DİN-in 137 saylı mohürü” ilə möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir rayon polis şöbəsinin İTB-nin polis nəfəri polis serjantı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin KTİ-in xx.xx.2023-cü il tarixli, 23/100 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş NƏ-1264 nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə silah zavodunda istehsal olunmuş, AKM modelli Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 24 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yaralıdır. - Azərbaycan Respublikası DİN-nin KTİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-1922/2023 nömrəli məktubundan görünür ki, 01 ədəd 7,62 mm kalibrli, NƏ-1264 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-12/2-20512/2023 nömrəli məktubundan görünür ki, “AKM” markalı, 7,62 kalibrli, 1969-cu il istehsallı, NƏ-1264 №-li avtomat silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-nin BƏSİİ-də məlumat yoxdur. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-51/2023 nömrəli məktubdan görünür ki, Şəfiyev X1 RMX-nin PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Şəfiyev X1 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 68.2, 69.3, 67.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası təyin olunmuşdur. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunub. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin olunmuş cərimə cəzasından azad edilmişdir. - “Dövlət Sosial Fondu” publik hüquqi şəxsin 1 saylı Mərkəzi Aran regional filialının verdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/2-40058/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs heç bir növ pensiya, müavinət və ya təqaüd almır Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş НЯ-1264 nömrəli 7.62 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə silah zavodunda istehsal olunmuş, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı AKM modelli Kalaşnikov konstruksiyalı 01 ədəd avtomat, 7.62*39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq və keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62*39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 24 ədəd ştat patronlar iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işində saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, şahidlərin ifadəsi, Azərbaycan Respublikası DİN-nin KTİ-in xx.xx.2023-cü il tarixli, 23/100 nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, lakin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-14/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan НЯ -1264 nömrəli 7.62 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə silah zavodunda istehsal olunmuş, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı AKM modelli Kalaşnikov konstruksiyalı 01 ədəd avtomat, 7.62*39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq və keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62*39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 24 ədəd ştat patronlar müsadirə edilməli, həmçinin iş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi2 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 15 saat üçün cəmi 90 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 05 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - НЯ -1264 nömrəli 7.62 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə silah zavodunda istehsal olunmuş, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı AKM modelli Kalaşnikov konstruksiyalı 01 ədəd avtomat, 7.62*39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq və keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62*39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 24 ədəd ştat patronlar müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat məbləğində əmək haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-26/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-26/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver